CÜMƏ AXŞAMI, 2024-11-14, 4:25 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ MƏQALƏLƏR
M E N Y U

DİGƏR BÖLMƏLƏR

F O R U M

ÜMUMİ MƏQALƏLƏR
MARS PLANETI AZƏRBAYCANDA GÖRÜNDÜ (2)

İLHAM ƏLİYEVİN NƏVƏLƏRİ İLK DƏFƏ İCTİMAİ TƏDBİRDƏ GÖRÜNÜB (0)

İNTERNETDƏ YENİ TƏHLÜKƏ (0)

PORT BAKU RESİDENCE ... (2)

QƏBIRDƏ DURUB OTURAN ŞƏXS SONRA YENIDƏN ÖLÜB (2)

'DÜNYANIN ƏN ÇIRKIN ITI' (0)

MÜBARIZ İBRAHIMOV - DOĞUŞDAN ÖLÜMƏ QƏDƏR... (0)

MÜBARİZ İBRAHİMOVUN SON MƏKTUBU (0)

ƏN BÖYÜK DİNOZAVR QƏBİRİSTANLIĞI TAPILIB (0)

GÖZƏGÖRÜNMƏZLİK ARTIQ REALLAŞIR (0)

"ŞREK" BALIĞI (0)

TƏBİƏTİN MÖCÜZƏSİ (2)

İNANILMAZ BİR TƏSADÜF! (2)

DÜNYANIN YEGANƏ ÜSTÜ-ÖRTÜLÜ AQUA-PARKI! (1)

YEMIŞIN ÜSTÜNDƏ “LA İLAHƏ İLLƏLAH” YAZILIB (2)


SON XƏBƏRLƏR

ANA SƏHİFƏ » Articles » NƏRİMAN QƏHRƏMANLININ MƏQALƏLƏRİ

Cahangir Zeynaloğlu

                              Cahangir Zeynaloğlu

Cahangir bəy Nəsirbəyov (1892-1944), Azərbaycan Demokratik Respublikasının milli ordusunun zabiti, tarixçi
 

HƏYATI

           Cahangir bəy Zeynal bəy oğlu 1892-ci ildə Şuşada varlı zadəgan ailəsində anadan olmuşdur. İlk təhsilini doğulduğu şəhərdə almışdır. Məlum olduğu kimi, çar Rusiyasında yaşayan müsəlmanlar, o cümlədən azərbaycanlılar orduya çağırılmırdılar. Yalnız zadəganlar istisna təşkil edirdilər. Birinci Dünya müharibəsi başlayanda C.Nəsirbəyov hərbi xidmətə çağırılmış, əvvəlcə podporuçik, sonra isə poruçik rütbəsində Qafqaz cəbhəsində vuruşmuş, orden və medallarla təltif olunmuşdur. O, hələ Azərbaycan Xalq Cümhuriyyəti yaradılmamışdan əvvəl, Azərbaycan Zaqafqaziya Federasiyasının tərkibində olarkən milli hərbi kadrların yaradılmasında iştirak etmişdir. 1918-ci il martın 1-də Zaqafqaziya Seymi C.Nəsirbəyovu müvəqqəti olaraq Tiflisdə yerləşən unter zabit məktəbinin - "Müsəlman praporşiklər məktəbi"nin rəisi təyin etdi. Hərbi rütbəsi də artırıldı: əvvəlcə ştabs-kapitan, sonra isə kapitan oldu. Xalq Cümhuriyyəti elan edildikdən sonra hərbi məktəb Gəncəyə köçdü, türkiyəli hərbçilərin köməyi ilə fəaliyyətini bərpa etdi və statusu yüksəldilərək "praporşiklər məktəbi"nə çevrildi. Türkiyəli zabit Atif bəy məktəbin rəisi təyin olundu. C.Nəsirbəyov isə məktəbdə tərcüməçi və rəisin köməkçisi kimi xidmət etməyə başladı. Cahangir bəy 1918-ci ilin noyabrınadək burada çalışdı. Türklər Azərbaycandan gedəndən sonra o, hərbi xidmətdən azad edildi və 1920-ci ilin aprelinədək heç yerdə xidmət etmədi. XI ordu Bakını işğal etdikdən sonra C.Nəsirbəyov bu ordunun sıralarına daxil oldu. Lakin burada da xidməti uzun sürmədi. 1920-ci il dekabrın 5-də Azərbaycan Fövqəladə Komissiyasının orderi əsasında C.Nəsirbəyovun evində axtarış aparıldı, şəhərdən çıxmamaq barədə dilindən iltizam alındı. Başı üstünü ölüm təhlükəsi aldığını görən Cahangir bəy bir neçə gün sonra Azərbaycanı tərk edib Türkiyəyə köçdü. İkinci Dünya müharibəsi başlananadək burada yaşadı. Bu illərdə müxtəlif məktəblərdə rus, alman, fransız və italyan dillərini tədris etdi. Sonra ticarətlə məşğul oldu, Sivasda "Vətən" fabrikini yaratdı. Oğlu Baykal və qızı Maral dünyaya gəldi. Cahangir bəyin Türkiyədə yaşayan azərbaycanlı mühacirlər arasında çoxlu dostları var idi. Sonralar onların bəziləri Avropaya və Amerikaya köçdülər. Cahangir bəy də bir neçə dostu ilə bərabər Almaniyaya köçdü və burada "Könüllülər ordusu"nun sıralarına daxil oldu. Cahangir bəy Almaniyada olarkən ailəsinə göndərdiyi məktubların birində yazırdı ki, "tezliklə Azərbaycan azad olacaq, müstəqilliyini qaytaracaq və biz hamımız birlikdə Vətənimizə gedəcəyik". Amma onlar bir daha görüşə bilmədilər. Cahangir bəy 1944-cü ildə müəmmalı şəraitdə Almaniyada vəfat etdi.
 

