BƏHMƏNYAR ƏL-AZƏRBAYCANI
Bəhmənyar
əl-Azərbaycaniİbn Sinanin tələbəsi idi. Fəlsəfəyə aid “Ət-Təhsil”
(“İdrak”) əsərində Bəymənyar bir sıra tibbi mövzulara da toxunur. Müəllif,
Əbubəkir İbn Zəkəriyyə Razinin, Əli İbn Abbasın, Əbu Reyhan Birunini, əl-Kindinin
və Şərqin başqa böyük alimlərinin tibbi əsərləri ilə yaxından tanış idi. Şərqin
dörd dahi filosofundan sayılan Bəhmənyar əl-Azərbaycani (başka üç filosof alim
- İbn Sina, Əl Fərəbi və Ibn Rüşdü olmuşlar) bir filosof kimi
Əpəctunun(Aristotel) fikirlerini shərqde axırıncı yayan alim kimi meşhur
olunub.Bundan başqa onun fizika və mexanikaya aid bir nəçə mühüm fikirleri olub
ki, onlar 300-500 il sonra Avropada mexanika qanunlarina çevrilmişdir.
Əsl
adi Əbu Əl Həsən Bəhmənyar İbn Əl Mərzban əl Azərbaycani olan bu böyük alim
10-cu əsrin axirlarinda Azərbaycanin Şamaxı şeherindeanadan olmuşdur.Onun ilk
muəllim və əməkdaşı, Şərqin ən dahi alimi Əbu İbn Sina olub.İbn Sina şagirdi
Bəhmenyarla həmişə fəxr etmiş, məktublarının birində isə yazmışdır: 'O mənə
oğuldan artıq isteklidir.Mən ona tə'lim-tərbiyə vermiş və onu bu səviyəyə
gətirib çıxartmışam.'Çox vaxt İbn Sina öz şagirdine mevla'i varisi' deyə
müraciət edirdi(yə'ni cənab və başçı kimi), fars dilinde bu 'giya reis' kimi
seslenir.
Onların
tanış olunması da adi olmayıb.Bir dəfə dəmirçixanada olarken İbn Sina bir
nəfərin dəmirçidən od istədiyini görüb. Dəmirçi ona deyir ki: 'Xəkandazını
gətir, içərisinə od qoyum apar.' Həmin şəxs dərhal ocuna torpaq yığıb: 'Odu bu
xəkandaza qoy,'-deyir. Bu mənzərəni müşaidə edən İbn sina həmin adamin ağlına
heyran qalıb, ona təklif edib ki: yanimda qal, sənə elm öyrədim. Həmin iti
ağlın sahibi Bəhmənyar imiş.
Əli
İbn Zeyd əl-Beyhəqinin(1170-ci ildə vəfat etmişdir) tərcüməyi-hal kitabında
Bəhmənyar haqqında yazıb:'Bəhmənyar-müdrik filosof Əbu Əlinin şagirdi
atəşpərəstdir, Azərbaycan ölkəsindədir. Elmi istiqamətlərində əsasən Əbu Əlinin
davamçısı kimi tanınır. Əsas elmi əsərləri 'Ət-təhsil', 'Gözəllik və Səadət',
'Musiqi haqqinda' və bir neçə traktatdir.
Bəhmənyarin mexanikaya aid fikirləri əsasən
'Ət-təhsil' əsərinin üçüncü kitabındadır. Burada o, öz müəllimi İbn Sinanın
hərəkətin öyrənilməsi və cisimlərin yer dəğişiminə nəzəriyətini tədqiq edir.
Ümumiyətlə Orta əsr Şərqində hərəkətin
ötürülməsi mexanikanın və fəlsəfənin vacib məsələlərindən hesab olunurdu və o
vaxtın alimlərinin elmi əsərlərində çox vacib yer tuturdu. Bu haqda ilk
fikirləri dahi alim İbn Sina söyləyib. İbn Sinanin fikirlerini davam etdiren və
genişləndirən Bəhmənyar hesab edir ki, atilan cisim ona göre hərəkət edir ki,
atan adam bu cismə bir təkan verir. Bu quvvə imkan verir ki cisim verir ki
cisim hərəkətini dəvam etdirsin. Ərəbcə buna 'Mayıl karsi'- məcburi hərəkət
deyirlər. Avropada hərəkət haqda olan bu fikirler alimlər impesus nəzəriyəsi
olarak adlandırılıbdır. Sonralar o müasir dövrdə işlətdiğimiz 'impuls' termini
ilə əvəz olunubdur.
Bəhmənyarın 'Ət-Təhsil əsəri onun ən böyük
ensiklopedik əsəri hesab olunurdu.Bu əsər bir neçə kitabdan ibaretdir.Burada
onun çox vaxt yayılan peripatik fəlsəfə haqqında nəzəri görüşləri verilibdir.
Bu əsərdə Bəhmənyar çox vacib bir nəticəyə gəlir. Adı çəkilən 'məcburi hərəkət'
cismin təbii hərəkətinə müqavimət göstərir. Bəhmənyar hərəkətə ma'ne olan
sürtünmənin qeyd edir, hətta havanin sürtünməsini də əks quvvə kimi qəbul
edirdi.
Sonraki fikir mubadilələrində Bəhmənyar
cisimlik terminindən istifadə edir. Burada o, hər bir cismə üç düzbucaq oxların
kəsişən ölçüsündə baxırdı. Beləliklə, Bəhmənyar muasir üçölçülü fəza sistemi
fikrini də hələ 500 il əvvəl iləri sürmüştür. Bəhmənyarın çox əsərləri bugun
İstambul, Vatikan, Tehran, Beyrut, Gahire və Londonda saxlanılır. Onun
'Mevcudatın mərtəbələri' və 'Metafizika elminin mövzusu' adli iki traktati
1851-ci ildə Leypsiqdə alman dilində çap olunubdur. Onun Ibn Sina ilə
yazışmaları isə Milan şəhərində əlyazma şəklində saxlanılır.
|