HUN IMPERIYALARI
Hun imperiyası -
bizim eradan əvvəl 220-ci ildə Teoman tərəfındən qurulduğu qəbul edilir.
Hunlar
köçəri və döyüşkən xalq olmuşlar, sənətkarlıq, xüsusi ilə də silahqayırma çox
inkişaf etmişdi, hunların güclü hərbi texnikası olmuşdur. Hun dövlətləri
başında olan şəxs "tanhu" ya da "şenyu" olaraq çağırılırdı.
Hökmdarlıqda müqəddəslik anlayışı vardı. Ölkə, dini adət hökmlərinə görə idarə
olunurdu. Hökmdarlıq atadan oğula keçirdi. Ölkə, oğullar arasında şərqi, qərbi,
mərkəz olaraq miras bölünürdü. Türk dövləti hökmdarı arvadına
"katun"(xatun) deyilirdi. İdarəçilikdə o, söz sahibiydi.
TARIXI
Böyük
Hun İmperatorluğunun eradan əvvəl 220-ci ildə Teoman tərəfındən qurulduğu qəbul
edilir. Teomandan sonra Mete Xan dövləti böyük bir imperatorluğa çevirmişdir.
Türk və Moğol boylarını bir yerə toplayan Mete, İpək yoluna hakim olmaq üçün
Çin ilə döyüşlər aparmışdır. Eradan əvvəl, 200-cü illərdə Çinə qalib gələrək,
onu vergiyə bağlamışdır. Metenin, Çini torpaqlarına birləşdirməyib, vergi
almaqla idarəetməsinin əsas səbəbi, Çin oturaq həyatı və siyasi təsirindən uzaq
durma olaraq izah olunur. Bundan başqa, Çinin çoxsaylı əhalisinin təsiri ilə
Türklük özəlliklərinin itirilməsinin qarşısı alınmışdır. Metenin ölümündən
sonra bir müddət gücünü qoruyan dövlət, eradan əvvəl 46-cı ildə Şərqi və Qərbi
Hunlar adı ilə iki yerə ayrıldılar. Bu ikiyə ayrılışına Böyük Hun Dövlətinin
iqtisadi sıxıntıları da səbəb olmuşdur. İmperiyanın başında durmuş Hohanyenin
Çin hakimiyyətinə daxil olmaq istəmişdir. Bu düşüncəni qardaşı Çiçi,
"atalarına hörmətsizlik" olaraq qəbul edib əsarət altına girməyi rədd
etmiştir. Qərbi Hunlar, Çiçi idarəsi altında Talasın qərbinə hakim oldular.
Ağhunların və Avropa Hunlarının qurulmasında əsas rol oynadılar. Qərb
Hunlularının başında olan Çiçinin Çinə qarşı verdiyi mücadilədə qısa bir müddət
sonra uğursuz olduğu görsənir. Bəlkə də ona görə ki, Çiçi, Çin ilə mücadilədə
qədim Türk müharibə taktikalarını bir kənara qoyaraq bir şəhər qurub oranı qala
halına gətirərək müdafiə taktikasına üstünlük vermişdir. Məğlubiyytəində
təsirli olan digər xəta isə əmri altında olan əsgərlərə çox sərt davranmasıdır.
Şərqi Hunlar HoHanye idarəçiliyində Talasın şərqində eradan əvvəl 48-ci ilədək
hökm sürdülər. Çinin siyasi hərəkətləri nəticəsində, eradan əvvəl 48-ci ildə Güney
(Cənub) və Kuzey (Şimal) Hunları olmaqla ikiyə ayrıldı. Kuzey hunları Xaqan Pi
idarəçiliyində Moğol və Sibir düzənlikləri çevrəsində 156-ci ilədək davam etdi.
Güney Hunları Panhu idarəçiliyində Uyğur hövzəsində və Çinə yaxın bölgələrdə
216-cı ilə qədər davam etdi. Güney Hunlarının yıxılması nəticəsində Çin siyasi
üstünlüyü çərçivəsində bir çox kiçik Hun dövləti qurulmuşdur. Bu Hun dövlətləri
Göytürk siyasi üstünlüyünə qədər davam etmişdir.
