SİVİLİZASİYA VƏ TEXNİKA
Plan:
1.Texnikanın
məişətə daxil olmasının səbəbləri.
2.Filosofların texnika
barəsində fikirləri.
3..Elmi-texniki inqilab və bəşəriyyətin gələcəyi.
1.Texnikanın məişətə daxil olmasının səbəbləri.Cəmiyyət sivilizasiyanin
inkişafında texnika çox böyük rol oynayır. Bunu müasir dövrün nümunəsində də
görmək olar. Texnikanın ( birinci növbədə əmək alətlərinin, rabitəni, bütün
kommunikasiya sistemlərinin inkişafı ) tərəqqisi insan həyatının bütün
sahələrinə güclü təsir göstərir. Elmi-texniki inkişafın rasional idarə olunması
məhdud –ssiyentist, texnisist proqram kimi yox, səmərəli texnika, ona əsaslanan
istehsalın və sosial ( ilk növbədə ekoloji ) mənafelərin optimal uzlaşması
olduğu nəzərdə tutulmalıdır. İlk nəzərdə sadə görünən bu məsələnin həlli bir
sıra çətinliklərlə rastlaşır. O cümlədən insanın mahiyyətilə onun mövcudluq
üsulu arasındakı ziddiyyətlər (səbəbi- texnikanın əsasında quraşdırılmış dünya
tərəfindən bu mahiyyətin dəyişdirilməsi və təhrif edilməsidir).
Texnika insanların yaratdığı
istehsal vasitələri və alətləri sistemini, habelə məmk prossesinin həyata
kecirilməsini təmin edən üsul və əməliyyatların, qabiliyyət məharətlərin
məcmusudur.
Zaman keçdikcə texnika
anlayışının məzmunu dəyişilir və təkmilləşir. O, təkcə maddi istehsal
sahəsindəki vasitələrlə məhdudlaşmir. O, özünə həm də mənəvi, məişət və digər
qeyri- istehsal xarakterli tələbatları ödəmək üçün istifadə olunan vasitələri
daxil edir.
Texnika ən qədim sosial
hadisələrdən biridir. Texnika və texniki fəaliyyət haqqında ilk dəfə Aristotel
bəhs etmişdir. Fəlsəfi biliyin spesifik sahəsi olan texnikanın fəlsəfəsi isə
yalnız XIX əsrdə meydana gəlmişdi.Bu cərəyanın banisi E. Kapp göstərirdi ki,
bütün bəşəriyyətin tarixinə diqqətlə yanaşdıqda onu nəticə etibarilə ən yaxşı
əmək alətlərinin kəşf edilməsi tarixinə müncər etmək olar.
Texniki vasitələr insan
bədəninin orqanlarının özünəməxsus şəkildə davamı və tamamlanması deməkdir.
Onlar bəşəriyyətin təbiətə təsiri sahəsində qazanmiş olduğu çoxillik təcrübə,
idrak vasitələri və üsulları təcəssüm etdirir. Başqa sözlə, texnika insanin
təbiətə təsir göstərməsinin daim təkmilləşməkdə forma və üsullarını,
mədəniyyətin nəaliyyətlərini əks etdirir.
Texnika bir tərəfdən insan
əməyinin və biliyinin inkişafınin nəticəsidir, digər tərəfdən isə onları həyata
keçirməyin vasitəsidir. O, bəşəriyyətin mövcudluğu və inkişafının zəruri
tərəfidir. Texnikanin başlıca funksiyası təbiəti və insan aləmini onun tələbat
və arzularından doğan məqsədlərə uyğun şəkildə dəyişdirməkdən ibarətdir.
