Gülüstan müqaviləsi (1813)
Gülüstan müqaviləsi
(ingiliscə: Treaty of Gulistan) - 1813-cü ilin 12 oktyabr tarixində
Rusiya İmperiyası ilə Qacar İran dövləti arasında imzalanmış və tarixi
Azərbaycanın ərazisini Rusiya ilə İran arasında bölən birinci müqavilə.
Çar Rusiyası Osmanlı İmperiyası ilə 1812-ci ilin yayında imzaladığı Buxarest
müqaviləsi*ndə Osmanlı İmperiyası rusların Qafqazı işğalını tanıyır, bu
torpaqlara iddiasından əl çəkir.
1812-ci ildə
Napaleon*un Rusiya hücumundan dəyərlənməyə çalışan İran vəliəhdi Abbas Mirzə
Rusiyanın işğal etdiyi Azərbaycan xanlıqlarına hücum etsə də general
P.Kotlyarevski bu hücumları dəf edir və bölgədə hərbi-siyasi üstünlük qazanır.
Bu hallar İngiltərə*ni bərk narahat edir və onların təkidi ilə İran Rusiya ilə
müqavilə imzalamaq qərarına gəlir.
1813-cü ilin 12 noyabrında Gülüstan
(Qarabağ) kəndində birinci Rusiya-İran müharibəsinin qurtarmasını bildirən
müqavilə imzalanır. Bu müqavilə tarixə imzalandığı yerin adıyla Gülüstan
müqaviləsi kimi daxil olur.
Müqaviləni
İran tərəfdən şahın vəkili Mirzə Əbdülhəsən xan, Rusiya tərəfdən isə Ratişev
imzalayır.
Bu
sülh müqavilənin şərtlərinə əsasən Şimali Azərbaycan xanlıqlarından İrəvan və
Naxçıvanı çıxmaq şərtilə yerdə qalan bütün xanlıqlar (Talış, Şirvan, Quba,
Bakı, Gəncə, Qarabağ, Şəki) Rusiyaya verilir.
|