Azərbaycan tarixinin qısa şərhi 3
Azərbaycan xanlıqları.
Azərbaycanın cənubunda Təbriz, Urmiya, Xoy, Qaradağ,
Ərdəbil, Sərab, Marağa, Maku, şimalında
isə Qarabağ, Gəncə, Şamaxı, Bakı, Dərbənd, Quba, Şəki, Lənkəran, İrəvan və
Naxçıvan xanlıqları, habelə İlisu, Qəbələ, Ərəş, Qazax və Şəmşəddil
sultanlıqları, Car-Baləkən camaatlığı meydana gəldi.
Təbriz xanlığı.
Təbriz xanlığı XVIII əsrin
ortalarında Əmiraslan xan tərəfindən yaradılmış, mərkəzi Təbriz şəhəri
olmuşdur. Xanlıq inziabti cəhətdən Təbriz, Güney və Mərənd vilayətlərinə
bölünürdü.
Urmiya xanlığı.
Urmiya xanlığının əsası XVIII əsrin
ortalarında Fətəli xan Əfşar tərəfindən qoyulmuşdur. Xanlığın mərkəzi əvvəlcə
Urmiya, Təbriz xanlığını ələ keçirdikdən sonra Təbriz şəhəri olmuşdur.
Xoy xanlığı.
XVIII əsrin ortalarında
yaranmışdır. Xanlıq Dünbülü Əhməd xan tərəfindən idarə olunurdu.
Qaradağ xanlığı.
XVIII əsrin I rübündə Kazım
xan tərəfindən yaradılmış, mərkəzi Əhər şəhəri olmuşdur. Mərkəzi hakimiyyətə
tabe olmadığına görə Kazım xanın gözlərini Nadir şah çıxartdırmışdır. Nadir
şahın ölümündən sonra Kazım xanın hakimiyyəti bərpa olunmuş, 1791-ci ildə
xanlıq Ağaməhəmməd şah Qacara tabe olmuşdur.
Ərdəbil xanlığı.
Xanlığın əsasını XVIII əsrin
ortalarında Bəbir xan qoymuşdur. Mərkəzi Ərdəbil şəhəri idi. Nəzir xanın
dövründə isə xanlıq qacarlardan asılı vəziyyətə düşmüşdür.
Şəki xanlığı.
1743-cü ildə Hacı Çələbi xan tərəfindən
əsası qoyulmuşdur. Mərkəzi Şəki şəhəri idi. Hacı Çələbi xan Qəbələ, Ərəş
sultanlıqlarını, Qazax və Borçalını ələ keçirdi. Hacı Çələbi xandan sonra onun
oğlu Ağakişi bəy (1755), sonra isə Qubalı Fətəli xanın müdaxiləsi ilə nəvəsi
Hüseyn xan hakimiyyətə yiyələndilər. 1795-ci ildə hakimiyyətə Səlim xan gəldi.
Şamaxı xanlığı.
Şamaxı xanlığında ikihakimiyyətlilik
mövcud olmuşdur. Bir hissəsində Məhəmməd Həsən xan, digər hissəsində isə Məhəmməd
Səid və Ağası qardaşlarının hakimiyyəti mövcud idi. 1763-cü ildə Məhəmməd Səid
xan Şamaxı xanlığını birləşdirdi və xanlığın mərkəzi Şamaxı şəhəri oldu.
1767-ci ildə Quba və Şəki xanlıqları Şamaxıya hücum etdi və ərazisi onlar
arasında bölüşdürüldü. 1790-cı ildə Şirvan xanları hakimiyyətləri bərpa etdilər.
Quba xanlığı.
Quba xanlığının banisi Hüseynəli
xan 1726-cı ildə bu vəzifəyə Rusiya tərəfindən təyin edilmişdir. Xanlığın iqamətgahı
əvvəl Xudat qalası, 1735-ci ildən isə Quba şəhərinə köçürüldü.
1758-ci ildə Fətəli xan
hakimiyyətə gəldi. Onun məqsədi Azərbaycan torpaqlarını vahid dövlət şəklində
birləşdirmək idi. Fətəli xan bacısı Xədicə Bikəni Bakı xanı Məlik Məhəmmədə ərə
verməklə 1767-ci ildə Bakı xanlığını Quba xanlığına birləşdirdi. Sonra isə o, Şəki,
Şamaxı, Muğan xanlıqlarını da Quba xanlığına birləşdirdi.
