AZƏRBAYCAN TARIXIININ QISA ŞƏRHI
Bu kitabçanın tərtib
olunmasında əsas məqsəd Azərbaycan tarixi haqqında oxuculara qısa məlumat verməkdən
ibarətdir. Çünki bir çoxları Azərbaycan tarixini bilməməsini “Azərbaycan
tarixi” kitabının həcminin çox olması, həmçinin bunları öyrənmək üçün vaxtın az
olması ilə əlaqələndirirlər. Bəziləri isə bəhanə gətirirlər ki, orta məktəbdə
oxumuşuq, yadımızdan çıxıb. Amma cəmi 33 səhifədən ibarət bu kitabçanı oxuyub
öyrənmək üçün vaxt tapmaq heç də müşkül məsələ deyildir. Deməli, bu kitabça
bütün giley-güzarlara son qoyur. Yəni özünü azəri türkü hesab edən hər bir vətəndaş
öz tarixini bilməlidir.
Öz tarixini bilmək hər bir kəsin
müqəddəs borcudur.
Bakı Distant və Elm-Tədris Mərkəzinin
Elmi Şurasının 18.03.2008-ci il tarixli iclasında təsdiq edilmişdir.
Azərbaycan qədim dövrdə ............................................................7
Lullubi.............................................................................................8
Kutilər
............................................................................................8
Manna dövləti.................................................................................9
Atropatena dövləti
.......................................................................12
Alban dövləti
...............................................................................13
Azərbaycan Sasanilər dövründə
..................................................14
Azərbaycan ərəb xilafətinin tərkibində
.......................................15
Azərbaycan dövlətçiliyinin bərpası
.............................................17
· Şirvanşahlar dövləti
...............................................................18
· Sacilər dövləti
........................................................................19
· Salarilər dövləti
......................................................................19
· Rəvvadilər dövləti
..................................................................19
· Şəddadilər dövləti
..................................................................20
· Atabəylər dövləti
...................................................................20
Monqolların Azərbaycana yürüşü
...............................................20
Qaraqoyunlu dövləti
....................................................................24
Ağqoyunlu dövləti
.......................................................................24
Səfəvilər dövləti ..........................................................................25
Azərbaycan xanlıqları
..................................................................31
· Təbriz xanlığı
.........................................................................31
· Urmiya xanlığı .......................................................................31.
· Xoy xanlığı
............................................................................31
· Qaradağ xanlığı
......................................................................31
· Ərdəbil xanlığı
.......................................................................31
· Şəki xanlığı ...........................................................................32
· Şamaxı xanlığı
.......................................................................32
· Quba xanlığı
..........................................................................32
· Qarabağ xanlığı
.....................................................................32
· İrəvan xanlığı
........................................................................33
· Naxçıvan xanlığı
...................................................................33
· Lənkəran xanlığı
...................................................................33
· Bakı xanlığı
...........................................................................33
· Gəncə xanlığı
................................................................................33
Azərbaycanın şimal-camaatlığı,
sultanlıqlar və məlikliklər
Car-Balakən sultanlıqları
.................................................................34
· Qazax və Şəmşəddil
sultanlıqları ..................................................34
· Ərəş sultanlığı
...............................................................................34
· İlisu sultanlığı
...............................................................................34
Ağaməhəmməd şah Qacarın Azərbaycana
yürüşü .........................34
Azərbaycanın bölüşdürülməsi
.........................................................34
Azərbaycan Cümhuriyyəti
..............................................................35
Azərbaycan Sovet hakimiyyəti
dövründə .......................................38
Müstəqil Azərbaycan
Respublikası .................................................39
Azərbaycan torpaqlarının ermənilər
tərəfində işğalı .......................39
Azərbaycan qədim dövrdə
Dünyada ilk insanlar 2,5-3
milyon il bundan əvvəl yaşamışlar. Ilk insan qalıqlarına Şərqi Afrikada-Keniya
və Tanzaniyada təsadüf olunmuşdur. Dünyada ilk dövlət isə Misirdə yaranmışdır.
