İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ
AĞDAM
İşğal olunmuşdur 1993 – cü il 23 iyul
Ərazisi 1154 km2 Əhalinin sayı 158000
Şəhid olmuşdur 538. Əlil olmuşdur 587
Milli qəhramanlar 17
Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur:
• Sənaye və tikinti obyekti 48
• Mədəni – məişət obyekti 598
• Qəsəbə və kənd 122
• Tarixi abidə 27
• Dövlət dram teatrı
Ağdam rayonu Azərbaycan respublikasında inzibati rayondur .1930-cu ildə təşkil
edilmişdir. Qarabağ silsiləsinin şimal- şərq ətəklərində , Kür - Araz
ovalığının qərbindədir. Sahəsi 1094 km2, əhalisi 101.6 min nəfərdir. Rayonda 1
şəhər, 119 kənd və qəsəbə var. Mərkəzi Ağdam şəhəridir.
Ağdam rayonunun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ərazidə geniş yer
tutan Qarabağ və Mil düzləri cənub- qərbdən şimal-şərqə doğru tədricən
alçalır.Rayonun cənub-qərbində Qarabağ silsiləsinin şimal burnunun maksimum
hündürlüyü 1365 metrə çatır. Rayonun düzənlik hissəsində Antropogen və Neogen,
dağlıq hissəsində isə Təbaşir və Yura çöküntüləri yayılmışdır.Əhəngdaşı və s.
tikinti materialı (sement xammalı, çınqıl, qum) yataqları var. İqlimi, əsasən
mülayim isti və quraq subtropikdir.
Əhalisinin orta sıxlığı 1km2-də 92.9 nəfərdir. Ağdam şəhərində, Mərzili,
Seyidli, Qiyaslı, Xıdırlı və Zəngişalı iri yaşayış məntəqələridir.
Ağdam rayonu yeni yaradılmış olan ağır,yeyinti ,yüngül sənaye və inkişaf etmiş
kənd təsərrüfatı rayonudur. Rayonun kənd təsərrüfatında pambıqçılıq, üzümçülük,
heyvandarlıq və taxılçılıq mühüm yer tutur.
Ağdam rayonu ərazisindən Yevlax - Laçın - Naxçıvan , Ağdərə - Füzuli magistral
şose yolları keçir.
Rayonda 34 uşaq bağçası və körpələr evi var idi. 89 ümumtəhsil məktəbində (16
ibtidai, 36 səkkizillik, 37 orta) 30 086; 4 fəhlə gənclər; 1 qiyabi orta; 2
kəndli gənclər məktəbində 1201 nəfər, 4 orta ixtisas təhsili məktəbində (k.t,
k.t-nın mexanikləşdirmə və elektrikləşdirilməsi texnikumları, musiqi və tibb
məktəbləri ) 1269 şagird təhsil alırdı. Dram teatrı, Ölkəşünaslıq muzeyi, 71
kitabxana, 13 mədəniyyət evi, 27 klub fəaliyyət göstərirdi.
Xaçıntürbətli kəndindəki Qutlu Musa oğlu türbəsi (1314) və Kəngərli kəndindəki
türbə (14 əsr ) rayonun ən qədim memarlıq abidələridir. Papravənd kəndində
18-ci əsrə aid 2 türbə , məscid və s. var.
CƏBRAYIL
İşğal olunmuşdur 1993 – cü il 23 avqust
Ərazisi 1050 km2 Əhalinin sayı 52049
Şəhid olmuşdur 347. Əlil olmuşdur 172
Milli qəhramanlar 4
Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur:
• Mədəni – məişət obyekti 197
• Qəsəbə və kənd 90
Tarixi abidə 27 Azərbaycanda inzibati rayon, 1930-cu ildə təşkil edilmişdir.
Sahəsi 1050 km2, əhalisi 45,8 min nəfər. Rayonda 1 şəhər, 77 kənd və qəsəbə
var. Mərkəzi Cəbrayıl şəhəridir.
Səthi, əsasən, maili düzənlik, şimalda alçaq dağlıqdır. Dağlıq hissədə Tabaşir,
düzənlik hissədə Neogen və qismən Antropogen çöküntüləri yayılmışdır. İqlimi
ərazinin cənub hissəsində yayı quraq keçən mülayim isti yarımsəhra və quru çöl,
şimal hissəsində yayı quraq keçən mülayim-istidir. Orta temperatur yanvarda 0-2oS, iyulda 24-25oS-dir.
İllik yağıntı 400-500 mm.
Çayları qısa və müvəqqəti axarlıdır; r-nun İranla sərhədindən axan Araz
hövzəsinə aiddir. Dağ-şabalıdı, şabalıdı və qəhvəyi dağ meşə torpaqları
yayılmışdır. Yarımsəhra, dağ-kserofil bitki örtüyü üstündür. Meşələr var.
Heyvanları canavar, tülkü, süleysin, çölsiçanı və s.
Orta sıxlıq 1 km2-də 43,6 nəfərdir. İri yaşayış məntəqələri Cəbrayıl şəhəri,
Böyük Mərcanlı, Soltanlı, Horovlu, Balyand kəndləridir.
