SƏNCƏQ DÖYÜŞÜ
Səncəq döyüşü - 1467-ci ildə Van
vilayətinin Çapaqcur qəzasının ərazisində AğqoyunlularlaQaraqoyunlular arasında
baş vermişdi.Tarixi
Həmin vaxtlarda gün-gündən möhkəmlənən və görkəmli sərkərdə və siyasi xadim
Uzun Həsənin idarə etdiyi Ağqoyunlu dövləti formalaşırdı. Uzun Həsən tez-tez
Cahanşahdan vassal asılılığında olan torpaqlara hücum çəkirdi. Onun
fəallaşdığını görən Cahanşah Osmanlı sultanının məsləhəti ilə qəti qərar verir.
Qoşun toplayaraq, onu Ağqoyunluların paytaxtı Diyarbəkirə yönəldir. Lakin yaxın
adamlarının təkidi ilə o, döyüşə girmir və qoşunu qışlamağa göndərir. Bundan istifadə
edən Uzun Həsən1467-ci ilin yazında Ermənistanın cənubundakı Muş düzənliyində qəflətən
Cahanşahın qoşunlarına hücum çəkir və onu məğlub edir. Az sonra o, qoşunlarından
xəbərsiz halda (Səncəq) Çapaqcur adlanan yerdə əyanları ilə ziyafət keçirən
Cahanşahın üzərinə yeriyir və İskəndər adlı bir döyüşçü Cahanşahı öldürür.
|