DAŞ
DÖVRÜNDƏN INDIYƏ KIMI AZƏRBAYCANIN TARIXI
Daş dövrü Azərbaycanda 2
milyon 700 min il bundan öncə başlayaraq eramızdan əvvəl 4 minilliyə qədər
davam etmişdir. Daş dövrü üç mərhələdən paleolit (qədim), mezolit (orta) və
neolit (yeni daş dövrü) ibarət olmuşdur. Təxminən 700 min il əvvəl insanlar od
əldə etməyi öyrənərək, özlərini soyuqdan qorunmağa, yemək bişirmək, əmək
alətlərini düzəltməyə başladılar. 400-300 min il öncə Azərbaycanda məskunlaşmış
ibtidai insanların təkamülündə yeni mərhələ başlanır. Azıx mağarasında aşkar
olunmuş ibtidai insan-neandertalın çənə sümüyü (təxminən 350 min il öncə) buna
əyani sübutdur. 100-30 min il öncə ölkə ərazisində orta paleolit dövrü yaşamış
və bu ərəfədə qədim insanların ibtidai icma quruluşu formalaşmışdır. Həmin dövr
Tağlar mağarasındakı arxeoloji tapıntılar əsasında tədqiq edilmişdir. Bu zaman
insanların əsas məşğuliyyəti ovçuluq və yığıcılıq idi. Eyni zamanda
Azərbaycanda yaşayan insanlar artıq o dövrdə qonşu ərazilərin sakinləri ilə
mübadilə xarakterli əlaqələr qura bilmişdilər. 30-10 min il öncə Azərbaycanda
son paleolit dövrü mövcud idi. İnsanlar artıq yalnız mağara və zağalarda deyil,
həmçinin müxtəlif çay vadilərində tikdirdikləri yaşayış məskənlərində
məskunlaşmağa başlayırlar. Məhz bu dövrə qəbilələrin formalaşması, ilkin
incəsənət və etiqadların yaranması təsadüf edir. Əmək alətləri bu zaman yalnız
daşdan deyil, həmçinin müxtəlif heyvan sümüyündən də istehsal edilirdi. Mezolit
Azərbaycanda er.əv. 11–8 minillikləri əhatə edir. Artıq bu dövrdə əkinçilik və
heyvandarlığın ilkin formaları yaranır. Bu dövr başlıca olaraq Qobustandakı
qayaystü rəsmlər və arxeoloji tapıntılar əsasında tədqiq edilib. Yer üzündə
ibtidai insanın ən zəngin "muzeylərindən" biri sayılan bu ərazidə
altı minəcən qayaüstü rəsm və ona yaxın qədim insan düşərgəsi aşkar edilmişdir.
Bu rəsmlərdə o dövrkü adamların məşğuliyyəti, əmək fəaliyyəti, ov və balıqçılıq
səhnələri, ayin və etiqadları öz əksini tapmışdır. Arxeoloji materiallar və
rəsmlər sübüt edir ki, artıq bu dövrdə insanlar ox və kamandan istifadə etməyi
bilirdilər. Neolit Azərbaycanda er.əv. 7 minilliyə təsadüf edərək Qobustanın və
Həsənlutəpə (Cənubi Azərbaycan) arxeoloji materialları timsalında tədqiq
edilmişdir. Bu dövrdən ibtidai insanlarda istehsal xarakterli təsərrüfat
formalaşır, arxaik (primitiv) saxsı məmulatının hazırlanması başlanır. Er.əv.
6-4 minillikklərdə Azərbaycan ərazisində eneolit mövcud idi. Bu zaman oturaq
əkinçilik formalaşır, insanlar həyət təsərrüfatı tikililərinə malik olan
evlərdə yaşamağa başlayırdılar. İnsanlar arpa, buğda və digər bitkiləri
yetişdirməyi bacarır, sənətkarlıqla (daş və sümükdən əmək alətlərinin
istehsalı, heyvan dərilərinin emalı, saxsı məmulatlarının hazırlanması və .s.)
məşğul idilər. Bu dövrə arxaik tipli incəsənət nümunələrinin (gildən
hazırlanmış müxtəlif tipli qadın heykəlləri, bəzək əşyaları və.s.) düzəldilməsi
təsadüf edir. Tunc dövrü Azərbaycanda er.əv. 4-1 minillikləri əhatə edir. Tayfa
və qəbilə ittifaqlarının yaranması elə bu ərəfədə başlanır. İnsan məskənlərinin
və ümumi əhalinin sayı durmadan artır. Kiçik və Orta Asiya, Mesopotamiya və
Şimali Qafqazla ticarət və digər əlaqələr yüksələn xətlə inkişaf edir.
Azərbaycanda tunc dövrü Kür-Araz arxeoloji mədəniyyətinə aid tapıntılar
əsasında dərindən öyrənilmişdir. Bu mədəniyyət təkcə Azərbaycanı deyil,
həmçinin Cənubi və Şimal-Şərqi Qafqazı və Kiçik Asiyanın şərq ərazilərini də
əhatə edirdi. Bu dövrdə insanlar yumşaq misi xüsusi sobalarda əridib onu
qalayla qatışdıraraq tunc əldə etməyi öyrənirdilər. Tunc misdən daha bərk olduğuna
görə tezliklə əmək alətləri, silah və bəzək əşyaları məhz bu materialdan
hazırlanmağa başlanır. Bu dövrə həmçinin əkinçilikldə süni suvarma sisteminin
formalaşması, bağçılıq təsərrüfatının təkamülü, heyvadarlıqda həm iri, həm də
xırda buynuzlu heyvanların saxlanması, atçılıq iti sürətlə inkişafı təsadüf
edir. Sənətkarlıqda metal işləmə, zərgərlik, müxtəlif növ parça istehsalı və
toxuculuq kimi yeni sahələr formalaşaraq yayılmağa başlayır. Orta tunc dövründə
(er.əv. 3-2 minilliyin 1-ci yarısı) möhkəm müdafiə istehkamlı iri yaşayış
məntəqələri əmələ gəlir. Bu məntəqələrdəki yaşayış evləri, bir qayda olaraq
düzbucaq formasında olub bir neçə otaqdan ibarət idi. Məhz bu dövrə müxtəlif
tayfa ittifaqarının yaranması və onlar arasında savaş və hərbi münaqişələrin
geniş vüsət alması təsadüf edir. Azərbaycanın ən qədim tayfa ittifaqları
haqqında ilk məlumata er.əv. 23 yüzilliyə aid şumer-akkad yazılı mənbələrində
rast gəlinir. Bu mənbələrdə Azərbaycanda mövcud olmuş kuti, lulubey və hurrit
tayfa ittifaqları haqqında bəhs edilir. Məlum olur ki, Akkad hakimi Naramsinin
dövründə (er.əv. 2236-2200) kutilər Mesopatamiyaya soxulmuş, onların başçısı
Enridavazar akkad qoşununu məğlub edərək ölkənin cənub əyalətlərini zəbt
etmişdi. Təxminən bu hadisələrdən bir əsr sonra Azərbaycan ərazisində yaranmış
yeni tayfa ittifaqı lulubeylər kutiləri özlərinə tabe etdirdilər. Lulubeylərin
əsas əraziləri Urmiya gölü ətrafında olmuşdur. Lakin sonradan onlar öz
ərazilərini İran körfəzinə qədər genişləndirə bildilər. Bu tayfa ittifaqının ən
parlaq dövrü er.əv. 2 minilliyə təsadüf edir. Hətta qüdrətli Assuriya dövlətini
də lulubeylərdən olan sülalə idarə edirdi. Daha sonra tarixin səhnəsinə
hurritlərin ittifaqı gəlir. Hələ er.əv. 3 minilliyin sonuncu rübündə onların
yazısı mövcud olmuşdur. Bu tayfa ittifaqı uzun sürən müharibələr nəticəsində
Kiçik və Orta Asiyanın geniş ərazilərini özünə tabe etdirməyə müvəffəq oldu.
