ŞƏNBƏ, 2024-12-21, 3:45 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ ÇÖRÇİL, ŞEKSPİR, KLARK VƏ S - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
ÇÖRÇİL, ŞEKSPİR, KLARK VƏ S
Nariman_QahramanliTARİX: BAZAR, 2010-08-29, 10:04 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Uinston Çörçill

Ser Uinston Leonard Spenser Çörçill - (ing. Sir Winston Leonard Spencer-Churchill) 30 noyabr, 1874 - 24 yanvar, 1965 - ingilis siyasi və dövlət xadimi, natiq və yazıçı, 1940-1945 və 1951-1955-ci illərdə Böyük Britaniyanın baş naziri və dünyanın bugünkü simasını müəyyənləşdirən şəxslərdən biri.
1874-cü ildə Blenheym şəhərində qadınların soyunma otağında dünyaya göz açmışdır. O, ata tərəfdən hersoq Marlboronun nəslindən idi. Ana tərəfdən isə admiral Frensis Dreykə qohumluğu çatırdı.
Çörçill 1895-ci ildə orduya daxil olmuş, Hindistan və Sudanda hərbi ekspedisiyalarda iştirak etmişdir. 1899-1902-ci illərdə İngilis-Bur müharibəsi zamanı "Morninq Post" qəzetinin hərbi müxbiri vəzifəsində olarkən əsir düşmüşdür. Əsirlikdən qaçmağı bacaran Uinston siyasi fəaliyyətə başlayır. Mühafizəkarlar partiyasından parlamentə seçilir, lakin 1904-cü ilin aprelində Çemberlenə etiraz olaraq liberalların tərəfinə keçmir. 1905-1911-ci illər ərzində o, Koloniyalar naziri, Ticarət naziri, Daxili İşlər naziri vəzifəsində çalışmışdır. 1911-1915-ci illərdə isə Hərbi Dəniz naziri vəzifəsində olarkən Britaniya donanmasını Almaniya ilə gələcək müharibəyə hazırlayır. 1915-ci ilin fevralında Çörçillin əmri ilə keçirilən Gelibolu və Dardanelə hücum əməliyyatı iflasa uğrayır. 1915-ci ilin ortalarında Çörçill admirallıqdan istefa verdiyini bildirir.
1917-ci ildə Lloyd Corcun köməyilə koalisiya hökumətinin tərkibinə gətirilir. Hərbi nazir vəzifəsinə təyin edilən Çörçill geniş sayda tank istehsalına başlayır və buna görə "tankların atası" ləqəbini qazanır. 1917-ci ildə Rusiyada oktyabr inqilabından sonra, bolşeviklərə qarşı "14 dövlətin yürüşü" planını hazırlayır.
1918-1922-ci illərdə Hərbi nazir və Aviasiya naziri olan Çörçill 1924-1929-cu illərdə Stenli Bolduin hökumətində Maliyyə naziri vəzifəsində çalışır.
1939-1940-cı illərdə Çörçill Hərbi Dəniz naziri vəzifəsində çalışır. 1940-cı il mayın 10-da Vermaxtın Fransaya hücumu ilə Müdafiə naziri vəzifəsinə təyin olunur. Nümayəndələr Palatasının sədri seçilir. İlin sonunda isə mühafizəkarların lideri kimi Böyük Britaniyanın baş naziri olur.
Çörçill 1941-ci il iyunun 12-də SSRİ ilə İngiltərə arasında əməkdaşlıq müqaviləsi imzalanmasına nail olur. 1941-ci il iyunun 22-si - Almaniyanın SSRİ-yə hücum etdiyi gün Çörçill London radiosu ilə çıxışında SSRİ-ni dəstəklədiyini bildirir. 1942-ci il yanvarın 1-də prezident Ruzvelt, baş nazir Çörçill, SSRİ-nin səfiri Mixail Litvinov və Çinin səfiri T.Sunq Ruzveltin kabinetində "Birləşmiş Millətlərin Nizamnaməsi" adlı sənədi imzaladılar. Birləşmiş Millətlər ifadəsi Çörçillin ideyasıdır. O, Bayronun şeirindəki "gələcəyin birləşmiş millətlərinin qılıncı" misrasından Birləşmiş Millətlər söz birləşməsini yeni yaranacaq təşkilatın adı kimi götürür.
1943-cü il 28 noyabr-1 dekabr tarixlərində antihitler koalisiyası liderlərinin - SSRİ, ABŞ və Böyük Britaniyanin iştirakı ilə keçirilən Tehran konfransında Çörçill 2-ci cəbhənin açılmasına qəti etirazını bildirir. Bu konfransdan sonra o, ledi Vayolet Bonem Karterə belə söyləmişdi: "Həyatımda birinci dəfə anladım ki, biz kiçik xalqıq. Mənim sağımda rus ayısı, solumda isə amerika bizonu oturmuşdu. Bu iki nəhəngin ortasında isə balaca ingilis eşşəyi əyləşmişdi."