İqtisadiyyatında üzümçülük, heyvandarlıq və taxılçılıq əsas yer tutur. 14
kolxoz və 7 sovxoz var. Meyvə yetişdirilir. Heyvandarlıq inkişaf etdirilir.
Kökəltmə birliyi yaradılmışdır. Quşçuluq və baramaçılıqla məşğul olunur. Üzüm
emalı və çörək zavodları, kənd təsərrüfatı texnikası tə_miri müəssisəsi,
elektrik şəbəkəsi, xalça emalatxanası və s. var idi.
Rayonda 10 mədəniyyət evi, 49 klub, 28 kinoqurğu, 58 kitabxana var idi.
Memarlıq abidələrindən Cəbrayıl şəhərində Sultan Allahverdi hamamı, Xudayarlı
kəndində dairəvi və səkkizguşəli türbələr(19 əsr), Şıxlar kəndində dairəvi
türbə(14 əsr), Xudafərin körpüsü və s. mühafizə olunmuşdur.
FIZULI
İşğal olunmuşdur 1993 – cü il 23 avqust
Ərazisi 1112 km2 Əhalinin sayı 95940
Şəhid olmuşdur 528 Əlil olmuşdur 1309
Milli qəhramanlar 6
Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur:
• Mədəni – məişət obyekti 145
• Qəsəbə və kənd 54
• Tarixi abidə 15
Azərbaycan inzibati rayon 1930-cu ildə təşkil edilmişdir. Sahəsi 1386 km2,
əhalisi 80,2 min. Rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə, 71 kənd və qəsəbə var.
Mərkəzi Fizuli şəhəridir.
Səthi çox yerdə Araz çayına tərəf alçalan maili düzənlik, qərbdə alçaq
dağlıqdır. Əsasən, Neogen çöküntüləri yayılmışdır. İqlimi şərq hissədə yayı
quraq keçən mülayim-isti yarımsəhra və quru çöl, qərb hissədə yayı quraq keçən
mülayim istidir. Orta temperatur yanvarda 0,1oS, iyulda 24-25 oS-dir. İllik
yağıntı 400-600 mm.
Çayları (Köndələnçay, Quruçay, Qozluçay) r-nun İranla sərhədindən axan Araz
hövzəsinə aiddir. Boz və çəmən-boz, şabalıdı və açıq-şabalıdı, dağ-şabalıdı,
dağ boz-qəhvəyi və s. torpaqlar yayılmışdır. Bitkisi, əsasən, yarımsəhra
tiplidir. Heyvanları: oxlu kirpi, qumsiçanı, tarla siçanı və s. Quşlardan
turac, qırqovul, göyərçin və s. var.
Orta sıxlıq 1 km2-də 58 nəfərdir.
Ən iri yaşayış məntəqələri Füzuli şəhəri, Horadiz şəhər tipli qəsəbəsi, Böyük
Bəhmənli və Horadiz kəndləridir.
Füzuli rayonu əsasən kənd təsərrüfatı rayonudur. Əsas sahələri üzümçülük,
taxılçılıq və heyvandarlıqdır. 15 kolxoz, 26 sovxoz varidi. Rayonda su
anbarları yaradılmış, suvarma kanalları yapadılmışdır. Qaramal kökəltmə və qoyunçuluq
birlikləri yaradılmışdır. Quşçuluq və baramaçılıqla məşğul olunur.
Rayonda 69 kitabxana, 20 mədəniyyət evi, 45 klub, xalq teatrı, 17 kinoqurğu
fəaliyyət göstərirdi.
Memarlıq abidələrindən Əhmədalılar türbəsi, Babı türbəsi, Mirəli türbəsi,
Şəhərdə Hacı Ələkbər məscidi (19 əsr), Qarğabazar kəndində Hacı Qiyasəddin
məscidi(1682), karvansara(1684), türbə(18 əsr) və s. qalmışdır.
KƏLBƏCƏR
İşğal olunmuşdur 1993-cü il 2 aprel
Ərazisi 1936 km2 Əhalisinin sayı 55000
Şəhid olmuşdur 217. Əlil olmuşdur 49
Milli qəhrəmanlar 2
Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur:
• Sənaye və tikinti obyekti 29
• Mədəni – məişət obyekti 134
• Qəsəbə və kənd 132
• Tarixi abidə 87
Kəlbəcər rayonu 1930-cu ildə təşkil edilmişdir. Sahəsi 1936 km2, əhalisi 40,3
min nəfər idi. Rayon ərazisini 1 şəhər, 1 şəhər tipli qəsəbə 122 kənd təşkil
edirdi. Mərkəzi Kəlbəcər şəhəri idi. Rayonda 2 məktəbəqədər müəssisədə 70 uşaq
tərbiyə olunur, 8 ibtidai, 43 səkkizillik, 26 orta məktəbdə 12 min, yeddiillik
musiqi məktəbində 125 şagird təhsil almışdır. Rayonda 9 mədəniyyət evi, 27
klub,55 kitabxana, 17 kinoteatr fəaliyyət göstərirdi.
Memarlıq abidələrindən Tərtər çayının başlanğıcındakı XIII-XVIII əsrlərin
yadigarı olan Xotavəng məbədi qalmışdır.