IV
əsrin sonlarına doğru Balamirin liderliyində qərbə doğru yeriyən Hunların bir
hissəsi ilk dəfə Şərq Anadoluya girdilər. 374-cü ildə hunların xanı seçilən
Balamir qərbə doğru xeyli irəliləyərək xeyli torpaqlar almış, şərqi german
tayfalarını öz tərəfinə çəkmişdi. 375-ci ildə o, Dnepri keçərək viziqotları da
məğlub etmişdi. Onun dönəmində hunlar müxtəlif istiaqamətlərdən yavaş-yavaş
Roma imperiyasının sərhədlərinə doğru irəliləyirdilər. O cümlədən Qafqazdan
keçərək Anadoluda Roma ordusunu məğlub etmişdilər. Balamirin ölümündən sonra
oğlu ya da nəvəsi olduğu güman edilən Uldızin dövründə hunlar, Karpat dağlarını
aşıb Macarıstana girərək burada Avropa Hun Dövlətini qurdular. Avropa Hun
Dövlətinin xarici siyasəti Uldız dövründə təyin olunmuşdur. Uldız, Bizansı
təzyiq altına almaq məqsədiylə Trakya üzərinə yeridi. Barış istəyən Trakya
qubernatoruna "Günəşin batdığı yerə qədər hər yeri zəbt edə bilərəm"
deyərək Şərqi Romaya (Bizansa) meydan oxudu. Türklərin gücündən çəkinən Bizans,
müqavilə bağlayaraq Hunların üstünlüyünü qəbul etdi. Bu dövrdə Hunlar, Orta
Avropadan Xəzərin şərqinə qədər uzanan geniş torpaqlara sahib olmuşdular.
Dövlətin şərq bölgəsini Karatonun idarə etdiyi bilinirsə də bu hökmdar haqqında
elə də çox məlumat yoxdur.
Hökmdar
soyundan olan Rua 422-ci ildə taxtı ələ keçərərək, ölkəni qardaşları Muncuk,
Oktar və Aybars ilə birlikdə idarə etdi. Muncukun erkən ölümü sonra Aybars
ölkənin şərq qanadının rəhbərliyinə, Oktar isə qərb qanadının rəhbərliyinə
gətirildi. Rua, Uldızın təyin etdiyi Hun xarici siyasətini davam etdirdi.
Casusluq fəaliyyətlərini irəli sürərək 422-ci ildə Bizans üzərinə bir səfər
təşkil etdi. Bu səfər nəticəsində Bizans ağır bir vergiyə bağlandı. Rua, altmış
minlik bir ordunu Qərb Romaya göndərərək Bizans İmperatoru Theodosiusı
(Teodosyus) döyüşmədən geri çəkilmək məcburiyyətində qoydu. Rua, Muncuğun gənc
oğlu Atillanı dövlət işlərinə yaxından cəlb etmişdi. Butun səfərlərdə əmisi
Ruanı muşayiət edən Atilla dövlət idarəçiliyinə böyuk maraq göstərərək, daxili
və xarici siyasət məsələlərini dərindən öyrənmişdi. Rua, 434-cü ildə Bizans
üzərinə yeni bir səfər ərəfəsində öldü.
Hun
xaqanlığının hökmdar taxtı Atillaya etibar edildi, böyük qardaşı Buda isə ona
köməkçi oldu. Atillanın dövründə Hun Dövləti ən parlaq dövrünü yaşadı. Atilla
cəsur və döyüşkən sərkərdə olmaqla yanaşı, dövrünün savadlı və müdrik dövlət
başçılarından idi. O, bir sıra başqa dilləri, o cümlədən yunan dilini sərbəst
bilirdi. Ruanın ölümündən sonra Hun dövlətnin zəifləyəcəyinə ümid bəsləyən Qərb
hakimləri tezliklə Atillanın timsalında daha qüdrətli şəxsiyyətin meydana
çıxmasnının şahidi oldular. Təsadüfi deyil ki, avropalılar bütün Qərb dünyasına
meydan oxuyan Atillanın onları “etdikləri günahlara görə” cəzalandırmaq üçün
Tanrı tərəfindən göndərildiyinə inanır və buna görə də böyük hun xaqanını
“allahın bəlası”, “Tanrının qamçısı” adlandırırdılar.