1945-ci il 8 mayda U.Çörçill Almaniyanın kapitulyasiyası barədə ilk xəbəri verir. Almaniyanını kapitulyasiyasından sonra Çörçill ABŞ ordularının şərqə doğru irəliləməsinin dayanmamasını tələb edir. SSRİ, ABŞ və İngiltərə hökumətlərinin iştirak etdiyi Potsdam konfransında (1945-ci il, 17 iyul-2 avqust) Çörçillin əsas məqsədi Almaniyanın işğal zonalarının konkret sərhədləri müəyyənləşdirilərkən Sovet İttifaqına güzəştə getməmək, hüquqlarını məhdudlaşdırmaq oldu.
Fulton çıxışı
Uinston Çörçill 1946-cı il martın 5-də ABŞ-ın Missuri ştatının Fulton şəhərindəki Vestminster kollecində səsləndirdiyi "Sülhün əzələləri" adlı çıxışında "Qərb demokratiyasını SSRİ və dünya kommunizmi təhlükəsinə qarşı birləşməyə və ingilisdilli xalqların qardaşlıq assosiasiyasını" yaratmağa çağırır. Çörçill ilk olaraq sovetlərə qarşı "dəmir pərdə"nin yaradılması ideyasını irəli sürür. Bu "dəmir pərdə" Şərqi və Qərbi Avropa arasında (Baltikdə Şeçindən - Adriatikdəki Triestə kimi) çəkilməli idi.
Siyasi fəaliyyətinin son dövrləri
Çörçill 19 sentyabr 1946-cı ildə İsveçrənin Sürix şəhərinin universitetində "Oyan, Avropa" adlı çıxış edir. O, Avropa dövlətlərinə müraciət edərək, onları Avropa Birləşmiş Ştatları yaratmağa, Almaniya və Qərbi Avropa dövlətlərini birgə ittifaqa çağırır. Çörçill 1951-1955-ci llərdə yenidən Böyük Britaniyanın baş naziri olur.
1955-ci ilin aprelində öz səhhəti ilə (beyinə qan sızması) əlaqədar olaraq hakimiyyətdən imtina etdiyini bildirir. O, 80 yaşından depressiyadan əziyyət çəkməyə başlayır və ruhi sarsıntılar keçirir. Ömrünün son 10 ilini tənha yaşamağa üstünlük verir. 1965-ci ilin yanvarın 24-də Çörçill ölüm yatağında bu sön sözləri deyir: "Hər şey necə cansıxıcıdır".
Ədəbi fəaliyyəti
1933-1938-ci illərdə Marlboro nəslinin tarixi haqqında 6 tomluq kitab yazır. 1938-39-cu illərdə yazdığı "İngiltərə uyuyarkən" və "Addım-addım" adlı kitablarında III Reyxin silahlanma təhlükəsinə toxunur.
Mükafatları
1953-cü ildə Ədəbiyyat sahəsində Nobel mükafatı alır. Həmin ildə kraliça II Yelizaveta tərəfindən "Bağlama ordeninə" layiq görülür. 1963-cü ildə isə ABŞ-ın fəxri vətəndaşı olur.
2002-ci ildə Birləşmiş Krallıqda "BBC" teleradioşirkəti tərəfindən keçirilmiş 1 milyondan çox insanın iştirak etdiyi sosioloji sorğuda Uinston Çörçill bütün dövrlərin ən dahi britaniyalısı seçilir.
Aforizmləri
• Kimin ki, 20 yaşı var və hələ sosialist deyil - onun ürəyi yoxdur. Kimin ki, 40 yaşı var və hələ sosialist olaraq qalır - onun ağlı yoxdur.
• Əgər Hitler cəhənnəmə getsə, mən şeytanın şərəfinə mədhiyyə oxuyaram.
• Diplomat - heç bir şey söyləməmişdən qabaq 2 dəfə fikirləşən şəxsdir.
• Mən Tanrı ilə görüşə hazıram. Bəs Tanrı bu çətın sınağa hazırdırmı?
• Vaxt və pul bir-birinə bağlıdır.
• Dövlət xadiminin siyasi xadimdən fərqi odur ki, siyasətçi gələcək seçkiləri, dövlət xadimi isə gələcək nəsilləri düşünərək fəaliyyət göstərir.
• Siyasətçinin ən mühüm keyfiyyəti gələcək hadisələri düzgün qiymətləndirib vaxtında tədbir görməsidir.
• Pulsuz sülh olmaz.
• Əsəbi olduğum vaxtlarda heç bir qərar qəbul etmirəm.
• Cəsarət insan xarakterinin ən vacib xüsusiyyətlərindən biridir. Xarakterin digər xüsusiyyətləri cəsarətin sayəsində inkişaf edir.
• Düşüncə ilə davranış arasında məsafə yoxdur.
• Təcrübə insanın işinə həmişə yaraya bilməz. Çünki heç bir hadisə eyni formada iki dəfə təkrarlanmır.
• Mən öyrənməyi çox sevirəm, ancaq başqa birisinin mənə nəsə öyrətməsinə dözə bilmirəm.
• Öz dilini yaxşı bilməyən, başqasının dilini öyrənə bilməz.