ƏSƏRLƏRI

         Cahangir bəyin elmi fəaliyyəti Azərbaycan mədəniyyətinin tarixində müəyyən iz qoymuşdur. Onun tarix təhsili yox idi. Bununla belə, mütaliəsi, fitri istedadı, geniş dünyagörüşü sayəsində dövrünün savadlı adamlarından biri oldu. Bütün bunlar ona Azərbaycan tarixinin müxtəlif məsələlərini tədqiq etməyə imkan verdi. Cahangir Zeynaloğlu İstanbulda çap olunmuş dörd kitabın - "Müxtəsər Azərbaycan tarixi", "Şirvanşahlar yurdu", "Tariximizin xanlıqlar dövrü" və "Atalar sözü (Xalqın sözü, haqqın sözü)" əsərlərinin müəllifidir. 1924-cü ildə nəşr olunmuş "Müxtəsər Azərbaycan tarixi" qədimlərdən başlayaraq 1920-ci ilədək olan dövrü əhatə edir. Azərbaycanın suverenliyi və müstəqilliyi ideyası kitabın ana xəttini təşkil edir. Bu, fəsillərin adlarında da aydın görünür: "Müstəqilliyin elan olunmasından əvvəlki dövr", "Atabəylərin müstəqilliyi dövrü", "Suveren Ağqoyunlu və Qaraqoyunlu dövlətləri", "Xanlıqların müstəqilliyi dövrü", "Müstəqil Cümhuriyyət". Hər fəslin axırında Azərbaycan tarixinin müxtəlif dövrlərinin mədəniyyətinə dair xülasə verilir. Əsərin son fəsli Azərbaycan Demokratik Respublikasının tarixinə həsr olunmuşdur. Cahangir bəy bu kitab üzərində işləyərkən təkcə əlyazma və kitablardan yox, həm də türk və rus dillərində çıxan gündəlik qəzet və jurnallardan, Rus Coğrafiya Cəmiyyətinin məcmuələrindən, Qafqaz Arxeologiya Cəmiyyətinin əsərlərindən, Qafqaz təqvimlərindən istifadə etmişdir. 1993-cü ildə kitab Bakıda yenidən nəşr olunmuşdur. 1931-ci ildə Cahangir Zeynaloğlu ikinci kitabını - "Şirvanşahlar yurdu"nu nəşr etdirmişdir. Əsər Şirvanşahlar dövlətinin tarixinin qaranlıq səhifələrinə işıq salır, Şirvanın daxili həyatı, onun hökmdarlarının nəsil şəcərəsi və fəaliyyəti ilə tanış olmağa imkan verir. Kitab Türkiyənin diplomatik dairələrində və mətbuatında müsbət qarşılandı. Əsərin titul vərəqində qeyd olunur ki, müəllif bu kitabın ilk nüsxəsini Mustafa Kamal Atatürkə təqdim etmişdir. 1931-ci il avqustun 31-də Atatürk və marşal Fevzi Çakmak kitabı yüksək qiymətləndirərək Cahangir Zeynaloğluya təşəkkür etmişlər. "Şirvanşahlar yurdu" bir neçə dəfə Türkiyədə təkrar nəşr olunmuşdur və bu gün də əhəmiyyətini itirməmişdir. Cahangir Zeynaloğlu kitabın müqəddiməsində yazır ki, bir çox mənbə Rusiyada qalmışdır və o, Türkiyə kitabxanalarındakı mənbələrdən istifadə etmişdir. Əsərdə antik mənbələrə istinad edilir. Şirvanın tarixi coğrafiyasına dair Strabon, Plutarx və digər antik müəlliflərin əsərlərindən sitatlar gətirilir. Həmçinin A.Bakıxanovun, B.Dornun, V.Bartoldun, Y.Paxomovun, M.Yanovskinin, M.Karaulovun əsərləri tədqiqata cəlb edilir. Kitabda Bərdənin, Şamaxının, Bakının, Dərbəndin rəsmləri, xəritələr verilmiş, Şirvanın müxtəlif dövrlərdə sərhədləri göstərilmiş, bu dövlətin etnoqrafik fotoşəkilləri dərc edilmişdir. Cahangir Zeynaloğlu Şirvanşahlar dövlətinin yaranması prosesini tədqiq etmiş, onun inkişaf, çiçəklənmə və tənəzzül mərhələlərini araşdırmışdır. Müəllif