ÇARLZ
BEBBIC
Çarlz Bebbic (en Charles
Babbage) (26 dekabr 1791- 18 oktyabr 1871)- ingilis riyaziyyatçısı,
filosofu və maşınqayırma mühəndisi. İlk hesablayıcı maşının ixtiraçısı. İngiltərə Kral Cəmiyyətinin üzvü olmuşdur.
Həyatı
Çarlz Bebbic 26 dekabr 1791-ci il
İngiltərənin cənub-qərbində yerləşən Totnes şəhərində, varlı bank işçisinin
ailəsində dünyaya göz açmışdır. O hələ 1820-1860-cı illərdə ilk dəfə olaraq
proqram idarəetməsinə malik olan hesablama maşının yaradılması ilə məşğul
olmuşdur. Bebbicin “Mexaniki Kompüter”i üçün proqramları dahi ingilis şairi
Corc Bayronun yeganə qızı, dərin riyazi biliklərə malik olan Ada Avqusta
Lavleys hazırlayırdı.
İlk
analitik maşının kəşfi
1830-cu ildə Çarlz Bebbic proqramla işləyən,
yəni insanın iştirakı olmadan hesablama aparan hesablama maşınını yaratmağa
cəhd göstərdi. Maşına proqramın perfokartlar vasitəsi ilə daxil edilməsi
verilənlərin və nəticələrin isə yaddaşda saxlanması nəzərdə tutulurdu. Çarlz
Bebbicin kəşfi sonradan kompyuterin yaranmasının əsasını qoydu.
|