 
Nariman_QahramanliTARİX: BAZAR, 2010-08-29, 10:05 PM | Message # 2
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Vilyam Şekspir

Vilyam Şekspir (ing. William Shakespeare, 26 Aprel, 1564 - 23 Aprel, 1616) - ingilis dramaturqu, şair və aktyoru. Dünya ədəbiyyatının ən məşhur dramaturqlarından biri. Ən azı 17 komediyanın, onlarla tarixi pyesin, 11 faciənin və sonetlər silsiləsinin müəllifidir.

Həyatı
Şekspir 1564-cü ildə İngiltərənin Stratford şəhərində anadan olmuşdur. 1585-1592 illər aralığında Londona köçür. Londonda aktyor, yazıçı və teatr şirkətinin təsisçilərindən biri kimi fəaliyyət göstərir. Şekspir 1613-cü ildə doğma şəhəri Stratforda qayıdır və üç il sonra vəfat edir.

Yaradıcılığı
Şekspir əsərlərinin əksəriyyətini 1590-1612-ci illər aralığında yazmışdır. O, həm komediya, həm də faciə janrlarında eyni dərəcədə uğur əldə edə bilən nadir dramaturqlardan sayılır. "Hamlet", "Otello", "Romeo və Cülyetta", "Makbet", "Kral Lir" kimi əsərləri dünya ədəbiyyatının nadir inciləri sırasıdadır. Şekspirin süjet, dil və janr müxtəlifliyi ilə biri-birindən seçilən əsərləri Avropa teatr sənətinin və ədəbiyyatının inkişafına misilsiz dərəcədə təsir göstərmişdir. Qələmə aldığı dramlarda yaratdığı inanılmaz dərəcədə çoxsaylı və rəngarəng insan obrazları o dövr Avropa ədəbiyatında geniş yayılmış cansız və yeknəsək obraz və daha dəqiq desək, prototiplərlə zəngin əsərləri kölgədə qoyur. Yaratdığı Makbiz və Şilok kimi obrazlar bəzən xoşagəlməz hərəkətlərə yol versələrdə tamaşaçıların rəğbətini qazana bilirlər. Çünki onlar sadəcə qüsurları olan insan obrazlarıdır.
Şekspirin əsərlər dünyanın bir çox dillərinə tərcümə olunmuş, dram əsərləri dünyanın əksər teatrlarında tamaşaya qoyulmuşdur.