441-ci
ildə Atillanın Bizans üzərinə yürüşə başladı. Bizans tərəfindən 434-cü il
Maqros müqaviləsinin şərtlərinin pozulması və Maqros yepiskopunun konstansa
yaxınlığındakı hun başçılarının məzarlarını qarət edərək, qiymətli qəbir
əşyalarını və silahları oğurlaması Atillanın qəzəbinə səbəb olmş və onu bu
addımı atmağa vadar etmişdi. Zəifləmiş Qərbi Roma imperiyasının bir sıra
ərazilərini ələ keçirmiş hun xaqanlığı Bizans imperiyasını da özündən asılı
vəziyyətə saldı. Bu dövrdə Atilla artıq “Dünyanın hakimi” hesab edilirdi. Bir
müddət sonra, 447-ci ildə, Bizansın Marqos müqaviləsinin şərtlərini yenidən
pozması nəticəsində Atilla ikinci Balkan səfərinə çıxdı. O, bir sıra şəhərləri
ələ keçirib ölkənin paytaxtı Konstantinopola yaxınlaşdı. Konstantinopolun
hunlar tərəfindən fəthi reallaşdı. Bunu görən Bizans imperatoru Teodosios
tələm-tələsik öz elçilərini Atillanın hüzuruna göndərərək , Hun xaqanına
barışıq təklif etdi və onun şərtlərini qəbul etməyə hazır olduğunu bildirdi.
Danışıqlar nəticəsində Bizans Marqos müqaviləsinin əməl etməklə yanaşı, 600
librə qızıl hərbi təzminat ödəməyi, Dunayın 5 günlük məsafəsində qoşun
saxlamamağı, illik bacı 700 librədən 2100 librə qızıla çatdırmağı öhtəsinə
götürürdü. Ağır sülh şərtləri Bizansı süqut təhlükəsi qarşısında qoydu. Hun
xaqanlığı qarşısında aciz qalan imperator Teodosios Atillanı məhv etmək
məqsədilə sui-qəsd hazırladı. Bu qəsdin qarşısını alan Atilla bağladığı
müqaviləyə sadiq qalaraq yenidən Bizans üzərinə yerimədi. Hun xaqanı Bizansın
ciddi şəkildə sarsıldığına əmin olduğu üçün əsas zərbəni Qərbi Roma
imperiyasına qarşı çevirdi. Atilla 200 min nəfərlik ordusunu Orlean
istiqamətində hərəkət etdirdi. Tarixdə “Xalqlar vuruşması” kimi məşhur olan bu
döyüşdə bütün Qərbi Avropa Atillaya qarşı birləşdi. 451- ci il iyunun 20-də
Katalaun çölündə dünya tarixinin ən qanlı döyüşlərindən biri baş verdi. Hun
xaqanı bu döyüşdən də qalib çıxdı. Roma imperiyasının mühüm strateji əhəmiyyətə
malik olan ərazisi Qalliya Qərbi Hun xaqanlığının əlinə keçdi. Düşmənə ciddi
zərbə vuruldu. Lakin ağır döyüşdən sonra özünün hərbi səfərləri tarixində ilk
dəfə çoxlu itkilərə məruz qalmış olan və ordusuna istirahət verməyi qərara alan
Atilla düşməni təqib etmədi. Bir ildən sonra Atilla Roma imperiyasını tamamilə
aradan qaldırmaq üçün həlledici yürüşə başladı. 452- ilin yazında Atilla Po
ovalığı ilə İmperiyasının o zamankı paytaxtı Ravennaya doğru hərəkət etməyə
başladı. Roma imperatoru müqavimət göstərməyin mənasız olduğunu başa düşüb
təslim olmaq qərarına gəldi. Papa I Leonun rəhbərlik etdiyi Roma elçiləri
Atillanin hüzuruna gəldilər. Papa böyük Hun xaqanından Romanı əfv etməsini
xahiş etdi. Atilla, Roma imperiyasının təslim olduğunu nəzərə alaraq, zəngin
tarixi abidələri, kitabxanaları olan Roma şəhərinə qoşun yeritmədi. Bundan
sonra Atilla Roma imperiyasının iri şəhərlərindən olan Milan və Akvileyanı ələ
keçirdi. Artıq bütün Avropa, o cümlədən Roma və Bizans imperiyaları Atillanın
hakimiyyətinə tabe olub ona bac verirdilər. Atilla Şərq ölkələrini də itaət
