ASƏF HACIYEV
Asəf Hacıyev
1951-ci il mayın 29-da Gəncə şəhərində anadan olmuşdur. Moskva
Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdir.
Fizika-riyaziyyat elmləri doktoru, professordur. Azərbaycan Milli Elmlər
Akademiyasının müxbir üzvüdür. 2 kitabın və 100-dək elmi məqalənin müəllifidir.
Rus və ingilis dillərini bilir. Bernulli adına Ümumdünya Ehtimal Nəzəriyyəsi və
Riyazi Statistika Cəmiyyətinin, Üçüncü Dünya Akademiyasının üzvüdür. 1979-cu
ildən Azərbaycan EA-nın Kibernetika İnstitutunun baş elmi işçisi olmuşdur.
1990-cı ildən həmin institutun sektor rəhbəri işləmiş, 1993-cü ildən Türkiyədə
"Boğaziçi" Universitetinin professoru vəzifəsində çalışmışdır.
Hazırda Azərbaycan MEA-nın Kibernetika İnstitutunun laboratoriya rəhbəri və
Bakı Dövlət Universitetinin ehtimal nəzəriyyəsi və riyazi statistika
kafedrasının müdiridir.
Birinci
və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
2006-cı il mayın 13-də 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən deputat
seçilmişdir. Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının
üzvüdür. Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Çexiya, Azərbaycan-Hindistan,
Azərbaycan-İndoneziya, Azərbaycan-Kanada, Azərbaycan-Malayziya parlamentlərarası
əlaqələr üzrə işçi qruplarının üzvüdür. Qara dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin rəhbəri və
Parlament Məclisi Sədrinin müavinidir. Bitərəfdir.
Evlidir,
3 övladı var.
|