QARABAĞ MÜHARIBƏSI
Qarabağ müharibəsi (ingiliscə: Karabakh war) -
1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi üstündə
ErmənistanlaAzərbaycan arasında şiddətli hərbi ixtilaf. Müharibə 1988-ci ildən
başlayaraq Ermənistan SSRinAzərbaycan SSRə qarşı irəli sürdüyü ərazi iddialarına
əsaslanan Qarabağ münaqişəsinin dəvamı olmuşdur.
Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Azərbaycan və Ermənistan arasında imzalanmış
atəşkəslə başa çatmışdır. İxtilafın nəticəsində 30.000 yaxın insan həlak olmuş,
Azərbaycanın Dağlıq Qarabağ ərazisi və ətrafında yerləşən 7 inzibati rayonu
Ermənistan silahlı qüvvələrinin işğalına məruz qalmışdır.
Erməni ekspansiyası 1985-ci ildə Mixail Qorbaçov SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin baş
katibi vəzifəsinə seçiləndən sonra azərbaycanlılara qarşı erməni
ekspansiyasının növbəti mərhələsi başlayır. Artıq 1987-ci ilin sonlarından
etibarən Ermənistan SSR-nin paytaxtı Yerevan (İrəvan) şəhərində Dağlıq Qarabağ
Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi tələbləri ilə kütləvi aksiyalara
başlanılır. Eyni zamanda, istər sovet erməniləri, istrəsə də xaricdəki erməni
diasporu tərəfindən «Miatsumun» həyata keçirilməsi üçün fəal ideoloji hazırlıq
həyata keçirilir. M.Qorbaçovun müşaviri sovet iqtisadçı alimi akademik
A.Aqanbekyan «Humanite» qəzetinə 1987-ci ilin oktyabr ayında verdiyi
müsahibədə, Dağlıq Qarabağ Muxtar Vilayətinin guya Azərbaycanla deyil, məhz
Ermənistanla daha sıx tarixi, iqtisadi-təsərrüfat əlaqələrinə malik olmasını
bildirərək, Muxtar Vilayətin Ermənistana birləşdirilməsi bəyanatı ilə çıxış
edir. Bu dövr həm də, ermənilərin şovinst-millətçiliyinə xidmət edən «Qarabağ»
və «Krunk» təşkilatlarının fəaliyyəti, «ziyalı» pərdəsinə bürünmüş Silva
Kaputikyan, Zori Balayan və s. şəxslərin bu istiqamətdə canfəşanlığı ilə
xarakterizə olunur. Azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası
1988-ci ilin yanvar ayından etibarən, SSRİ-nin ali rəhbərliyinin dəstəyinə arxalanan
ermənilər Ermənistan SSR-də yaşayan azərbaycanlıların tarixi torpaqlarından
kütləvi deportasiyasına başlayırlar. Bu proses 1989-cu ildə başa çatdırılır,
həmin illər ərzində 220 000-dən çox azərbaycanlı deportasiyaya məruz qalır.Müharibənin
başlanması
1989-cu ilin salnaməsi Sovet Ordusunun hərbi dəstəyinə arxalanan erməni silahlı
birləşmələrinin Dağlıq Qarabağ Muxtar Vilayətinin azərbaycanlılar məskunlaşmış
yaşayış məntəqələrinə və müxtəlif nəqliyyat vasitələrinə hücumları ilə xarakterizə
olunmuşdur.
1989-cu il iyul ayının 29-da Ermənistan ərazisində Azərbaycandan gedən
qatarlara olan hücumlar nəticəsində Ermənistanla Azərbaycan arasında dəmir yolu
əlaqəsi kəsilir. Ermənistan tərəfindən Azərbaycanın Naxçıvan Muxtar
Respublikasının təcridinə başlanılır. Dekabr ayının 1-də Ermənistan SSR-nin Ali
Soveti qeyri-qanuni şəkildə «Dağlıq Qarabağ Muxtar Vilayəti»nin Ermənistan
SSR-yə birləşdirilməsi haqqında» qərar qəbul etdi.
1991-ci il sentyabr ayının 2-də erməni separatçıları Azərbaycan Respublikasının
Dağlıq Qarabağ regionunda qeyri-qanuni olaraq «Dağlıq Qarabağ Respublikası»nın
qurulmasını bəyan etdilər.
