ALMANIYA İMPERIYASI
Almaniya İmperiyası
(alm. Deutsches Reich) - 1871-1918-ci illərdə mövcud olmuş vahid alman
dövləti. Lakin Almaniya 1943-cü ilədək rəsmi şəkildə bu adı daşımışdır.
1943-1945-ci illərdə isə "Böyük Alman İmperiyası" (alm. Großdeutsches
Reich) adlanmışdır.
TARIXI
1870-1871-ci
illərdə Prussiyanın rəhbərliyi altındakı Şimali Alman İttifaqı ilə Fransa
arasındakı müharibədən qalib çıxan almanlar vahid alman dövlətinin yaradılması
yolundakı əsas maneə olan Fransanı kənarlaşdırmaqla ilk addımı atdılar. 18
yanvar 1871-ci ildə Versalda Prussiya kralı I Vilhelm və Baş nazir Otto fon
Bismark vahid alman dövlətinin - Almaniya İmperiyasının yaradıldığını elan
etdilər. Tezliklə Şimali Alman İttifaqına daxil olmayan cənubi
alman dövlətləri də İmperiyanın tərkibinə qatıldılar. 1871-ci ilin aprel ayında
Ümumalman Konstitusiyası qəbul edildi.
Almaniyanın
Fransadan aldığı 5 milyard frank məbləğindəki təzminat (kontribusiya)
yeni dövlətin iqtisadi inkişafına böyük dəstək oldu.
1888-ci il martın
9-da kayzer I Vilhelm 91 yaşında vəfat etdi. Onun yerini oğlu III Fridrix
tutdu. Lakin boğaz xərçəngindən əziyyət çəkən yeni imperator da cəmi 99 gün
sonra iyunun 15-də vəfat etdi. Öz liberal görüşləri ilə seçilən III Fridrix
sərtlik tərəfdarı olan Bismarkla mübahisələrdən çəkinmirdi. O, Avropadaxili
münasibətlərdə qarşıdurmanın əleyhinə çıxış edirdi. III Fridrixdən sonra
hakimiyyətə onun böyük oğlu II Vilhelm gəldi. 29 yaşlı kayzer öz nənəsi Böyük
Britaniya kraliçası Viktoriyanın sevimli nəvəsi idi və hətta Britaniya Kral
donanmasının admiralı rütbəsini daşıyırdı. 1888-ci il Almaniya İmperiyasına
rəhbərlik etmiş cəmi üç alman imperatorunun üçünün də eyni vaxtda hakimiyyətdə
olduğu il kimi - Üç imperator ili (alm. Dreikaiserjahr) adı ilə tarixə
düşüb.
II Vilhelmin hakimiyyət illəri İmperiyanın
çiçəklənmə dövrü hesab edilir. Bu dövrdə Almaniya həm yüksək iqtisadi inkişafa
nail olmuş, həm də öz hərbi gücünü artıraraq Afrika, Asiya və Okeaniyada bir
çox koloniyalar ələ keçirmişdi.
İnzibati-ərazi bölgüsü
Koloniyaları
Toqo,
Kamerun, Almaniya Şərqi Afrikası, Tanzaniya, Burundi, Ruanda, Almaniya
Cənub-qərbi Afrikası.
Şandun
yarımadasında yerləşən Sindao (Kaytçou) liman şəhəri.
Yeni Qvineya, Mikroneziya (Nauru, Palau, Marşall, Karolin və Marian
adaları), Qərbi Samoa.
|