Misir dövləti
Dünyada ilk dövlət Misir dövlətidir. Yuxarı Misir və
aşağı Misir hökmdarları arasındakı müharibə yuxarı misirlilərin qələbəsi ilə
başa çatır və b.e.ə. IV minilliyin sonunda Misir dövləti yaranır. Dövlətin rəhbəri
Firon adlanırdı. Fironlar Misir dövlətində ehramlar tikdirirdilər. Ən böyük
ehram “Xeops” adlanırdı. Ehramın qarşısında 20 m hündürlüyündə sfinks (bədəni
aslan, başı insan) heykəli qoyulmuşdur.
Azərbaycanda isə ilk insanlar 1,5 milyon il bundan əvvəl yaşamışlar.
İbtidai icma quruluşu əmək alətlərinin
hazırlanma materialına və texnologiyasına uyğun olaraq 3 mərhələyə bölünür:
1. Daş dövrü
2. Tunc dövrü.
3. Dəmir dövrü.
Daş dövrünün özü 3 mərhələyə
ayrılır.
1. Qədim daş dövrü (Paleolit)-b.e.ə.
1,5 milyon il -12-ci minillik.
2. Orta daş dövrü (Mezolit)-b.e.ə. 12
-8-ci minilliklər.
3. Yeni daş dövrü (Neolit)-b.e.ə. 7 -6-cı
minilliklər.
Paleolit də öz növbəsində 3 mərhələyə
bölünür:
1. Alt paleolit – b.e.ə. 1,5 mln. iI –b.e.ə. 100-cü
minilliyədək. Azərbaycanda alt paleolit dövrünə Azıx mağarası (350-400 min il
bundan qabaq) təsadüf edir. Qarabağda (Tağlar), Naxçıvanda (Qazma), Qazaxda
(Daşsalahlı, Damcılı) və başqa yerlərdə də belə mağaralara ract gəlmək olar.
2. Orta paleolit – b.e.ə. 100 min il bundan əvvəl-b.e.ə.
40-cı minilliyədək. (Qarabağ, Naxçıvan, Qazax.)
3. Üst paleolit – 40 min il bundan əvvəl -b.e.ə.
12 minilliyədək. (Qarabağ, Naxçıvan, Qazax.)
Daş dövrünün sonu-metal əsrinin
başlanğıcı Eneolit (Mis-daş dövrü) dövrü adlanır, b.e.ə. VI-IV minillikləri əhatə
edir.
Eneolitin sonu Tunc dövrünə
keçid dövrüdür. Tunc dövrünə aid Xaçmazda Sərkərtəpə, Qazaxda Babadərviş,
Naxçıvanda Kültəpə yaşayış məskənləri aşkarlanmışdır. Tunc dövrü özü 3 mərhələyə
bölünür:
1. Erkən Tunc dövrü – b.e.ə.
4-cü minillik -b.e.ə.3-cü minilliyin sonu.
2. Orta Tunc dövrü – b.e.ə. 3 minilliyin axırı –b.e.ə. 2-ci
minilliyin ortaları.
3. Tunc dövrünün sonu – b.e.ə.
XIV-XII əsrlər.
Dəmir dövrü isə - b.e.ə.
9-8-ci əsrləri əhatə etmişdir.
Qədim dövrdə Azərbaycan ərazisində
Lullubi, Kuti dövlət qurumları, Manna, Atropatena, Albaniya dövlətləri mövcud
olmuşdur.
Lullubi
B.e.ə. III m.i. -b.e.ə. II m.i. yarısında Azərbaycanın cənubunda Urmiya
gölündən cənubda Lullubi tayfa ittifaqı yaranmışdır. B.e.ə XXIII əsrdə bu
ittifaq dövlətə çevrildi.
Kutilər
B.e.ə. III m.i.-b.e.ə. II m.i. yarısında Urmiya gölündən qərbdə və cənub-qərbdə
Kuti dövlət qurumu yaranmışdır. B.e.ə. XXII əsrdə kutilər Mesopotomiyaya hücum
edərək Akkad dövlətini və şumerləri məğlub etdilər.
Şumer
Şumer dövləti Mesopotomiyada (Mesopotomiya yunan
dilində 2 çay arası deməkdir.) Dəclə, Fərat çaylarının kəsişməsində yerləşmişdir.
