CÜMƏ AXŞAMI, 2024-11-14, 6:24 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ MƏQALƏLƏR
M E N Y U

DİGƏR BÖLMƏLƏR

F O R U M

ÜMUMİ MƏQALƏLƏR
MARS PLANETI AZƏRBAYCANDA GÖRÜNDÜ (2)

İLHAM ƏLİYEVİN NƏVƏLƏRİ İLK DƏFƏ İCTİMAİ TƏDBİRDƏ GÖRÜNÜB (0)

İNTERNETDƏ YENİ TƏHLÜKƏ (0)

PORT BAKU RESİDENCE ... (2)

QƏBIRDƏ DURUB OTURAN ŞƏXS SONRA YENIDƏN ÖLÜB (2)

'DÜNYANIN ƏN ÇIRKIN ITI' (0)

MÜBARIZ İBRAHIMOV - DOĞUŞDAN ÖLÜMƏ QƏDƏR... (0)

MÜBARİZ İBRAHİMOVUN SON MƏKTUBU (0)

ƏN BÖYÜK DİNOZAVR QƏBİRİSTANLIĞI TAPILIB (0)

GÖZƏGÖRÜNMƏZLİK ARTIQ REALLAŞIR (0)

"ŞREK" BALIĞI (0)

TƏBİƏTİN MÖCÜZƏSİ (2)

İNANILMAZ BİR TƏSADÜF! (2)

DÜNYANIN YEGANƏ ÜSTÜ-ÖRTÜLÜ AQUA-PARKI! (1)

YEMIŞIN ÜSTÜNDƏ “LA İLAHƏ İLLƏLAH” YAZILIB (2)


SON XƏBƏRLƏR

ANA SƏHİFƏ » Articles » NƏRİMAN QƏHRƏMANLININ MƏQALƏLƏRİ

AZƏRBAYCAN RESPUBLIKASININ KONSTITUSIYASI 3
AZƏRBAYCAN RESPUBLIKASININ KONSTITUSIYASI   3   (87- 103 -CÜ MADDƏLƏR)

Maddə 87. Azərbaycan Respublikası Milli Məclisi deputatlarının səlahiyyətinin bitməsi

I.   Azərbaycan Respublikası Milli Məclisi deputatlarının səlahiyyətləri Azərbaycan Respublikası Milli Məclisinin yeni çağırışının ilk iclas günü bitir.

II. Azərbaycan Respublikası Milli Məclisi deputatlığından çıxanların yerinə seçkilər Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyət müddətinin bitməsinə 120 gündən az müddət qalarsa, keçirilmir.

III.    Azərbaycan Respublikasının Milli Məclisi 83 deputatının səlahiyyətləri təsdiq olunduqda səlahiyyətlidir.

Maddə 88. Azərbaycan Respublikası Milli Məclisinin sessiyaları

I.   Azərbaycan Respublikasının Milli Məclisi hər il iki növbəti sessiyaya yığılır.

Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.

Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.

Əgər fevralın 1-i və sentyabrın 30-u istirahət günlərinə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

Azərbaycan Respublikası Milli Məclisinin 83 deputatının səlahiyyətləri təsdiq edildikdən sonra Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası həmin gündən başlayaraq bir həftədən gec olmayaraq çağırılır.

Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdən sonra fevralın 1-dək onun 83 deputatının səlahiyyətləri təsdiq edilməzsə, Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasının keçirilmə vaxtını Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müəyyən edir.

II. Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar sessiyalarını Azərbaycan Respublikası Milli Məclisinin sədri Azərbaycan Respublikası Prezidentinin və ya Azərbaycan Respublikası Milli Məclisinin 42 deputatının tələbi əsasında çağırır.

III.    Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar sessiyasının gündəliyini müvafiq olaraq onun çağırılmasını tələb edənlər müəyyənləşdirir. Bu gündəlikdəki məsələlərə baxıldıqdan sonra növbədənkənar sessiyanın işi bitir.

Maddə 89. Azərbaycan Respublikası Milli Məclisi deputatlığından məhrumetmə və Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının səlahiyyətlərinin itirilməsi

I.   Azərbaycan Respublikası Milli Məclisinin deputatı aşağıdakı hallarda mandatdan məhrum edilir:

1.   seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar olunduqda;

2.   Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə;

3.   cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda;

4.   dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoci və yaradıcılıq fəaliyyəti istisna olmaqla);

5.   özü imtina etdikdə;

6.   deputatın mənsub olduğu siyasi partiya ləğv edildikdə.

Azərbaycan Respublikası Milli Məclisinin deputatlığından məhrumetmə haqqında qərar qanunla müəyyən edilmiş qaydada qəbul edilir.