Şekspir və Azərbaycan
Azərbaycan teatrının inkişafında Şekspir əsərlərinin tamaşaya qoyulması müstəsna rol oynamışdır. Görkəmli Azərbaycan yazıçı və dramaturqları onun faciə və komediyalarıni (bəzilərini dəfələrlə) Azərbaycan türkcəsinə çevirmişlər. Bunların böyük qismi ruscadan, az hissəsi ingiliscədən tərcümə olunmuşdur. Azərbaycan şairləri Şekspirin sonetlərini bir neçə dəfə tərcümə etmişlər. Ən görkəmli rejissorlar və aktyorlar Şekspir əsərlərinin Azərbaycan səhnəsində tamaşaya qoyulmasında iştirak etməyi özlərinə şərəf bilmişlər.

 
Nariman_QahramanliTARİX: BAZAR, 2010-08-29, 10:06 PM | Message # 3
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Artur Klark

Artur Klark (1917- İngilis fantastı, yazıçı

Həyatı
Artur Klark 1917-ci ildə İngiltərənin cənub-qərbindəki Somerset qraflığında doğulub. İkinci Dünya müharibəsində Britaniya hərbi hava qüvvələrində radar operatoru olub və mürəkkəb hava şəraitində uçuşların asanlaşdırılması üçün radar sisteminin hazırlanmasında iştirak edib. Sonralar həyatının bu dövrünü 1963-cü ildə nəşr olunan "Hamar yol" adlı yarısənədli romanında təsvir edib. Müharibədən sonra fizika-riyaziyyat ixtisası üzrə Londondakı Kral kollecini bitirib. Və yalnız 1940-cı illərin sonunda peşəkar yazıçı olmağı qət edib. İlk hekayəsi 1946-cı ildə bir jurnalda çıxıb, 7 ildən sonra isə "Uşaqlığın sonu" adlı ilk romanı işıq üzü görüb. 1956-cı ildə uğursuz nikahdan sonra Klark İngiltərəni birdəfəlik tərk edərək Şri Lankaya köçüb və ömrünün qalan hissəsini orda yaşayıb. Yazıçıya dünya şöhrəti gətirən 1968-ci ildə yazılmış "2001:Kosmik Odissey" (2001: A Space Odyssey) əsəri və Stenli Kubrikin onun ssenarisi əsasında çəkdiyi eyni adlı film olub. Bundan əlavə Klark "Şəhər və ulduzlar", "Delfinlər adası", "Cənnətin fəvvarələri" və s. kimi əsərləri ilə məşhurdur. Klarkın yaradıcılığı müəyyən mənada unikal xarakter daşıyır. Onun hər bir əsərində indi bəşər həyatının ayrılmaz hissəsi olan innovasiya texnologiyaları – kosmik gəmilər, super-kompüterlər, ani rabitə sistemləri ən xırda detallarına qədər təsvir olunub. Ədəbiyyatşünaslar Klarkın əsas xidmətinin məhz bunda – elmi fantastika janrına praktik yön verməkdə görürlər. Klarkın söylədikləri və yazdıqları çox vaxt heyrətamiz bir dəqiqliklə həyata keçib. Məsələn, hələ 1945-ci ildə o, geostasionar orbitdə rabitə peyklərinin meydana çıxacağını və bunun da Yer kürəsində qlobal ani rabitə sistemi yaradılmasına imkan verəcəyini söyləmişdi. 1962-ci ildə isə "Gələcəyin görüntüləri" adlı kitabında o, müasir elmin inkişaf edəcəyi "Klark qanunları"nı irəli sürmüşdü. Çağdaş elmi fantastikanın banilərindən sayılan Klarkın böyük nüfuzuna onun guya uşaqlara "sataşması" haqqında 1998-ci ildə ortaya atılan ittihamlar müəyyən zərbə vurmuş, bu da ona rıtsar ləqəbi verilməsini təxirə salmışdı. Lakin 1999-cu ildə həmin ittihamların tamamilə əsassız olduğu sübuta yetirildi və İngiltərə kraliçası II Yelizaveta tərəfindən ona rıtsar rütbəsi verildi. Bir vaxtlar Artur Klark, Ayzek Azimov və Robert Haynlayn elmi fantastların "böyük üçlüyü" sayılırdı. Artur Klark bu üçlüyün sağ qalan sonuncu nümayəndəsi idi. İyirminci əsrin ən böyük yazıçı-fantastlarından biri Artur Klark Şri-Lankanın paytaxtı Kolomboda 90 yaşında vəfat edib. Ağır xəstəliyinə baxmayaraq, son nəfəsinə qədər həyat eşqini saxlayan yazıçı yaradıcılığına da ara verməyib. Bütün ömrü boyu poliomielitdən əziyyət çəkən Klark elə bu səbəbdən də dünyasını dəyişib, amma 100-dən artıq kitabın müəllifi ölməzdən qabaq Frederik Pol ilə birlikdə yazdığı "Sonuncu teorem" adlı romanını tamamlayıb və onun gələn il işıq üzü görəcəyi bildirilir.