Texniki vasitələr öz məzmununa
görə çox rəngarəngdir. Onların bir hissəsi cansız təbiətə, digərləri üzvi aləmə
uyğun gəlir. Nəhayət elə texniki vasitələr vardır ki, spesifik insan orqanlrını
və onların funksiyalarını yerinə yetirməyi bacarır. Məsələn, qeyri- üzvi
təbiətdə texnika elektrotexnikanı, istilik texnikasını, fiziki texnikanı və
tikinti texnikasını əhatə edir. Üzvi aləmdə texnikaya kənd təsərrüfatı
biotexnolgiyası və sair daxildir. Deyilənlərdən əlavə təfəkkür texnikası,
incəsənət sahələrinin texnikası və insanları idarəetmə texnikası və sair də
mövcuddur. Texnikanin müasir anlamı aşağdakı üç anlamı əhatə edir: a) nəzəri və
empirik tərəfləri əlaqələndirən spesifik bilik sahəsi; b) insanın təbiəti öz
tələbatına uyğun şəkildə dəyişdirməyə yönələn insan fəaləiyyəti sahəsi ( bütün
texniki vasitələr və proseduralar da daxil olmaqla ) ; c) insanın bu və
ya digər fəaliyyətinin, professional xüsusiyyətlərini təşkil edən məharət və
vərdişlərin məcmusu.
Bütövlükdə götürdükdə
cəmiyyətin iqtisadi inkişafı aşağdakı iki bir- birilə sıx əlaqəli tərəfləri
əhatə edir: a) iqtisadi münasibətlərin ( istehsalin iqtisadi üsulunun və yaxud
sosial- iqtisadi tərəfin ) təkmilləşməsi; b) elmi-texniki tərəqqi gedişində
yeni texniki vasitələrin və texnologiyaların tətbiqi ( istehsalın texnoloji üsulu
və yaxud təşkilat-texniki tərəfi ) .
Qeyd olunmalıdır ki, texnika
öz-ozluyundə məqsəd deyil, yalnız müəyyən məqsədi həyata keçirtmək üçün
vasitədir. Lakin texnika müəyyən nisbi müstəqilliyə malikdir. Bu aşağıdakılarda
ifadə olunur: 1) hər cür texnikanın insan tərəfindən yaradılmasına baxmayaraq o
insanlar üçün həm xeyirli , həm də zərərli nəticələr törədə bilər. 2)
İnsanların ifadə etdiyi texniki vasitələr cəmiyyətə fəal əks təsir göstərmək
iqtidarındadır. Məsələn, avtomobil və televizor insanın sağlam tələbatını
ödəmək üçün yaradılmışdir. Lakin avtomobil sənayesinin genişlənməsi cəmiyyətin
digər, daha vacib tələbatlarının ( axlaqa, mənzilə ) ödənilməsini kölgədə
qoyur, digər tərəfdən onun inkişafı mühiti korlayır. Nəhayət, ondan hətta
cinayətkar məqsədlər üçün istifadə olunur ( avtomobil o ğurluğu, yol-nəqliyyat
hadisələri, avtomobil sahibinin öldürülməsi və sair ) . Eynilə də televizor
informasiya olmağın güclü vasitəsi olmaqla yanaşı, həm də əhalinin şüurunun
manipulyasiyası ( mənfi istiqamətdə məqsədyönlü dəyişdirlməsi ) vasitəsidir.
İnsanları oxumaqdan ( mütailədən ) və psixofiziki sağlamlıqdan müəyyən qədər
məhrum edir. 3) insanın çoxəsrlik yaradıcılığının nəticəsi olan texnosferanı
optimallaşdırmaq üçün texnikanın inkişafını dayandırmaq deyil, texniki
nəaliyyətlərin açdığı misilsiz imkanlardan bacarıqla istifadə etmək tələb
olunur.
Hazırda texnika getdikcə daha
çox insanın əqli qabiliyyətlərinə və intellektual funksiyalarına nüfuz edir. Bu
isə mütərrəqi nəticələr ilə yanaşı , həm də böyük miqyaslı mənfi nəticələr
törədə bilər. Buna görə də indiki şəraitdə texniki yeniliklər tətbiq etməzdən
əvvəl onları geniş və dərin sosial ekspertizadan keçirmək tələb olunur.