Mesopotomiyanın cənubu Şumerlər ölkəsi adlanırdı.
Şumer türk dilli dövlət olmuşdur. Şumerlər b.e.ə. 6
minillikdə Altay dağlarından və Mərkəzi Asiyadan gəlmişlər. B.e.ə. III
minilliyin I yarısında burada Ur, Uruk, Nippur, Laqaş şəhər dövlətləri meydana
gəlmişdir. B.e.ə. XXI əsrdə Ur şəhərində Ay allahı məbədi şumerlərin memarlıq
nümunəsidir. Aypara həmin dövrdən türkçülüyün rəmzi olaraq qalmışdır.
Onun ərazisi Urmiya gölündən
İran körfəzinədək uzanırdı. III minilliyin sonunda qiyamlar nəticəsində Kuti
dövləti süquta uğradı. Kutilərin süqutundan sonra Mesopotomiyada hakimiyyət
şumerlərin əlinə keçdi və turukkilər Mesopotomiya üzərinə yürüş etməyə başladılar.
B.e.ə. XIV əsrdə
Mesopotomiyada Assuriya dövləti güclənməyə başladı və Azərbaycan ərazisində
yaşayan tayfaları özündən asılı vəziyyətə saldı.
Aşşur
(Assuriya) dövləti
Aşşur dövləti-Babildən şimalda yaranmışdır. Bu dövlət
b.e.ə. VIII-VII əsrlərdə güclü dövlət olmuşdur. Babil, Suriya, Fələstin əraziləri
Aşşur tərəfindən işğal olunmuşdur. B.e.ə. 605-ci ildə Aşşur dövləti Babil və
Midiya tərəfindən süquta yetirildi və torpaqları iki dövlət tərəfindən bölündü.
Manna
B.e.ə. IX əsrdə Manna dövləti meydana gəldi. Paytaxtı İzurtu şəhəri idi. Manna
Assuriya ilə ittifaq yaratmışdır. Urartu b.e.ə. VIII əsrdə Mannanın bir sıra
torpaqlarını işğal etdi. Assuriya b.e.ə. VIII əsrin I yarısında Urartunun üzərində
qələbə qazandı və bundan istifadə edən Manna öz torpaqlarını geri qaytardı.
Mannanın hökmdarı İranzu bundan sonra mərkəzləşmə siyasətini həyata keçirdi.
Urartu hökmdarı I Rusa yenidən Manna dövlətində işğalçılıq siyasətinə başladı.
B.e.ə. 719-cu ildə Mannada qiyam başlayır və Assuriya hökmdarı II Sarqonun köməkliyi
ilə Manna dövləti qiyamı yatırır. Iranzunun ölümündən sonra onun oğulları
hakimiyyət uğrunda mübarizə aparmağa başladılar. Lakin bundan sonra Assuriya
Urartunu yenə məğlub edir və artıq Urartu Mannanın işinə qarışmır. Bununla da
Manna b.e.ə. VII əsrin əvvəllərində qüdrətli dövlətə çevrilir. Həmin dövrdə
Manna hökmdarı Ulusunu Assuriya hökmdarı II Sarqona abidə qoydurur.
B.e.ə. VII əsrin I rübü skif,
sak və kimmer tayfaları Manna və Urartu arasında məskən salırlar. Bu ərəfədə
Manna Assuriya ilə ittifaqı pozur. Manna hökmdarı Ahşeri (b.e.ə. 675-650-cı illərdə)
müstəqil xarici siyasət yeritməyə başlayır. B.e.ə. 650-cı ildə Assuriya
Mannaya hücum edir və onu işğal edir. Buna görə də Manna əhalisi üsyan edərək
Ahşerini öldürür. Onun yerinə gələn oğlu Ualli Assuriya ilə ittifaqı (b.e.ə.
650-630-ci illərdə) bərpa edir. Hətta b.e.ə. 616-cı ildə yeni Babil və Midiyaya
qarşı müharibədə o, Assuriyanın müttəfiqi olur.