 
Nariman_QahramanliTARİX: BAZAR, 2010-08-29, 10:06 PM | Message # 4
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Doris Lessinq

Həyatı
Doris Mey Lessinq (ing. Doris Lessing) (22 oktyabr 1919) — ingilis yazıçısı-fantast, 2007-ci il Ədəbiyyat üzrə Nobel mükafatı laureatı, feminist. Özündə qüdrətli sivilizasiyaların mübarizəsində zəif insanın passiv iştirakının fəlsəfi probleminin müxtəlif traktovkalarını əks etdirən "Kanopus Arqosda" (1979—1982) seriyasından beş romanın müəllifidir.

 
Nariman_QahramanliTARİX: BAZAR, 2010-08-29, 10:07 PM | Message # 5
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Oldos Haksli

Oldos Leonard Haksli (26 iyul, 1894, Surrey qraflığı, Qoalminq-22 noyabr, 1963, Los-Anceles, Kaliforniya) - ingilis yazıçısı. İntellektual-polemik "Sarı Krom" (1921), "Təlxək rəqsi" (1923), "Kontrapunkt" (1928), "Yeni gözəl dünya" (1932) romanlarında cəmiyyətin mənəvi eybəcərliyi satira atəşinə tutulur. Lakin Haksli yaradıcılığında humanizmin zəifləməsinə, əxlaqi və dini öyüdçülüyə, mistisizmə gətirib çıxarmışdır: "Meymun və mahiyyət" (1948), "Dahi və ilahə" (1955) və s. romanları.

 
Nariman_QahramanliTARİX: BAZAR, 2010-08-29, 10:07 PM | Message # 6
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Redyard Kiplinq

