BƏRDƏ - Azərbaycanda rayon.
Rayonda 73 müəssisə, 32 məktəbəqədər uşaq müəssisəsi, 76 məktəb, 16 tibb
müəssisəsi, 205 mədəniyyət ocağı yerləşir.Qəsəbələr / Kəndlər
Ərəblər, Güloğlular, Şorəlli, Qaraqoyunlu (Bərdə), Qaradağlı (Bərdə), Divanlı, Cəyirli,
Gərənə, Şatırlı, Kürdborakı, Hacallı, Qazaxlar, Nazırlı, Yeni Daşkənd,
Mehdixanlı, Umudallar, Tağılar, Seyid Yusif, Cicimli, Qayalı, Hacallı,
Həsənqaya (Bərdə), Saatlı (Bərdə), Qəhrəmanlı, Mirəsəbli, Qarağacı (Bərdə),
Mirzəcəfərli, Mollagüllər, Samux (Bərdə), Əyricə, Yeni Əyricə, Kərimbəyli,
Nəcəfqulubəyli (Bərdə), Mirzalıbəyli, Qaraməmmədli, Məmmədli (Bərdə),
Mustafaağalı, Mollalı, Məşədiibişli, Ağalı, Lənbəran, Qazaxlar, Xəsili,
Mollaisalar, Kolayır, Mollaməmmədli, Gülgəzli, Sərkərlar, Otuzikilər,
Hacıəhmədli, Vəliuşaqlı, Bayramlı, Xanərəb, Şərəfli, Qurdlar, Kətəlparaq,
Piyadalar, Şirvanlı, Dəymədağlı (Bərdə), Uğurbəyli, Bala Qəcər, Qullar, Hüseynbəyli,
Böyük Qəcər, Xanxanımlı, Kələntərli, Darğalar, Əliyanlı, Muğanlı (Bərdə),
Qasımbəyli, Körpüqıran, Alaçadırlı, Alpout, Qarayusifli, Tumaslı,
I-Qaradəmirçi, II-Qaradəmirçi, Lək, Arabaçılar, Hacılar (Bərdə), Hüseynallar,
Qaradırnaq, Qaratəpə (Bərdə), Mehdili, Xanağalı, Qaradəmirçi, Türkmən, Həsənli
(Bərdə), Kəbərkənd, Mirzəxan, Hacıbəyli, Kafarlı, Cumalar, Təhlə, Çələbilər,
Nifçi, Böyük Göyüşlü, Bala Göyüşlü, Soğanverdilər, Bəcirəvan, İmirli, Hacallı,
Şahvəllər, Zümürxaç, İmanqulubəyli (Bərdə), Dilənçilər.Sərhəd rayonları,
ölkələri, əraziləri
Yevlax, Tərtər (rayon), Ağdam, AğcabədiƏhalisi
Əhalisi haqqında daha geniş məlumatƏhalinin ümumi sayı136000
Şəhər əhalisinin sayı, [%]27.5000
Kənd əhalisinin sayı, [%]72.5000
Əhalinin orta sıxlığı142.110763
Əhalinin cins qrupları üzrə sayı: (kişilər), [%]49.2000
Əhalinin cins qrupları üzrə sayı: (qadınlar), [%]50.8000
Əhalinin yaş qrupları üzrə sayı: (uşaqlar), [%]10.3676
Əhalinin yaş qrupları üzrə sayı: (18 yaşa qədər), [%]40.5941
Əhalinin yaş qrupları üzrə sayı: (18-dən 55-60-a), [%]48.5294
Əhalinin yaş qrupları üzrə sayı: (təqaüdçülər), [%]16.9691
Ali təhsilli əhalinin sayı, [%]5.3000
Orta təhsilli əhalinin sayı, [%]36.3088
Məskunlaşmış qaçqınların sayı1001
Məskunlaşmış məcburi köçkünlərin sayı47984
Ərazisi
Ərazisi haqqında daha geniş statistik məlumatÜmumi ərazi, [kv.km]957.00
Məhsuldar torpaqların ümumi sahəsi, [kv.km]724.62
Kənd təsərrüfatına yararsız torpaqların sahəsi, [kv.km]47.26
Heyvandarlıq üçün otlaqların sahəsi, [kv.km]240.61
Əkilmiş torpaqların ümumi sahəsi, [kv.km]517.62
Meyvə bağlarının ümumi sahəsi, [kv.km]9.32
Şoran torpaqların ümumi sahəsi, [kv.km]31.64
Bakı ilə arasında məsafə 314 km
Əhalisi 132900 nəfər
Nə ilə getmək olar Avtonəqliyyatla - Marşrut avtobusları:
Gəncə-Bərdə, Zaqatala-Bərdə, Göyçay-Bərdə, Mingəçevir-Bərdə, Bakı-Bərdə – 6 saat;
Qatarla - Bakı-Bərdə
Bərdə rayonu Kür-Araz ovalığının şimal-qərb hissəsində yerləşir. Rayonun
inzibati mərkəzi Bərdə şəhəri Qarabağ düzünün mərkəzində, Tərtərçay sahilində
yerləşir. Tərtər, Xaçın çayları və Yuxarı Qarabağ kanalı bu rayonun ərazisindən
keçir, Kür çayı isə sərhəddi boyunca axır. Rayon mərkəzindən 3 km məsafədə, Bərdə-Tərtər
yolunun sağ tərəfində bir-birinin yaxınlığında iki göl var. Ağalı deyilən
üçüncü göl isə Bərdədən 23 km
aralıdadır. Bərdə-Tərtər yolunda Bərdədən 3 km aralıda qaynar kükürdlü su bulağı – İstisu
yerləşir. Burada müalicəvi vanna qəbul etmək üçün hər cür şərait var. Muğanlı
kəndinin yaxınlığında daha bir mineral su bulağı var. Rayonun bitki örtüyü
əsasən quru səhra və yarımsəhra ərazilər üçün spesifik bitkilərdən ibarətdir.