Şirvanşahların tarixini işıqlandırmaq üçün onun müxtəlif aspektlərini, daha doğrusu, dövlətin yarandığı tarixi-coğrafi şəraiti, Şirvan şəhərlərinin, burada yaşayan tayfaların və xalqların vəziyyətini, sənətləri və ticarəti, sosial münasibətləri, dövlət quruluşunu, hərb tarixini və mədəniyyət məsələlərini nəzərdən keçirmişdir. O, dövlət yaranandan süquta uğrayanadək Şirvanşahların nəsil şəcərəsini araşdırmış, bir sıra şirvanşahların adlarını və hakimiyyəti illərini dəqiqləşdirmişdir. Cahangir Zeynaloğlu hər bir dövrə ayrılıqda nəzər salmış və dövlətin mövcud olduğu illəri dövrlərə bölməyə cəhd etmişdir. Tarix təhsili olmayan tədqiqatçının xüsusi ədəbiyyatı və mənbələri bu qədər gözəl bilməsi heyrət doğurur. Cahangir Zeynaloğlunun "Atalar sözü" kitabında 5 min atalar sözü, zərb-məsəl, söz və onun sinonimi, tarixi termin və s. toplanmışdır. Tədqiqatçının əsərləri məzmununa və araşdırma metodlarına görə ölkə tarixinin 1920-ci ilədək olan dövrünün işıqlandırılmasında ilk cəhd idi. Bu əsərlər indi də əhəmiyyətini itirməmişdir. Şübhəsiz, kitabların nəzəri səviyyəsi elə də yüksək deyildi, burada metodoloji səhvlər, yanlış müddəalar və nəticələr vardı. Bu da o dövrdə tarix elminin inkişaf səviyyəsi ilə izah olunur. Bununla belə, müəllif Azərbaycan xalqının qədim dövrlərdən XX əsrin 20-ci illərinədək tarixinin vahid konsepsiyasını hazırlamaq üçün az iş görməmişdir. Onun əsərləri Azərbaycanın tarixi inkişafına həsr olunmuş ilk ümumiləşdirici tədqiqatlardan biri kimi diqqəti cəlb edir. Azərbaycan tarixinin öyrənilməsinin ilkin mərhələsini səciyyələndirərkən qeyd edək ki, XX əsrin əvvəlləri ölkənin qədim və orta əsrlər tarixinə dair köhnə faktların sistemləşdirilməsi və yeni faktların əldə edilməsi dövrü, başqa sözlə, Azərbaycanın qədim tarixinin yenidən yazılması mərhələsi idi. O vaxt alimlər hər şeyi praktik olaraq sıfırdan başlamalı olmuşdular. Amma artıq həmin illərdə gələcək tədqiqatların və elmi istiqamətlərin etibarlı təməli qoyuldu. Bu isə sonralar Azərbaycanın qədim, orta əsrlər, yeni və ən yeni tarixi kimi mühüm elmi bölmələri fərqləndirməyə imkan verdi. Ölkə tarixinin bir çox mühüm problemlərini planlı şəkildə və mərhələ-mərhələ tədqiq etməkdən ötrü yeni tarixçi kadrların yetişməsi üçün müəyyən müddət keçməli idi. Azərbaycanın qədim, orta əsrlər və yeni tarixinə dair ilk peşəkar elmi işlər ötən əsrin 50-ci illərində meydana çıxmağa başladı və bu əsərlər arxeoloji, etnoqrafik, epiqrafik və digər tədqiqatlara əsaslanırdı. Dərin biliyə, tarixi mənbələrdən bacarıqla istifadə etmək qabiliyyətinə malik olan, ən başlıcası isə Azərbaycanı varlığı qədər sevən Cahangir Zeynaloğlu özündən sonra zəngin elmi irs qoyub getmişdir. Hələ layiq olduğu qiyməti almamış bu irs Azərbaycan tarixşünaslığında öz yerini tutacaq. Qədirbilən xalqımız isə doğma yurdun tarixinə, mənəvi dəyərlərinə, mədəniyyətinə sonsuz məhəbbət hissi bəsləmiş Cahangir Zeynaloğlunu həmişə hörmətlə xatırlayacaq. 


