ATLANTIK OKEANI
Atlantik okeanı - Sahəsinə görə Sakit
Okeandan sonra ikinci böyük okean. Sahəsi dənizlərlə birgə 91,6 mln km²,
həcmi 329,7 mln km², ən dərin yeri - 8742 m (Puerto-Riko çökəkliyi). S şəklində olan
okean Şimal Buzlu Okeanından Antarktika qitəsinə qədər uzanır. Ekvatordan cənub
və şimala olmaq etibarı ilə iki hissəyə bölünür- Cənubi Atlantik və Şimali
Atlantik. Adını yunan mifologiyasının qəhrəmanı titan Atlasdan (Atlantdan)
götürüb. Bəziləri isə adının yaranmasını əfsanəvi Atlantida adası ilə
bağlayırlar.
Ümumi təsviri
Dənizləri: Baltik dənizi, Şimal
dənizi, Aralıq dənizi,Qara dəniz, Sarqass dənizi, Karib dənizi, Adriatik dənizi,
Azov dənizi, Balear dənizi, İonik dənizi, İrland dənizi, Mərmərə dənizi, Tirren
dənizi, Egey dənizi.
Ən böyük körfəzləri: Biskay körfəzi, Qvineya
körfəzi, Meksika körfəzi.
Əsas adaları: Britaniya adaları, İslandiya
adası, Nyufaundlend adası, Böyük Antil adaları, Kiçik Antil adaları, Yaşıl
burun adaları, Folklend adaları (Malvin adaları).
Cərəyanları: Qolfstrim cərəyanı, Kanar
cərəyanı, Labrador cərəyanı, Passat cərəyanı.
|