JOZEF
LUI LAQRANJ
Jozef Lui Laqranj
(25 yanvar 1736, Sardiniya Krallığı – 10 aprel 1813, Paris) - fransız
riyaziyyatçısı, mexanik və astronomu. Statika və mexanika elmlərnin əsaslarını
genişləndirən və "mümkün yerdəyişmələr" kimi də tanınan “ümumi
formulanın” əks olunduğu klassik “Analitik mexanika” traktatının müəllifi.
Sonlu artımların formulası ve bir neçə digər teoremlər onun adı ilə bağlıdır.
Deyilənə
görə Laqranj əsərlərini yazılışda bir səhv belə buraxmadan tamamlayırdı. 20
yaşı tamam olmamış Turində kral artilleriya məktəbinin həndəsə professoru
dərəcəsini alır. İyirmi yaşlarında isə dalğaların yayılması və əyrilərin
maksimum və minimumuna dair əsərlərinə görə isə artıq bütün dövrlərin ən böyük
canlı riyaziyyatçısı kimi qəbul olunur. Eyler və Dalambertin məsləhəti isə
Laqranj Berlində Prussiya Elmlər Akademiyasının riyaziyyat bölməsinin direktoru
təyin olunur. Birinci Fransa İmperiyası zamanında o senator və qraf seçilir.
Dahi riyaziyyatçı Panteonda dəfn olunur.
Variasiya
hesablamasının əsasına çevriləcək izoperimetrik problemi də məhz Laqranj həll
etmişdir. Laqranj differensial tənliklər nəzəriyyəsini işləmiş, ədədlər
nəzəriyyəsinə Vilson teoremi də daxil olmaqla bir çox yeni həllər və teoremlər
daxil edir. Laqranj Theorie des fonctions analytiques əsərində grup
nəzəriyyəsinin əsasını qoyur. O eyni zamanda riyazi analizin fundamental
teoremi və Teylor teoremini sübut edəcək orta qiymət teoremini də irəli sürür.
Laqranj parametrlərin variyasiyası adlı differensial tənliklərin həlli metodunu
da tapır, differensiallamanı ehtimallar nəzəriyyəsinə tətbiq edir. O Yerin,
Günəşin və Ayın üçlük problemi və Yupiterin peyklərinin hərəkəti məsələləri ilə
məşğul olur və 1772-ci ildə problemin Laqranj nöqtələri kimi tanınan həllni
tapır. Lakin bütün bunlardan da əvvəl Laqranj mexanika sahəsində böyük işləri
ilə tanınır. O Nyuton mexanikasını analiz sahəsinə çevirir və bu mexanika
hal-hazırda Laqranj mexanikası kimi tanınır. Və mexaniki “prinsiplər”i variyası
hesablamasının sadə nəticəsi kimi nümayiş etdirir.
|