Səthi dağlıqdır, Murovdağ, Şahdağ, Şərqi Sevan, Mıxtökən, Qarabağ
silsilələrinin və Qarabağ yaylasının bir hissəsini təşkil edir. Ən yüksək
zirvələri hündürlüyü 3724 m
olan Gamış dağları və 3616 m
olan Dəlidağdır. Yura, Tabaşir, Paleogen, Neogen və Antropogenin çökmə,
vulkanogen-çökmə və vulkanik süxurları yayılmışdır. Faydalı qazıntıları: civə
(Şorbulaq, Ağyataq), mineral sular (İstisu, Bağırsaq), tikinti materialları və
s. ibarətdir. Ərazisinin çox hissəsində qışı quraq keçən soyuq və dağlıq tundra
iqlimi tipləri hakimdir. Ən böyük çayı Tərtər və onun qolları - Lev çayı,
Tutqunçay və s. dir. Bazarçay isə Kəlbəcər rayonunun ərazisindən başlanır. Ala göllər və Zalxa gölü
də rayonun ərazisində yerləşir. Əsasən çimli dağ-çəmən və qonur dağ-meşə
torpaqları yayılmışdır. Rayonun mərkəzində və şimal hissəsində enliyarpaqlı
meşələr (palıd,fısdıq, vələs), meşə çöl bitkiləri, yüksək və qismən orta
dağlıqda alp və subalp çəmənlikləri geniş yer tutur. Meşələrin ümumi sahəsi
28,2 min ha-dır. Təbiəti qayakeçisi, qonur ayı, çöldonuzu, daşlıq dələsi, ular,
qartal kimi heyvan və quşlarla zəngindir. Azərbaycan Kəlbəcər Rayon Komitəsi və
Rayon Xalq Deputatları Sovetinin orqanı "Yenilik" qəzeti 1934 ildən
çıxır (1965 ilədək "Qızıl maldar"adı ilə nəşir olunmuşdur). Yerli
radio verilişləri redaksiyası 1965 ildən fəaliyət göstərir . Rayonda televiziya
verilişlərinə baxırlar. Rayonda 300 çarpayılıq 7 xəstaxana 25 feldşer-mama
məntəqəsi sanitariya epidemioloci ,49 həkim ,205 orta tibb işçisi var.
Kəlbəjər -Qubadlı iqtisadi rayonu
Reliyefi əsəsən dağlıqdır. Ərəzisi şm.-q-də Şərqi Sevan, şm.-da Murov dağ, ş-də
Qarabağ silsilələri ilə əhatələnir. Rayonun qalan hissəsini Qarabağ yaylası
tutur. Mərkəzi hissədə Mıxtökən silsiləsi uzanır.Jənub .ş hissəsi Araz çayı
dərəsinə tərəf alçalaraq düzənliklərə keçir.
QUBADLI
İşğal olunmuşdur 1993-cü il 31 avqust
Ərazisi 826 km2 Əhalinin sayı 33800
Şəhid olmuşdur 232 Əlil olmuşdur 146
Erməni işğalçıları tərəfindən dağıdılmış,
Yandırılmış və talan olunmuşdur:
• Mədəni-məişət obyekti 205
• Qəsəbə və kənd 94
• Tarixi abidə 12
Qubadlı rayonu 1933-cü ildə təşkil olunmuşdur. 1963-cü ildə ləğv edilərək
ərazisi Zəngilan rayon uilə birləşdirilmişdir. 1964-cü ildə yenidən müstəqil
rayon olmuşdur.
802 km2. ərazisi olan bu dağ rayonunun mərkəzi Qubadlı şəhəridir. Bərgüşad
çayının hər iki sahilində yerləşən Qubadlı şəhərinin əhalisi 5604 nəfərdir.
30500 nəfərlik Qubadlı əhalisi 94 kənd və bir şəhərdə məskunlaşırdı. Rayonun
əhalisi əsasən kənd təsərrüfatı və heyvandarlıqla məşğul olmuşdur.
33629 hektar kənd təsərrüfatına yararlı torpaqları vardı Qubadlının.13958
hektarı əkinə yararlı hesab olunurdu. 1365 hektar sahədə çoxillik bitkilər
əkilirdi.18,6 min hektar otlaqların 0,6 hektarını biçənəklər təşkil edirdi.
4825 hektar sahədə suvarma işləri aparılırdı.850 hektar çoxillik əkmələr sahəsi
mövcud idi ki, bunun da114 hektarını bağlar, 468 hektarını üzümlüklər təşkil
edirdi. Tut bağlarının ümumi sahəsi 268 hektar idi. 543 hektar həyətyanı torpaq
sahələrinin payına düşürdü. Rayonun 79812 hektar ümumi torpaq sahəsindən 32275
hektarı yol, tikinti və s. altında qalan torpaqlar idi.13,2 min hektar təbii
meşə sahəsi var idi.1969-cu ildən həmin sahədə Dövlət yasaqlığı yaradılmışdı.
