Əbdürrəşid
Bakuvi
Əbdürrəşid Saleh ibn-Nuri əl-Bakuvi (1402-1473) - XV əsrdə yaşamış ərəb və fars dillərində
yazmış Azərbaycan alimi.
Əbdürrəşid Saleh Bakuvininin coğrafiyaya aid
bir sıra qiymətli əsərləri bizə gəlib çatmışdır. Onun «Abidələrin» xülasəsi və
qüdrətli hökmdarın möcüzələri kitabı akad. Ziya Bünyadov tərəfindən ərəb dilindən
rus və Azərbaycan dillərinə tərcümə edilmişdir. Bu kitabda Yer səthi yeddi
iqlim qurşağına ayrılmış, bu qurşaqların əhatə etdiyi ölkələr, şəhərlər, iri
yaşayış yerləri və tarixi abidələri haqqında müxtəlif məlumatlar verilmişdir.
Bakı haqqındakı məsələlərə geniş yer
verilmiş, müəllif barədə qiymətli mülahizələr yazılmışdır. O, Bakıda anadan
olmuş və Qahirədə vəfat etmişdir.
|