Babilistan
B.e.ə. II m.i. əvvələrində şəhər dövlətlərindən
biri də Babil idi. Babilistan Dəclə və Fəratın qovuşması yaxınlığında (şumerlərdən
şimalda) yerləşmişdir. Akkadlar (Mesopotomiyada şəhər-dövlət) onu “Bab-ili”
(Allahın qapısı) adlandırırdılar. Babil şəhər-dövləti sonradan (b.e.ə. XIX əsrdə)
Babilistan dövlətinə çevrildi.
Midiya
Midiya İranın mərkəzində yaranmışdır, yəni Mannadan
cənub-şərqdə yerləşirdi. Midiya özü b.e.ə. VII əsrin ortalarında skiflərin
hökmranlığı altına keçmiş, b.e.ə. 625-ci ildə bu hökmranlığa son qoyulmuşdur.
Midiya dövləti b.e.ə. 550-ci ildə fars hakimi II Kir tərəfindən süquta
yetirilmiş və Əhəməni imperiyası yaradılmışdır.
Midiya b.e.ə. 605-ci ildə
Assuriyanı, b.e.ə. 590-ci ildə Mannanı işğal edir və nəticədə Manna süquta
uğrayır.
B.e.ə. VII əsrdə Azərbaycan ərazisində
Skif padşahlığı da yaranmışdır.
İskit (Skiflər)
Skiflər b.e.ə. VIII əsrin sonu VII əsrin əvvəllərində
Qara dənizin şimalından Ön Asiyaya köç etdilər. Onlarla birlikdə saklar və
kimmerlər də gəldilər. Onlar b.e.ə. VII əsrdə Urmiyadan şimalda və qərbdə məskən
saldılar. Skiflər bir müddət Manna ilə müttəfiq olmuş, 28 il Midiyada ağalıq
etmişlər. Midiya hökmdarı Kiaskar Midiyada skif ağalığına b.e.ə. 625-ci ildə
son qoydu.
B.e.ə. IV əsrin ortalarında Don çayı və Dunay
arasında Skif (Sak) dövləti yarandı. B.e.ə. III-II əsrlərdə onun paytaxtı
Neapol şəhəri idi. B.e.ə. II əsrdə makedoniyalılar skifləri məğlub etdilər.
Skiflər Krımdan və Qara dəniz
sahillərindən saklar və kimmerlərlə birlikdə gəlmişlər. Skiflər Urmiyadan
şimalda və qərbdə yerləşirdilər. Saklar isə Arazla Kürün qovuşmasında
yaşayırdılar. Midiya Mannanı süquta yetirdikdən sonra skifləri də məğlub edir və
Mannanın skif padşahlığının hökmranlığında olan torpaqlarını da Midiyanın ərazisinə
qatır. Lakin b.e.ə. 550-ci ildə Midiya ərazisində Əhəməni imperiyasının
yaranması ilə Azərbaycan torpaqları Əhəməni imperiyasının tərkibinə keçdi.
Əhəməni dövləti
Ari tayfaları, elamlar b.e.ə. II m.i. axırlarında
İran ərazisinə Şərqi Avropadan gəldilər. Əhəmənilər sülaləsinin rəhbəri Əhəmən
olmuşdur. Bu sülalə fars tayfa ittifaqına rəhbərlik edirdi. Fars tayfa ittifaqı
b.e.ə. VIII əsrdə yaranmışdır. Bu tayfalar əvvəl Aşşurun və Midiyanın tərkibində
idilər. B.e.ə. 550-ci ildə II Kir tərəfindən Əhəməni imperiyası yaradıldı.
Ekbatan onun paytaxtı oldu. B.e.ə. 530-cu ildə II Kir Massaget hökmdarı Tomris
tərəfindən öldürüldü. Kirin oğlu II Kambiz hakimiyyətə gəldi. B.e.ə. 525-ci ildə
Kambiz tərəfindən Misir ordusu məğlub edildi və Misir fironu öldürüldü. Bundan
sonra Əhəmənilər dövlətinin ərazisi Misirdən Hindistana qədər uzandı.
B.e.ə. 522-ci ildə Bardi adında bir kahin özünü II
Kirin oğlu kimi qələmə verib tax-taca sahib oldu. O, Midiyalıların hakimiyyətini
bərpa etmək istəyirdi. Bu zaman I Dara ona sui-qəsd etdi və həmin il (b.e.ə.