Eyni zamanda Azərbaycanda kassit tayfaları da mövcud idi. Er.əv. 2 minilliyin
əvvəlində kassitlər Babilistanı işğal edərək burada 500 ildən artıq hökmranlıq
etmişdilər. Artıq er.əv. 2 minilliyin ikinci yarısında er.əv. 1 minilliyin
əvvəllərində ölkədə ibtidai icma münasibətləri süquta yetir və ilk sinfi
quruluş quldarlıq formalaşmağa başlayır. Bu dövr ölkədə Xocalı-Gədəbəy, Talış-Muğan,
Naxçıvan və Qayakənd –Quruçay arxeoloji mədəniyyətlərinin materialları ilə
təmsil olunmuşdur. Azərbaycanda ilkin şəhər-dövlətləri yaranır, təsrrüfatın
demək olar ki, bütün sahələri sürətlə inkişaf edirdi. Er.əv. 13-12
yüzilliklərdə ölkə ərazisində dəmir dövrü başlanır. Bu ərəfədə sinfi cəmiyyətin
yaranmasının təməli qoyulur. Həmin zaman Urmiya gölü ətrafında Zamya, Karalla,
Gilzan, Andia, Zikertu və s. kimi kiçik siyasi birliklər peyda olur. Er.əv.
9-cu yüzillikdə Urmiya sahillərində ilk Azərbaycan dövləti Manna yaranır. Onun
baş şəhəri İzertu olmuşdur.Artıq er.əv. 8 əsrdə Manna Asiyada mühüm siyasi
qüvvə rolunu oynayırdı. Dövlətin ən parlaq dövrü hökmdar İranzunun hakimiyyəti
illərinə təsadüf edir. Bu zaman Mannaya indiki Azərbaycanın bütün cənub və bəzi
şimal (Naxçıvan) əraziləri tabe idi. İranzunun varisləri Aza və Ullusuna
müxtəlif dövlətlərlə hərbi ittifaqlar yaradaraq öz ərazilərini genişləndirməyə
çalışırdılar. Belə ki, er.əv. 714-cü ildə Ullusuna Assuriya dövləti ilə
ittifaqda Urartunu məğlub edə bilmişdir. Lakin bunun ardınca Manna dövləti
getdikcə tənəzzülə uğramağa başlayır. Sonuncu dəfə bu dövlətin adına er.əv.
616-cı ilə təsadüf edən "Hedda salnaməsində" rast gəlinir. Beləliklə,
yaşı 3 min ildən artıq olan Azərbaycan dövlətçiliyinin ilkin nümunəsi Manna
dövləti olmuşdur. Təxminən er.əvvəl I minillikdə Midiya tayfa ittifaqı meydana
gəlir və artıq er.əv. 7-ci yüzilliyin 1-ci yarısında bir dövlət kimi bərqərar
olur. Midiya dövlətinin paytaxtı Ekbatan (müasir Həmədan) olmuşdur. Demək olar
ki, eyni dövrdə Azərbaycanda skiflərin dövləti də mövcud idi. Bu dövləti
Qafqaza Dərbənd keçidindən daxil olmuş köçəri tayfalar yaratmışdır. Həmin
dövlət Ön Asiyanın o zamankı tarixində mühüm rol oynadığına baxmayaraq er.əv.
VI əsrin 90-cı illərində yox olmuşdur. Elə bu dövrdə də Midiyanın yüksəlişi
başlanır. Kiaksar şahın dövründə (er.əv. 625-585-ci illər) Midiya xüsusilə
güclənərək Urartu və Cənubi Qafqazı özünə tabe etdirmiş, Assuriya imperiyasına
bir neçə döyüşdə qalib gəlmişdir. Lakin artıq er.əv. 6-cı yüzilliyin
ortalarında bu dövlət tənəzzülə uğrayır və onun əraziləri ilk fars dövləti olan
Əhəmənilər imperiyası tərəfindən zəbt edilir. Bu imperiyanın hökmdarı şahənşah
II Kirin dövründə (er.əv. 559-530) ölkənin paytaxtı Ekbatana talan edilmiş,
Midiyanın özü isə Əhəmənilər dövlətinin əyalətlərindən birinə çevrilmişdir.
Müxtəlif xalqları və əraziləri özünə zor gücü ilə tabe etdirən bu dövlət artıq
er.əv. 4-cü yüzilliyin 2-ci yarısında Makedoniyalı İsgəndər tərəfindən zəbt
edilmişdir. Makedoniyalı İsgəndərin imperiyası Balkan yarımadasından Şimali
Hindistana və Qafqazdan Misir və Fars körfəzinə qədər uzanan nəhəng bir ərazini
əhatə edirdi. Bu imperiyanın əmələ gəlməsi tərkibində və qonşuluğunda olan
xalqların mədəni, mənəvi, elmi və ictimai həyatlarına böyük təsir göstərmiş,
qədim dünya tarixində yeni bir dövrün elinizmin yaranmasına gətirib çıxardı.