altına almaq məqsədilə Sasanilər üzərinə yüryş etməyə hazırlaşırdı. Lakin böyük
Hun xaqanının Şərq səfəri yarımçıq qaldı. İtaliya səfərindən qayıtdıqdan sonra,
453- cü ildə Hun sarayında İldiko adlı şahzadə qız ilə özünün toy məclisini
quran Atilla həmin gecə qəflətən öldü. Hun xaqanının bu müəmmalı ölümü
indiyədək sirr olaraq qalır. Məzarın düşmən əlinə keçməsinin və qarət
edilməsinin qarşısını almaq məqsədilə dəfn mərasimindən sonra çayın yatağı
dəyişdirilərək, onun üzərindən axıdıldı. Buna görə də indiyədək Atillanın
qəbrini aşkar etmək mümkün olmamışdır. Atillanın ölümündən sonra Hun xaqanlığı
zəiflədi. Böyük hökmdarın varisləri dövlətin əvvəlki qüdrətini qoruyub saxlaya
bilmədilər. O, dünyasını dəyişəndə 84 oğlu vardı. Qızlarının sayını bilən yox
idi. 453-də, Atilla öləndən sonra oğulları arasında hakimiyyət üstə dava düşdü.
Onların içində anası avropalı olan çoxlu oğlan vardı.
Hunlar
bütün xalqları məğlub etmişdilər. Məğlub etmədikləri bircə xalq özləri idilər.
Atilla öləndən sonra özləri ilə vuruşmağa başladılar. Bu döyüşlərdə isə qalib
və məğlub olmadı. Dünyanın dövlətçilik, hərb sənəti və mədəniyyət tarixində
dərin iz buraxmış Hun xaqanlığının varisləri olan türk xalqları, hunlar,
avarlar, bulqarlar, xəzərlər, suvarlar, qıpçaqlar, peçenqelər və başqaları
özlərinin yeni dövlət qurumlarını, hərbi- siyasi birliklərini yaratmağa
başladılar.
BÖYÜK HUN
İMPERIYASI
Hunlar
hal-hazırda Monqolustan ərazilərində; Çin'in şimali-qərbində həyatlarını davam
etdirirlər.Bilinən ilk imperatorları Tuman(Teoman)'dır. Ən böyük imperatorları
Mete Xan'dır. Çinlilər önünə keçə bilmədikləri Hun Türklərinin hücumlarının
qarşısını almaq üçün "Böyük Çin Divarı" (Çin Səddi)'ni inşa etmək
məcburiyyətində qalmışlar (M.Ö. 214). Bu tikili, günümüzdə hələ də bir dünya
möcüzəsi olaraq qəbul edilməkdədir. Ming Hanedanı zamanında da yenilənən böyük
divarın bir çox qismi sağlamlığı ilə günümüzdə hələ ayaqda qalmaqdadır.
Türklərdə Varislik Sistemi Necə idi?
Hun dövləti
varislik sistemi ilə idarə olunurdu. Türklərdə dövlət hökmdar ailəsinin ortaq malı
sayılardı. Və ölkə, hökmdarın sağlığında oğulları arasında paylaşdırılardı. Hər
şahzadənin hökmdar olma haqqı vardı.
Böyük Hun İmperatorluğu
Bilinən ilk
Türk dövlətlərindən biridir. quruluşu haqqında tutarlı məlumatlar yoxdur. M. Ö.
220-ci ildə Teoman tərəfındən qurulduğu qəbul edilir. Həmçinin M.Ö 318-ci ilə
aid olduğu düşünülən və Çin ilə bağlanmış müqavilənin mətni mövcuddur. Teomandan sonra dövləti böyük bir imperatorluğa
çevirən Mete Xan (Mo-dun)'dır. Türk ve Moğol boylarını bir dam altında toplayan
Mete, İpək yoluna hakim olmaq üçün Çin ilə savaşmıştır. M.Ö. 200-cü illərdə
Çin'ə qalib gələrək vergiyə bağlamışdır. M.Ö. 187-ci ildə Çin İmperatorluq
ordusunu, hansı ki başında Ka-o-ti dururdu, Pa-i-Teng səfərində 10 min əsgərlik
nizamlı və intizamlı ordusuyla məğlubiyyətə uğratmışdır. Bu Çin ordusunun
sayının bəzi qaynaqlarda 200 min olduğu yazılmaqdadır. Mete Xan dövründə Sibir,
Çin Dənizi, Xəzər Dənizi arasında qalan bütün torpaqlara hakim olunmuşdur
(18.000.000 kvadrat kilometrə yaxın).