522-ci ildə) I Dara hakimiyyəti ələ aldı.
Əhəməni dövləti b.e.ə. V əsrdə əzaricə çox böyük
dövlət idi. Onun sərhəddi Misirdən Hindistana qədər uzanırdı və Çinlə həmsərhəd
idi.
B.e.ə. 331-ci ildə Makedoniyalı İsgəndər III Daranı
məğlub edib Əhəməni dövlətinin ərazisini öz ərazisinə qatdı.
Çin
Çin sözü Sin sülaləsinin adı ilə bağlıdır. Çin ərazisində
ilk dəfə Şan dövləti b.e.ə. XIV əsrdə yaranmışdır. B.e.ə. 221-ci ildə Sin
padşahı Çini birləşdirib özünü Sin imperatoru elan etdi. B.e.ə. 214-cü ildən
etibarən Çində Hun hücumlarına qarşı çin səddinin inşaasına başlandı.
(Tikintisi min ildən çox davam edən bu səddin uzunluğu 4 min kilometr,
hündürlüyü on metrdir.)
B.e.ə II əsrdə Böyük İpək yolu salındı və ticarət
üçün istifadə olundu.
Hindistan
B.e.ə. III m.i.də Hindistan ərazisində qədim şəhərlər
olmuşdur. Burada dravid və protodravid tayfaları yaşamışlar. B.e.ə. II minillikdə
həmin tayfalar hindistan ərazisinə gələn ari tayfaları ilə qarışaraq hind xalqı
yaranmışdır. B.e.ə. I m.i-də Hindistanda ilk dövlət yarandı. B.e.ə. VI əsrdə
dövlət Əhəmənilər dövlətinin tərkibinə qatıldı. B.e.ə. 317-ci ildə hind
hökmdarı İsgəndərin qohumu ilə evlənərək özünü hind padşahı elan etdi. Sonra
Hindistan vahid dövlətə çevrildi.
Atropatena dövləti.
B.e.ə. 328-ildə Makedoniyalı
İsgəndər Atropatı Midiya satrapı təyin edir. Atropat İsgəndərin hörmətini
qazanır və onun ən nüfuzlu sərkərdəsi olan Perdikki ilə qohum olur. B.e.ə.
323-cü ildə İsgəndər ölür. B.e.ə. 321-ci ildə isə Perdikki öldükdən sonra
Atropat tam müstəqil olur və Atropatena dövlətinin əsasını qoyur.
Bu dövlət Şimali Azərbaycanın bəzi cənub rayonlarını və Cənubi Azərbaycanı əhatə
edirdi.
Atropatena tayfaları bunlar
olmuşdur: azərilər, kaddusilər, maqlar, miqlər, kaspilər.
Dövlətin paytaxtı Qazaka şəhəri
idi.
B.e.ə. 323-cü ildə İsgəndərin
ölümündən sonra Suriya (Selevkilər) dövləti meydana gəlmişdir. B.e.ə. 223-cü
ildə Suriya hökmdarı Antiox Atropatenanı özündən asılı edir. B.e.ə. 190-cı ildə
romalılar Suriyanı məğlub etdikdən sonra Atropatena müstəqil olur. Bundan sonra
isə Roma Parfiya dövləti üzərinə hücum edir. Atropatena Roma dövləti ilə
yaxınlaşmağa başlayır. Həmçinin onu da qeyd edək ki, b.e.ə. 20-ci ildə
Atropatenada hakimiyyətə gələn II Ariobarzan 10 ilə yaxın Romada yaşamışdır. O,
Romanın köməkliyi ilə bir müddət Ermənistan hökmdarı olmuşdur. B.e.ə. 20-ci ildə
Atropatena Parfiya dövlətinin tərkibinə qatıldı.
Atropatenada Zərdüşt dini
hakim olmuşdur. (Zərdüşt peyğəmbərin adı ilə bağlıdır). Zərdüşt peyğəmbər b.e.ə.
VII əsrin II yarısında yaşamışdır. Zərdüştlüyün müqəddəs kitabı “Avesta”dır.