Ellinistik dövrdə Azərbaycan ərazisində iki yerli dövlət Albaniya və Atropatena
mövcud olmuşdur. Er.əv. 328-ci ildə yaranmış Atropatena dövlətinin ilk hakimi
Atropat hesab edilir. Araz çayından cənubda yerləşən əraziləri əhatə edən
Atropatenanın paytaxtı Qazaka idi. Atropatenada əkinçilik, heyvandarlıq və
sənətkarlıq yüksək inkişaf etmişdir. Ölkədə iri şəhərlər mövcud idi, ölkədaxili
və beynəlxalq ticarət əlaqələri durmadan inkişaf edirdi. Atropatenada dövlət
dini Zərdüştlük olmuşdur. Er.əvvəl III əsrin 20-ci illərində Artabazanın
dövründə ölkənin əraziləri xeyli genişlənərək Xəzər dənizindən Kiçik Asiyaya
qədər böyük bir ərazini əhatə etmişdir. Həmin illərə Parfiya imperiyasının
(er.əv. 248-227) güclənməsi də təsadüf edir. Özlərinə Mərkəzi Asiya, Cənubi
Qafqaz, İran və Mesopotamiyanın bir sıra əyalətlərini tabe etdirərək bu
dövlətin hökmdarları qəsbkar siyasət yürüdürdülər. Bu işdə onların əsas rəqibi
nəhəng və qüdrətli Roma İmperiyası (er.əv. 6 - er.5 əsrlər) olmuşdur. Roma və
Parfiya arasında Qafqazı o cümlədən Azərbaycanı özünə tabe etdirmək uğrunda
ardı-arası kəsilməyən müharibələr aparılırdı. İlk mərhələdə Atropatena
Parfiyanın müttəfiqi kimi çıxış etmiş və bu dövlətlərin birgə səyi nəticəsində
romalılar bir neçə döyüşdə məğlub edilmişdir. Lakin er.əv. 20-ci ildə
Atropatenada II Ariabarzan hakimiyyətə gəlir. O hələ gənc ikən Romada tərbiyə
almış və bu səbəbdən onun pərəstişkarı olmuşdur. Er.əv. 1-ci ildə Roma sərkərdəsi
Qay Sezar Ermənistanı zəbt edərək II Ariabarzanı onun hökmdarı təyin edir.
Lakin Ermənistanın Atropatenaya qatılması və Roma ilə müttəfiq münasibətlər
Parfiyanın narazılığına səbəb oldu ki, bu da yeni müharibənin başlanmasına
gətirib çıxardı. Eramızın 2-ci ilində Atropatena və Roma qoşunu Parfiya və onun
müttəfiqlərinin ordusunu həlledici döyüşdə məğlub etdi. Sonradan romalıların bu
ərazilərə təsiri zəifləyir. Bundan istifadə edən Parfiya Atropatenanı zəbt
edir. Hakimiyyətə Parfiya mənşəli Ərşakilər sülaləsi gətirilir. Bu şəkildə
Atropatena Sasani imperiyasının (er. 224-651) yüksəlməsinə qədər mövcud
olmuşdur. Digər Azərbaycan dövləti Albaniya Araz çayının şimal sahilindən
cənubi Dağıstana qədərki ərazidə yerləşirdi. Bu dövlətə on bir əyalət Çola, Lpiniya,
Kambiena, Eceri, Qəbələ, Şəki, Paytakaran (Beyləqan), Uti, Girdman, Artsax və
Sunik daxil idi. Ölkənin paytaxtı ilk əvvəl Qəbələ, daha sonra isə Bərdə
şəhərləri olmuşdur. Artıq er.əv. III yüzillikdə ölkədə yerli gümüş pullar zərb
edilirdi. Yazılı mənbələrin verdiyi məlumata görə Qafqaz Albaniyası 26 yerli
qəbilənin siyasi ittifaqı nəticəsində yaranmışdır. Bu hadisə təxminən er.əv. IV
əsrə təsadüf edir. Dövlətin ilk hökmdarı Aran hesab edilirdi. İlkin mərhələdə
ölkədə rəsmi din zərdüşt dini olmuş, er. IV yüzilliyində isə xristianlıq qəbul
edilmişdir. Xristian kilsəsinin başında müstəqil alban katalikosu dururdu. İlk
zamanlar onun iqamətgahı Dərbənd, sonra isə Bərdə şəhəri idi. Qədim albanların
təsərrüfatı, məişət və həyat tərzi Yaloylutəpə arxeoloji mədəniyyəti əsasında
öyrənilmişdir. Bundan başqa yunan və roma müasirlərinin əsərlərindən və
Kalankatuylu Musanın "Alban tarixi" salnaməsindən Qafqaz Albaniyası
haqqında kəsərli məlumat əldə etmək olar. Qafqaz Albaniyasında əkinçilik,
heyvandarlıq, sənətkarlıq və ticarət yüksək inkişaf etmişdir. Ölkədə bağçılıq
və ilk növbədə ipəkçilik mövcud idi. Albaniya ərazisində 30-dan artıq şəhər var
idi ki, bunlar da əhəmiyyətli sənətkarlıq və ticarət, siyasi, inzibati, mədəni
və dini mərkəzlər rolunu oynayırdılar. Ölkənin yüksəlişi dövründə Albaniya
şimaldan Böyük Qafqaz dağları, cənubdan Talış silsiləsi, şərqdən Xəzər dənizi,
qərbdən isə Gürcüstanla məhdudlaşan böyük bir ərazini əhatə edirdi. Bu
bərəkətli və zəngin ölkə əsrlər boyu bir çox xalqların və qəsbkar dövlətlərin
diqqətini özünə cəlb edirdi. Hələ er.əv. III-II əsrlərdə ölkəyə şimaldan
masaqet və sarmat tayfaları müdaxilə etmiş və Xəzər sahilində bir müddət mövcud
olmuş Mazküt dövlətini yaratmışdırlar. Er.əv. I yüzillikdən başlayaraq
romalıların legionları Cənubi Qafqaza, o cümlədən Albaniyaya bir neçə dəfə
yürüş etmişdilər. İmperator Domitsianın dövründə (er.əv. 83-96) romalılar Xəzər
dənizinin sahillərinə gəlib çıxmışdılar. Bu barədə Qobustanda tapılmış latın
dilli qayaüstü yazı xəbər verir. Eramızın 70-ci illərində ölkəyə şimaldan alan
tayfaları basqın edib Kambisena əyalətini zəbt etdilər. Bu basqın və
müharibələrə baxmayaraq Qafqaz Albaniyası özünün dövlət müstəqillyini qoruyub
saxlaya bilmişdir.