Sentyabr ayının 23-də Ermənistan və Azərbaycan prezidentlərinin Rusiyanın Jeleznovodsk
şəhərində Rusiya və Qazaxıstan prezidentlərinin vasitəçiliyi ilə görüşü
keçirildi. Görüş zamanı prezidentlər münaqişənin sülh yolu ilə həlli barədə
razılığa gəldilər. Əldə olunmuş razılaşmaya baxmayaraq, erməni hərbi birləşmələri
Xocavənd və Hadrut rayonları ərazisində azərbaycanlı əhaliyə qarşı kütləvi
hücumlara başladılar. Nəticədə bu rayonların azərbaycanlılar yaşayan
kəndlərinin əksəriyyəti işğal olundu, azərbaycanlı əhali isə güclə öz torpaqlarını
tərk etmək məcburiyyəti qarşısında qaldı.
Quqark qırğını
1988-ci ilin noyabr ayında Ermənistanın Quqark rayonunda ermənilər tərəfindən
15-i yandırılaraq 21 azərbaycanlı öldürülmüşdür.Qarakənd faciəsi
1991-ci il noyabr ayının 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında
erməni terrorçuları Azərbaycan, Rusiya və Qazaxstanı təmsil edən bir qrup
yüksək vəzifəli dövlət məmuru və jurnalisti aparan «Mİ-8» vertolyotunu
gülləbaran etdilər. Nəticədə 22 nəfər tanınmış dövlət, ictitmai və hərbi xadim
qətlə yetirildi. Xocalı soyqırımı
1992-ci il fevral ayının 25-26-da erməni silahlı birləşmələri Xankəndidə yerləşən
Rusiyaya məxsus 366-cı alayın köməyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə
hücum edərək dinc əhaliyə qarşı xüsusi qəddarlıqla müşaiyət olunan genosid
aktını həyata keçirdilər. Bu faciə nəticəsində 613 dinc sakin qətlə yetirilmiş,
487 nəfər yaralanmış, 1275 nəfər isə əsir götürülmüşdür. Onlardan bir çoxu
əsirlikdən qayıtmamış və sonrakı taleyi barədə hər hansı məlumat yoxdur. 366-cı
alay Xankəndidən çıxarıldıqdan sonra bu hərbi hissəyə məxsus olan silahlı
texnikanın mühüm hissəsi erməni separatçılarına verildi.
Ağdaban soyqırımı
1992-ci ilin aprel ayının 8-də Erməni işğalçıları Kəlbəcərin Ağdaban kəndinə hücum
edərək 67 nəfəri qətl etmiş,17 kənd sakini diri-diri yandırmışdır.Şuşa
şəhərinin işğalı
Mart ayının 2-də Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının üzvü seçildi.
Mart ayının 11-də Avropa Şurası Nazirlər Komitəsi Azərbaycan Respublikasının
Dağlıq Qarabağ regionunda dinc əhaliyə qarşı baş vermiş zorakılıq aktlarını
pisləyən bəyanatla çıxış etdi. Mart ayının 24-də ATƏM-in dəstəyi ilə Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı konfransın çağırılması qərara alınır.
May ayının 7-də Ermənistan və Azərbaycan dövlət başçılarının münaqişənin nizamlanması
ilə əlaqədar İranın vasitəçiliyi ilə Tehranda görüşü keçirilir. Görüşün sonunda
dövlət başçıları kommunike imzalayırlar. Bu kommunike imzalanandan dərhal sonra
may ayının 8-də erməni hərbi birləşmələri tərəfindən Şuşa şəhəri işğal olunur.
May ayının 17-də isə münaqişənin nizamlanması ilə bağlı müxtəlif səviyyələrdə
danışıqların davam etdiyi bir vaxtda erməni hərbi birləşmələri Laçın şəhərini
işğal etdilər.
Azərbaycan Ordusunun 1992-ci il yay əməliyyatları
1992-ci ilə qədər Ermənistan Respublikasının milli ordusu var ikən Azərbaycan hakimiyyətinin
milli ordu işinə soyuq baxması nəticəsində ermənilər Azərbaycan torpaqlarının %5-ini
işğal etmişdir.1 iyun 1992-ci ildə Elçibəy prezident seçilmiş və bu ərəfədə
Azərbaycan ordusu hücuma keçmişdir.1992-ci ilin 12 iyununda Şaumyan(?),7 iyulda
Ağdərə olmaq üzərə işğal edilmiş torpaqların %3,5-i geri
alınmışdır. Ermənistanın işğalcılıq müharibəsi
Sentyabr ayının 19-da Ermənistan və Azərbaycan müdafiə nazirləri Rusiyanın Soçi
şəhərində hərbi əməliyyatların dayandırılması ilə bağlı razılaşma əldə etdilər.