Jozef Redyard Kiplinq - (ingiliscə 30 dekabr 1865, Bombey — 18 yanvar 1936, London), ingilis yazıçısı, şairi və novellaçısı, Ədəbiyyat üzrə Nobel mükafatını almış ilk ingilis (1907) ("Müşahidə etmək bacarığına, parlaq fantaziyasına, ideya bitkinliyinə və rəvayətçilik istedadına görə"). 1907-ci ildə Kiplinq həm də Paris, Strasburq, Afina və Toronto universitetlərinin mükafatlarını alıb. Yazıçı eləcə də Oksford, Kembric, Edinburq və Darem universitetlərinin fəxri adlarına layiq görülüb. Ən məşhur əsərləri "Cəngəlliklərin kitabı" (The Jungle Book), «Kim» (Kim) və "Sonuncu nəğmə oxunuşu" (Recessional) sayılır.
Kiplinqin əsərlərinin metaforalarla zəngin dili ingilis dilinin xəzinəsini xeyli zənginləşdirmişdir.
Əsərləri
• Departament nəğmələri (1886, şeirlər toplusu)
• Dağların sadə hekayələri (1888, toplu)
• Üç əsgər (1888, toplu)
• The Story of the Gadsbys (1888, roman)
• In Black and White (1888)
• Under the Deodars (1888)
• The Phantom Rickshaw and other Eerie Tales (1888)
This collection contained the short story The Man Who Would Be King
• Vi-Villi-Vinki (1888, toplu)
Topluda Me-e, yaramaz quzu hekayəsi də var
• Life’s Handicap (1891)
• İşıq söndü (1891, roman)
• American Notes (1891, non-fiction)
• Kazarma nəğmələri (1892, şeirlər)
• Naulaka: Qərb və Şərq haqqında hekayət (1892, roman, U. Balestyerlə birlikdə yazıb)
• Bir qucaq uydurma (1893, toplu)
• Cəngəlliklərin kitabı (1894)
o «Mauqlinin qardaşları» (hekayə)
o «Hunting-Song of the Seeonee Pack» (şeir)
o «Piton Kaanın ovu» (M) (hekayə)
o «Banderloqların yol nəğməsi» (şeir)
o «Pələng! Pələng!» (hekayə)
o «Mowgli’s Song That He Sang at the Council Rock When He Danced on Shere Khan’s Hide» (poem)
o «Ağ pişikciyəz» (hekayə)
o «Lukannon» (poem)
o «Rikki-Tikki-Tavi» (hekayə)
o «Darzee’s Chaunt (Sung in Honour of Rikki-Tikki-Tavi)» (poem)
o «Balaca Tumai» (hekayə)
o «Shiv and the Grasshopper (The Song That Toomai’s Mother Sang to the Baby)» (poem)
o «Zati alilərinin nökərləri» (hekayə)
o «Parade-Song of the Camp Animals» (poem)
• Cəngəlliklərin ikinci kitabı (1895)
o «Cəngəlliyə necə qorxu gəldi» (hekayə)
o «Cəngəlliklərin qanunu» (şeir)
o «Purun Bhaqatın möcüzəsi» (hekayə)
o «Kəbirin nəğməsi» (poema)
o «Cəngəlliklərin hücumu» (hekayə)
o «Mowgli’s Song Against People» (poem)
o «Qəbirqazanlar» (hekayə)
o «A Ripple Song» (poem)
o «Padşah ankası» (hekayə)
o «The Song of the Little Hunter» (poem)
o «Kvikvern» (hekayə)
o «'Angutivaun Taina'» (poem)
o «Kürən itlər» (hekayə)
o «Chil’s Song» (poem)
o «Bahar» (hekayə)
o «The Outsong» (poem)
• Cəsur kapitanlar (1896, yeniyetmələr üçün roman)
• Yeddi dəniz (1896, şeirlər toplusu)
• Ağ tezislər (1896, şeirlər toplusu)
• Günün işləri (1898, toplu)
• A Fleet in Being (1898)
• Stalki və К° (1899, bir neçə novelladan ibarət roman)
• Dənizdən dənizə (yol qeydləri) (1899, reportyor prozası)
• Beş millət (1903, şeirlər toplusu)
• Kim (1901, roman)
• Elə-belə yazılmış nağıllar (1902)
o «Niyə kit ancaq xırda balıqları yeyir»
o «Dəvənin belində donqar necə əmələ gəldi»
o «Kərgədanın dərisində qırışlar necə əmələ gəldi»
o «Bəbir necə xallı oldu»
o «Fil balası»
o «Qoca kenqurunun xahişi»
o «Armadillər necə yarandılar»
o «Birinci məktub necə yazıldı»
o «Birinci əlifba necə tərtib olundu»
o «Dəniz krabı, hansı ki, dənizlə oynayırdı»
o «Pişik, hansı ki, harda istəyirdi veyillənirdi»
o «Kəpənək, hansı ki, ayağını yerə çırpdı»
• Yollar və kəşflər (1904, toplu)
• Puk təpəsindən gələn Pak (Puck of Pook’s Hill, 1906, nağıllar, şeirlər və hekayələr)
o Vilandın qılıncı (Weiland’s Sword)
o Pakın nəğməsi (Puck’s Song, şeir)
o Ağaclara himn (Tree Song, şeir)
o Manordakı gənc adamlar (Young Men at the Manor)
o Ser Riçardın nəğməsi (Sir Richard’s Song, şeir)