ORTA
ƏSRLƏR DÖVRÜ
Eramızın
3-18-ci əsrləri Azərbaycan tarixində orta əsr və ya feodalizm dövrü kimi
məlumdur. Tədqiqatçılar bir qayda olaraq bu dövrü üç əsas mərhələyə bölürlər.
3-10 yüzilliklər erkən orta əsrlər, 11-15-ci əsrlər klassik feodalizm və
16-18-ci əsrlər son feodalizmdir. Bu dövrdə təsərrüfatın əsas formaları
əkinçilik, heyvandarlıq və sənətkarlıq olmuşdur. Həmin müddət orta əsr
şəhərlərinin yüksəlişi və çiçəklənməsi dövrüdür. Onlar həm siyasi və inzibati
mərkəzlər olmaqla yanaşı, həm də iqtisadiyyat və ticarətdə, mədəni, elmi və
dini həyatda mühüm rol oynayırdılar. III-VII əsrlərdəki Azərbaycan tarixi
bilavasitə İran Sasani imperiyası (224-65) ilə bağlı idi. Sasanilərin sonuncu
şahinşşaha III Yezdəgird (632-651) ərəblərin yürüşlərinin qarşısını almaq
məqsədilə Varaz-Qriqora hərbi yardım məqsədilə mürajiət edir. Alban ordusu
başında Varaz-Qriqorun oğlu Cavanşir durur. 630-642-ci illərdə o ərəblərə qarşı
müharibələrdə iştirak etmiş, 637-ci ildə Kadisiyadakı döyüşdə göstərdiyi
şüjaətə görə III Yezdəgird tərəfindən müxtəlif mükafat və hədiyyələrlə təltif
edilmişdir. 15-ci yüzilliyin ikinci yarısında Ərdəbil və onun ətraf
əyalətlərinin yüksəlişi başlanır. Bu ərazidəki torpaqlar Şeyx Səfinin
(1252-1334) varisləri tərəfindən idarə edilirdi. Onlar və tərəfdarları islamın
şiə məzhəbini qəbul etmiş və on iki şiə imamına ibadət edirdilər. Bu səbəbdən
onlar başlarına on iki zolaqlı çalma taxırdılar. Məhz buna görə də onlara
Səfəvilərlə yanaşı, həm də Qızılbaşlar da deyirdilər.
Azərbaycan Demokratik Respublikası
1918-ci ilin mayın 26-da Gürcüstan ZDFR-dən çıxmasını və müstəqil respublika
olduğunu bəyan etdi. Belə şəraitdə mayın 27-də Zaqafqaziya seyminin müsəlman
dairəsi Müvəqqəti Milli Şuranın yaradılması qərarına gəlir. Onun başçısı
M.Ə.Rəsulzadə seçilir. F.Xoyski başda olmaqla Şuranın Milli Komitəsi yaradılır.
1918-ci ilin mayın 28-də Milli Şuranın ilk iclasında Şimali Azərbaycanın
müstəqil dövlət oduğu elan edilir. Qəbul olunmuş və 6 bəndən ibarət İstiqlal
Bəyənnaməsində deyilir ki, Azərbaycan Demokratik Respublikası müstəqil dövlət
olaraq, ərazisində yaşayan bütün vətəndaşların bərarbər hüquqa malik
olduqlarına zəmanət verir və ölkədə yaşayan bütün xalqların azad inkişafını
təmin edir. Dövlətin ilk paytaxtı Gəncə şəhəri olur. ADR höküməti Tiflisdən
bura iyunun 16-da köçür. Həmin vaxtda birinci Müvəqqəti hökümət təşkil olunur.
Fətəlixan Xoyski Nazirlər Şurasının sədri seçilir, eyni zamanda o daxili işlər
naziri vəzifəsini də icra edirdi. ADR tarixində cəmi beş hökümət təşkil
olunmuşdur. Onlardan üçünə F.Xoyski, ikisinə isə N.Yusifbəyli başçılıq
etmişdir. Bu hadisələr zamanı Şimali Azərbaycanda iki siyasi qütb mövcud idi.
Mərkəzi Gəncə olan Yelizavetpol quberniyasının ərazilərində ADR dövləti,
ölkənin şərq bölgələrində isə bolşeviklər başda olmaqla Sovet hakimiyyəti
fəaliyyət göstərirdi. Hələ 1918-ci ilin aprelin 25-də bolşeviklər özlərinin
Bakı kommunasını və Bakı Xalq Komissarları Şurasını yaratmışdılar. Bu hökümət
Sovet Rusiyasına tabe olub qarşısına ADR-i ləğv etmək məqsədini qoymuşdur.
Dövlət müstəqilliyini qorumaq məqsədilə ADR höküməti 1918-ci iyunun 4-də
Osmanlı imperiyası ilə sülh və dostluq haqqında müqavilə imzalayır. Osmanlı
ordusu Gəncəyə daxil olur. Bundan sonra xüsusi Azərbaycan hərbi korpusu
yaradılır. Bu korpus Osmanlı ordusu ilə birgə Qafqaz islam ordusunu təşkil
edir. İyul ayında Gəncə üzərinə hərəkət edən Bakkomunanın silahlı dəstəlri
həmin ordu tərəfindən bir neçə döyüşdə darmadağın edilir və geri oturdulur.
1918-ci ilin iyulun 31-də Bakı Xalq Komissarları Şurası hakimiyyətdən imtina
edir. Şəhərdə hakimiyyət daşnak və menşeviklərdən təşkil olunmuş Sentrokaspi
(Mərkəzi Xəzər) diktaturasının əlinə keçir. Lakin artıq sentyabrın 15-də Qafqaz
islam ordusu Bakını azad edir. Bunun ardınca şəhərə ADR-in rəhbərliyi də köçür.
1918-ci ilin dekabrın 7-də Azərbaycan parlamentinin təntənəli açılışı olur.
Parlament 97 deputatdan ibarət olmuş, onun sədri isə Əlimərdan bəy Topçubaşov
seçilmişdir. Beləliklə, ərazisi 98 min km2 və əhalisi 2 mln.800 min olan ADR
parlament respublikası kimi fəaliyyət göstərməyə başlayır. Ümumiyyətlə mövcud
olduğu dövrdə Azərbaycan parlamenti 315 qanun layihəsini nəzərdən keçirmişdir.