Məsələn, insan kompüter kimi kibernetika sistem yaratmaqla sanki özünün fikri
fəaliyyət növlərini həyata keçirə bilən, müxtəlif məzmunlu informasiya ilə
əməliyyat aparmağı bacaran analoqunu meydana gətirir. Doğrudur, o insan
beyninin bütün funksiyalarını onun əlindən almır. Bununla belə son dərəcə güclü
EHM ilə insan arasında qarşılıqlı münasibətlərin yeni humanitar tərəfi özünü
göstərir. Bu isə öz növbəsində bir çox problemlər doğurur. Çünki insan ilə
maşının qarşılıqlı, fikirləşən, hiss edən, şüur və iradəyə malikmövcudat ilə
cansız, öz təbiətinə ögörə qeyri-bioloji xarakter daşıyan qurğu arasında
qarşılıqlı təsir deməkdir. Bu münasibətdə müasir ekzistensializmin görkəmli
nümayəndəsi K.Yaspersin aşağıdakı fikri ibrətamizdir. O göstərir ki, texnikada
hüdudsuz şəkildə fayda verən imkanlar olduğu kimi, qeyri-məhdud miqyasda da
təhlükkə vardır. İnsan heç vaxt indiki qədər yaradıcı texniki nəaliyyətlər əldə
etməmişdir. O, eynilə də heç vaxt bu dərəcədə dağıdıcı təsir göstərə biləcək
vasitələrə malik olmamışdır. İnsanlar texniki vasitələri təkmilləşdirməyə aludə
olmaqla və iqtisadi cəhətdən bazarın kəskin tələbləri ilə motivləşən
ixtirçı yaradıcı fəaliyyətə uymaqla, nəticə etibarilə qarşısıalınmaz fəlakətə
doğru irəliləyir.
Əlbəttə texnikanın nəticələri
önündə pessimizmə qapılmaq da doğru deyil. Çünki texniki vasitələrin nə qədər
güclü dağıdıcı imkanlara malik olmalarına baxmayaraq, onlar prinsipcə həmişə
insanların zəka və iradəsinə tabe edilə bilən vasitələrdir. Buna görə də müasir
elmi-texniki tərəqqinin törədə biləcəyi inkarı sosial nəticələri vaxtında
görmək və onları minimallaşdırmaq və aradan qaldırmaq üçün yollar və vasitələr
tapmaq mümkündür və zəruridir.
2.Filosofların texnika barədə fikirləri. XX əsrdə yaşamış bir
sıra filosoflar texnikanın inkişafı ilə əlaqədar dəyərli ideyalar vermiş və
fikirlər söyləmişlər. Onlardan biri olan M. Haydegger yazırdı: “ İnsan üçün
təhlükə maşınların, müxtəlif qurğuların mümkün məhvedici təsirində deyildir.
Əsl qorxu, təhlükə artıq insanın öz mahiyyəti tərəfindən gözlənilməlidir ”.
Haydeggerin fikrincə, texnika –insan və dünyanın xüsusi əlaqə növünün
ifadəsidir, bu zaman insanın əldə etmək, istismar etmək meyli reallaşir. Dünya
insan üçün yalnız öz imtiyazlarını ödəməyən bir vasitədir, texnika- bu
materialı istifadə etmək üsuludur.Axırda insan özünü “ dünya hökmdarı ” hesab
etsə də, əslində öz alətlərinin quluna çevrilir, əşyalar aləmində özü də bir
əşyaya dönür. Texnika insanı ələ alır, özünə tabe edir, hətta öz elemetinə
çevirir”.
Texnika mövzusunda Haydeggerin
maraqlı əsərlərindən biri “ Texnika məsələsi ” dir. (1949). Demək olar kı,
Haydeggerə qədərki dövrdə texnikanı müsbət qiymətləndirirdilər ; bircə qorxu
var idi ki, birdən onu düzgün istifadə edə bilməzdilər (O. Şpenqler) ,
Haydegger, texnikanı özündə insan üçün dəhşətli bir təhlükə görürdü;
ümumiyyətlə, o, texnikanı mədəniyyət, tarix fəlsəfəsi baxımından yox,
metafizika, yəni varlığın tarixi. Insan şüurunun inkişafı tarixi baxımından
qiymıtləndirirdi. Müasir texnikanın mahiyyəti budur ki, o insanın dünyaya olan
münasibətinin, daha doğrusu, dünyanın mənimsənilməsinin yeni formasıdır.
Texnikanın təhükəliyi ondan irəli gəlir ki, o, insanın mahiyyətini dəyişdirir.
İnsan indi o tora düşmüş milçəyə bənzəyir: dərinə getdikcə,daha da dolaşır.
Təhlükə ondadır ki, insanlar çox vaxt texnika və elmin istfadəsinin sosial
nəticələrinə dərindən varmır, uzaqgörənlik etmir.