Lakin 1789-cu ildə ölümündən
sonra oğlanları xanlığın qüdrətini qoruyub saxzlaya bilmədilər. Şəki, Şamaxı,
Bakı xanlıqları, Ərdəbil və Meşkin şəhərləri Quba xanlığının tabeliyindən
çıxdı.
Qarabağ xanlığı.
XVIII əsrin ortalarında
yaranmış, əsası Pənahəli xan tərəfindən qoyulmuşdur. Xanlıq əsasən Arazla Kür
çayı ərazisində yerləşmiş, mərkəzi Şuşa şəhəri olmuşdur. Pənahəli xandan sonra
hakimiyyət İbrahimxəlil xana məxsus olmuşdur.
İrəvan xanlığı
Xanlığın əsasını XVIII əsrin
ortalarında Mirmehdi xan qoymuşdur. Ərazisi Ağrı vadisi, Dərələyəz və Göyçə
gölü arasındakı torpaqları təşkil edirdi. Xanlıq 15 mahala bölünmüşdür.
Əhalinin hamısını Azərbaycan türkləri təşkil edirdi. Xanlığın mərkəzi İrəvan şəhəri
idi.
Mirmehdi xandan sonra hakimiyyətə
Hüseyinəli xan gəlmişdir. 1795-ci ildə Ağaməhəmməd Xan Qacar İrəvan xanlığına
hücum etmiş, həmin dövrdə İrəvan xanı Məhəmməd xanı hakiməyyətdən
uzaqlaşdırmışdır. 1797-ci ildə Ağaməhəmməd şah Qacarın ölümündən sonra Məhəmməd
xan hakimiyyətini bərpa etmişdir.
Naxçıvan xanlığı.
XVIII əsrdə yaranmış
xanlıqlardan biri də Naxçıvan xanlığı idi. Xanlığın əsasını Heydərqulu xan
qoymuşdur. 1797-ci ildə Ağaməhəmməd şah Qacarın II yürüşü nəticəsində Naxçıvan
xanı Kəlbəli xan həbs olundu.
Lənkəran xanlığı.
XVIII əsrin ortalarında
yaranmış, mərkəzi əvvəlcə Astara, sonra isə Lənkəran şəhəri olmuşdur. Lənkəran xanı Cəmaləddin
Mirzə bəy (Qara xan ləqəbli) Lənkəranda iqtisadi və siyasi xarakterli bir sıra
tədbirlər görmüşdür.
Mirmustafa xanın dövründə isə
Lənkəran xanlığı Qacarın hücumuna məruz qaldı və əhalinin bir qismi Sarı
adasına köçürüldü.
Bakı xanlığı.
Bakı xanlığının əsası XVIII əsrin
40-cı illərində qoyulmuşdur. 39 kəndi olan xanlığın mərkəzi Bakı şəhəri idi.
Xanlıq 1867-ci ildə Quba xanlığından asılı vəziyyətə düşmüş, Quba xanı Fətəli
xan öldükdən sonra yenidən müstəqil olmuşdur.
Gəncə xanlığı.
Gəncə xanlığının əsası XVIII əsrin
ortalarında Qacar tayfasından olan II Şahverdi xan Ziyadoğlu tərəfindən
qoyulmuşdur. 1786-ci ildə hakimiyyətə Cavad xan gəlmişdir.
Azərbaycanın şimal-qərb camaatlığı, sultanlıqlar və
məlikliklər.
Car Baləkən camaatlığı.
Bu camaatlıq Car, Baləkən,
Katex, Tala, Muxak və Cəlik adlı azad cəmiyyətləri özündə birləşdirirdi. Cəmiyyətlərin
əhalisinin xeyli hissəsi türk soylu avarlar idilər.
Qazax və Şəmşəddil sultanlıqları.
Bu sultanlıqlar vaxtilə Səfəvilər
dövlətinin Qarabağ bəylərbəyliyinə daxil idi. Sultanlıq Şəmşəddil tayfası tərəfindən
idarə edilirdi.
Ərəş sultanlığı.
Sultanlıq Səfəvilər dövründə təşkil
edilmişdir. Ərazisi əvvəllər Şirvan bəylərbəyliyinin tabeliyində idi. 1795-ci
ildə isə sultanlıq mahal kimi Şəki xanlığına qatılmışdır.
İlisu sultanlığı.
İlisu sultanlığı XVI əsrin II
yarısında Səfəvilərin İlisu hakimlərinə sultan titulu verməsi nəticəsində
yaranmışdır. XVII-XVIII əsrlərdə sultanlıq öz müstəqilliyini qoruyub saxlaya
bilmişdir.