Makedoniyalı İsgəndər Əhəmənilərin Persopoldakı sarayını b.e.ə. 330-cu ildə
yandıranda “Avesta”nın ilkin variantı məhv olmuşdur. Lakin bizə kitabın sasanilər
dövründə yığılan hissəsi gəlib çatmışdır. Avropanı “Avesta” əsəri ilə 1771-ci
ildə fransız alimi Anketil Düperron tanış etmişdir.
Alban dövləti
İsgəndər b.e.ə. 331-ci ildə
III Daranı məğlub etdikdən sonra b.e.ə. IV əsrin sonu-III əsrin əvvəllərində
Alban dövləti yarandı. Dövlət İberiya ilə Xəzər dənizi arasında yerləşirdi.
Dövlətin tərkibinə indiki Azərbaycan Respublikası, Dağıstanın cənub rayonları,
Gürcüstanın Alazan vadisi daxil idi.
Alban dövlətinin tərkibində 26
müxtəlif dildə danışan tayfalar yaşayırdılar: leqlər, kaddusilər, amardlar,
utilər, udinlər (Nic kəndində), xınalıqlar (Quba), buduqlar (Quba) və s.
Albaniya dövlətinin paytaxtı
Kabalaka (Qəbələ) olmuşdur.
B.e.ə. I əsrdə Roma sərkərdəsi
Pompey şərqə yürüş etmiş, Xəzər dənizindən Hindistana keçmək üçün Albaniyaya
hücum etmişdir.
B.e.ə. 66-cı ildə Kür çayı
sahilindəki döyüşdə Pompey qalib gəlir və bundan sonra İberiyaya doğru yürüş
edir. Lakin albanlar onları təqib etməyə başlayırlar. B.e.ə. 66-cı ildə Qanıx
çayı sahilində yenidən döyüş baş verir. Bu dəfə də Pompey qalib gəlir. Lakin
albanlar yenə də təqibi davam etdirirlər. Romalılar işin çətin olduğunu görüb
Albaniyadan və İberiyadan əl çəkirlər.
B.e.ə. I əsrin sonlarında da
Romanın kiçik hərbi hissəsi yenə Albaniyaya gəlib çıxmışdır. Lakin bizim eranın
I və II əsrlərində Roma və Albaniya arasında artıq diplomatik və ticarət əlaqələri
yaranmışdır. Bunu Qobustanın daş kitabələri də sübut edir.
Azərbaycan Sasanilər dövründə
III-IV əsrlərdə Azərbaycanda
feodal münasibətləri yarandı. Arşakilər sülaləsinin nümayəndəsi Ərdəşir Babəkan
226-cı ildə İranda Parfiya dövlətini süquta uğradaraq Sasanilər dövlətinin əsasını
qoydu. Atropatena bu dövrdə də zərdüştlüyə sitayiş edirdi. Albaniya 226-cı ildə
Sasanilərdən asılı vəziyyətə düşdü. Atropatena isə 227-ci ildə onun vilayəti
oldu. 510-cu ildə Sasanilər dövlətində Arşakilər sülaləsinin hakimiyyətinə son
qoyuldu. I Xosrov Ənuşirəvanın dövründə (531-579) Albaniya, Atropatena və
İberiya Sasani dövlətinin Şimal mərzbanlığına daxil edildi. Erkən orta əsrlərdə
Albaniyada, Çola, Şəki, Uti, Arsax, Paytakaran və s. vilayətlər var idi. Uti
vilayətində Bərdə şəhəri, Şəki və Çola arasında Qəbələ şəhəri yerləşirdi. Həmin
dövrdə Dərbənd “Dəmir qapı” adlanırdı. Paytakaran Mil-Muğanı, Arsax isə
Qarabağın dağlıq hissəsini əhatə edirdi. Arsaxın əhalisini türklər təşkil
edirdi.
III-V əsrlərdə Sasanilər Roma
ilə müharibə edirdi. Sasani şahı I Şapur 260-cı ildə Roma imperatoru Vallerianı
məğlub edərək onu əsir aldı. 359-cu ildə Sasanilər Albaniyanın köməkliyi ilə
Romanı yenə də məğlubiyyətə uğratdılar. Bununla da Arsax, Marlar (Naxçıvan),
Kaspiana geri qaytarıldı və Ermənistan Roma və Sasanilər arasında bölüşdürüldü.