II. Azərbaycan Respublikası Milli Məclisinin deputatları öz səlahiyyətlərini daimi icra edə bilmədikdə və qanunda nəzərdə tutulmuş digər hallarda onların səlahiyyətləri itirilir. Müvafiq qərarın qəbul edilmə qaydası qanunla müəyyən edilir.

Maddə 90. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının toxunulmazlığı

I.   Səlahiyyət müddəti ərzində Azərbaycan Respublikası Milli Məclisi deputatının şəxsiyyəti toxunulmazdır. Azərbaycan Respublikası Milli Məclisinin deputatı səlahiyyət müddəti ərzində cinayət başında yaxalanma hallarından başqa, cinayət məs`uliyyətinə cəlb edilə bilməz, tutula bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa mə`ruz qala bilməz, şəxsi müayinə edilə bilməz. Azərbaycan Respublikası Milli Məclisinin deputatı cinayət başında yaxalanarsa tutula bilər. Belə olduqda Azərbaycan Respublikası Milli Məclisinin deputatını tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir.

II. Azərbaycan Respublikası Milli Məclisinin deputatının toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə xitam verilə bilər.

Maddə 91. Azərbaycan Respublikası Milli Məclisi deputatının məs`uliyyətə cəlb olunmasına qoyulan qadağanlar

Azərbaycan Respublikası Milli Məclisinin deputatları Azərbaycan Respublikası Milli Məclisindəki fəaliyyətinə, sesverməyə və söylədiyi fikrə görə məs`uliyyətə cəlb oluna bilməzlər. Razılığı olmadan onlardan bu hallarla əlaqədar izahat, ifadə tələb edilə bilməz.

Maddə 92. Azərbaycan Respublikası Milli Məclisinin işinin təşkili

Azərbaycan Respublikası Milli Məclisi öz iş qaydasını müəyyən edir və Milli Məclisin müvafiq orqanlarını yaradır, o cümlədən öz sədrini və onun müavinlərini seçir, daimi və başqa komissiyalar təşkil edir, hesablama palatası yaradır.

Maddə 93. Azərbaycan Respublikası Milli Məclisinin aktları

I.   Azərbaycan Respublikasının Milli Məclisi öz səlahiyyətlərinə aid məsələlər üzrə Konstitusiya qanunları, qanunlar və qərarlar qəbul edir.

II. Azərbaycan Respublikasının Milli Məclisində Konstitusiya qanunları, qanunlar və qərarlar, bu Konstitusiya ilə nəzərdə tutulmuş qaydada qəbul edilir.

III.    Azərbaycan Respublikası Milli Məclisinin deputatları səsvermə hüququnu şəxsən həyata keçirirlər.

IV.    Qanunlarda və Azərbaycan Respublikası Milli Məclisinin qərarlarında icra hakimiyyəti və məhkəmə orqanlarına konkret tapşırıqlar nəzərdə tutula bilməz.

Maddə 94. Azərbaycan Respublikası Milli Məclisinin müəyyən etdiyi ümumi qaydalar

I.   Azərbaycan Respublikasının Milli Məclisi aşağıdakı məsələlərə dair ümumi qaydalar müəyyən edir:

1.   Bu Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarından və azadlıqlarından istifadə, bu hüquqların və azadlıqların dövlət tə`minatı;

2.   Azərbaycan Respublikası Prezidentinin seçkiləri;

3.   Azərbaycan Respublikası Milli Məclisinə seçkilər və Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının statusu;

4.   referendum;

5.   məhkəmə quruluşu və hakimlərin statusu; prokurorluq; vəkillik və notariat;

6.   məhkəmə icraatı, məhkəmə qərarlarının icrası;

7.   bələdiyyələrə seçkilər və bələdiyyələrin statusu;

8.   fövqəl`adə vəziyyət recimi; hərbi vəziyyət recimi;

9.   dövlət təltifləri;

10. fiziki və hüquqi şəxslərin statusu;

11. mülki hüquq obyektləri;

12. əqdlər, mülki müqavilələr, nümayəndəlik və vərəsəlik;

13. mülkiyyət hüququ, o cümlədən dövlət, xüsusi və bələdiyyə mülkiyyətinin hüquqi recimi, əqli mülkiyyət hüququ; digər əşya hüquqları; öhdəlik hüququ;

14. ailə münasibətləri, o cümlədən himayəçilik və qəyyumluq;

15. maliyyə fəaliyyətinin əsasları, vergilər, rüsumlar və ödənişlər; gömrük işi;

16. əmək münasibətləri və sosial tə`minat;

17. cinayətlərin və başqa hüquq pozuntularının müəyyən edilməsi, onların törədilməsinə görə məs`uliyyətin tə`yin edilməsi;

18. müdafiə və hərbi qulluq;

19. dövlət qulluğu;

20. təhlükəsizliyin əsasları;

21. ərazi quruluşu; dövlət sərhədi recimi;

22. beynəlxalq müqavilələrin təsdiqi və ləğvi;

23. rabitə və nəqliyyat işi;

24. statistika, metrologiya və standartlar;

25. gömrük işi;

26. ticarət işi və birca fəaliyyəti;

27. bank işi, mühasibat, sığorta.