Ərazinin 6856 hektarını tutan meşələrdə çinar, palıd, qarağac, qoz və başqa
qiymətli ağac növləri bitir. Rayonun faunasında canavar, çaqqal, qaban,
dovşan və başqa heyvanlar, turac, qırqovul, qaz, ördək və başqa quşlar üstünlük
təşkil edir. Ov mövsümü vaxtı müvafiq orqanlar tərəfindən dovşanların və bəzi
quşların ovlanmasına, balıqların isə tilovla tutulmasına icazə verilir.
Bərdə rayonunda kənd təsərrüfatı yaxşı inkişaf etmişdir, taxılçılıq (buğda,
arpa və s.) heyvandarlıq və pambıqçılıq mühüm yer tutur. Bu yerlərin təbii
şəraiti tərəvəz və bostan bitkilərindən yaxşı məhsul almağa imkan verir.
Həyətyanı sahələrdə bağçılıq sürətlə inkişaf etməkdədir.
Bərdə şəhəri Azərbaycanın ən qədim şəhərlərindən biridir. Rəvayətə görə
Bərdənin əsasını qoyan Makedoniyalı İsgəndər olmuşdur. Eramızın əvvəllərindən
məşhur olan bu şəhər VI əsrdən etibarən Qafqaz Albaniyasının paytaxtı olmuşdur.
Bərdə Şəhristan və Rabad adlı iki hissədən ibarət idi. Şəhərin mərkəzi
Şəhristan adlanırdı. Şəhristan qala divarları ilə əhatə olunmuşdur. Rabat
adlanan hissədə sənətkarlar, tacirlər məhəllələri yerləşirdi və gəlmələr üçün
karvansara vardı. Bərdədə dulusçular, şüşəüfürənlər, daşyonanlar, dabbaqlar,
toxucular məhəlləsi və başqa məhəllələr olmuşdur. Şəhərin yaxınlığındakı indi
Qaradəmirçilər adlanan kəndə vaxtilə Dəmiçilər məhhəlləsi deyilirdi,
Şirvanlılar məhəlləsində isə Şirvandan gəlmə sakinlər yaşayırdı.
Bərdə əhalisinin əksəriyyəti sənətkarlar idi. Onlar dülüsçuluq və şüşəüfürə.
Xalçaçılıq, metal və ağac emalı, parça emalı ilə məşğul olurdular. Bundan əlavə
Bərdə əhalisi taxılçılıq, çəltikçilik, ipəkçilik, bağçılıq və bostançılıqda da
məşğul olurdu. Bərdədə gözəl, əlvan parçalar toxunur, xalçalar, silahlar, əmək
alətləri, gözəl keramik qablar, müxtəlif metallardan bəzək əşyaları, qəşəng
şüşə badələri, kuzələr, piyalələr və başqa məmulatlar hazırlayırdılar. Dahi
şair Nizami Gəncəvi özünün «İsgəndərnamə» poemasında Bərdəni tərənnüm etmişdir.
Bərdə özünün çox əsrlik tarixi ərzində dəfələrlə basqınlara və dağıntılara
məruz qalmışdır. 1736-cı ildə İran şahı Nadir Bərdəni tamam viran etmiş, XIX
əsrin II yarısında isə bu şəhər cəmi 200-300 nəfər əhalisi olan kiçik bir kəndə
çevrilmişdi.
Bu şəhərdə eramızdan əvvəl II minillikdən başlamış son orta əsrlərə qədər geniş
bir dövrü əhatə edən çoxlu maddi mədəniyyət əşyalarının qalıqları tapılmışdır,
qədim abidələr qorunub saxlanmışdır. «Axsadan Baba» (XIV əsr), «Güloğlular»
türbələri, tanınmış alim Bəhmən Mirzə türbəsi, usta Əhməd Əyyub oğlu əl-Hafizin
tikdiyi çoxüzlü məqbərə (1322-ci il), İbrahim məscidi (XVIII əsr), Tərtər çayı
üzərində iki körpü, Şirvanlı, Uğurbəyli, Qurdlar, Mollaəhmədli və s. kəndlərdə
XIX əsrə aid məscidlər, İmamzadə məqbərəsi bu abidələrdəndir. Bəzi
tədqiqatçıların fikrincə, Şeyx İbrahimin dəfn edildiyi yerdə tikilmiş İmamzadə
məqbərəsinin günbəz hissəsi daha əvvəl tikilmişdir. Orta əsrlərdə çiy kərpicdən
tikilmiş kvadrat şəkilli qala da çox böyük maraq doğurur.
Bərdə əkinçilik və heyvandarlıq məhsulları ilə ad çıxarmışdı. Orta əsrlərdə
yaşamış müəlliflər bu diyarda taxıl, düyü, bostan və bağ bitkiləri, ipək üçün
xammal, ev heyvanlarının qiymətli növləri barədə ağız dolusu söhbət
açırlar.
Bərdənin xalçaları da qədimdən məşhurdur. Burada xovlu «Aran», «Çələbi»,
«Buynuz», «Dəryanur», «Açma-yumma», «Balıq», «Şabalıdbuta», «Bərdə»,
«Xanqərvənd», həmçinin xovsuz «Şəddə», «Vərni» və «Zili» xalçaları toxunur.
|