Yaqub Mahmudov 1939-cu il
fevralın 10-da Şəki rayonunun Baş Göynük kəndində anadan olmuşdur. Azərbaycan
Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.
1956-cı ildən Balakən rayonunun Sarıbulaq kənd orta məktəbində müəllim işləmişdir.
1966-cı ildən Azərbaycan Sovet Ensiklopediyası redaksiyasında elmi redaktor,
böyük elmi redaktor, redaksiya müdiri, baş redaktorun elmi işlər üzrə müavini,
1974-cü ildən Azərbaycan Dövlət Pedoqoji İnstitutunda baş müəllim, dosent,
1981-ci ildən Azərbaycan Dövlət Universitetində dosent, kafedra müdiri, tarix
fakültəsi dekanının müavini, 1992-ci ildən Azərbaycan Respublikası Ali
Attestasiya Komissiyası sədrinin müavini, "Azərbaycan Ensiklopediyası"
Nəşriyyat-Poliqrafiya Birliyinin baş direktoru vəzifələrində çalışmışdır.
1986-2004-cü illərdə Bakı Dövlət Universiteti tarix fakültəsinin dekanı
olmuşdur. 2004-cü ildən AMEA-nın Tarix İnstitutunun direktorudur.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
2005-ci il noyabrın 6-da 114 saylı Şəki kənd birinci seçki dairəsindən deputat seçilmişdir.
Milli Məclisin Sosial siyasət daimi komissiyasının üzvüdür.
Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri,
Azərbaycan-İtaliya, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi
qruplarının üzvüdür. Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin
üzvüdür.
Evlidir, 3 övladı var.Əsas elmi əsərlərin adları
"Azərbaycanın Avropa ölkələri ilə əlaqələri", Ağqoyunlu dövrü (XV
əsrin II yarısı). Bakı, 1986"Ağqoyunlu və Səfəvi dövlətlərinin Avropa
ölkələri ilə qarşılıqlı əlaqələri (XV əsrin II yarısı - XVII əsrin
əvvəllləri)". Bakı, 1991 (rus dilində)"Azərbaycan
diplomatiyası". Bakı, 1996, 2007"Azərbaycan: qısa dövlətçilik
tarixi". İslamabad, 2005, Bakı, 2005 (Azərbaycan, ingilis və rus
dillərində)"Qarabağ: real tarix, faktlar, sənədlər". Bakı, 2005
(Azərbaycan, ingilis, ərəb, fransız, alman və rus dillərində)"Naxçıvan:
tarixi və abidələri". Bakı, 2007(Azərbaycan və ingilis
dillərində)Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü
Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvüdür.Təltif və
mükafatlar
Yusif Məmmədəliyev, Rəsul Rza, "Qızıl qılınc", "Qızıl
qələm" mükafatları laureatı;Azərbaycan Respublikasının Əməkdar Elm xadimi;"Şöhrət"
ordeni
700-dən çox elmi əsərin və elmi-publisistik məqalənin müəllifidir. Rus və ingilis
dillərini bilir.