Alman eksiztensializmin digər
nümayəndəsi K. Yaspers “ Müasir texnika ” adlı məqaləsində texnikanın
mhiyyətini belə izah edirdi: texnika yalnız məqsədə nail olmaq üçün vasitəçi
kimi yaranır və fəaliyyət göstərir.Texnika düşüncə fəaliyyətinə, hesablama,
mümkün nəticələrin öncə görmə imkanlarına əsaslanır. Texnika mexanizmlərdən
istifadə edərək, öz imkanlarını kəmiyyət münasibətlərinə çevirir. Texnikanın
mahiyyəti- insan təbiətin hökmranlığından azad etməkdir. Texnika iki cür olur:
enerji istehsal edən, bir də cürbəcür məhsulları istehsal edən texnika növləri.
Texniki qaydaları öyrənmək və istifadə etmək mümkündür. Texnika vasitə məqsədə
çevrilən yerdə insan həyatı öz mənasını itirir. Texnika, qədim dövrdən
yaradılır; müasir texniki- tərəqqi dünyanın yaranmasında yaxından iştirak edən
təbii elmərin, əməyin təşkili və ixtiraçılığın yaradıcılıq ehtirası və
nəticəsidir. Əməyin intensivliyi texnika ilə bağlıdır, texnika əməyin
xarakterini dəyişdirir, özgələşmə prossesi artır; müəssisələr iriləşir,
bürokratiyanın mövqeləri artır və genişlənir; ümumiyyətlə, texnika müəyyən
tərzdə idarə olunan bir vasitə olmalı, onun hüdudları cansız və məhduddur ”.
O. Şpenqler də texnikanı
təbiətin üzərində “ zorakılıq ” aləti olduğunu hesab edirdi. Öz insani
mahiyyətini unudaraq, insan nəsli dağıdıcıya dönür, texniki sivilizasiya
binasının əzəməti artdıqca, bu binanı yaradan insanın mənəviyyatı
əksildikcə, onun özünə burda daha az yer qalır. Texnika insan nəslinin acı
taleyi, onun faciəvi qismətidir: insan texnikanı yaradır, təkmilləşdirir, bunda
təbiətin üzərində öz qüdrətinin hökmranlığının rəmzini görür, nəticədə isə
texnika “ Faust ”( İ.V.Hötenin yaratdığı bədii obraz ) sivilizasiyanın məhvinə
qaçılmaz süqutuna gətirib çıxarır. İnsanların texniki səyləri nə qədər
rasional, nə qədər intensiv olarsa, texnikanın nəticələri bir o qədər
irrosional və dağıdıcı olur.
Belə xəstəliyin müalicəsi -
şüurun həqiqi, mənəvi azadlığa qayıtmasındadır. Texnikanın inkarı ideyası
Frankfurt məktəbinin sosial fəlsəfə nümayəndələri tərəfindən irəli sürülüb.
Onlara görə həqiqi insan mövcudluğu – təbiət ilə ünsiyyətdə olmaqdır, təbiətin
və insnın durmadan ram edilməsi deyildir. Tənqiddən kənara çıxmayan
frankfurtçular utopiya həddlərinə qalmışdılar. Məsələn, H.Markuze hesab edirdi
ki, müasir texnika və istehsal həyatın instinklərinə uyğunlaşmalıdırlar.
A.Qelen və Y.Habermas məsələnin həllini liberal burjua demokratiyasının
təkmilləşməsində görürdülər. “ Texniki determinizm ” nümayəndələri isə (
məs,X.Şeleki )hesab edirdilər ki, elmi – texniki tərəqqi prossesini
humanistləşdirmək cəhdləri əbəsdi; yalniz elim – texniki tərəqqinin rasional
qüvvəsi sosial fəallıqdakı irrosional, dağıdıcı meyllərə son qoya bilər.
Frankfurt məktəbinin digər
nümayəndəsi T. Adorno cəmiyyətdə texnikanın rolunun belə səciyyələndirir: “
Müasir texnikanın insanlara fayda və ya zərər gətiriməsi nə texniklərdən nə də
texnikanın özündən asılıdır; əsas məsələ - onun cəmiyyət tərəfindən necə
istfadə olunması, cəmiyyətin obyektiv strukturların insan ləyaqətinə
cavab verib verməməsi məsələsidi ”.