II. Bu maddənin 2, 3, 4-cü bəndlərində göstərilən məsələlərə dair qanunlar 83 səs çoxluğu ilə, qalan məsələlərə dair qanunlar isə 63 səs çoxluğu ilə qəbul edilir.

III.    Bu maddənin birinci hissəsinə Konstitusiya qanunu ilə əlavələr edilə bilər.

Maddə 95. Azərbaycan Respublikası Milli Məclisinin həll etdiyi məsələlər

I.   Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətinə aşağıdakı məsələlərin həlli aiddir:

1.   Azərbaycan Respublikası Milli Məclisinin işinin təşkili;

2.   Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin tə`sis edilməsi;

3.   inzibati ərazi bölgüsü;

4.   dövlətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi;

5.   Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin təsdiq edilməsi və onun icrasına nəzarət;

6.   amnistiya;

7.   Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının hərbi doktrinasının təsdiqi;

8.   bu Konstitusiyada nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası Prezidentinin fərmanlarının təsdiqi;

9.   Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Baş nazirinin vəzifəyə tə`yin edilməsinə razılıq verilməsi;

10. Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi və Azərbaycan Respublikası İqtisad Məhkəməsi hakimlərinin tə`yin edilməsi;

11. Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə tə`yin və vəzifədən azad edilməsinə razılıq verilməsi;

12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təqdimatına əsasən Azərbaycan Respublikası Prezidentinin impiçment qaydasında vəzifədən kənarlaşdırılması;

13. Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən hakimlərin vəzifədən kənarlaşdırılması;

14. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə e`timad məsələsinin həll edilməsi;

15. Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası Milli Bankı İdarə Hey`əti üzvlərinin vəzifəyə tə`yin və vəzifədən azad edilməsi;

16. Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tə`yinatı ilə bağlı olmayan vəzifələrin icrasına cəlb edilməsinə razılıq verilməsi;

17. Azərbaycan Respublikası Prezidentinin müraciətinə əsasən müharibə e`lan edilməsinə və sülh bağlanmasına icazə verilməsi;

18. referendum tə`yin edilməsi;

19. Auditor palatasının yaradılması.

II. Bu maddənin 1-5-ci bəndlərində göstərilən məsələlərə dair 63 səs çoxluğu ilə qanunlar, qalan məsələlərə dair isə bu Konstitusiyada başqa qayda nəzərdə tutulmayıbsa, eyni qaydada qərarlar qəbul edilir.

III.    Bu Konstitusiyada Azərbaycan Respublikasının Milli Məclisinin səlahiyyətlərinə aid edilən digər məsələlərə dair də qərarlar qəbul edilir.

IV.    Bu maddənin birinci hissəsinə Konstitusiya qanunu ilə əlavələr edilə bilər.

Maddə 96. Qanunvericilik təşəbbüsü hüququ

I.   Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququ (qanun layihələrini və başqa məsələləri Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etmək hüququ) Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə mənsubdur.

II. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə verdiyi qanun və ya qərar layihələri müzakirəyə təqdim olunmuş şəkildə çıxarılır və səsə qoyulur.

III.    Belə qanun və ya qərar layihələrində dəyişikliklər qanunvericilik təşəbbüsü hüququndan istifadə edən orqanın razılığı ilə edilə bilər.

IV.    Qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və ya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Azərbaycan Respublikası Milli Məclisinə təqdim etdiyi  qanun və ya qərar layihələri iki ay ərzində səsə qoyulur.

V.  Qanun və ya qərar layihəsini Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Ali Məhkəməsi və ya Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tə`cili e`lan edibsə, bu müddət 20 gün təşkil edir.

Maddə 97. Qanunların imzalanmaq üçün təqdim olunması müddəti

I.   Qanunlar qəbul edildiyi gündən 14 gün müddətində Azərbaycan Respublikasının Prezidentinə imzalanmaq üçün təqdim edilir.

II. Tə`cili e`lan olunan qanun layihəsi Azərbaycan Respublikasının Prezidentinə imzalanmaq üçün qəbul edildiyi gündən 24 saat ərzində təqdim edilir.

Maddə 98. Azərbaycan Respublikası Milli Məclisinin aktlarının qüvvəyə minməsi

Qanunun və Azərbaycan Respublikası Milli Məclisinin qərarının özündə başqa qayda nəzərdə tutulmayıbsa, qanun və qərar dərc edildiyi gündən qüvvəyə minir.