Həmin il dekabr ayında bu razılaşmanı pozan Ermənistan tərəfi Azərbaycan
Respublikasının Zəngilan rayonunun 8 kəndini işğal etdi.
1993-cü il aprel ayının 3-də erməni hərbi birləşmələri tərəfindən Azərbaycan
Respublikasının Kəlbəcər rayonu işğal olundu. Aprel ayının 6-da BMT
Təhlükəsizlik Şurasının sədri Kəlbəcər rayonun işğalını pisləyən bəyanat verdi.
Aprel ayının 15-də isə Avropa Şurası Nazirlər Komitəsi münaqişənin
kəskinləşməsi ilə bağlı bəyannamə ilə çıxış etdi. Aprel ayının 15-də isə Avropa
Şurasının Nazirlər Komitəsi Dağlıq Qarabağda münaqişə vəziyyətinin
gərginləşməsi ilə bağı bəyanat qəbul etdi. Aprel ayının 25-29-da İslam
Konfransı Təşkilatı Azərbaycan Respublikasının ərazilərinin işğalını pisləyən
qətnamə qəbul etdi. Aprel ayının 30-da isə BMT Təhlükəsizlik Şurası Azərbaycan
Respublikasının Kəlbəcər və digər işğal olunmuş rayonlarından bütün işğalçı
qüvvələrin dərhal çıxarılması tələbini özündə əks etdirən 822 saylı Qətnamə
qəbul etdi.
İyul ayının 23-də erməni hərbi birləşmələri Azərbaycan Respublikasının Ağdam
rayonunu işğal etdilər. İyul ayının 29-da BMT Təhlükəsizlik Şurası işğalıçı
qüvvələrin qeyd şərtsiz və dərhal işğal olunmuş Ağdam və digər ərazilərdən
çıxarılması tələbini özündə əks etdirən 853 saylı Qətnamə qəbul etdi. Avqust
ayının 18-də isə BMT Təhlükəsizlik Şurasının sədri müvafiq tələbləri özündə əks
etdirən bəyanatla çıxış etdi. BMT və ATƏT-in xəbərdarlıqlarına baxmayaraq,
avqust ayının 23-26-da Füzuli və Cəbrayıl, həmin ayın 31-də isə Qubadlı rayonu Ermənistan
Silahlı Qüvvələri tərəfindən işğal olundu. Oktyabr ayının 14-də BMT-nin
Təhlküsəizlik Şurası işğalçı qüvvələrin zəbt olunmuş ərazilərdən çıxarılması
tələbini özündə ifadə edən növbəti, 874 saylı Qətnamə qəbul etdi.
Oktyabr ayının 28-noyabr ayının 1-i aralığında Horadiz qəsəbəsi və Zəngilan şəhəri
işğal edildi.
Noyabr ayının 11-də işğal olunmuş ərazilərin dərhal azad olunması tələbini əks
etdirən BMT Təhlükəsizlik Şurasının növbəti, 884 saylı Qətnaməsi qəbul edildi.
1994-cü il yanvar ayının 10-11-də Şimali Atlantika Müqaviləsi Təşkilatı üzv
Dövlət və Hökumət başçıları tərəfindən ərazi əldə edilməsində güc istifadəsini
pisləyən, həmçinin regionda sülh və sabitliyin bərqərar edilməsi, əməkdaşlığın
inkişafıetdirilmsi üçün mühüm əhəmiyyət kəsb edən Azərbaycan, Gürcüstan və
Ermənistanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə hörməti ifadə edən
bəyannamə qəbul edildi.
