2.Sosial fəlsəfə cəmiyyətdə baş verən hadisələri
öyrənən elmdir.Sosial fəlsəfə cəmiyyətdə baş verən proseslərin
məntiqi gedişini öyrənərkən aşağıdakı prinsiplərə əsaslanır: birinci - sosial
determinizm (sosial hadisələr arasında səbəb-nəticə və qanunauyğun əlaqələrin
hərtərəfli nəzərə alınmasıdır), ikinci – tarixilik prinsipi (ictimai həyatı
dəyişilmə və dinamikada götürmək), üçüncü – varislik prinsipi (mühavizəkar və
novator tərəflərin ayırd edilməsi), 4-cü – sosial ziddiyyətlərin aşkarı və
onlara ictimai hadisə və proseslərin inkişaf mənbəyi kimi yanaşılması.
Sosial fəlsəfə ilə cəmiyyəti öyrənən digər elmlər
bir-birilə sıx qarşılıqlı təsirdə fəaliyyət göstərirlər. Belə ki, sosial
fəlsəfə ən yüksək səviyyədə ümumiləşdirmələr aparır və öz müddəalarını daha
mücərrəd formada ifadə edir. O, cəmiyyətin ən ümumi inkişaf
qanunauyğunluqlarını və meyllərini öyrənir. Buna görə də o, konkret ictimai
elmlərə (iqtisadiyyat, sosialogiya. Politalogiya, tarix, hüquq, statiskia və
s.) münasibətdə ümumi metodologiya rolunu oynayır. Sonra, sosial fəlsəfə
cəmiyyətin inkişafının, bütövlükdə tarixi prosesin ümumi nəzəriyyəsi olduğu
üçün ayrı-ayrı ictimai elmlər öz konkret tədqiqat obyektlərinə dair
konsepsiyalar işləyib hazırlayarkən ona arxalanırlar. Deyilənlər sübut edir
ki, sosial fəlsəfə konkret ictimai elmlər üçün mühüm əhəmiyyətə malikdir.
Lakin nəzərdə tutulmalıdır ki, sosial fəlsəfə ilə həmin elmlərin əlaqələri
birtərəfli dyeildir. Başqa sözlər ayrı-ayrı ictimai elmlər də öz növbəsində
sosial fəlsəfəyə güclü təsir göstərir. Bu onda ifadə olunur ki, sosial
fəlsəfə həmin elmlərin əldə etdiyi konkret sahələrə dair elmi məlumatları
ümumiləşdirir və buna əsaslanmaqla özü də inkişaf edir.
Digər ictimai və humanitar fənlər ilə sosial
fəlsəfənin ümumiliyi bundadır ki, o da insanların sosial dünyasını öyrənir.
Bu dünyaya dil, elm, hüquq, etika, əxlaq və davranışlar, əmək alətlərinin
təkmilləşməsi səviyyəsi, insanların fəaliyyəti üsulları və təşkilatları
daxildir. Lakin cəmiyyəti öyrənən konkret elmlər yuxarıda göstərilən
tərəflərdən birini və ya bir neçəsini tədqiq etməklə məhdudlaşır. Sosial
fəlsəfənin spesifikliyi bundadır ki, o, cəmiyyəti bütöv bir tam kimi götürür,
onun ümumnəzəri modelini yaradır.
Sosial fəlsəfənin ümumilikdə fəlsəfə ilə
münasibəti tək ilə ümumi arasındakı münasibət kimidir. Başqa sözlə, sosial
fəlsəfədə ümumi fəlsəfi müddüəlar cəmiyyətin həyatına münasibətdə konkret
formada çıxış edir.
Sosial idrak hər bir tarixi dövr mədəniyyətə xas
olan məna və məzmunları xüsusi idela obyekt şəklində öyrənir. Onların daxili
münasibətlərini sistemləşdirir. Nəticədə yeni biliklər əmələ gəlir ki, bu da
insanın dünyanı qavraması və anlamasında daha geniş imkanlar yaradır.
Sosial fəlsəfə iki, bir-birilə əlaqəli qütbləri
birləşdirir: mədəniyyətin mövcud mənəvi strukturlarının rasional düşünülməsi
və insan tərəfindən ətraf aləmin yeni şəkildə mümkün dərkinin
layihələndirilməsi.
Sosial fəlsəfənin vəzifəsi təkcə insanların
dünyagörüşünü öyrənməklə bitmir. Bu elm həm də onların dünyagörüşünün
formalaşmasında çox mühüm rol oynayır. Sosial fəlsəfə sistemləri biri
digərini əvəz etdikcə sosial varlıq haqqındakı təsəvvülər də dəyişir, yeni
idealar, prinsip və kateqoriyalar meydana gəlir, sosial elmlərin
diferensiasiyası və inteqrasiya prosesləri dərinləşir.