Ağaməhəmməd Şah Qacarın
Azərbaycana yürüşü.
Ağaməhəmməd Xan Qacar 1781-ci
ildə İranda mərkəzi hakimiyyəti ələ alaraq 1785-ci ildə Tehranı paytaxt elan
etdi. Onun Azərbaycana ilk yürüşü 1795- ci ildə oldu. II yürüş isə Ağaməhəmməd
Xan Qacar Şah elan edildikdən sonra 1797-ci ildə baş verdi. Şuşanı ələ keçirən
Qacar həmin il iyulun 4-də sui-qəsd nəticəsində öldürüldü və onun yerinə Fətəli
şah Qacar hakimiyyətə gəldi.
Azərbaycanın bölüşdürülməsi.
1801-ci ildə Rusiya imperatoru
I Aleksandr Şərqi Gürcüstanın Rusiyaya birləşdirilməsi haqqında manifest verdi.
Bu zaman Azərbaycanın Qazax, Borçalı, Şəmşəddil və Pəmbək torpaqları da
Rusiyaya qatıldı. Bununla da, Azərbaycan torpaqlarının Rusiya tərəfindən
işğalının əsası qoyuldu.
1803-cü ildə Balakən, 1804-cü
ildə Car və Gəncə Rusiya tərəfindən işğal olundu. Gəncə xanı Cavad xan və oğlu
Hüseyinqulu xan öldürüldü. Gəncənin adı dəyişdirilib Yelizavetpol qoyuldu.
1805-ci ildə Şamaxı, Qarabağ, 1806-ci ildə Bakı, Quba, Şəki və Dərbənd
Rusiyanın hakimiyyəti altına düşdü. 1806-07-ci illərdə Osmanlı və rus ordusu
arasındakı müharibə rusların qələbəsi ilə başa çatdı. 1812-ci ildə Rusiya ilə
İran arasında həlledici döyüş oldu. Bu müharibədə ruslar qələbə çaldı və bundan
qorxuya düşən şah sülh bağlamağa razı oldu. 1813-cü il oktyabrın 13-də Rusiya
ilə İran arasında Gülüstan müqaviləsi bağlandı. Müqaviləyə əsasən İrəvan və
Naxçıvan xanlıqlarından başqa Azərbaycanın şimal xanlıqları, Şərqi Gürcüstan və
Dağıstan Rusiyanın ərazisinə keçdi. Azərbaycanın bölüşdürülməsinin I mərhələsi
sona çatdı.
Rusiyada 1825-ci ildə
dekabristlər üsyanı baş verdi və bununla əlaqədar olaraq 1826-ci ildə II
Rusiya-İran müharibəsi başladı. Bu müharibədə Ruslar Naxçıvanı, Xoyu, Mərəndi,
Ərdəbili və Təbrizi tutdular.1828-ci ilin fevral ayının 10-da Türkmənçay
müqaviləsi bağlandı. Müqaviləyə görə İrəvan və Naxçıvan Rusiyaya
verildi. İranda yaşayan ermənilər İrəvana, Naxçıvana və Qarabağa köçürüldü. Xəzər
dənizi Rusiyanın daxili dənizi hesab edildi.
Bundan sonra ermənilərin kütləvi
sürətdə Azərbaycan ərazilərinə köçürülməsi başladı. Xüsusi köçürülmə komitəsi
yaradıldı. 1828-1829-cu illərdə İrandan 40-50 min, Türkiyədən 90 min erməni Azərbaycana
köçürüldü.