Category: NƏRİMAN QƏHRƏMANLININ MƏQALƏLƏRİ | Added by: Nariman_Qahramanli (2009-07-10) | Author: NƏRİMAN QƏHRƏMANLI E W
Views: 530
Total comments: 0
Only registered users can add comments.
[ QEYDİYYAT | Login ]
AXTAR

***





GOOGLE DA AXTAR
SAYTDA AXTAR

Free Image Hosting


F O R U M
  • ABŞ-IN ŞTATLARI (14)

  • A.DÜMA, O.BALZAK, V.HÜQO VƏ S. (11)

  • HİKMƏTLİ SÖZLƏR (10)

  • SƏDİ, Ə.FİRDOVSİ, Ö.XƏYYAM VƏ S. (8)

  • AZƏRBAYCANIN SU ANBARLARI (7)

  • PUŞKİN, TOLSTOY, DOSTOYEVSKİ, ŞOLOXOV VƏ S. (7)

  • HÖTE, ŞİLLER, BÖLL VƏ S. (7)

  • R.N.GÜNTƏKİN, N.HİKMƏT, O.PAMUK VƏ S. (7)

  • ÇÖRÇİL, ŞEKSPİR, KLARK VƏ S (6)

  • N.TUSİ, BƏHMƏNYAR, A.HACIYEV ... (5)

  • DEKART, PASKAL,PUANKARE,LANQRANJ VƏ AMPER (4)

  • DASTAN (3)

  • Z.BÜNYADOV, Y.MAHMUDOV,ORUC BƏY BAYAT .... (3)

  • MOBİL TELEFONLAR ÜÇÜN LAZIMILI KODLAR. (2)

  • DON KİXOT, BENAVANTE VƏ KAMİLO XOSE SELA (2)


  • KONVERTER


    STATİSTİKA

    YENİ ÜZVLƏRİMİZ
  • dxemnynp12   (dxemnynp12)

  • StevenPr   (StevenPr)

  • fixmeboybws   (fixmeboybws)

  • LolaHax77   (LolaHax77)

  • cxhawndk09   (cxhawndk09)


  • SON ŞƏRHLƏR

    Black::unsure:( THANKS)



    :menim e-mailime hec gondermeyin bunlarin hamisini bilirem


    SAYT KATALOQU
    www.designerlady.blogcu.com

    Hemise bir gel

    www.NERIMAN.tk

    www.onlinepara-kazan.com

    Dahi trening mərkəzi

    GENCLIK ILLERINE XOW GELMISINIZ

    BƏRDƏ (rəsmi saytı)

    CELT Colleges

    BDU


    SAYTINI ƏLAVƏ ET!

    SON ELANLAR
    Yay kompaniyası Şahmat hazırlığı

    AE AZER MMC

    ID plastic kart. Cap isler.

    BMW 320 satılır

    Turniket, slaqbaum, domofon, alarm, siqnalizasiya, tehlukesizlik kameralari, nezaret sistemleri, biometrika.


    YENİ ELAN VER!

    ADMİN
    Nariman Qahramanli


    BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...