Azərbaycan Ərəb xilafətinin tərkibində.
Ərəb qoşunları 633-cü ildə
Sasanilər dövlətinə hücum etdi.
Ərəb xilafəti
Ərəb xilafəti VI-VII əsrin əvvəllərində feodolizm
quruluşuna keçdi. Onlar bütpərəst idilər. 610-cu ildən Məhəmməd Peyğəmbər
islamı təbliğ etməyə başladı. O, 622-ci ildə Məkkədən Mədinəyə hicrət etdi.
630-cu ildə isə Məkkəyə qayıdaraq ərəb dövlətini yaratdı.
“Quran” müsəlmanların müqəddəs kitabıdır. 114 surədən
ibarətdir. Peyğəmbərdən sonra ölkəni xəlifələr (davamçılar) idarə edirdilər. Ərəb
tarixi 3 dövrə bölünür.
1. 630-661-ci illərdə Məhəmməd Peyğəmbər və sonrakı
4 xəlifə dövrü. (Əbu Bəkr, Ömər, Osman, Əli) Paytaxt: Mədinə və Məkkə şəhərləri
olmuşdur.
2. 661-750-ci illərdə Əməvilər dövrü. Müaviyyənin xəlifəliyi
ilə başlamışdır. Paytaxt: Şam (Dəməşq) şəhəri olmuşdur.
3. Abbasilər dövrü: Paytaxt Bağdad şəhəri olmuşdur.
Ərəb xilafəti VIII əsrin əvvəllərində Şimali
Afrikanı tutdu. Sonra İspaniyanı, Qafqazı, Mərkəzi Asiyanı da ələ keçirdi.
Ərazi Atlantik okenanından Çinə və Hind çayınadək uzanırdı.
VII əsrin ortaları İspaniya xilafətdən ayrıldı.
Burada müstəqil Ərəb dövləti (Kordova əmirliyi) yarandı. IX əsrdə Misir, Mərkəzi
Asiya, İran, Əfqanıstan da xilafətdən ayrıldı.
XI əsrin ortaları Xilafətin mülklərini Səlçuqlar
tutdular.
Alban hökmdarı öz oğlu
Cavanşirin rəhbərliyi ilə Sasanilərə kömək göstərdiyinə görə Cavanşir Sasani
şahı III Yezdəgerd tərəfindən mükafatlandırıldı. 638-ci ildə ərəblər Sasanilərin
paytaxtı Ktesifonu tutdular. Ərəblərə qarşı mübarizənin mənasız olduğunu görən
Cavanşir 7 illik mübarizədən sonra geri qayıtdı. Cavanşir ərəblərə qarşı
Bizansla birləşmək qərarına gəldi. Sonra xəzərlər Albaniyaya hücum etdilər,
665-ci ildə qalib gəldilər və sülh bağlandı.
Xəzər xaqanlığı (634-965)
Xəzər xaqanlığı Türk dövləti olmuşdur. Dövlətin ərazisi
İdil, yəni Volqanın aşağı hissəsini, Azov dənizinin sahillərini, Şimali Qafqazı
və Krım yarımadasını əhatə edirdi. Paytaxt əvvəlcə Səməndər, sonra İdil (Volqa)
şəhəri olmuşdur.
Desna və Dnepr çayları arasında yaşayan slavyan qəbilələri
xəzərlərin hakimiyyəti altında idi. Oleq 882-ci ildə Kiyev dövlətini Xəzər
xaqanlığı nümunəsində yaratmışdır. 730-cu ildə Xəzər qoşunu Ərdəbili tutdu,
sonra oradakı ərəbləri məhv edərək Diyarbəkirə və Mosula qədər irəlilədi. Sonra
ərəblər əks hücuma keçib Xəzərlərin paytaxtı Səməndərə qədər gəlib çıxdılar və
onlara islam dinini qəbul etdirdilər. 790-cı ildə xaqan Obadi iudaizmi dövlətin
rəsmi dini elan etdi. Lakin ölkədə bununla bağlı qıyam qalxdı və Kiyev knyazı
Svyatoslav hücum edərək Səməndər və Sarkel şəhərlərini tutdu. 965-ci ildə Xəzər
xaqanlığı süqut etdi.
