QƏZNƏVI DÖVLƏTI
Qəznəvi dövləti (962-1187)
- Qəznəvi dövlətinin əsasını Alptəkin qoymuşdur. Dövlətin paytaxtı Qəznə şəhəri
idi.
Tarix
Sultan Mahmud Qəznəvinin dövründə ərazilər artdı.
Qərbi İran Qəznəvi dövlətinin tərkibinə keçdi. Hindistanın şimalı və şimal
qərbi 1026-cı ildə işğal edildi. Dövlət Hindistandan Xəzərə qədər ərazini əhatə
edirdi. Burada hökmdar sultan adlanırdı.
XI əsrin I yarısında Sultan Məsudun dövründə dövlət
zəiflədi. Verginin çoxluğuna görə daxili çəkişmələr artdı. 1040-cı ildə
Dəndənəkan döyüşündə Səlcuqlar tərəfindən məğlub edilən Qəznəvilərin əlində
yalnız Əfqanıstanın bir hissəsi və Pəncab qaldı. 1187-ci ildə Qəznəvi hökmdarı
Xosrov Məliki əsir alan qurlular bu dövlətin varlığına son qoydu.
|