QOTFRID LEYBNITS
Gotfrid Vilhelm fon Leybnits (21 İyun (1 İyul), 1646, Leypçiq - 14 Noyabr,
1716, Hannover) alman filosof və riyaziyyatçısı.
Hüquq
və fəlsəfə təhsili alan Leybnits XVII əsr Avropa siyasəti və diplomatiyasında
önəmli rol oynamışdır. Eyni dərəcədə fəlsəfə və riyaziyyat elmlərinə də
misilsiz töhfələr vermiş Leybnits ingilis alimi Nyutondan tam müstəqil olaraq Hesab
(və ya Riyazi analiz) (Calculus) elmini ixtira etmiş, faktiki olaraq
müasir kompüterlərinn əsasını təşkil edən ikirəqəmli hesablama sistemini
yaratmışdır. Fəlsəfədə isə ən çox Optimizm nəzəriyəsinə görə xatırlanır.
Optimistik nöqteyi-nəzərdən çıxış edən Leybnits əsərlərində yaşadığımız
kainatın məhdud mənada, Allah*ın yarada biləcəyi ən mükəmməl məkan kimi qəbul
edirdi.
Rene
Dekart və Baruş Spinoza kimi filosoflarla birgə Lebnits XVII əsr Avropa
fəlsəfəsində rasionalistik fəlsəfi cərəyanın ən qabaqcıl nümayəndəsi sayılır.
Lakin Lebnits fəlsəfəsində Sxolastik fəlsəfi elementlər də aydın
sezilməklə məntiq və analizin müasir anlamını üç əsr qabaqlayır.
Bundan
əlavə Leybnits fizika və texnologiyaya böyük töhfələr verməklə müasir
biologiya, tibb, geologiya, ehtimal nəzəriyyəsi, psixologiya elmlərində
istifadə olunan tərif və terminləri müəyyən etmişdir. O həmçinin siyasət,
hüquq, əxlaq, dinşünaslıq, tarix və filologiya elmlərinə də böyük xidmətlər
etmiş, arabir isə şerlər də yazmışdır. Onun bü nəhəng elmi fəaliyyəti ayrı-ayrı
jurnallarda, on minlərlə məktublarda və nəşr olunmamış əlyazmalarında
qalmaqdadır. Günümüzə qədər Leybnitsin yazıları bütöv bır şəkildə nəşr
olunmamış və onun elmə etdiyi əvəzsiz xidmətlərin tam miqyası hələ ki müəyyən
olunmayıb.
|