Qeyd etdiyimiz kimi,
texnikanın fəlsəfi problemləri Qərbdə yüz ildir ki, öyrənilir. Almaniyada,
digər ölkələrdə texnikanın fəlsəfi problemləri beş istqamət üzrə öyrənilir:
texniki elmlər. Eksiztensializm, sosial antropolgiya, Frankfurt məktəbinin
tənqidi nəzəriyyəsi, texnika. təbiət və cəmiyyətin qarşılıqlı əlaqəsinin etik
problemləri. Fransada bu problemin basqa tərəfi – texnika və mədəniyyət,
texnika və əmək, əməyin ekzistensial təhlili, texnikanın inkişafının
epistemoloji problemləri də öyrənilir. Ümumiyyətlə, cəmiyyətin inkişafında
texnika bir paradoksal ( həll olunmaz ziddiyyətlərin vəhdəti ) vəziyyət
yaratdı: texnika həm insanın mövcudluğunun əsası, həm də təbii mühitə, insan
mənəviyyatına, onun fiziki varlığına qarşı çıxan dağıdıcı qüvvə kimi çıxış
edir.
Beləliklə, nikbinlik
baxımından texnikanın rolunu qiymətləndirmək cəhdləri əhəmiyyətsiz olub, sosial
tərqqiyə inam şübhə ilə əvəz olunub, “ Alternativ ” mədəniyyət və aləmlər
yaratmaq cəhdləri göstərilsə də, ( E. Fromm, H.Markuze, O. Ulrix və basqa. ),
onlar sosial səviyyəsində olaraq qalır. Bununla belə Qərbdə bu çətin problemi
həll etmək ümidin itirməyiblər. Elmi – texniki tərəqqini idarə edən sosial
mexanizmləri təkmilləşdirmək zərurətini başa düşən tədqiqatçılar idarəetmə
sahəsində otuz ilə yaxındır ki, “ texnikanın qiymətləndirilməsi ” hərəkatını
yaradıblar. Əsas məqsəd elmi- texniki tərəqqinin nəaliyyətləri və nəticələrinin
müxtəlif, bəzən ziddiyətli mövqelərdən qiymətləndirilməsini aradan
qaldırmaqdır. Texniki inkişafın qeyri – müəyyənliyi artdıqca, bütöv, çox
mürəkkəb texniki sistemlər üzərində nəzarət məsələsinin əhəmiyyəti də artdı.
Texnikanın beynəlxalq səviyyədə idarə olunması problemi də meydana gəldi.
Texnikanın qiymətləndirilməsi
sisteminin özü də sosial xarakter daşımalıdır; bəzən hökumətlər və dövlətlər
texniki qərarların qəbul olunmasında ictimai rəyi nəzərə almağa məcbur olurlar.
Məsələn, 1942 –ci ildə ABŞ konqresində texnikanın qiymətləndirilməsi üzrə idarə
yaradılır. Belə təşkilatlar inkişaf etmiş ölkələrdə də yaradılır və fəaliyyət
göstərirlər. Bu təşkilatlar elmi – texniki tərəqqinin bütün mümkün nəticələrini
öyrənir və proqnozlaşdırır ( əsasən ekoloji, sosial, sosiol – psixoloji və
siyasi nəticələrini ). Real təsiri yalnız siyasi hakimiyyət, qanunların köməyi
ilə əldə etmək olar. Belə təşkilatların fəaliyyəti bir qədər utopik xarakter
daşıyır ( F. Rapp, Berlin ).
Qeyd etdiyimiz kimi, ABŞ – da
idarəetmə problemlərinin həlli məcrasında bir sıra məsələlər – texnika və
dəyərlər, texnikanın qiymətləndirilməsi, texnikanın sosial məsələləri,
hermenevtika və ekzistensializm baxımından texnikanin inkişafı və s. məsələlər
öyrənilir.
Fransa tədqiqatçısı J. Ellül “
texniki determenizm ” prinsipini tənqid edərək, elə bir “ müstəqil ” sosial və
siyasi qruplar yaratmağı təklif edir ki, onlar, şüurlu şəkildə texniki
sivilizasiyanın nemətlərindən imtina etsin, texniki xaosa qarşı çıxa biləcək
avtonom mədəniyyət yaratsın ( o cümlədən, fəlsəfə, incəsənət, ənənə, ailə və
şəxsi həyat formalarını və s. ).İctimai münasibətlərin antihumanist xarakteri,
texnika və istehsalın üzərində rasional, təsiredici nəzarəti heçə endirə bilir.