Bakıdan 401 km-lik məsafədə yerləşən Qubadlı rayonunun Ermənistanla 120, Dağlıq
Qarabağın Hadrut rayonu( hal-hazırda bu inzibati rayon ləğv olunub) ilə 42
km-lik sərhəd zolağı vardı. Eyni zamanda Laçın, Jəbrayıl və Zəngilan rayonları
ilə həmsərhəd olan Qubadlının iqtisadiyyatının əsasını işğala qədər taxılçılıq,
heyvandarlıq, tütünçülük, baramaçılıq və üzümçülük təşkil etmişdir.31 süd-əmtəə
ferması mövcud olmuşdur ki, onun da 27-si tam mexanikləşdirilmiş vəziyyətdə
idi. Rayonda 2 üzümün ilkin emalı zavodu fəaliyyət göstərirdi. Süd-əmtəə
fermalarının məhsulları Yağ-pendir zavodunda emal olunurdu.
Tam gücü ilə işləyən asfalt zavodu təkcə Qubadlıya deyil, eyni zamanda qonşu
rayonlara da xidmət edirdi.İnkubator-quşçuluq fabriki və balıqyetişdirmə
vətəgəsi rayon əhalisini ət və balıq məhsullarıyla təmin edirdi.Daş karxanası
və mərmər sexi əhalinin tələbatını əsaslı şəkildə ödəyirdi. Azərbaycan
"Neftqazavtomat" təcrübə zavodunun rayonda yaradılmış filialında son
tamamlama işləri gedirdi. Ümumiyyətlə, Qubadlı rayonunda 62 idarə və müəssisə
fəaliyyət göstərirdi.
İşğala qədər Qubadlı rayonunda 21 orta, 15 səkkizillik, 15 ibtidai məktəb
fəaliyyət göstərirdi. Bundan əlavə bir əyani-qiyabi, bir orta texniki peşə və
iki musiqi məktəbi də gənc nəslin təlim-tərbiyəsində xüsusi rol oynayırdı.
Məktəbəqədər müəssisələrin sayı 7 idi.Bu təlim-tərbiyə və təhsil müəssisələrində
1280 nəfər müəllim çalışırdı. Onlardan 925 nəfəri ali təhsilli idi. 43 nəfər
məktəbəqədər müəssisələrdə çalışırdı. 5852 nəfər şagird ümumtəhsil
məktəblərində təhsil alırdı. Məktəbəqədər müəssisələrdə 272 azyaşlı tərbiyə
olunurdu.
Qubadlıda 111 mədəni-maarif müəssisəsi, o cümlədən 60 kitabxana, 10 mədəniyyət
evi və 28 klab xalqa xidmət edirdi. 6 avtoklub fəaliyyət göstərirdi. 23 kino
qurğusundan istifadə olunurdu. 125 ticarət , 96 iaşə obyekti qubadlılara mədəni
xidmət göstərirdi. 25 məişət xidməti müəssisəsi tam gücüylə işləyirdi.
Qubadlı rayonunda 21 rabitə müəssisəsi var idi. 8 avtomat stansiyası
quraşdırılmışdı. 1950 nömrəlik həmin stansiyalar gecə-gündüz xalqın xidmətində
idi.
Rayonun 33 səhiyyə müəssisəsində 56 həkim və 511 orta tibb işçisi fəaliyyət göstərirdi.
4 xəstəxana, 5 həkim ambulatoriyası, 54 feldşer-mama məntəqəsi, 4 aptek
əhalinin sağlamlığı keşiyində dururdu. Rayon gigiyena-epidemologiya mərkəzi və
profilaktik dezinfeksiya şöbəsi yüksək səviyyədə iş aparırdı.
Qubadlı rayon Tarix-diyarşünaslıq muzeyində 5 mindən çox nadir eksponat
toplanmışdı.
Bütün bunlardan əlavə, aşağıda göstərilənlər də erməni işğalçıları tərəfindən
qarət olunmuşdur :
• Taxıl məhsulu -7352 ton
• Tütün məhsulu - 1556 ton
• Bostan məhsulu - 80 ton
• Kartof - 104 ton
• Çuğundur - 30 ton
• Yem məhsulları - 6670 ton
• İribuynuzlu mal-qara - 7160 baş
• Xırda buynuzlu davar - 27231 baş
• Traktorlar - 234 ədəd
• Avtomaşınlar - 100 ədəd
• Taxılyığan kombaynlar - 62 ədəd
• Süfrə üzüm şərabı xammalı - 130 min dekalitr
• Barama məhsulu - 14,4 ton
Eyni zamanda binalar, qurğular, çoxillik əkmələr, texnikalar, inventar və
ehtiyat hissələri, neft məhsulları da buraya daxildir.
4-cü əsrə aid "Gavur dərəsi"ndəki ibadətgah, 5-ci əsrin yadigarları
"Qalalı" və "Göyqala" abidələri, 14-cü əsrdə tikilmiş
"Dəmirçilər Türbəsi", Hacı Bədəl körpüsü, Laləzar körpüsü, eləcə də
Əyin, Yusifbəyli, Seytas, Qarağaclı, Xocamsaxlı kəndlərindəki digər tarixi
abidələr də işğal zonasında qalmışdır.