Bütün bu qanunlar dövlətçiliyin, demokratik milli hakimiyyətin mənafeyinə
xidmət edirdi. Lakin ADR düşmən qüvvələrin əhatəsində idi. Artıq 1918-ci ilin
payızında Ermənistan Respublikası ərazi iddiaları ilə ADR-ə qarşı təcavüzkar
müharibəyə başlayır. Xarici müdaxilədən qorunmaq məqsədilə 1919-cu ilin
iyununda Dövlət Müdafiə Komitəsi yaradılır. Beynəlxalq sahədə də ADR
müstəqilliyinin dünya ölkələri tərəfindən tanınmağı məqsədilə fəal siyasət
yeridirdi. Bu məqsədlə 1919-cu ilin yanvarında başda Ə.M.Topçubaşov olmaqla ADR
nümayəndə heyəti Paris sülh konfransının işində iştirak etmişdir. 1920-ci ilin
yanvarın 20-də Paris konfransının Ali Şurası ADR-i müstəqil bir dövlət kimi
tanıyır. Tezliklə Bakıda ABŞ və Britaniya, Osmanlı imperiyası və Belçika, Yunanıstan
və İran, Danimarka və Litva, Fransa və Gürcüstan, İsveçrə və İsveçin diplomatik
missiyaları fəaliyyətə başlayır. 1920-ci ilin aprelində ADR ordusunun əsas
qüvvələri qərb sərhədlərində erməni təcavüzünün qarşısını almaq məqsədilə
cəmləşdirilmişdir. Həmin zaman general A.İ.Denikini məğlub edən Sovet
Rusiyasının 11 Qızıl Ordusu Şimali Qafqazdan ADR ərazisinə soxuldu.
Respublikada gizli fəaliyyət göstərən bolşeviklər də daxildən silahlı qiyam
qaldırmağa hazırlaşırdılar. 1920-ci ilin aprelin 27-də bolşeviklər Bakıda
silahlı qiyam qaldırdılar. Dövlətin mühüm strateji obyektləri poçt, teleqraf,
neft mədənləri, vağzal və liman onlar tərəfindən ələ keçirildi. Həmin gün 11
Qızıl Ordu Bakıya yaxınlaşdı. Belə şəraitdə ADR parlamenti hakimiyyəti
Azərbaycan inqilabi komitəsinə təhvil verməyə məcbur oldu və bununla da ilk
Azərbaycan Demokratik Respublikasının fəaliyyətinə son qoyuldu. ADR təkcə
Azərbaycanda deyil, bütün Şərqdə ilk dünyəvi, demokratik, hüquqi, müstəqil
dövlət olmuşdur. Onun qəbul etdiyi siyasi sənədlər və ümumiyyətlə ADR-in
varlığı Şərq ölkələrindəki demokratik və azadlıq hərəkatına böyük təsir etmiş,
onlar üçün örnək olmuşdur.
AZƏRBAYCAN YENI DÖVRDƏ. XIX YÜZILLIK-XX
YÜZILLIYIN ƏVVƏLI
1801-ci ildə Rus imperiyası Şərqi
Gürcüstan ərazilərini özünə birləşdirərək Qafqaz canişinliyini yaradır. Bunun
ardınca 1802-ci ildə rus generalı P.D.Sisianov Azərbaycanı Rusiyaya qatmaq
məqsədi ilə hərbi əməliyyatlara başlayır. 19-cu yüzilliyin II yarısında Şimali
Azərbaycanın iqtisadi həyatı Rusiyada kapitalist münasibətlərinin inkişafı ilə
sıx əlaqəli idi. Bu baxımdan ölkədə ən iti surətlə neft hasilatı və sənayesi
inkişaf edirdi. Artıq 1872-ci ildə neft hasilatında icarə üsulu tətbiq edilməyə
başlayır ki, bu da həmin sahədə kapitalist münasibətlərinin inkişafına güclü təkan
verir. 20-ci yüzilliyin əvvəllərində Şimali Azərbaycan neft sahəsində dünyada
birinci yerdə idi. 1901-ci ildə o dünya neft hasilatının 50%, Rusiya neftinin
isə 95 % təmin edirdi. Ölkədə kapitalist münasibətlərinin inkişafı ilə paralel
kustar sənətkarlıq da mövcud idi. 20-ci yüzilliyin əvvəlində Cənubi
Azərbaycanda yaşayan əhalinin vəziyyəti ağır olaraq qalırdı. Bu da cəmiyyətin
demək olar ki, bütün təbəqələrində getdikcə artan narazılığa səbəb olurdu.
1908-ci lin dekabrın 12-də İranın paytaxtı Tehranda bir qrup tacir döyülərək
həbs edilmişdir. Bu fakt kütləvi çıxışların başlanmasına səbəb oldu. Həmin gün
1905-ci-1911-ci illər İran inqilabının başlanması hesab olunur.
Azərbaycan Demokratik Respublikası
1918-ci ilin mayın 26-da Gürcüstan ZDFR-dən çıxmasını və müstəqil respublika
olduğunu bəyan etdi. Belə şəraitdə mayın 27-də Zaqafqaziya seyminin müsəlman
dairəsi Müvəqqəti Milli Şuranın yaradılması qərarına gəlir. Onun başçısı
M.Ə.Rəsulzadə seçilir. F.Xoyski başda olmaqla Şuranın Milli Komitəsi yaradılır.
1918-ci ilin mayın 28-də Milli Şuranın ilk iclasında Şimali Azərbaycanın
müstəqil dövlət oduğu elan edilir. Qəbul olunmuş və 6 bəndən ibarət İstiqlal
Bəyənnaməsində deyilir ki, Azərbaycan Demokratik Respublikası müstəqil dövlət
olaraq, ərazisində yaşayan bütün vətəndaşların bərarbər hüquqa malik
olduqlarına zəmanət verir və ölkədə yaşayan bütün xalqların azad inkişafını
təmin edir. Dövlətin ilk paytaxtı Gəncə şəhəri olur. ADR höküməti Tiflisdən
bura iyunun 16-da köçür. Həmin vaxtda birinci Müvəqqəti hökümət təşkil olunur.
Fətəlixan Xoyski Nazirlər Şurasının sədri seçilir, eyni zamanda o daxili işlər
naziri vəzifəsini də icra edirdi. ADR tarixində cəmi beş hökümət təşkil
olunmuşdur. Onlardan üçünə F.Xoyski, ikisinə isə N.Yusifbəyli başçılıq
etmişdir. Bu hadisələr zamanı Şimali Azərbaycanda iki siyasi qütb mövcud idi.