Oğuz (boylar,
qəblələr) dövləti
Dövlət 24 boydan ibarət olub, Xəzər dənizinin şərqindən
Ceyhun (Amudərya) çayına qədər ərazidə yerləşmişdir. Mərkəzi Yenikənd şəhəri
olmuşdur. Dövlətin ərazisində islam dini 950-ci ildən yayılmış, XII əsrdən isə
hakim din olmuşdur. X əsrdən oğuzlar türkmən adlandırılmışlar.
661-ci ildə Xilafətdə Əməvilər
hakimiyyətə gəldilər. Cavanşir şəraiti nəzərə alaraq Şam şəhərinə gəldi və I
Müaviyyə ilə sülh bağladı. Sülhə görə Cavanşir xərac verməli idi. Lakin xəlifə
güzəştə getmədi, səbəbi Albaniyanın coğrafi mövqeyi və Cavanşirin şəxsi nüfuzu
olmuşdur.
Lakin ərəblər Albaniyaya
toxunmadan digər Azərbaycan ərazilərini tutdular. Bizanspərəst feodallar
Cavanşirə sui-qəsd edib 681-ci ildə onu öldürdülər. Cavanşirdən sonra əvvəl xəzərlər,
sonra 705-ci ildə ərəblər Albaniyanı tutdular və Cavanşirin varisi Varaz Trdatı
Şam şəhərində edam etdilər. Azərbaycanın həm şimalında, həm də cənubunda islam
dini yayıldı.
748-ci ildə Azərbaycan ərazisində
ərəb soyğunçuluğuna və vergi siyasətinə qarşı üsyan başladı. Beyləqanda
başlayan üsyan Bərdədə, Ərdəbildə yatırıldı. Üsyana yerli feodallar başçılıq
edirdilər.
Hərəkatların ən böyüyü Xürrəmilər
(Pəhləvi dilində “əbədi od” deməkdir) hərakatı idi. Tarixdə ilk dəfə qırmızı
bayrağı onlar qaldırmışlar. Xürrəmilərin
ilk çıxışı 778-ci ildə, ikincisi isə 808-ci ildə olmuşdur.
816-cı ildə Cavidanla Əbu
İmranın çəkişməsi onların ikisinin də ölümü ilə nəticələndi və Babək 18-yaşında
Xürrəmilərin rəhbəri oldu. (Babək 798-ci ildə Ərdəbildə anadan olmuşdur).
819-cu ildə Babək ilk dəfə
olaraq ərəblər üzərində qələbə çaldı. Sonra Şəki, Qarabağ, Bərdə və Beyləqanı ərəblərdən
azad etdi. 829-cu və 830-u ildə Babək ərəblər üzərində daha iki uğurlu qələbə
qazandı. Sonra ərəblər məcbur olub Bizansla müharibəni dayandırdılar və diqqəti
Babəkə yönəltdilər. Türk əsilli ərəb sərkərdəsi
Afşin Babəkə ağır zərbələr vurdu və xürrəmilərə sülh təklif etdi. Babək bunu xəyanət
hesab etdi və sülhü qəbul etmədi. 937-ci ildə Afşin Bəzz qalasını tutdu. Babək
qaçıb Arana gəldi. Ərəblər onun başına 2 milyon dirhəm qoymuşdular. Babək Şəki
qalasının sahibi Səhl İbn Sumbatın xəyanəti ilə ələ keçirildi. 837-ci ildə
Afşin Babəki Samirə şəhərinə Xəlifə Mötəsimin yanına yola saldı. Babək 838-ci
ildə martın 14-də edam edildi.
Həmçinin VII-VIII əsrlərdə “Dədə
Qorqud” dastanı yayılmağa başladı. “Kitabi-Dədə Qorqud” dastanının dili təmiz
türk dilidir. Bu dastan 4530 sözdən ibarətdir ki, bunların da 4044-ü (90%-ə
yaxını) türk sözüdür.
|