Azərbaycan Cümhuriyyəti
Xüsusi Zaqafqaziya (Cənubi
Qafqaz) Komitəsi Rusiyada 1917-ci il oktyabr çevrilişi nəticəsində yaranmış
sovet rejimini tanımadığına görə devrildi. Cənubi Qafqazı idarə etmək üçün
noyabrın15-də Cənubi Qafqazın hər üç millətinin iştirakı ilə TiflisdəY.P.eeçkorinin
sədrlik etdiyi Zaqafqaziya Komissarlığı təşkil olundu. Həmin ilin noyabr ayının
26-28-də Ümumrusiya Müəssisələr Məclisinə keçirilən seçkilərdən sonra M.Ə.Rəsulzadənin
rəhbərliyi ilə Azərbaycan Milli Fraksiyası yaradıldı. Mart ayının 3-də Sovet
Rusiyası Almaniya ilə Brest-Litovsk şəhərində sülh bağladı. Müqavilənin şərtlərinə
görə:
1) 1877-1878-ci illər Rus-Türk
müharibəsinə qədərki sərhəd xətti bərpa edilməli idi;
2) Qars, Ərdahan və Batun
vilayətləri Türkiyəyə verilməli idi;
3) Rus əsgərləri türk ərazilərində
və sərhədlərində yerləşən erməni silahlı birləşmələrini tərk-silah etməli idilər;
Bakı Sovetinin 1918-ci il
martın 15-də keçirilən iclasında S.Şaumyan azərbaycanlılarının soyqrımına göstəriş
verdi. Şəxsi heyəti müsəlmanlardan ibarət olan “Evelina” gəmisinin tərk-silah edilməsi milli qırğını
başlamaq üçün bəhanə oldu. Müsəlmanlara ilk atəş 1918-ci il martın 30-da saat
16-00-da erməni kilsəsinin yanında açıldı. Müsəlmanların guya içərişəhərdə
rusları qırması barədə ermənilərin fitvasına inanan rus matrosları da
azərbaycanlılara qarşı çıxaraq onları atəşə tutdular. Martın 31-də
“Kərpiçxana”, “Məmmədli” və s. azərbaycan məhəllələrinə bolşevik-erməni hərbi
dəstələrinin hücumları başladı. Martın 31-də şəhərin dinc, silahsız, müsəlman
əhalisinə divan tutdular. Mart soyqrımı nəticəsində Bakıda 12 min, Şamaxıda isə
7 mindən artıq adam qətlə yetirildi, Quba, Kürdəmir, Salyan və Lənkəran qəzalarında
azərbaycanlı əhaliyə divan tutuldu.
1918-ci il aprelin 25-də Bakı Xalq
Komissarları Soveti (XKS) deyilən qurum yaradıldı. Qruma Stepan Şaumyan sədrlik
edirdi. Bakı XKS Azərbaycanı Sovet Rusiyanısının tərkib hissəsi kimi hesab
edirdi. Bakı XKS-nin əsgərlərinin sayı 18000 nəfərə çatırdı. Onların 13000
nəfəri ermənilərdən ibarət idi.
1918-ci il mayın 26-da Cənubi Qafqaz Seyminin
son iclası oldu. Gürcüstan öz müstəqilliyini elan etdi, seym buraxıldı. Milli
Şuranın 1918-ci il mayın 28-də Tiflisdə qəbul etdiyi “İstiqlaliyyət
bəyannaməsi” ilə XIX əsrdə itirilmiş dövlətçiliyimiz Azərbaycan Xalq Cumhuriyyəti formasında
bərpa edildi. Elə həmin gün müvəqqəti hökumət yarandı. F.Xoyski müvəqqəti
hökumətin rəhbəri oldu. Türkiyə Azərbaycan Cumhuriyyətini müstəqil dövlət kimi
tanıyan ilk xarici dövlət oldu. 1918-ci il dekabrın 7-də fəaliyyətə başlayan
parlamentin sədri Əlimərdan bəy Topçubaşov, sədrin birinci müavini Həsən bəy
Ağayev seçildi. F.Xoyskinin rəhbərliyi ilə yeni hökumətin tərkibi elan edildi.
Azərbaycan Cumhuriyyəti yarandıqdan və
Gəncəyə köçürüldükdən sonra Azərbaycanda iki hakimiyyətlilik yarandı.
1) Gəncədə milli hökumət;
2) Bakıda bolşevik və daşnakların Xalq
Komissarları Soveti (XKS).
Bakı XKS-ti milli hökumətə qarşı müharibə
elan etdi. O, Gəncəyə hücum etmək üçün əvvəl 1918-ci ilin iyun ayının 6-da
Kürdəmiri işğal etdi. İyun ayının 20-də Azərbaycan-Türk qüvvələri XKS-nin
ordusunu geri çəkilməyə məcbur etdilər və Bakı ətrafınadək irəlilədilər. Sovet
Rusiyasının köməyi onlara fayda vermədi və XKS süquta uğrayaraq iyulun 31-də
səlahiyyətlərindən əl çəkdilər.
Sentyabrın 15-də Azərbaycan-Türk qüvvələri
Bakıya daxil oldu və sentyabrın 17-də Milli hökumət Bakıya köçürüldü.