Sosial fəlsəfənin obyekti sosial məkan və
zamandırsa, onun subyekti insan və cəmiyyətdir, hər bir elm kimi onun da
kateqoriyal aparatı subyekt və obyektin məzmunu ilə müəyyən edilir; tarixi –
mədəni inkişafın hər mərhələsində dəyişir.
Sosial fəlsəfə bir elm kimi digər sosial elmlərin
metodoloji əsasını təşkil edir. Daha sıx əlaqədə olduğu sosialogiya, tarix,
mədəniyyətşünaslıq, sosial psixalogiya, politalogiya, iqtisadiyyat
nəzəriyyəsi elmlərin inkişafı sosial fəlsəfəyə mühüm təsir göstərir. Burada
qnoseoloji, sosioloji, aksioloji və praksioloji bölmələri göstərmək olar.
Fəlsəfə tarixində, xüsusilə XX əsrdə sosial fəlsəfə və digər ictimai elmlərin
qarşılıqlı təsirinə müxtəlif yanaşmalar olmuşdur. Tədqiqatçılar, xüsusi
olaraq bu elmin inkişafında subyektiv amilin roluna daha çox diqqət
yetirirlər. Məsələn, M.Veber özünün “Sosialoji və iqtisadi elmlərdə
qiymətvermədən azad olmanın mahiyyəti” əsərində qiymətvermə dedikdə hər hansı
bir hadisənin bəyənilməsi və ya pislənilməsini nəzərdə tutrdu. O, bu məsələni
araşdırarkən bir neçə yanaşmanı müəyyən edir:
a) Məntiqi təhlilin qaydalarına tabe olan emprik
problemləri – praktiki, etik mövqeyini bildirən qiymətvermələrdən
fərqləndirmək lazımdır
b)
Qiymətləndirmə, qiymətvermə mümkün qədər tədrisdən çıxarılmalıdır.
Veber sonuncu fikirlə razılaşır, buna bürokratik
yanaşma deyir. O, göstərirdi ki, müəllim öz intelektual vicdanının tələbinə
görə mühazirəsinin məntiqi dəlilləri və praktiki qiymətverməni bir-birindən
fərqləndirməli və dinləyicilərə bu şəkildə çatdırmalıdır. Onun fikrincə
kafedra (kürsü) arxasında duran hər bir alimin öz şəxsi mövqeyini
dinləyicilərə peşəkarlıq kimi təqdim etməsi və onlara bunu zorla qəbul
etdirməsi dözülməz haldır. Professor öz şəxsi ideallarının tətbiqi üçün başqa
vasitələrdən (məs., mətbuatdan) istifadə edə bilər. Auditoriyada isə onun
vəzifəsi:
1) Peşəsini sevmək.
2) Faktların tədqiqi və onların
qiymətləndirilməsi proseslərini bir-birindən ayırmaq.
3) Elmi problemi tətbiq edərkən öz zövqünün
tələbatlarını cilovlamaqdır.
Veber bu təhlili yekunlaşdıraraq belə qənaətə
gəlir ki, hər bir tədqiqatçı iki zəruri problemi həll etməlidir:
1) Emprik faktların müəyyən edilməsi
2)
Şəxsi mövqenin formalaşdırılması
Şübhəsiz bunu sosial fəlsəfəyə də aid etmək
lazımdır. Sosialoji tədqiqat obyektlərində subyektiv amilin müəyyən dərəcədə
nəzərə alınmasını R.Aron da qeyd etmişdi. Subyektiv amil – insan fəaliyyətini
müəyyən edən arzu, istək və mənafelərdən ibarətdir. Aronun fikrincə sosial tədqiqatın
başlıca vəzifəsi bu subyektiv faktorun açıqlanmasıdır. Özü də bu işdə təbiət
elmlərinin metod və vasitələrindən istifadə etməməlidir, çünki subyektiv amil
– tarixi prosesin real subyekti şəklində çıxış edən insan fəaliyyətinin
subyektin meyl, etiqad, arzu və istəklərinin gerçəkləşməsidir.
R.Aronun fikrincə cəmiyyət və onun tarixinin
öyrənilməsi elmi – tədqiqat, dərketmə sahəsi yox, mənəvi şüurun fəaliyyəti
sahəsidir. O, göstərirdi ki, tarix subyektiv elmdir, çünki burada hadisələr
“xalis hadisə” kimi yox, tarixçi tərəfindən yaradılmış, quraşdırılmış
hadisələr kimi başa düşülür.
Z.Bauman (Böyük Britaniya) fəlsəfə və
sosialogiyanın qarşılıqlı əlaqəsini çayın axarındakı iki burulğana oxşadır.
Eyni materiya daim buradan keçir, burulğan yalnız vasitəçi rolunu oynayır.