o Şərəfli macəra cəngavərləri (The Knights of the Joyous Venture)
o Daniyalı qadının arfa müşayiəti ilə oxunmuş nəğməsi (Harp Song of the Dane Women, şeir)
o Torkildin nəğməsi (Thorkild’s Song, şeir)
o Qocalar Pevensidə (Old Men at Pevensey)
o Vilandın qılıncındakı runalar (The Runes on Weland’s Sword, şeir)
o On üçüncünün senturionu (Centurion of the Thirtieth)
o Nə səltənətlər, taxt-taclar, paytaxtlar... (Cities and Thrones and Powers, şeir)
o Britaniya-Roma nəğməsi (British Roman Song, şeir)
o Nəhəng divarda (On the Great Wall)
o Rimini (Rimini, şeir),
o Mitraya nəğmə (Song to Mithras, şeir)
o Qanadlı şlemlər (The Winged Hats)
o Piktlərin nəğməsi (Pict Song, şeir)
o Hal o' the Draft
o Öz vətənində peyğəmbər(Prophets at Home, şeir)
o Qaçaqmalçının nəğməsi (Smuggler’s Song, şeir)
o Dimçerçdən qaçış (Dymchurch Flit)
o Arı oğlanın nəğməsi (The Bee Boy’s Song, şeir)
o İngiltərənin üç hissəsi haqqında nəğmə (A Three-Part Song, şeir)
o Xəzinə və qanun (The Treasure and the Law)
o Beşinci çay haqqında nəğmə (Song of the Fifth River, şeir)
o Uşaq nəğməsi (he Children’s Song, şeir)
• The Brushwood Boy (1907)
• Təsir və əks təsir (1909, toplu)
• Mükafatlar və pərilər (1910, nağıllar, şeirlər, hekayələr)
o Soyuq dəmir (Cold Iron, şeir)
o Gözmuncuğu (a Charm, şeir)
o Qloriana (Gloriana)
o İki kirvə (Two Cousins, şeir)
o Müşahidə borusu (The Looking-Glass, şeir)
o The Wrong Thing
o Doğruçu nəğmə (A Truthful Song, şeir)
o Hökmdar Henrix VII və gəmi komandası (King Henry VII and the Shipwrights, şeir)
o Markleyk ifritələri (Marklake Witches)
o Meşə cığırı (The Way through the Woods, şeir)
o Bruklend yolu (Brookland Road, şeir)
o Bıçaq və əhəngli təpələr (The Knife and the Naked Chalk)
o Şərqdən Qərbə doğru (The Run of the Downs, şeir)
o Çobanların nəğməsi (Song of the Men’s Side, şeir)
o Dördkünc ayaqqabı qardaşım (Brother Square-Toes)
o Filadelfiya (Philadelphia, şeir)
o Ooo, əgər... (If—, şeir)
o Öz acığına rahib (a Priest in Spite of Himself)
o Müqəddəs Yelenanın laylası (St Helena Lullaby, şeir)
o Ən dürüst kasıb (Poor Honest Men, şeir)
o Müqəddəs Uilfridin müraciəti
o Eddinin xidməti(Eddi’s Service, şeir)
o Qırmızı gəmi haqqında nəğmə (Song of the Red War-Boat, şeir)
o Tibb doktoru (a Doctor of Medicine)
o Astroloqun nəğməsi (Astrologer’s Song, şeir)
o Bizim əcdadlarımız (Our Fathers of Old, şeir)
o Sadə Saymon(Simple Simon)
o Mininci adam (The Thousandth Man, şeir)
o Frenkinin ticarəti (Frankie’s Trade, şeir)
o Ədalər ağacı (The Tree of Justice)
o «The Ballad of Minepit Shaw» (şeir)
o Yeni il nəğməsi (a Carol, şeir)
• A History of England (1911, non-fiction) with Charles Robert Leslie Fletcher
• Songs from Books (1912)
• The Fringes of the Fleet (1915, non-fiction)
• Sea Warfare (1916, non-fiction)
• Ən müxtəlif varlıqlar (1917, toplu)
• The Years Between (1919, poetry)
• Land and Sea Tales for Scouts and Guides (1923)
• Böyük müharibə zamanı İrlandiya qvardiyaçıları (1923, publisistika)
• Debet və kredit (1926, toplu)
• A Book of Words (1928, non-fiction)
• Thy Servant a Dog (1930)
• Məhdudiyyətlər və yenilənmələr (1932, toplu)
• Bir az özüm haqqında (1937, avtobioqrafiya)
• The Muse among the Motors (poetry)
• Əgər… (şeir)
• Ağların vaxtı (şeir)

 
Nariman_QahramanliTARİX: BAZAR, 2010-08-29, 10:08 PM | Message # 7
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Valter Skott

Valter Skott (İngiliscə: Sir Walter Scott) (1771-1832) - Əslən Şotlandiyadan olan ingilis yazıçısı. Tarixi janrda yazdığı romanları məşhurdur. Kventin Dorvard (Quentin Durvard), Ayvenho (Ivanhoe), Rob Roy, Veverley ən məşhur əsərlərindəndir.

 
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...