Qubadlı rayonunun təbiəti
Rayonun səthi, əsasən, dağlıqdır. Ərazisi Qarabağ silsiləsinin cənub- qərb
(Topağac dağı-2010 m,
Pirdağ-1316 m),
Bərgüşad silsiləsinin şərq (Qartız dağı- 1277 m) və Qarabağyaylasının cənub-şərq
(Qurbantəpə dağı - 1075 m)
hissəsinə daxildir. Qarabağ yaylasının cənub-şərq qurtaracağı olan Yazı düzü (
Bazarçay və Həkəri çayı arasında) ərazidə 450 m-dək alçalır. Ərazidə Qarabağ
silsiləsi maili və dalğalı İncə düzünə keçir .Yura-Antropogen çöküntüləri
yayılmışdır. Əqiq yatağı var.İqlimi əsasən mülayim isti və quru subtropikdir.
Orta tempratur yanvarda düzən yerlərdə 1 dərəcədən dağlıq yerlərdə - 4 dərəcəyə
qədər, iyulda müvafiq olaraq 26 və 14 dərəcədir. İllik yağıntı 400-600 mm-dir.
Çayları Bazarçay, Həkəri və onların qollarıdır( Kiçik Həkəri, Meydandərəsi və s
); bunlardan suvarmada istifadə edilir.Rayonda , əsasən, qəhvəyi dağ-meşə
torpaqları yayılmışdır. Əsas bitki örtüyü kollu və seyrək meşəli çəmənlərdir
.Dağ meşələri (fıstıq, palıd, vələs və s ) var.Meşələrin sahəsi 13,2 min hektardır.
Heyvanları ayı, canavar, vaşaq, tülkü, boz dovşan, süleysin, oxlu kirpi və
s-dir.Quşlardan boz kəklik, turac, qırqovul, göyərçin və s. var.Rayonda Qubadlı
yasaqlığı təşkil edilib.
Kəlbəjər -Qubadlı iqtisadi rayonu
Reliyefi əsəsən dağlıqdır. Ərəzisi şm.-q-də Şərqi Sevan, şm.-da Murov dağ, ş-də
Qarabağ silsilələri ilə əhatələnir. Rayonun qalan hissəsini Qarabağ yaylası
tutur. Mərkəzi hissədə Mıxtökən silsiləsi uzanır. Cənub .ş hissəsi Araz çayı
dərəsinə tərəf alçalaraq düzənliklərə keçir.
LAÇIN
İşğal olunğuşdur 1992 – ci il 18 may
Ərazisi 1875 km2 Əhalinin sayı 60000
Şəhid olmuşdur 259 Əlil olmuşdur 225
Milli qəhramanlar 6
Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olmuşdur:
• Mədəni – məişət obyekti 575
• Qəsəbə və kənd 26
• Şəhər, qəsəbə və kənd 10
• Tarixi abidə 12
Laçın rayonu 1930-cu ildə təşkil edilmişdir. Bu rayon qərbdən Ermənistan ilə
həmsərhəddir. Sahəsi 1835 km2 , əhalisi 51 mindir. Rayonda 1 şəhər, 120 kənd
var. Mərkəzi Laçın şəhəridir.
Təbiət. Səthi dağlıqdır. Rayonun şərqində Qarabağ yamacları, şimalında Mıxtökən
silsiləsi yerləşir. Cənub-qərb hissəsini Qarabağ yaylası tutur. Rayonun ən
hündür nöqtəsi Qızılboğaz dağıdır (3594m). Rayonda yura-antropogen çöküntüləri
yaylmışdır. Faydalı qazıntıları: müxtəlif tikinti materialları və s. Narzan
tipli mineral bulaqlar var. Ərazinin çox yerində qışı quraq keçən mülayim-isti
və soyuq iqlim üstündür. Orta temperatur yanvarda 0-dan-100C-yə dək, iyunda
10-220C-dir. İllik yağıntı 600-900
mm. Rayonun əsas çayı Həkəridir. Əsasən,çimli
dağ-çəmən,qəhvəyi dağ-meşə və karbonatlı dağ-qara torpaqları yayılmışdır. Bitki
örtüyü və seyrək-meşəli çəmənliklərdən,enliyarpaqlı dağ
meşələrindən(palıd,vələs,fıstıq), subalp və alpçəmənliklərindən ibarətdir.
Alçaq dağlıq yerlərdə seyrək ardıc meşələri var. Meşələrin ümumi sahəsi 33,3min
ha-dır. Heyvanları: qayakeçisi,cüyür,çöldonuzu,sincab,süleysin,çölsiçanı və s.
Rayonun yasaqlığı (Laçın yasaqlığı) var.
Əhali . Orta sıxlıq 1km2-da 27,8 nəfərdir (1981). Ən iri yaşayış məntəqəsi
Laçın şəhəridir.
