QORUQ
Qoruq
- mövcüd təbiət komplekslərini qorumaq, təbiət proseslərinin təbii
hərəkətlərini öyrənmək üçün xüsusi qorunan təbiət əraziləridir.
Azərbaycanda
qoruqlar
Azərbaycanda
6 milli park, 13 dövlət təbiət qoruğu, 19 dövlət təbiət yasaqlığı, yaşı 100-dən
yuxarı 2083 ağac, 37 geoloji və paleontoloji obyektlər və 15 min hektar endemik
və qiymətli meşə növü sahələri vardır.
Respublikada
xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 594939,1 hektardır və ümumi
ərazinin 7%-ni təşkil edir.
Bununla
yanaşı bir Qobustan tarixi təbiət dövlət qoruğu və Bakı Dənizkənarı Milli Park(ərazisi
80 hektar) fəaliyyət göstərirlər.
Respublika
rəhbərliyinin Azərbaycanın təbii sərvətlərinin mühafizəsinə və inkişafına dair
tələblərin həyata keçirilməsi ilə əlaqədar xüsusi mühafizə olunan təbiət
əraziləri şəbəkəsinin və həmin ərazidəki bioloji müxtəlifliyin qorunması
sahəsində ardıcıl, məqsədyönlü və intensiv iş aparılır.
Artıq Azərbaycan
Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə Türyançay dövlət
təbiət qoruğu, Pirqulu dövlət təbiət qoruğu, İsmayıllı dövlət təbiət qoruğu, Qarayazı
dövlət təbiət qoruğu və İlisu dövlət təbiət qoruğu Dövlət Təbiət Qoruqlarının
əraziləri 36,6 min ha. genişləndirilmiş və həmin qoruqların ümumi sahəsi 70,7
min ha çatdırılmışdır, Naxçıvan MR-da Ordubad
Milli Parkı (12131 ha.)
və Şahbuz dövlət təbiət qoruğu (3139
ha.), Şirvan Milli Parkı (54374 ha.), Ağ-göl Milli
Parkı (17924 ha.),
Hirkan Milli Parkı (21435
ha.), Altıağac Milli Parkı (11035 ha.), Abşeron Milli
Parkı (784 ha.),
Eldar şamı dövlət təbiət qoruğu (1686 ha.), Qax rayonunda Qax Dövlət Təbiət
Yasaqlığı (36836 ha.)
yaradılmışdır.
Ekologiya
və Təbii Sərvətlər Nazirliyi tərəfindən xüsusi mühafizə olunan təbiət
ərazilərinin artırılması sahəsində fəaliyyət davam etdirilir.
|