Həmin il aprel ayının 15-də MDB üzv dövlətlərinin suverenliyi, ərazi bütövlüyü
və sərhədlərinin toxunulmazlığına hörməti ifadə edən təşkilatın Bəyannaməsi
qəbul olundu. Ermənistan MDB-nin üzvü olan və bu Bəyannaməyə qoşulmayan yeganə
dövlət oldu. Bişkək protokolu imzalandıqdan (10.05.1994) sonra, may ayının
12-də cəbhə xəttində atəşkəs haqqında razılaşma qüvvəyə mindi. Qarabağ
müharibəsinin nəticələri
Ermənistan Respiblikasının hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının
Dağlıq Qarabağ ərazisi və onun ətrafındakı 7 inzibati rayonu işğal altına
düşmüşdür. 1988-1993-cü illərdə işğal edilmiş Azərbaycan əraziləri:Dağlıq
Qarabağ: işğal tarixi – 1988-1993-cü illər, ərazisi 4400 km2. (Şuşa, Xankəndi,
Xocalı, Əsgəran, Xocavənd, Ağdərə, Hadrut);Laçın rayonu: işğal tarixi - 18
may1992-ci il, ərazisi – 1875 km2;Kəlbəcər rayonu: işğal tarixi - 2
aprel1993-cü il, ərazisi - 1936 km2;Ağdam rayonu: işğal tarixi - 23 iyul1993-cü
il, ərazisi - 1154 km2;Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust1993-cü il, ərazisi
- 1050 km2;Füzuli rayonu: işğal tarixi - 23 avqust1993-cü il, ərazisi - 1112
km2;Zəngilan rayonu: işğal tarixi - 30 oktyabr1993-cü il, ərazisi - 707 km2.
Bu hərbi təcavüz nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal edilmiş, 20
mindən çox insan qətlə yetirilmiş, 50 mindən artıq adam yaralanmış və şikəst
olmuşdur. Bir milyondan artıq insan qaçqın və məcburi köçkün şəraitində
yaşamaqdadır. Qarabağ müharibəsi nəticəsində Azərbaycana dəyən
maddi ziyan
Dağıdılan yollar və körpülər
İşğal nəticəsində Azərbaycana aid cəmi uzunluğu 25 min km olan avtomobil
yolu,yenə cəmi uzunluğu 3984 m
olan 160 körpü,14,5 min km uzunluğunda elektrik xətti,2500 elektrik trafosu,2
min km gaz boru xətti,160 su deposu,34-dən çox qaz dağıtım stansiyası erməni
işğalçılar tərəfindən dağıdılmışdır. Təhsil və Səhiyyə qurumlarında dəyən
ziyan
İşgal edilmiş bölgələrdə cəmi 140 min şagirdin oxuduğu olan 600 məktəb,53 min
şagirdin təhsil adlığı 65 peşə məktəbi,2 yüksək öğrənim qurumu məhv
edilib.[3].700 səhiyyə ocağı,bu bağlamda 800 nəfərlik
xəstəxana,poliklinikalar,doğum evləri,aptek binaları,təcili yardım xəstəxanaları
dağıtılmıştır.Səhiyyə xidmətinə dəyən ümumi iqtisadi ziyan 1,2 milyard dollara
yaxındır. Mədəni irsin talan edilməsi
Azərbaycana aid 500 tarixi-memari,100-dən çox arxeolojik abidə,minlərcə əsərin
qorunduğu 22 müzey,4 rəsm sərgisi,4.6 milyon kitab və əlyazma saxlanan 927
kitabxana, 85 incəsənət məktəbi,20 mədəniyyət sarayı,4 dövlət teatrı ermənilər
tərəfindən işgal edilib..Azərbaycanda profesyonal musiqi sənətinin əsasını
qoyan musiqiçi Bülbül'ün,musiqiçi və rəssam Mir Möhsün Nəvvab'ın xatirə muzeyi
talan edilib.Xocalı'daki "Dairəvi Məbəd"(1356-1357) ve
"Türbə"(14.yüzyıl)nin aqibəti məlum deyil. İqtisadi zərər
Müharibə nəticəsində Azərbaycan Respublikası cəmi 22 milyard dollar məbləğində
ziyana məruz qalıb.
Atəşkəs dövrü
Başlangıçta müharibə səbəbini Dağlıq Qarabağ torpaqlarını ələ keçirmək olaraq açıqlayan
Ermənistan Respublikası,BMT-ə üzv olduqdan sonra siyasətini dəyişdirmiş ve
müharibənin Qarabağ ermənilərinin azadlıq mübarizəsi olduğunu irəli
sürmüşdür.Amma 18 may 2001 tarixində dövrün Ermənistan Müdafiə Naziri(indiki
prezident) Serj Sarkisyanın Ermənistan parlamentindəki nitqi işğalçı siyasəti
ortaya qoyur:
"İşğal elədiyimiz torpaqlar var.Bunda utanılacaq heçnə yoxdur.Təhlükəsizliyimiz
üçün bu torpaqları işğal etdik.Biz bunu 1992 ili və öncəsində də deyirdik,indi
də deyirik.Bəlkə üslubum diplomatik deyil amma həqiqət budur.
|