Mərkəzi Gəncə olan Yelizavetpol quberniyasının ərazilərində ADR dövləti,
ölkənin şərq bölgələrində isə bolşeviklər başda olmaqla Sovet hakimiyyəti
fəaliyyət göstərirdi. Hələ 1918-ci ilin aprelin 25-də bolşeviklər özlərinin
Bakı kommunasını və Bakı Xalq Komissarları Şurasını yaratmışdılar. Bu hökümət
Sovet Rusiyasına tabe olub qarşısına ADR-i ləğv etmək məqsədini qoymuşdur.
Dövlət müstəqilliyini qorumaq məqsədilə ADR höküməti 1918-ci iyunun 4-də Osmanlı
imperiyası ilə sülh və dostluq haqqında müqavilə imzalayır. Osmanlı ordusu
Gəncəyə daxil olur. Bundan sonra xüsusi Azərbaycan hərbi korpusu yaradılır. Bu
korpus Osmanlı ordusu ilə birgə Qafqaz islam ordusunu təşkil edir. İyul ayında
Gəncə üzərinə hərəkət edən Bakkomunanın silahlı dəstəlri həmin ordu tərəfindən
bir neçə döyüşdə darmadağın edilir və geri oturdulur. 1918-ci ilin iyulun 31-də
Bakı Xalq Komissarları Şurası hakimiyyətdən imtina edir. Şəhərdə hakimiyyət
daşnak və menşeviklərdən təşkil olunmuş Sentrokaspi (Mərkəzi Xəzər)
diktaturasının əlinə keçir. Lakin artıq sentyabrın 15-də Qafqaz islam ordusu
Bakını azad edir. Bunun ardınca şəhərə ADR-in rəhbərliyi də köçür. 1918-ci ilin
dekabrın 7-də Azərbaycan parlamentinin təntənəli açılışı olur. Parlament 97
deputatdan ibarət olmuş, onun sədri isə Əlimərdan bəy Topçubaşov seçilmişdir.
Beləliklə, ərazisi 98 min km2 və əhalisi 2 mln.800 min olan ADR parlament
respublikası kimi fəaliyyət göstərməyə başlayır. Ümumiyyətlə mövcud olduğu
dövrdə Azərbaycan parlamenti 315 qanun layihəsini nəzərdən keçirmişdir. Bütün
bu qanunlar dövlətçiliyin, demokratik milli hakimiyyətin mənafeyinə xidmət
edirdi. Lakin ADR düşmən qüvvələrin əhatəsində idi. Artıq 1918-ci ilin
payızında Ermənistan Respublikası ərazi iddiaları ilə ADR-ə qarşı təcavüzkar
müharibəyə başlayır. Xarici müdaxilədən qorunmaq məqsədilə 1919-cu ilin
iyununda Dövlət Müdafiə Komitəsi yaradılır. Beynəlxalq sahədə də ADR
müstəqilliyinin dünya ölkələri tərəfindən tanınmağı məqsədilə fəal siyasət
yeridirdi. Bu məqsədlə 1919-cu ilin yanvarında başda Ə.M.Topçubaşov olmaqla ADR
nümayəndə heyəti Paris sülh konfransının işində iştirak etmişdir. 1920-ci ilin
yanvarın 20-də Paris konfransının Ali Şurası ADR-i müstəqil bir dövlət kimi
tanıyır. Tezliklə Bakıda ABŞ və Britaniya, Osmanlı imperiyası və Belçika,
Yunanıstan və İran, Danimarka və Litva, Fransa və Gürcüstan, İsveçrə və İsveçin
diplomatik missiyaları fəaliyyətə başlayır. 1920-ci ilin aprelində ADR
ordusunun əsas qüvvələri qərb sərhədlərində erməni təcavüzünün qarşısını almaq
məqsədilə cəmləşdirilmişdir. Həmin zaman general A.İ.Denikini məğlub edən Sovet
Rusiyasının 11 Qızıl Ordusu Şimali Qafqazdan ADR ərazisinə soxuldu.
Respublikada gizli fəaliyyət göstərən bolşeviklər də daxildən silahlı qiyam
qaldırmağa hazırlaşırdılar. 1920-ci ilin aprelin 27-də bolşeviklər Bakıda
silahlı qiyam qaldırdılar. Dövlətin mühüm strateji obyektləri poçt, teleqraf,
neft mədənləri, vağzal və liman onlar tərəfindən ələ keçirildi. Həmin gün 11
Qızıl Ordu Bakıya yaxınlaşdı. Belə şəraitdə ADR parlamenti hakimiyyəti
Azərbaycan inqilabi komitəsinə təhvil verməyə məcbur oldu və bununla da ilk
Azərbaycan Demokratik Respublikasının fəaliyyətinə son qoyuldu. ADR təkcə
Azərbaycanda deyil, bütün Şərqdə ilk dünyəvi, demokratik, hüquqi, müstəqil
dövlət olmuşdur. Onun qəbul etdiyi siyasi sənədlər və ümumiyyətlə ADR-in
varlığı Şərq ölkələrindəki demokratik və azadlıq hərəkatına böyük təsir etmiş,
onlar üçün örnək olmuşdur.
AZƏRBAYCAN
1920-1991-CI ILLƏRDƏ
1920-ci ilin aprelin 28-də Azərbaycanda Sovet hakimiyyəti qurulandan bir müddət
sonra da ölkə öz müsətqilliyini saxlaya bilmişdir. Aprelin 30-da Rusiya ilə
Azərbaycan arasında hərbi-iqtisadi müqavilə imzalanmışdır. 1921-ji ildə
tərkibinə Gürjüstan, Ermənistan və Azərbayjan respublikaları daxil olmuş
Zaqafqaziya Federasiyası təşkil edildi. 1922-ji il dekabrın 30-da Sovet
Sosialist Respublikaları İttifaqının (SSRİ) yaranması və Zaqafqaziya
Federasiyasının bu quruma daxil olması ilə Şimali Azərbayjanın müstəqilliyinə
son qoyuldu. İkinci dünya müharibəsi (1939-1945) bəşəriyyətin 20-ci
yüzilliyində ən ağır və dəhşətli bir dövr olmuşdur. Azərbaycan xalqı bu
müharibədə əsl şücaət və əzmkarlıq nümayiş etdirmişdir. Azərbaycanın Sovet
dövrü tarixində 1969-cu il dönüş nöqtəsi olur. Bu ilk növbədə Heydər Əliyevin
Azərbaycan Kommunist Partiyasının birinci katibi seçilməsi ilə əlaqədar idi.