Metenin, Çin'i
torpaqlarına birləşdirməyib, vergi almaq sürətiylə idarəetmə səbəbi, Çin oturaq
həyatı və siyasi təsirindən uzaq durma olaraq izah olunur. Bundan başqa, Çin'in
çoxsaylı əhalisinin təsiri ilə Türklük özəlliklərini itirmək istəməmiştir.
Metenin
ölümündən sonra bir müddət daha gücünü qoruyan dövlət, Çinli şahzadələrlə
evlənmə ənənəsi ilə Çinli şahzadələrin cəsusluq fəaliyyətləri, Türk boyları
arasındakı iqtidar mübarizələri, Çinin İpək yolu üzərində getdikcə siyasi
nüfuzunu artırması kimi səbəblərlə M.Ö. 46-cı ildə Hunlar Şərqi və Qərbi Hunlar
adı ilə iki yerə ayrıldılar. Bu ikiyə ayrılışın səbəblərindən birisi də Böyük
Hun Dövləti'nin başında durmuş Ho-han-ye' nin iqtisadi sıxıntıları da səbəb
kimi təqdim edərək Çin hakimiyyətinə girmək istəməsidir ki, bu düşüncəni
qardaşı Çiçi, "atalarına hörmətsizlik" olaraq qəbul edib əsarət
altına girməyi rədd etmiştir.
Qərbi Hunlar, Çiçi idarəsi altında Talas'ın
qərbinə hakim oldular. Ağhunların və Avropa Hunlarının qurulmasında əsas rol
oynadılar. Qərb Hunluları'nın başında olan Çiçi'nin Çin'ə qarşı verdiyi
mücadilədə qısa bir müddət sonra uğursuz olduğu görsənir. Bəlkə də ona görə ki,
Çiçi, Çin ilə mücadilədə qədim Türk müharibə taktikalarını bir kənara qoyaraq
bir şəhər qurub oranı qala halına gətirərək müdafiə taktikasına üstünlük
vermişdir. Bu onun özünün birinci xətasıdır. Məğlubiyytəində təsirli olan digər
xəta isə əmri altında olan əsgərlərə çox sərt davranmasıdır.
Şərqi Hunlar
Ho-Han-ye idarəçiliyində Talas'ın şərqində M.S 48-ci ilədək hökm sürdülər. Çin'in
siyasi hərəkətləri nəticəsində, M.S. 48-ci ildə Güney (Cənub) və Kuzey (Şimal)
Hunları olmaqla ikiyə ayrıldı. Kuzey hunları Xaqan Pi idarəçiliyində Moğol və
Sibir düzənlikləri çevrəsində 156-ci ilədək davam etdi. Güney Hunları Panhu
idarəçiliyində Uyğur hövzəsində və Çinə yaxın bölgələrdə 216-cı ilə qədər davam
etdi.
Şərqi
Hunların kuzey və güney olaraq ikiyə ayrılmasının səbəbi; Panhu
idarəçiliyindəki Türklər'in Çin'in siyasi üstünlüyünü qəbul etməsinə rəğmən,
qardaşı oğlu Pi idarəçiliyindəki kuzey Türklərin'in Çin üstünlüyünü qəbul
etməməsidir. (Güney Hunları: bax.(Türkiyə türkcəsində) Batı Hun İmparatorluğu)
Güney Hunlarının yıxılması nəticəsində Çin
siyasi üstünlüyü çərçivəsində Çin ölkəsinə tampon məqsədli bir çox kiçik Hun
dövləti qurulmuşdur. Bu Hun dövlətləri Göytürk siyasi üstünlüyünə qədər davam
etmişdir.