Təsərrüfatı. İqtisadiyyatında heyvvandalıq əsas yer tutur. 23 sovxoz var
idi(1981). Kənd təsərrüfatına yararlı torpaqlar 76 min ha-dır (1980); bunun
11,1 min ha-ı şum yeri, 0,3 min ha-ı çoxillik bitkilər, 2,7 min ha-ı dincə
qoyulmuş torpaqlar, 5,2 min ha-ı biçənəklər, 56,7 min ha-ı otlaqlardır. 10 min
ha əkin sahəsinin 33%-də dənli və dənli paxlalı bitkilər, 67%-də yem bitkiləri
əkilir (1981). 46,2 min qara mal (o, cümlədən 14,9 min inək və camış), 205,9
min davar var idi(1981). Kökəltmə birliyi yaradılmışdır. R-da yağ-pendir,
məişət xidməti kombinatları, afsalt-beton, çörək, süd zavodları, Respublikanın
Dövlət K.T. İstehsal - Texniki Təminat Komitəsinin şöbəsi, meşə təsərrüfatı var
idi. Nəqlyyat. avtomobil yolları ilədir. Yevlax-Naxcıvan avtomobil yolu rayonun
ərazisindən keçir.
Mədəni quruculuq və səhiyyə. Rayonda məktəbəqədər müəssisədə 93 uşaq tərbiyə
olunurdu. 17 ibtidai, 36 səkkizillik, 36 orta maktəbdə 14400,həmçinin 1 kənd
məktəbində252 şagird təhsil alırdı. Rayonda 54 klub müçssisəsi, 67 kitabxana (310
min kitab) 34 kinoqurğu fəaliyyət göstərirdi. Me'marlıq abidələrindən Hocaz
k-də mağara - mə'bəd ,cimcimli k-ndə Məlikəcdər türbəsi, Zeyvə k-də Kafir
qalası, Sultan Baba türbəsi,Şeyx Əhiməd türbəsi, Qırışqıraq k-də məsçid,Hüsürlü
k-də Həmzə Sultan sarayı, Həkri çayı üzərində körpü, Ağoğlan çayı üzərində
məbəd, Güləbird k-də türbə qalmışdır. Rayonda 470 çarpayılıq 13 xəstəxana, 30
feldşer -mama məntəqəsi, sanitariya-epidemoloci st., 52 həkim, 287 orta tibb
işçisi var idi.
ŞUŞA
İşğal olunmuşdur 1992 - ci il 8 may
Ərazisi 289 km2 Əhalinin sayı 24900
Şəhid olmuşdur 193 Əlil olmuşdur 102
Milli qəhramanlar 5
Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olmuşdur:
• Sənaye və tikinti obyekti 27
• Mədəni – məişət obyekti 103
• Şəhər, qəsəbə və kənd 31
• Tarixi abidə və muzeylər 249
• Tarixi abidə 17
Şuşa qəzası
Çar hökümətinin Qafqazda 1840-cı il 10 aprel tarixli inzibati islahatına əsasən
Kaspi vil-nin tərkibində yaradılmışdır. (1841, 1 yanvar). Cavanşir, Göyçay,
Cavad, Cəbrayıl, Zəngəzur qəzaları qəzaları ilə həmsərhəd idi. Mərkəzi Şuşa idi. 1846 ildən Bakı,
1867 ildən isə Yelizavetpol qub.-na daxil edilmişdi. Ş.q. Mığri, Kəbirli,
Zəngəzur, Cavanşir, Cələbürd, Vərəndə məntəqələrinə bölünürdü. 1867 il dekabr
tarixli fərmana əsasən, Zəngəzur və Cavanşir məntəqələri Ş.q.-ndan ayrılıb
müstəqil qəzalara çevrildilər. Qəzanı qəza rəisi, onun müavini, xəzinədar,
məntəqə iclasçıları və şəhər polisi idarə edirdi. Qəzada məhkəmə yaradılmışdı.
Sah. 4911 km2 , əhalisi 140740 nəfər olmuşdur (1897). Təsərüfatında əkinçilik,
maldarlıq, ipkçilik, üzümçülük, bağçılıq əsas yer tuturdu. Toxuculuq (xalça,
ip, mahud və s.) geniş yayılmışdı.
Şuşa
rayonu
1930-cu ildə təşkil edilmişdir. 1963-cü ildə ləğv edilərək ərazisi Stepanakert
rayonuna (1978-ci ildən Əskəran rayonu) verilmiş, 1965-ci ildə yenidən müstəqil
r-n olmuşdur. Sahəsi. 289 km2. Əhalisi 19,0 min (1987, 1 yanvar). Mərkəzi Şuşa şəhəridir. Rayonda 1
şəhər, 30 kənd və başqa yaşayış məntəqəsi var.
Təbiəti.
Səthi dağlıqdır (Qarabağ silsiləsi). Ən yüksək zirvəsi Böyük Kirs d.-dir. (2725 m). Keçəldağ aşırımı
Ş.r.-ndadır. Əsasən, Yura və Tabaşir çöküntüləri yayılmışdır. Müxtəlif nov
tikinti materialı yataqları və mineral su bulaqları (Turşsu, Şirlan) var.
