ANRI
PUANKARE
Jül Anri Puankare (fr. Jules Henri Poincaré, 1854 - 1912) –
fransız riyaziyyatçısı, fizik, filosof və elm nəzəriyyəçisi, bütün dövrlərin ən
möhtəşəm riyaziyyatçılarında biri, Paris Elmlər Akademiyasının (1906) və Fransa
Akademiyasının (1908) prezidenti. Puankareni sonuncu riyaziyyatçı-universal,
dövrünün bütün riyazi nailiyyətlərini əhatə edə bilmiş alim adlandırırlar.
HƏYATI
Anri Puankare 29 aprel 1854-cü il tarixində
Nansi yaxınlığında Site-Dükal adlanan yerdə (Lotaringiya, Fransa) anadan
olmuşdur. Atası Leon Puankare Nansi Universitetinin tibb professoru olmuşdur.
Anası Yevgeniya Lanua bütün boş vaxtını uşaqlarının - oğlu Anri və qızı
Alinanın tərbiyəsinə həsr edirdi.
Uşaqlıq illərində Anri biliklərinin qrafik
möhkəmləndirilməsində əziyyət çəkən huşsuz və diqqətsizliyi ilə ad qazanır.
Sonralar bu xüsusiyyəyti onda qeyri-adi hal alaraq alim Puankarenin
yetişməsində müstəsnə rol oynayacaqdı. Uşaqlığında Anri difteriyaya yoluxur.
Xəstəlik bir neçə ay davam edir və bu müddətdə uşaq nə gəzə, nə də danışa
bilir. Xəstəlik müddətində Anridə dinləmə qabiliyyəti güclü şəkildə inkişaf
edir və ələxsus onda çox qeyri-adi xüsusiyyət təzahür edir – ömrünün sonuna
qədər qalacaq səslərə qarşı işıq həssaslığı yaranmağa başlayır.
Yaxşı ev hazırlığı Anriyə səkkiz yaş
yarımında litseyin birbaşa ikinci sinfinə daxil olmağa imkan verir. Burada onu
çalışqan və öyrənməyə hədsiz həvəsi olan şagird kimi tanıyırlar. Bu illərdə
onun riyaziyyata qarşı münasibəti orta səviyyədə idi – bir qədər sonra o
ədəbiyyat bölməsinə keçir. 5 avqust 1871-ci ildə Puankare ədəbiyyatdan «yaxşı»
qiyməti ilə bakalavr dərəcəsi alır. Bir neçə gün sonra isə Anri təbiət elmləri
üzrə bakalavr dərəcəsinə keçirilən imtahanlarda iştirak etmək istəyini
bildirir. Lakin imtahanlardan yalnız «kafi» qiyməti alır. Riyaziyyatdan yazılı
imtahandan isə kəsilir. Səbəb isə adi fikir dağınıqlığı idi. Növbəti illərdə
Puankarenin riyazi istedadı özünü qeyri-adi dərəcədə biruzə verməyə başlayır.
1873-cü ilin oktyabrında o Politexnik məktəbin tələbəsi olur. Daha sonra o
dövrdə daha nüfuzlu Dağ-mədən məktəbinə daxil olur. Məhz burada o bir neçə il
sonra doktorluq dissertasiyasını müdafiə edir. Müdafiə komissiyasına daxil olan
Qaston Darbu həmin günü belə xatırlayır: «Elə ilk baxışdanca məlum oldu ki, iş
adi çərçivələrdən kənara çıxır və qəbul olunmağa tam layiq idi. Puankarenin işi
özündən sonra bir çox yaxşı işlərə yol aça biləcək qədər əhəmiyyətə malik idi».
Doktor dərəcəsini alan Puankare Kannda
(Normandiya) pedaqoji fəaliyyətə başlayır və eyni zamanda özünün ilk ciddi
əsərlərini yazmağa başlayır. Puankarenin bu işləri avtomorf funksiyalar
anlayışına həsr olunur və dərhal Avropa riyaziyyatçılarının diqqətini cəlb
edir. Məhz Kanndaca o gələcək həyat yoldaşı Polen d`Andesi ilə tanış olur. 20
aprel 1881-ci il tarixində cütlük nigah bağlayır. 1881-ci ilin oktyabrında
Puankare Paris Universitetindən təklif alır. 1886-cı ilin payızında Puankareyə
Paris Universitetinin Riyazi fizika və ehtimallar nəzəriyyəsi kafedrasının
rəhbərliyi həvalə olunur, 1887-ci ilin yanvarında isə onu Fransa Elmlər
Akademiyasına üzv seçirlər. Puankare Parisdə differensial tənliklər, fəza
mexanikası, topologiyaya dair fundamental əsərlərini yazır.
1887-ci
ildə İsveç kralı II Oskar riyazi müsabiqə təşkil edərək riyaziyyatçılardan
Günəş sisteminin cisimlərinin hərəkətini hesablamağı tələb etdikdə Puankare bu
tapşırığın (üç cisim tapşırığı) yekun həllinin olmadığını bildirir.
1906-cı ildən etibarən isə Fransa Elmlər Akademiyasınn prezidenti kimi
fəaliyyət göstətirir.
Anri
Puankare 17 iyul 1912-ci ildə vəfat etmiş və Parisdə Monparsan məzarlığında
dəfn edilmişdir.
Elmə töhfələri
Puankarenin riyazi fəaliyyəti çoxşaxəli
olmuşdur. Otuz illik gərgin elmi fəaliyyəti sayəsində demək olar ki,
riyaziyyatın bütün sahələri üzrə fundamental əsərlər yazmışdır. Puankarenin
Paris Akademiyası tərəfindən 1916-1954-cü illər aralığnda nəşr olunmuş əsərləri
10 cild təşkil edir. Bu əsərlər topologiya, ehtimal nəzəriyyəsi, differensial
tənliklər nəzəriyyəsi, avtomorf funksiyalar nəzəriyyəsi, qeyri-Evklid
həndəsəsini əhatə edir. Puankare riyazi fizika metodlarından geniş istifadə
etmiş və potensiallar nəzəriyyəsi, istilik keçiriciliyi nəzəriyyəsini
zənginləşdirmişdir. O, həmçinin mexanika və astronomiyaya dair bir sıra məsələlərin
həlli ilə də məşğul olmuşdur. Differensial tənliklər sisteminin xüsusi
nöqtələrinə həsr olunmuş doktorluq dissertasiyasının müdafiəsindən sonra
Puankare «Differensial tənliklərlə təyin olunan əyrilər haqqında» adı altında
memuarlar silsiləsi yazır. Burada o differensial tənliklərin keyfiyyət
nəzəriyyəsini hazırlamış, xüsusi nöqtələri təsnifatlaşdırmaq üçün inteqral
əyrilərinin müstəvilərdə hərəkəti xarakterini və limit silsilələrini tədqiq
etmişdir. Puankare öz tədqiqatlarının nəticələrindən üç cisim məsələsinin
həllində uğurla istifadə etmişdir. Məsələnin həllinin xarakterini (dövriliyini,
asimptotluğunu) detallı tədqiq etmişdir. Sabit nöqtələrin kiçik parametri,
variasiyalar üzrə tənliklər, inteqral invariantlar nəzəriyyəsi Puankare
tərəfindən elmə daxil edilmişdir.
|