Şenyuları(tanhuları)-Hun Xaqanları
- Yabgu
Tou-Man - Qaraxan (Teoman Tovuman) (?-M.Ö. 209)
- Mete
Bagatır (Bahadur) (M.Ö. 209 - Ö. 174)
- Lao
- Şang (M.Ö. 174 - M.Ö161)
- Çun
- Çen Yabgu (Kün) (M.Ö161 - 126)
- İ-Çin-Hsien
(İçihise) Yabgu (M.Ö.126 -M.Ö.114)
- Wu-Weri
(Uvey) Yabgu (M.Ö. 114 - M.Ö.105)
- Wu-Şih-Lu-Erh
(U-Su-Liu-Usilu) Yabgu (M.Ö. 105 -M.Ö 102)
- Çü-Li-Hu
(Hiü-Li-Hu-Güylihu) Yabgu (M.Ö. 102 - 101)
- Çü-Ti-Hu
(Tsie-Ti-Heu-Tsüydiheu) Yabgu (M.Ö. 101 - 96)
- Hu-Lu-Ku-(Hu-Lo-Ku
= Hulugu) Yabgu (M.Ö. 96 - 85)
- Khuandi Yabgu (M.Ö. 85 - 68)
- Khuyluy Yabgu (M.Ö. 68 - 60)
- Uven-Güydi
Yabgu (M.Ö. 60 - 58)
- Khukhasie Yabgu (M.Ö. 58 - 56)
- Çiçi Yabgu (M.Ö. 56 - 36) Çiçi ve
oğulları Batı Türküstan'a çəkilmiş və Talas'ın qərbinə sabiblənmişlər.
Avropa Hunları ilə Ağhunların təməlini qoymuşlar.
- Ho-Han-Ye (M.Ö. 56 - 31)
- Joti Yabgu (M.Ö. 31 - 20)
- Seuse
- Joti Yabgu (M.Ö. 20 - 12)
- Çeya
- Joti Yabgu (M.Ö. 12 - 8)
- Üçjolu
- Joti Yabgu (M.Ö. 8 - M.S. 13)
- Uluyjoti Yabgu (13 - 18)
- Şikao-Joti Yabgu (18 - 46)
- Vutatiho Yabgu (46)
GÜNEY (CƏNUB) HUNLARI (QƏRBİ HUN İMPERATORLUĞU)
- Panu
Yabgu (46 - 83) Qardaşıoğlu Pi və oğulları Güney Sibirə yönəlmiş və
Moğolustan'ın şimal tərəflərini Kuzey Hunları olaraq ayrıca yönətmiştir.
- Sanmuldutzu Yabgu (83 - 84)
- Yuliu Yabgu (84 - 89)
- Yuçukien Yabgu (89 - 93)
- Ankuo Yabgu (93 - 94)
- Tingtoşi - Suyheuti Yabgu (94 - 98)
- Vanşiçi - Suyti Yabgu (98 - 124)
- Vuçihu - Şihço Yabgu (124 - 127)
- Tejoşi - Suytsieu Yabgu (127 - 140)
- Çenieu Yabgu (140 - 143)
- Hulanjoşi Suytsieu Yabgu (143 -
147)
- İlingşi - Suytsieu Yabgu (147 -
172)
- Totejoşi - Suytsieu Yabgu (172 -
177)
- Huçing Yabgu (177 - 179)
- Kiangkiu Yabgu (179 - 188)
- Teçişi - Suyheu Yabgu (188 - 195)
- Huçutsiuen Yabgu (195 - 216)
Əhatə etdikləri ərazi
Orta Asiya
düzənliklərində bütün Türk boyları, Moğol qəbilələri, Moğol Tatarları,
Tunguzlar, Yüeçiler (Kuşhanlar),Çin Xanədanlığı, İpək Yolu. Əhatə etdiyi sahə:
Şimalda Sibir; cənubda Tibet, Kəşmir; şərqdə Sakit Okean; qərbdə Xəzər Dənizi
(18.000.000 km2).