Türkiyə I Dünya müharibəsində məğlub olduğu
üçün Naxçıvan ərazisini tərk etdi. Bundan sonra Naxçıvanda noyabr ayında
Araz-Türk dövləti yarandı.
Aprel
istilası. RSFSR Xalq Xarici Işlər
komissarı G.V.Çiçerin 1920-ci il yanvarın 2-də Azərbaycana nota göndərərək
Denikinə qarşı müharibəyə qoşulmağı tələb etdi. Xarici işlər naziri Xoyski isə
yanvarın 14-də cavab notası göndərərək bildirdi ki, vətəndaş müharibəsi
Rusiyanın daxili işidir. Azərbaycan Milli hökuməti Rusiyaya tabe olmurdu.
Bundan sonra Azərbaycanda Kommunist Partiyası
yarandı. Bu da Rusiya siyasətinin daşıyıcısı idi. Rusiya Azərbaycanda milli
hökuməti devirmək üçün bolşeviklərdən və ermənilərdən istifadə edirdi.
Martın 22-də ermənilər Xankəndinə, Gəncə və
Qazax qəzalaraına basqın etdilər. A.Mikoyan XI Qızıl Ordunu Azərbaycana dəvət
etdi. Aprelin 26-na keçən gecə XI Qızıl Ordu Azərbaycan sərhəddini keçdi və 2
saatlıq döyüşdə Azərbaycan hərbçiləri məğlub oldular. Azərbaycan yenidən Rusiya
tərəfindən işğal edildi. Cəmi 23 ay fəaliyyət göstərən Azərbaycan Cumhuriyyəti
süqut etdi.
Azərbaycan
Sovet hakimiyyəti dövründə
1920-ci il aprelin 28-də Azərbaycanda Sovet
hakimiyyəti yarandı və Azərbaycan SSRİ-nin tərkibinə daxil oldu. Azərbaycan
SSRİ-nin rəhbəri N.Nərimanov oldu.
1920-ci ilin avqustun 17-də M.Ə.Rəsulzadə
Şamaxı qəzasında həbs edilib Bakıya gətirildi. O, noyabrda Stalin tərəfindən
azad edilib Moskvaya aparıldı. M.Ə.Rəsulzadə 1922-ci ildə Finlandiyaya, sonra
isə Türkiyəyə mühacirət etdi və orada vəfat etdi.
1923-cü ildə Dağlıq Qarabağ Muxtar vilayəti,
1924-cü ildə Naxçıvan Muxtar SSR yaradıldı. 1945-ci ildə Ermənistan
Respublikası Dağlıq Qarabağı Azərbaycandan istədi. Mir Cəfər Bağırov bu
şərtlə razı oldu ki, Ermənistana verilən
bütün Azərbaycan torpaqları geri qaytarılsın. Ermənilər razı olmadılar.
1932-ci ildə 2000 hektar Azərbaycan torpağı
Ermənistana verildi.
1969-cu ildə Heydər Əliyev Azərbaycan KP
MK-nın I katibi seçildi və Sovet Azərbaycanında quruculuq işləri başladı. Heydər
Əliyev hakimiyyəti dövründə ermənilərin işğalçılıq siyasəti ürəklərində qaldı
və Azərbaycanda quruculuq işləri başlandı.
Heydər Əliyev 1982-ci ildə SSRİ Nazirlər
Soveti sədrinin I müavini vəzifəsinə təyin edildi. Lakin 1987-ci ildə
ermənipərəst M.Qarboçov tərəfindən vəzifəsindən kənarlaşdırıldı.
1988-ci ildə Qafan və Mehridən ilk qaçqınlar
Azərbaycana pənah gətirdilər. 1988-ci ildə ermənilər Sumqayıtda təxribat törətdilər.
Bu hadisələrə ilk etiraz mitinqi 1988-ci ildə
fevralın 19-u Bakıda keçirildi.
1989-cu ildə Ə.Elçibəyin sədrliyi ilə AXC
yaradıldı.
1991-ci il avqustun 8-də Ermənistanda sonuncu
Azərbaycan kəndi Nüvədi boşaldıldı. Beləliklə, 185 Azərbaycan kəndindən 230 min
azərbaycanlı qovuldu, 255 nəfər öldürüldü, yandırıldı, diri-diri boruların
içinə doldurulub qaynaqlandı.
1990-cı il yanvarın 20-si tarixində ruslar
Bakıda qanlı faciə törətdilər. Bakı və ətraf rayonlarda 131 nəfər öldürüldü,
744 nəfər yaralandı.