O, göstərir ki, insan bir tərəfdən insan cəmiyyətinin təşkili və
fəaliyyətindəki, digər tərəfdən isə texnikanın özündə ( o da insan təbiətindəki
qüsur və nöqsanların üzündən ) olan nöqsanlardan irəli gələn çətinliklərin
aradan qaldırılması yollarını hələ ki, utopik quraşdırmalarda axtarır. Ellül
dövlət texnika sahəsində əsl inqilab etməyə çağırır. Onun fikrincə, bunun üçün
aşağıdakıları həyata keçirmək tələb olunur:
1. Qərb, öz
istehsal sahələrində yenidənqurma apararaq, üçüncü dünyaya tam təmənnasız
köməklik göstərməlidir;
2. Hərbi
qüvvədən, ümumiyyətlə, təzyiq vasitələrindən imtina etmək, mərkəzləşdirilmiş,
dövlət aparatını ləğv etmək ( kiçik istehal vahidlərini yaratmaq, kiçik enerji
mənbələri, çevik metodika, həyat üslubu və tərzinin müxtəlifliyini təmin etmək,
həyat keyfiyyətini yaxşılaşdırmaq ) ;
3. İnsan
qabiliyyətini üzə çıxarmaq. Məşğuliyyət növlərini artırmaq ( milli
mədəniyyətlərin çiçəklənməsi, azsaylı xalqların mədəni muxtariyyət şəklində
inkişafı üçün bütün şəraitin yaradılması ) ;
4. İş
vaxtının ixtisarı ( bunun hesabına insan daha çox asudə vaxtında öz mənzilinə,
mühitə, xırda iş sahələrinə diqqətini artıracaq; bəlkə 2 saat işləmək kifayət
olacaq );
5. Tərəqqi,
istehsal olunmuş sərvətlərlə yox, qənaət edilmiş insan əməyi və vaxtı ilə
ölçülür, işdən sonra adamlara maaş yox, ümumi məhsuldan müəyyən miqdarda
ayrılmalıdır ( bərabər şəkildə )
Sosial proseslərə çoxsaylı,
çoxcəhətli təsir gostərən texniki mutasiyaları (əsaslı dəyişikliklər)
öyrənənlərdən D.Belli, X.Skolimovski-ni, C.Qrantı, O.Toffleri də göstərmək
olar.
Toffler, istehsal və
istehlakın kütləviləşmə dövrünün tükənməsi vaxtının gəlib çatdığını göstərir,
yeni texnologiyaya uyğun informasiya cəmiyyətin yaranmasından söhbət açır. Onu
daha çox düşündürən bu yeni sivilizasiyada milyonlarla, hətta milliardlarla
insanlar üçün yerin tapılıb-tapılmaması məsələsidir. Söhbət irqi, etnik, milli
və dini mənsu-biyyətinə görə zülmə, təqiblərə, irqi ayrı seçkiliyə məruz qalan
insan-lardan gedir. Bu məsələnin həllini O.Toffler iqtisadi çevrilişin
nəticələ-rinin yayılma sürətinin artırılmasında görür. Mədəniyyət-əməyə, kişi
və qadınlara, millətlərə, asudə vaxta, nüfuza və s. – tamam yeni münasibət
tələb edir. İqtisadiyyat yeni simvol, obraz, abstraksiyalar işlətməyi, mən-tiqi
düşüncə və təfəkkürü əldə etməyi tələb edir. Əsasən inkişaf olunmalı sahələr –
dərk etmək bacarığı və təhsildir. İnsan yeni şərait də uyğunlaşmağı bacarmalı,
onu öyrənib qiymətləndirməli, bir neçə sahəni mükəmməl bilib, öz fərdiliyi və
təşəbbüskarlığını ifadə etməyi bacar-malıdır. Toffer bura daha bir prosesi
əlavə edir : azsaylı millət və xalqlar belə şəraitdə öz
tarixini bərpa etməklə, öz itirilmiş ləyaqətini bərpa edirlər (keçmişi öyrənib,
özündə güc və qüvvə tapmaq üçün) .
|