ТUR HEYERDAL
Tur Heyerdal (norvç:.
Thor Heyerdahl, 6 Oktyabr 1914, Larvik, Norveç- 18 Aprel 2002, Kolla-Miçeri, İtaliya) - tanınmış norveçli səyyah, etnoqraf və alim-antropoloq. Məşhur
Kon-Tikki ekspedisiyası ilə Cənubi Amerikadan Tomatu adalarına qədər 7000
km-lik məsafəni sadəcə sal üzərində keçməklə dünyanı təəcübləndirmişdir.
Həyat və fəaliyyəti
Tur Heyerdal Norveçin cənubunda kiçik Larvik
şəhərciyində anadan olmuşdur. İlk ekspedisiyası 1937-38-ci illərdə Polineziyaya,
Fatu-Hiva adasına olmuşdur. 1947-ci ildə isə Sakit okeanı "Kon-Tikki"
adlı salda keçmişdir. Məhz bu səyahət ona sonralar dünya şöhrəti gətirir.
1950-ci
illərdə çoxlarının unutmuş olduğu Pasxa adalarını yenidən "kəşf
edir", 1953-cü ildə isə Qalapaqos adalarına baş çəkir. O həmin dövrdə
çoxlarının əsassız yerə inandırıcı görmədiyi adanın inklər tərəfindən kəşfi ve
məskunlaşması ideyasını irəli sürür. 1969-1970-ci illərdə qədim misirlilərin
Cənubi Amerikaya üzməsi nəzəriyyəsini sübut etmək üçün "Ra" və
"Ra 2" sallarında Atlantik okeanı üzüb keçir. Tur Heyerdal həm də
Pasxa, Qalapaqos və Kanar adalarında apardığı arxeoloji qazıntılarla da
məşhurdur.
Tur Heyerdal Azərbaycanda
Məşhur
səyyahın həyat və fəaliyyətinin bir qismi də Azərbaycanla bağlıdır. 1981-ci
ilin avqustunda Tur Heyerdal ilk dəfə Bakıya gəlmişdir. Dəfələrlə Qobustana və Azərbaycanın
digər məkanlarına ekspedisiyalar təşkil etməklə özünün son "Odinin
axtarışı ilə" adlı kitabında vikinqlərin köklərinin məhz Azərbaycanda
axtarılmasının lazım gəldiyini maraqlı və kifayət qədər inandırıcı faktlarla əsaslandırır:
«Azərbaycanın hələ kifayət qədər
öyrənilməmiş mədəniyyət və incəsənəti Mesopotamiyanınkından qədimdir».
Məşhur
səyyah bu fikri qədim qaya təsvirlərinə əsaslanaraq söyləmiş, həmin təsvirlərlə
qədim Skandinaviya xalqlarının və ingilislərin mədəniyyəti arasında uyğun
cəhətlər olduğunu görmüşdür.
|