Artıq həmin ilin avqustunda onun tərəfindən respublikada xalq təsərrüfatına və
mədəni quruculuğa rəhbərliyi əsaslı şəkildə yaxşılaşdırmaq, dövlət və əmək
intizamını möhkəmləndirmək, kadrların məsuliyyətini artırmaq xətti müəyyən
edilmişdir.
MÜSTƏQIL AZƏRBAYCAN DÖVLƏTI
Yeni tarixi inkişaf mərhələsində Azərbaycan Respublikasının qarşısında dövlət
müstəqilliyinin möhkəmləndirilməsi, demokratiya, hüquqi, dünyəvi dövlət
qurulması, ölkənin ərazi bütövlüyünün bərpası, Dağlıq Qarabağ probleminin milli
maraqlara uyğun həlli, əhalinin təhlükəsizliyinin və rifahının təmin edilməsi
kimi mühüm tarixi vəzifələr dururdu. Bütün bunlar ardıcıl məqsədyönlü,
düşünülmüş daxili və xarici siyasətin həyata keçirilməsi və bu məqsədlə ölkənin
intellektual və sosial-iqtisadi potensialından, ictimai-siyasi qüvvələrindən
səmərəli istifadə olunmasını tələb edirdi. 1991 və 1992-ci ilin I yarısında
Respublikaya rəhbərlik edən şəxslər dünyada və dağılan İttifaq məkanında baş
verən siyasi proseslərə, dünya hadisələrinin inkişaf meyllərinə tam zidd
siyasət yeridərək, xalqın müstəqillik iradəsinin əksinə gedərək, bütün mümkün
vasitələrlə SSRİ-ni qoruyub saxlamağa, daha sonra isə nə bahasına olursa-olsun
Azərbaycanın bu qüvvələrin təsir dairəsindən çıxmasına yol verməməyə cəhd
göstərirdilər. Azərbaycan Respublkasının müstəqillik əldə etdiyi və suveren
dövlət quruculuğuna başladığı ərəfədə yəni 1991 və 1992-ci illər ərzində Dağlıq
Qarabağda vəziyyət gündən-günə gərginləşirdi. SSRİ dağıldıqdan sonra Ermənistan
geniş miqyaslı hərbi əməliyyatlara başladı. 1992-ci ilin fevralında Dağlıq
Qarabağın azərbaycanlılar məskunlaşdığı Xocalı şəhərində qocalar, qadınlar və
uşaqlar da daxil olmaqla min nəfərə yaxın dinc sakin rus hərbçilərinin köməyi
ilə ermənilər tərəfindən xüsusi qəddarlıqla qətlə yetirildi. Bundan sonra 8
mayda ermənilər Azərbaycan mədəniyyətinin çeşməsi Dağlıq Qarabağda
azərbaycanlıların dayağı olan Şuşadan qovuldu. Şuşanın süqutu ilə Dağlıq
Qarabağ Muxtar Vilayətində etnik təmizləmə əməliyyatı başa çatdı. 1992-ci ilin
mayın 18-19-da Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağın hüdudlarından olan
Laçın rayonunu işğal etdilər. Nəticədə 63341 Laçın sakinləri daimi yaşayış
yerlərindən qovuldu. Eyni zamanda Ermənistan silahlı qüvvələri Azərbaycanın
Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda Azərbaycan-Türkiyə sərhədinin
strateji əhəmiyyətə malik sahəsinə hücum etdi. Bu müddət ərzində Respublikanın
siyasi həyatında da mühüm hadisələr cərəyan etməkdə idi. Xocalı faciəsindən sonra
1992-ci ilin martın 6-da Azərbaycan prezidenti Ayaz Mütəllibov istefaya getməyə
məcbur oldu. Həmin ilin mayın 14-də Mütəllibov yenidən hakimiyyətə qayıtdı,
mayın 15-də isə Xalq Cəbhəsi parlamentin binasına hücum təşkil etdi. Mayın
18-də parlament dörd gün əvvəl qəbul etdiyi öz qərarını qanunsuz olduğunu elan
etdi və beləliklə, Mütəllibovun bir daha hakimiyyətə qayıtmaq cəhdləri puç
oldu. 1992-ci ilin may-iyun aylarında Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti ələ
aldı. Ölkənin prezidenti Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəy
(Əliyev) seçildi. Bu dövrdə hökümətin daxili və xarici siyasətini xarakterizə
edən əsas cəhət ardıcıl, prinsipial bir kursun olmaması idi. Dövlət idarəçilyi
vahid bir konsepsiya və sistem əsasında deyil, əksər hallarda bir-birini təkzib
edən, ziddiyyətli və emosional çıxışlar üzərində qurulmuşdur. Nəticədə 1993-cü
ilin yayında Azərbaycan dövlətçiliyi böhran və məhvolma təhlükəsi qarşısında
qaldı, ölkə vətəndaş müharibəsi və parçalanma həddinə gətirildi. 1993-cü ilin
martın 27-dən aprelin 3-ü müddətində Ermənistan silahlı qüvvələri Kəlbəcər
rayonunu da işğal etdilər. Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən hər iki
rayonun işğalı bir daha onu göstərdi ki, ermənilər tərəfindən törədilən bu
münaqişə Dağlıq Qarabağın azadlığı uğrunda mübarizə ideyasından xeyli uzaq
olaraq, əslində qəsbkar və işğalçı siyasətin davamı idi. 1993-cü illin
əvvəlində baş verən bütün bu hadisələr ölkəni dərin siyasi-iqtisadi və sosial
böhrana qərq edib iyun ayındakı Gəncə qiyamı ilə nəticələndi. Baş nazir, Milli
Məclisin sədri, güc nazirliklərinin rəhbərləri istefaya getdi. Artıq 1993-cü
ilin iyun ayında Azərbaycanda dərin siyasi və ictimai bir böhran hökm sürürdü.
Hərc-mərcliyin baş alıb getdiyi Azərbaycan vətəndaş müharibəsi həddinə gəlib
çatdı. 1993-cü ilin iyununda xalqın təkidi və tələbi ilə ölkədə hakimiyyət
dəyişikliyi baş verdi və müstəqil dövlətçilik tarixinin yeni mərhələsi başladı.
