Aslandüz-Cənubi
Azərbaycanda, Muğan ərazisində bir yaşayış məntəqəsidir. Bu məntəqənin Azərbaycan tarixində bir xüsusi rolu
var. Gülüstan müqaviləsinə yol Aslandüzdən keçir.
1809-cu il mayın ortalarında Abbas mirzə Qovanlı-Qacarın başçılıq etdiyi İran qoşunu
Naxçıvanın Qarababa kəndi yaxınlığında rusların qüvvələrini əzirlər. Sonra
Qarabağda Qırçı qışlağı deyilən yerdə rusların bir batalyonunu dağıdırlar.
Qafqaz canişini Abbas mirzədən qisas almaq qərarına gəlir. Aslandüz döyüşündə
(10 oktyabr1812) ruslar özlərinin növbəti əhəmiyyətli qələbələrini qazandılar.
P.S. Kotlyarevski 2,5 min nəfərlik qoşunla Arazdan keçib Abbas mirzənin
düşərgəsinə hücum etdi.1200 nəfər öldürüldü. 537 nəfər əsir düşdü. Bu döyüş və
qələbə P.S. Kotlyarevskini Lənkəran xanlığını da ələ keçirməyə ruhlandırdı.
Talış xanlığının işğalı ilə (31 dekabr1812 ― yanvar 1813) RusiyaAzərbaycanın
işğalını başa çatdırır və bunun nəticəsi olaraq İran Rusiyadan sülh
istəyir.Buna görə də, 1813-cü ilin 12 oktyabrında Rusiya ilə İran arasında
Gülüstan müqaviləsini imzalayır.