QƏDIM MISIR
Qədim Misir
Afrikanın şimal-şərqində, Nil çayının aşağı axarında qədim dövlət. Tarixi 6
dövrə bölünür: Erkən padşahlıq (e.ə. təqr. 3000-e.ə. təqr. 2800), qədim
padşahlıq (e.ə. təqr. 2800-e.əş təqr. 2250), orta padşahlıq (e.ə. təqr.
2050-e.ə. təqr. 1750), yeni padşahlıq (e.ə. təqr. 1580-e.ə. təqr. 1070),
Liviya-Sais və İran dövrü (e.ə. təqr. 1070-e.ə. təqr. 332) və Yunan-Roma dövrü
(e.ə. 332-eramızın 395).
ERKƏN PADŞAHLIQ
Bu dövründə ilk iki sülalə hökmranlıq etmişdir.
Misirin birinci fironu Narmer (Qədim Misir tarixçisi Manefonun məlumatına görə
Mina) Aşağı Misir üzərində qələbə çalaraq ölkəni vahid dövlətdə birləşdirdi.
Birinci Misir sülaləsinin hakimiyyəti dövründə Misirdə süni suvarma əkinçiliyi
inkişaf etmiş, daş və mis alətlər təkmilləşdirilmiş, Memfis şəhərinin əsası
qoyulmuş, mərkəzləşdirilmiş dövlət yaradılmış və işğalçılıq müharibələrinə
başlanılmışdı.
|