Ərazisinin əksər hissəsi qışı quraq keçən mülayim -isti və qışı quraq keçən
soyuq iqlim tiplərinə aiddir. Orta tempatur yanvarda - 4-dən -10 C-yə qədər,
iyulda 16-190C-dir. İllik yağıntı 700-800 mm . Rayondan Qarqar çayı axır. Torpaqları,
əsasən, qəhvəyi dağ-meşə, qonur dağ-meşə, çimli dağ-çəməndir. Ərazinin 20% -ə
qədəri meşədir (fıstıq və s.). Yüksək dağlıq sahələr subalp və alp çəmənləri
ilə örtülüdür. Alçaq dağlıq və dağətəyi sahələrdə qırılmış meşəlirin yerində
çəmənlər və kserofit kolluqlar var. Heyvanları: ayı, canavar, tülkü, boz
dovşan, cüyür və s. Quşlardan kəklik, göyərçin var.
Əhali.
Orta sıxlığı 1 km2 -də 63,3 nəfərdir. İri yaşayış məntəqələri Şuşa ş. ,
Malıbəyli və Daşaltı kəndləridir.
Təsərrüfat.
Rayonun iqtisadiyyatında heyvəndarlıq əsas yer tutur. 5 s-z var. Kənd
təsərrüfatına yararlı torpaqlar 20,9 min ha-dır (1986). Bunun 3,8 min ha-ı şum
yeri, 0,1 min ha-ı çoxillik bitkilər, 0,3 min ha-ı biçənəklər, 16,7 min ha-ı
otlaqlardır. Suvarılan torpaqlar 0,1
ha dır. 3,4 min
ha əkin mahəsinin 41% -ə dənli və dənli və paxlalı bitkilər (buğda, arpa,
qarğıdalı), 6 % -ində tərəvəz-bostan bitkiləri və kartof, 53%-ində yem
bitkiləri əkilir. Meyvəçiliklə məşğul olunur. 5,2 min qara- mal, 15,2 min davar
var (1986). Quşçuluqla məşğul olunur. Şərq musiqi alətləri f-ki, istehsalat
kombinatı, çörəkbişirmə müəssisəsi, Bakı "Radioqayırma" birliyinin 1
¹ - li istehsalı, Qarabağ ipək kombinatının sexi, elektrik şəbəkəsi, k.t.
texnikası təmiri müəssisəsi və s. var. Kurort təsərüfatı inkişaf
etmişdir.Yevlax-Naxcıvan avtomobil yolu və qaz kəməri Ş. r.-ndan keçir.
Xocalı
İşğal olunmuşdur 1992-cü il 26 fevral
Ərazisi 970 km2 Əhalinin sayı 11567
Şəhid olmuşdur 613. Əlil olmuşdur 657
Milli qəhrəmanlar 10
Erməni işğalçıları tərəfindən dağıdılmış,
Yandırılmış və talan olunmuşdur:
• Sənaye və tikinti obyekti 29
• Mədəni - məişət obyekti 80
Xoçalı faciyısi
Azərbaycan xalqının öz torpaqları uğrunda ermıni işğalçılarına qarşı
mübarizısində bir sox faciələr olmuşdur (1905, 1918-20 və 1988-1993- ci
illərdə). Bunlardan ən qanlılarından biri də - Xocalıdır.
Xocalı-azərbaycan kəndi olub Ağdam- Şuşa,
Xankəndi- Əsgaran yollarındastrateci əhəmiyyətə malik idi həm də Qarabağda
yeganə aeroport idi.
Axır vaxtlar buraya Fərqanədən türk-məsxəti, ermənistandansa azərbaycanlı
qaçqınları yerləşdirilmişdi. Bundan sonra o şəhər statusunu almışdı. 1992-ci
ilin fevralında Xocalı 3 bir tərəfdən erməni terrorçuları, və keçmiş Sovet
Ordusunun 366-cı motoatıcı dviziyası vasitəsilə mühasirəyə alınmışdı.
25 fevralın axşamında şəhərin artillerik silahlardan güllənməsi başlandı,
şəhərə ağır texnika tanklar, BTR, BMP-lər yeridildi, şəşər büsbütün alov
içərisində idi. Döyüşçülərimiz əhali ilə birlikdə gecə saat 2-yə kimi
bacardıqları kimi döyüşmüş, sonra isə geri çəkilməyə məcbur olmuşlar. Şaxtalı
gecədə əhali məcburən çayı keçmiş və sonradan böyük bir hissəsi donma
nəticəsində həlak olmuşlar. Bundan sonra isə silahsız əhalini silahlı erməni
terroristləri gözləyirdilər. Yollarda və meşədə çoxlu əhali qırılıb
güllənir.Sağ qalanlar isə əsir götrülür.
Bu cür, 1992-ci il Fevralın 25-dən 26-sına kesən gecə Xocalılar üçün əsil
faciyə olmuşdur. Onlar böyük itkilər vermişlər: 613 adam vəhşicəsinə
öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər əsir götrülmüşdür. Öldürülənlər
içərisində 106 qadın, 83 uşaq olmuşdur ki bu da erməni terroristlərinin nə
qədər qan içən vəhşi olduqlarını göstərir.
Qoy bütün dünya bunu bilsin ki,erməni terroristləri Xocalıda cörünməmiş
soyqırım törətmişlər. Bu şəhəri yer üzündən silmişlər. Tarix bu qanları heç
vaxt unutmayacaqdır. Gec-tez günahkarlar öz qanlı əməllərinə cavab
verməlidirlər!
