AVRASİYA
Avrasiya - Yerin ən böyük materikidir. Avropa və Asiya qitələrindən ibarətdir. Avrasiya
adını 1883 ildə Eduard Züss vermişdir. Adalarla birlikdə sahəsi təqribən 53,4
mln. km². Ən ucqar nöqtələri: şimalda Çelyuskin burnu (77°43' şm.e.), cənubda
Piay burnu (1°16' şm.e.), qərbdə Roka burnu (9°34' q.u.), şərqdə Dejnyov burnu
(169°40' q.u.). Yer kürəsinin ən yüksək zirvəsi Everest dağı və quruda ən alçaq
mütləq nöqtəsi Ölü dəniz (səviyyəsi -395 m), ən dərin gölü Baykal və ən rütubətli
sahəsi Ceropunçi Avrasiyadadır.
Avrasiyanı qərbdən Atlantik Okeanı, şimaldan Şimal Buzlu Okeanı, cənubdan Hind Okeanı,
şərqdən Sakit Okean əhatə edir.
|