Çiçi'nin Çin qeydlərindəki sözləri
Çin elçisinin
Çiçi ilə əlaqədar etdiyi bir qeyd belədir: " Boyun əyməyəcəyik. Əvvəldən
bəri Türklər qüvvəti təqdir edər, tabe olmağa pis baxarlar. Savaşçı süvari
həyatımız sayəsində adı yabançıları titrədən bir millət olduq. Biz ölsək də,
qəhrəmanlığımızın şöhrəti qalacaq, cocuğlarımız və nəvələrimiz digər qövmlərin
əfəndisi olacaqdır."
Dövlət İdarəçiliyi
Hun dövləti
başında olan şəxs "tan-hu" ya da "şen-yu" olaraq
çağırılırdı. Tanhu sözü bir ünvan olaraq "sonsuz genişlik" anlamına
gəlməkdədir. Hökmdarlıqda müqəddəslik anlayışı vardı. Hökmdarlığın tanrıdan
keçdiyi görüşü vardı. Ölkə, dini adət hökmlərinə görə idarə olunurdu. Şenyunun
vəzifəsi, ölkədə dirliyi sağlamaq, ədaləti gerçəkləştirmək, orduya rəhbərlik
etmək, məclisi idarə etmək olaraq sıralanabilər. Hökmdarlıq atadan oğula
keçməkdədir. Ölkə, oğullar arasında şərqi, qərbi, mərkəz olaraq miras
buraxılmaqdadır. Türk dövləti hökmdarı arvadına "ka-tun"(xatun)
deyilirdi. İdarəçilikdə o, söz sahibiydi. Böyük Hun Dövləti'ndə üç məclis vardı.
- 1. Məclis: Dini söhbətlər müzakirə
edilirdi. İlin ilk aylarında toplanırdı.
- 2. Məclis: İyun ayında toplanır və
dövlət işləri müzakirə edilirdi.
- 3. Məclis: Payızda toplanır və
hərbi işlər müzakirə edilirdi.
Uzun
müddət dövləti idarəedən "seçilmişlər məclisi" vardı. Bu məclisə
"ayukı" deyilirdi.
Ordu
- a.
Hun ordusu ödənişli deyildi.
- b.
Hun ordusunda qadın-kişi əsgər sayılır, hər an savaşa hazır gözlənilirdi. (ordu-millət
anlayışı)
- c. Hun ordusunun təməli atlı
əsgərlərə dayanırdı.
- d.
Ordu tümen sisteminə görə təşkilatlanmışdır. (10.000
nəfər)
- e.
istifadə olunan silahlar: ox və yaydı. Yaxın döyüşdə qılınc, qarğı
işlənirdi.
- f.
Savaş strategiyası; keşif seferleri ve yıpratma savaşları olarak ikiye
ayrılıyordu.
- g.
Saxta geri çəkilmə və duran taktiki gedişləri istifadə etdiyi Çin
mənbələrindən öyrənilməkdədir.
Metenin
mektubundaki Türkler
Metenin Çin İmparatoruna yazdığı mektupta
Türkler:
Yay çəkə bilən və istifadə edə bilən bütün qövmlər
Hun olaraq bir tək ailə halında birləşdirildilər. Artıq Hun ölkəsində kiçiklər
böyümələri üçün lazımlı ətrafı əldə edəcəklər; yaşlılar və böyüklər isə öz
yurdlarında səssiz və rahat yaşayacaqlar. Nəsillərdən nəsillərə bütün Hunlar
barış və xoşbəxtlik içində qalacaq. Tanrının lütf və inayəti ilə zabit və
əsgərlərimin üstün qabiliyyət və ərdəmləri ilə dayanıqlı atlarımın üstün gücü
ilə Kuşhanları əzərək məğlub et/yeyildi. Çin sərhədindəki bütün kiçik dövlətlər
ilə, bütün Orta Asiya xalqları nizama qovuşduruldu. Bunların hamısı artıq Hun
oldular..
Böyük Hunların Türk və Dünya Tarixinə töhfələri
- Ordu quruculuğunda 10'luq sistem Mete zamanında yaradılmış və
günümüzədək gəlmişdir. Qərb sistemi, bu yanaşmanı Türklər'dən
götürmüşdür.
- Hun axınlarına qarşı tarixi Çin
səddi tikilmişdir.
- Tayfaların Böyük Köçünün
başlamasında Hun dövlətinin dağılması ilk səbəbdir.
- Digər Türk dövlətlərinə sirayət
etmişdir.
|