Rastra qrafika
Rastra
qrafika şəkillərin skanerləşdirilməsi, rəqəmli fofoaparat, videokamera
çəkilişləri vasitəsilə alınır və nöqtələrdən təşkil olunur. Rastra
qrafika üçün əsas xarakteristika vahid uzunluğa düşən nöqtələrin
sayıdır. Rastra qrafika termini İngilis dilində "Bitmap-qrafika”
termininə uyğun gəlir və mənası – bit ölçüsünün yerləşdiyi xəritə
deməkdir. Rastra qrafik redaktoruna Paint, Adobe Photoshop,
Photostyler, Adobe Photo-Paint, Picture Publisher, Corel Photo-Paint
proqramları daxildir.
Vector qrafika
Vector
qrafik redaktorlarında bütün xətlər başlanğıc nöqtə ilə və bu xətti
riyazi əks etdirən tənliklərlə tətin olunur. Burada əsas element xətt
nəzərdə tutulduğundan qrafik əks olunma daha sadə və asandir. Vector
qrafik redaktorlarına Adobe İllusrator, Macrpmedia Freehand
və Corel Draw proqramları daxildir.
Fraktal qrafika
Fraktal
qrafika vector qrafikası kimi riyazi hesablamalara əsaslanır, onun baza
elementlərini isə riyazi düsturların özləri təşkil edir. Bu düsturların
köməyilə üçölçülü obyektlərin, suxur laylarının və s. imitasiyalar
yaradılır. Şəkillər tənliklərlə yazılır, tənliklərin əmsalları
dəyişildikdə şəkillərdə dəyişir. Ona görə də informasiyalar yaddaşda
tənlik kimi saxlanılır. Adi fractal üçbucaq fraktal qrafikaya missal
ola bilər.
Qrafik
şəkillərdən istifadə edərkən nəzərə almaq lazımdır ki, onlar kompüter
yaddaşında GIF, JPEG, PNG, BMP formatlarında saxlanılmalıdırlar.
|