Azərbaycan xalqı müstəqil dövlətin bütövlüyü və ümumiyyətlə, mövcudluğunun
məhvi təhlükəsi qarşısında Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə
ayağa qalxdı. Azərbaycanın o vaxtkı dövlət başçıları onu rəsmən Bakıya dəvət
etməyə məcbur oldu. Heydər Əliyev hələ 1990-cı ilin iyulunda Azərbaycana
qayıtmış öncə Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə Respublika Ali
Sovetinə deputat seçilmişdir. Heydər Əliyev 1991-1993-cü illərdə Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin sədri olmuş, 1992-ci ildə Yeni Azərbaycan
Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri
seçilmişdir. Heydər Əliyev 1993-cü ilin iyulun 15-də Azərbaycan Ali Sovetinin
sədri seçildi, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan
Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü
il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan
Respublikasının Prezidenti seçildi. Yeni hökümət qarşısında respublikanı
davamlı böhrandan çıxarmaq, qonşu ölkələrlə pisləşmiş münasibətləri bərpa
etmək, iqtisadiyyatı ayağa qaldırmaq, ölkə daxilində sabitliyi təmin etmək,
getdikcə daha da azğınlaşmış erməni təcavüzünün qarşısını almaq kimi çətin
vəzifələr dururdu. Məhz 1993-cü ilin yay-payız aylarında bir-birinin ardınca
Dağlıq Qarabağdan kənarda yerələşən Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan
rayonları işğal olundu. Bu işğallar nəticəsində respublikada qaçqınların sayı
bir milyona çatdı. Beləliklə, bu təcavüz nəticəsində Azərbaycan Respublikasının
17 min kvadrat kilometrindən çox torpağı işğal olunmuşdur ki, bu da ölkə
ərazisinin 20 faizini təşkil edir. Bu münaqişədə 18000 nəfərdən çox ölkə
vətəndaşı həlak olmuş, 50 mindən çox adam yaralanmış və ya əlil olmuşdur.
Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi,
sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı,
elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu
başlandı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il
oktyabr və 1995-ci ilin martında dövlət çevrilişi cəhdlərinə son qoyuldu,
ölkədə möhkəm ictimai-siyasi sabitlik bərqərar edildi. Bu illərdə milli ordu
quruculuğunda ciddi dəyişikliklər başladı. Təcavüzkar silahlı qüvvələrinin
Azərbaycan ərazisindəki azğınlıqların qarşısı alındı, Beyləqan və Füzuli
istiqamətində düşmənə əks zərbələr endirilərək torpaqların müəyyən bir hissəsi
azad edildi. 1994-cü ilin mayında Ermənistan–Azərbaycan münaqişəsinin həllində
ilk mərhələ kimi cəbhə xəttində bu günədək davam edən atəşkəs əldə olundu.
Respublika rəhbərliyinin fəal diplomatiyası nəticəsində Azərbaycan dünyanın
demokratik dövlətlərinin və aparıcı ictimai təşkilatlarının respublikaya, onun
zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə
dəyişilməsinə nail ola bildi. ATƏT-in Lissabon zirvə toplantısında (1996) bu
beynəlxalq təşkilatın 54 üzvündən 53-ü (Ermənistan istisna olmaqla) Dağlıq
Qarabağ probleminin həllində Azərbaycanın milli mənafelərinə uyğun prinsipləri
müdafiə etdi. Respublika rəhbərliyi ölkənin iqtisadi potensialını bərpa edərək
inkişaf etdirmək məqsədilə iri miqyaslı beynəlxalq sazişlərin işlənib
hazırlanması və həyata keçirilməsi sahəsində çox gərgin fəaliyyəti öz bəhrəsini
qısa müddətdə verdi. 1994-cü ilin sentyabrında Bakıda "Əsrin
Müqaviləsi" adı almış neft müqaviləsi bağlandı. Xəzərin karbohidrogen
ehtiyatlarının işlənməsinə yönəldilmiş bu və digər müqavilələr Azərbaycana
yaxın illərdə qoyulacaq xarici sərmayənin 60 milyard dollardan çox olmağını
nəzərdə tutur. Bu müqavilələr dəyərli siyasi məna kəsb edir və Azərbaycanın
beynəlxalq siyasətində rolunu gücləndirən amil funksiyasını daşıyır. Azərbaycan
neftinin dünya bazarına nəqli sahəsində də uğurlu addımlar atılmış,
"Bakı-Supsa" boru kəməri tikilib istifadəyə verilmişdir. Strateji
əhəmiyyət kəsb edən "Bakı-Tbilisi-Ceyhan" əsas neft ixrac boru
kəmərinin tikintisi uğurla həyata keçirilməkdədir. Azərbaycan dövlətinin
rəhbərliyinin təşəbbüsü ilə Böyük İpək Yolunun bərpasında TRASEKA–ümumdünya
kommunikasiya proqramının həyata keçirilməsində Azərbaycan aparıcı rol oynamış,
1998-ci ilin sentyabrında 32 ölkənin və 14 beynəlxalq təşkilatın yüksək səviyyəli
nümayəndələrinin Bakıda keçirilmiş beynəlxalq konfransı proqramın icraçı
katibliyinin Bakıda yerləşməsi haqqında qərar qəbul etmişdir. Gürcüstan,
Ukrayna, Özbəkistan, Azərbaycan və Moldovanı əhatə edən GUEAM birliyinin
yaranmasında Respublika Prezidenti Heydər Əliyevin önəmli xidməti olmuşdur.
1995 və 2000-ci illərdə çox partiyalılıq əsasında parlament seçkiləri
keçirilmiş, Konstitusiya məhkəməsi yaradılmış, Azərbaycanda ölüm cəzası ləğv
olunmuş, ölkə ərazisində bələdiyyələr fəaliyyətə başlamışdır. 1995-ci il
noyabrın 12-də yeni müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul
olunmuşdur. Məhz Konstitusiya əsasında fəaliyyət göstərən parlament-Milli
Məclis və burada qəbul olunmuş qanunlar əsasında Azərbaycanda siyasi, iqtisadi,
hüquqi demokratik islahatlar həyata keçirilir. Bu islahatlar ölkə həyatının
bütün sahələrini əhatə edir. 1996-cı ilin iyunundan Azərbaycan Avropa Şurasına
"xüsusi qonaq" statusu almış, 2001-ci il yanvarın 25-də isə onun tam
hüquqlu üzvü olmuşdur. 2001-ci ilin noyabrın 9-10-da dünya azərbaycanlılarının
Bakıda keçirilən I qurultayı Azərbaycan diasporunun fəaliyyətinin
yaxşılaşdırılması və gücləndirilməsi sahəsində çox dəyərli qərarlar qəbul
etmişdir. 1998-ci ilin oktyabrın 11-də keçirilən seçkilərdə Heydər Əliyev
seçicilərin 76,1 faizini toplayaraq yenidən Azərbaycan Respublikasının
Prezidenti seçilmişdir.
|