ŞIMALI AMERIKA
Şimali Amerika - Qərb yarımkürəsində, Amerika qitəsinin şimal
hissəsinə verilən şərti ad. Şimali Amerika materikinin sahəsi 24.247 mln. kv.
km-dir. Sahil xəttinin uzunluğu 60 mln. km-dən çoxdur. Materikin parçalanmış
şimal sahili çoxlu sayda körfəz və adalardan ibarətdir. Dünyanın ən böyük adası
sayılan Qrenlandiya da burada yerləşir.
Materikin kəşfi
“Amerikanın kəşfi” deyəndə məhz Şimali
Amerikanın kəşfi nəzərdə tutulur. Materikin kəşfini bir neçə mərhələyə ayırmaq
olar. Arxeoloji tapıntılar əsasında müəyyən olunmuşdur ki, Amerikaya ilk öncə
30-40 min il bundan əvvəl asiyalılar gəlmişlər. O zaman Berinq boğazı
olmamışdır. Həmin sahə quru imiş, yəni indiki Asiya ilə Şimali Amerika, əgər
belə demək mümkünsə, bitişik imiş və asiyalılar da öncə Alyaskaya köç edib məskunlaşmış,
sonra isə cənub istiqamətində yayılmışlar.
Asiyalılardan xeyli sonra, təxminən VII – X
əsrlərdə vikinqlər və qədim norman dənizçiləri öz gəmilərində Şimali Amerikanın
sahillərinə üzmüşlər. Lakin vikinqlərin Nyufaundlend adasına üzmələri epizodik
xarakter daşımışdır. Odur ki, bunu Amerikanın avropalılar tətəfindən fəthi kimi
qiymətləndirmək olmaz. Amerikanın sözün əsl mənasında fəthi yalnız Xristofor
Kolumb 1492-ci ildə Amerika materikini kəşf etdikdən sonra mümkün olmuşdur. XV
əsrdə Şimali Amerika əhalisinin sayı təqribən 12-16 mln. nəfər imiş. Bunlar
yalnız yerli aborigenlər imiş və qəbilə şəklində yaşayırmışlar. Mayya, astek,
ink, siu, aleut həmin qəbilələrin ən böyükləri və üzdə olanları imiş.
- Şimali Amerikada Kanada, Amerika Birləşmiş Ştatları, Meksika və Mərkəzi
Amerika bölgəsi dövlətləri yerləşir.
|