ZƏNGILAN
İşğal olunmuşdur 1993-çü il 29 oktyabr
Ərazisi 707 km2 Əhalinin sayı 35500
Şəhid olmuşdur 191 Əlil olmuşdur 110
Milli qəhrəmanlar 2
Erməni işğalçıları tərəfindən dağıdılmış,
Yandırılmış və talan olunmuşdur:
• Mədəni- məişət obyekti 138
• Qəsəbə və kənd 81
• Tarixi abidə 13
Zəngilan Rayonu - Azərbaycanda inzibati rayon. 1930-cu ildə təşkil edilmişdir.
Qövə şm qərbdən Ermənistan,C.və C.-q.-dən İranla həmsərhəddir. Sahəsi 707 km2.
Əşalisi-35 minə yaxındır. Mərkəzi Zəngilan şəhəridir. Rayonda 1şəhər, 1 şəhər
tipli qəsəbə, 83 kənd və qəsəbə var.
Təbiəti. Rayonun ərazisi orta və alçaq dağlıq sahədə yerləşir. Mürəkkəb və
parçalanmış səth qurluşuna malikdir. Şm.-q.-dən əraziyə daxil olan Bərgüşad
silsiləsi (Süsən dağı,1304m) alçalaraq Bazarçayla oxçu çayı arasında Ağoyuq
maili düzünü (hündürlüyü 400-600m) əmələ gətirir. Şm.-ş.də Qarabağ silsiləsinin
Araz və həkəri çaylarına tərəf açılan yamacları təpəli Gəyan (Geyan) çölünə
keçir. Qərbdə Mehri (Mehri-Güney) silsiləsinin ş. kənarı (Bartaz dağı, 2270m)
yerləşir. Yura, Tabaşir və Neogen çöküntüləri yayılmışdır. Faydalı qazıntıları:
tikinti daşı, əhəngxammalı, susuzlaşdırılmış soda sohda istehsalı üçün
əhəngdaşı. Ərazinin çox yerində qışı quraq keçən mülayim isti iqlim
hakimdir.Orta temreratur yanvarda 1oC, İyulda 25.3oC-dir. İllik yağıntı 400-500
ii. Çayları (Həkəri, Oxçu və s.) rayonun c.və ş. sərhəddindən axan Araz
hövzəsinə aiddir. Düzən və dağ ətəyi sahədə dağ-şabalıdı, dağ boz-qəhvəyi,
dağlıq çahədə qəhvəyi dağ-meşə, çay dərələrində çimli-çəməntopaqları
yayılmışdır. Bitki örtüyündə çöl formasiyası geniş yer tutur. Quru çöl, dağ
kserofil bitkiləri, kolluqlar, dağlıq hissədə enli yarpaqlı meşələr (palıd,v
ələs və s.). Bəsitçayın dərəsində nadir çinarmeşəsi (Bəsitçay qoruğu) var.
Heyvanları: cüyür, çol donuzu, ayı, tülkü və s.var.
Əhali. Orta sıxlıq 1 km2-də 40 nəfərdir (1979). İri yaşayış məntəqələri
Zəngilan şəhəri, şəhər tirpli Mincivan qəsəbəsidir.
Təsərüfat. Rayonun əsas təsərüfatı yzümçülük, tütünçülük, heyvandarlıq və
taxılçılıqdır. Rayonda 5 kolxoz, 9 sovxoz var idi(1979). Kənd təsərüfatına
yararlı torpaqları 33.0 min ha-dır (1978). Bunun 6.3 min ha-ı şum yeri ,4.4 min
ha-ı çoxillik bitkilər,2.7 min ha--ı dincə qoyulmuş torpaqar,0.3min ha-ı
biçənəklər,19.3 min ha-ı otlaqlardır. Suvarılan torpaqlar 3.9 min ha -dır.5.4
min ha əkin sah.-ni n 46%-ində dənli və dənli paşlalı (əsasən buğda, arpa),
7%-ində texniki (tütün), 2%-ində tərəvəz-bostan bitkiləri və kartof, 45%-ində
isə yem bitkiləri əkilirdi(1978). Tütünçülük və üzümçülük inkişaf etdirilirdi Rayonda
şərabçılıq sənayesi istehsalat-aqrar birliyi yaradılmışdır. Kolxoz və
sovxozlarda 9.9 min-ha üzümlük var idi. 1979 ildə 0.8 min t tütün, 6.6min t
üzüm istehsal edilmişdir. Kolxoz və sovxozlarda 7.3 min qaramal (o cümlədən
1.7min inək və camış), 21,2 min davar var idi. (1979). Baramaçılıqlı məşğul
olunurdu. Rayonda savxoz-istehsalat birliyi, Respublika dğvlət
K.t.İstehsal-texniki Təminat komitəsinin şöbəsi var idi. Meşə təsərüfatı
yaradılmışdır. Rayonun ərazisində Bakı-Yeravan dəmir yolu (Mincivan-Qafan qol
ayrılır), İmişli -Laçın magistral şose yolu keçir.
|