6-cı fəsil.    İcra hakimiyyəti

Maddə 99. İcra hakimiyyətinin mənsubiyyət

Azərbaycan Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikası Prezidentinə mənsubdur.

Maddə 100.        Azərbaycan Respublikasının Prezidentliyinə namizədlərə aid tələblər

Yaşı otuz beşdən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Prezidenti seçilə bilər.

Maddə 101.        Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasları

I.   Azərbaycan Respublikasının Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir.

II. Azərbaycan Respublikasının Prezidenti səsvermədə iştirak edənlərin üçdə iki səs çoxluğu ilə seçilir.

III.    Bu səs çoxluğu səsvermənin birinci dövrəsində toplanmayıbsa, səsvermə günündən sonra ikinci bazar günü səsvermənin ikinci dövrəsi keçirilir. İkinci dövrədə ancaq birinci dövrədə ən çox səs toplamış iki namizəd, yaxud ən çox səs toplamış və öz namizədliyini geri götürmüş namizədlərdən sonra gələn iki namizəd iştirak edir. Səsvermənin ikinci dövrəsində sadə səs çoxluğu toplayan namizəd Azərbaycan Respublikasının Prezidenti seçilmiş sayılır.

IV.    Heç kəs iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının Prezidenti seçilə bilməz.

V.  Bu maddənin tətbiqi qaydası qanunla müəyyən edilir.

Maddə 102.        Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları

Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında mə`lumatı səsvermə günündən sonra 7 gün ərzində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi rəsmən e`lan edir.

Maddə 103.        Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin andı

I.   Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxs Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında mə`lumatın e`lan olunduğu gündən başlayaraq 3 gün ərzində Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə belə bir and içir: “Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm”.

II. And içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.


Category: NƏRİMAN QƏHRƏMANLININ MƏQALƏLƏRİ | Added by: Nariman_Qahramanli (2009-07-10) | Author: NƏRİMAN QƏHRƏMANLI E W
Views: 630
Total comments: 0
Only registered users can add comments.
[ QEYDİYYAT | Login ]
AXTAR

***





GOOGLE DA AXTAR
SAYTDA AXTAR

Free Image Hosting


F O R U M
  • ABŞ-IN ŞTATLARI (14)

  • A.DÜMA, O.BALZAK, V.HÜQO VƏ S. (11)

  • HİKMƏTLİ SÖZLƏR (10)

  • SƏDİ, Ə.FİRDOVSİ, Ö.XƏYYAM VƏ S. (8)

  • AZƏRBAYCANIN SU ANBARLARI (7)

  • PUŞKİN, TOLSTOY, DOSTOYEVSKİ, ŞOLOXOV VƏ S. (7)

  • HÖTE, ŞİLLER, BÖLL VƏ S. (7)

  • R.N.GÜNTƏKİN, N.HİKMƏT, O.PAMUK VƏ S. (7)

  • ÇÖRÇİL, ŞEKSPİR, KLARK VƏ S (6)

  • N.TUSİ, BƏHMƏNYAR, A.HACIYEV ... (5)

  • DEKART, PASKAL,PUANKARE,LANQRANJ VƏ AMPER (4)

  • DASTAN (3)

  • Z.BÜNYADOV, Y.MAHMUDOV,ORUC BƏY BAYAT .... (3)

  • MOBİL TELEFONLAR ÜÇÜN LAZIMILI KODLAR. (2)

  • DON KİXOT, BENAVANTE VƏ KAMİLO XOSE SELA (2)


  • KONVERTER


    STATİSTİKA

    YENİ ÜZVLƏRİMİZ
  • dxemnynp12   (dxemnynp12)

  • StevenPr   (StevenPr)

  • fixmeboybws   (fixmeboybws)

  • LolaHax77   (LolaHax77)

  • cxhawndk09   (cxhawndk09)


  • SON ŞƏRHLƏR

    Black::unsure:( THANKS)



    :menim e-mailime hec gondermeyin bunlarin hamisini bilirem


    SAYT KATALOQU
    www.designerlady.blogcu.com

    Hemise bir gel

    www.NERIMAN.tk

    www.onlinepara-kazan.com

    Dahi trening mərkəzi

    GENCLIK ILLERINE XOW GELMISINIZ

    BƏRDƏ (rəsmi saytı)

    CELT Colleges

    BDU


    SAYTINI ƏLAVƏ ET!

    SON ELANLAR
    Yay kompaniyası Şahmat hazırlığı

    AE AZER MMC

    ID plastic kart. Cap isler.

    BMW 320 satılır

    Turniket, slaqbaum, domofon, alarm, siqnalizasiya, tehlukesizlik kameralari, nezaret sistemleri, biometrika.


    YENİ ELAN VER!

    ADMİN
    Nariman Qahramanli


    BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...