Müstəqil
Azərbaycan Respublikası
1991-ci il avqustun 30-da çağırılmış Ali Sovetin
növbədənkənar sessiyası “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa
etmək haqqında bəyannamə” qəbul etdi.
1991-ci il sentyabrın 14-də Azərbaycan KP-nın
XXXIII fövqəlada qurultayında bu təşkilat özünü buraxdı. Ali Soveti 1991-ci il
oktyabrın 18-də çağırılmış sessiyasında
“Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya
Akt”nı qəbul etdi. Bununla da 1920-ci ilin aprel ayında itirilmiş Azərbaycan
dövlətçiliyi bərpa olundu.
Bundan sonra yenə Rusiyanın köməyi ilə
Ermənistan və Dağlıq Qarabağ erməniləri Azərbaycana qarşı açıq müharibəyə
başladılar. Belə bir ağır şəraitdə respublikanın Ali Soveti 1991-ci il
oktyabrın 9-da “Azərbaycan milli özünümüdafiə qüvvələri haqqında” qanun qəbul
etdi.
1992-ci il mayın 15-də Daşkənd müqaviləsinə
əsasən SSRİ-nin hərbi əmlakı bölüşdürülərkən Azərbaycana müəyyən qədər silah və
hərbi sursat verildi. Aviasiya polku yaradıldı. Xəzər donanmasının qüvvə
vəsaitinin 25 faizi Azərbaycanın payına düşdü. Lakin respublikamıza verilən
texnika qənaətbəxş vəziyyətdə deyildi.
Azərbaycan
torpaqlarının ermənilər
tərəfindən
işğalı
1992-ci ildə erməni quldurları tərəfindən
Azərbaycanın bir sıra yaşayış məntəqələri işğal edildi:
1. Yanvarda Kərkicahan, fevralda Malıbəyli,
Quşçular və Qaradağlı kəndləri ələ keçirildi. Təkcə Qaradağlı kəndində 150-yə
yaxın döyüşçü və kənd sakini həlak oldu.
2. Fevralın 25-də axşam saat 9-da rusların
366-cı mexanikləşdirilmiş atıcı alayı və erməni quldurları Xocalıya hücum edib 613 nəfəri öldürdülər, 487 nəfəri yaraladılar, 1275
nəfəri əsir götürdülər. Rusların 366-cı alayının texnika və əsgərlərinin
köməyi ilə 6000 nəfər erməni 72 tankla hücum edib, mayın 8-də Şuşa şəhərini ələ
keçirdi.
3. Mayın 14-də Laçın şəhəri işğal edildi.
1993-cü ildə Azərbaycanın aşağıdakı əraziləri
işğal olundu:
1. 3-4 aprel – Kəlbəcər.
2. 23 iyul – Ağdam.
3. 18 avqust – Cəbrayıl.
4. 23 avqust – Füsuli.
5. 31 avqust – Qubadlı.
6. 30 oktyabr – Zəngilan.
1994-cü ildə itirilmiş Azərbaycan əraziləri:
1. Aprel ayında - Ağdam rayonunun 18 kəndi;
2. Ağdərənin
bir neçə kəndi;
1993-cü il oktyabrın 3-də Heydər Əliyev
Azərbaycan Rüspublikasının Prezidenti seçildi. 1994-cü il mayın 12-də
Azərbaycanla Ermənistan arasında gedən elan edilməmiş müharibədə məhz onun
siyasəti sayəsinda Atəşkəs əldə olundu. Heydər Əliyev Azərbaycanda ordu
quruculuğunu genişləndirmək üçün bu addımı atdı. Onun əsas siyasəti Qarabağ
probləmini dinc və sülh yolu ilə həl etmək olmuşdur.
2003-cü ildə prezident seçilmiş İlham Əliyev
Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Qarabağ probleminin dinc
yolla həll edilməsi sahəsində inamlı addımlar atır və bu sahədə bir sıra
nailiyyətlərə nail olmuşdur.
İlham Əliyevin hakimiyyəti dövründə
Azərbaycan Respublikası güclü sosial, iqtisadi, siyasi inkişaf mərhələlərinə
qədəm qoymuşdur. Ölkənin büdcəsi 10 dəfəyə yaxın artmış, xalq təsərrüfatının
ayrı-ayrı sahələri inkişaf etmişdir. Hazırda iqtisadiyyatın artım tempi
dünyanın inkişaf etmiş dövlətlərinin iqtisadi göstəriciləri ilə müqayisə olunur.
|