Müəyyən mənada bu iki ənənəvi cərəyanlar arasında ciddi sərhəd yoxdur və
olmayıb da. Bunu Z.Bauman onda görürdü ki, hər iki elm hələ kifayət
qədər öz daxilində inteqrasiya dövrünü keçməyib. Həm sosialogiya, həm də
fəlsəfənin daxilində parçalanma prosesi gedir. Bunun səbəbi münasibətlərin,
nöteyi-nəzərlərin, düşüncə tərzinin müxtəlifliyi (dövrdən-dövrə dəyişilməsi),
həm də tədqiqatçıların mövqelərinin eyni olmamasıdır. Z.Bauman fəlsəfi və
sosialoji praktikada iki yanaşmanı qeyd edir: biri “qanunverici”, digəri isə
“interpretasiya edən” (yozan) yanaşmalardır. Kant qeyd edir ki, ( “Xalis
ağılın tənqidi” əsərində), “filosof – konsepsiyalardan istifadə edən rəssam
yox, insan ağılının işlətmək qaydalarını müəyyən edən qanunvericidir”.
Filosof əbədi dəyişilməz qanunlara uyğun əsaslandırılmış tələblərin
təminatını verə biləcək tribunanı yaratmalıdır. Hər bir insan şüurunda
qanunverici hakimiyyət ideyası yaşayır, filosof da bundan istifadə edərək
ağılın ali məqsədlərini müdafiə etməlidir.
Kant hesab edirdi ki, fəlsəfə qanunverici
hakimiyyətin başında olmağa məcburdur. Hamıya aid olan biliklər
transsendental səviyyə qaldırılmalıdır. “Ağıl tələb edir ki, biliklərimiz
mənasız və qarışıq qalmasın, dərketmə sistemli xarakter daşısın”. Belə biliyi
(rəy və inancdan fərqlənən) yalnız filosof yarada bilər. Bu mənada
metofizikanın özü insan ağlının mədəni təcəssümü olaraq, təfəkkürün ahəngdar
kamilliyini yaratmalıdır. Fəlsəfənin tutduğu ali vəzifə ona ali nüfuz və
mənanı təmin edir. O, öz vəzifəsini yerinə yetirərək elmdə qayda-qanunu,
ahəngdarlığı, əmin-amanlğı yaradır ki, nəticədə onun bəhrəsi ən ali mümkün
məqsədə yönəldilsin – bu da bütün insanların səadətidir. Bu ifadədə Kant
ənənəyə sadiq olaraq (Platon, Sokrat və başqaları da filosof vəzifəsini digər
insanları qorumaq, onların qeydinə qalmaqda görürdülər) göstərirdi ki, bizim
filosofların vəzifəsi elə bir ali biliyə nail olmaqdır ki, hər bir kəs bu
biliyi mənimsəsin və xoşbəxt olsun.
Dekart isə özünün “Ağılı idarə etmək qaydaları”
əsərində yazırdı ki, həqiqət çoxlarına yox bəzilərinə qismət olur. Filosofu
ucaldan, kütlədən ayıran elə həqiqət biliyidir ki, o, başqa cılız bilikərə
qarşı onda imunitet yarada bilir. Filosofun vəzifəsi hakimlik etmək və ağlın
qanunlarını yaymaqdır. Biz bunu etməsək insan nəsli heç vaxt xoşbəxt ola
bilməz, yalnız filosof yalan və doğrunu, xeyir və şəri, haqq və nahaqqı
fərqləndirə bilər, yeganə hakim də odur. Metofizika – kraliçadır, onun idarə
üsulunda ehkamçılıq despotizmi yaransa belə, başqa çıxış yolu yoxdur. İnsan
cəmiyyəti yalnız bu yolla çıxış edə bilər. Metofizikanın başlıca vəzifəsi
ağlı tənqid etməkdir. Z.Bauman qeyd edir ki, çox vaxt filosofların bu mövqeyi
mövcud şərait hakim dairələrə onların yaxınlığı ilə izah olunur. Sonrakı
dövrdə XIX – XX əsrlərdə fəlsəfə məhz belə ideaların təsiri altında
formalaşmışdır. R.Rorti, Z.Bauman hesab edirlər ki, elə fəlsəfənin özü
əslində müasir yaranmaqda olan dövlətin əsasını təşkil edir.
Z.Bauman Marks və Engelsin də mövqelərinə
müraciət edir. Marks və Engels yazırdılar ki, “dövlət və sosial struktur daim
konkret fərdlərin həyati proseslərindən əmələ gəlir, bu zaman fərdlər
başqalarının və özünün təsəvvüründə olduğu kimi götürülür, nəticədə siyasi
praktikada ictimai rəy və arzuların yalnış şüurun ifadəs” kimi
qiymətləndirilməsinə, ierarxiyadan (strukturdan) kənarda olan hər bir ifadəyə
son qoyulur. Dürkheym isə tələb edirdi ki, “sosioloqların beyni yeni bir elm
sahəsini öyrənən fizik, kimyaçı və fizioloqun beyninə oxşasın”. Sosioloq
“sosial aləmə müdaxilə edəndə başa düşməlidir ki, naməlum sahəyə daxil olur.
O duymalıdır ki, öyrəndiyi faktlar haqqındaki qanunlar həyatın digər
sahələrindəki qanunlar qədər gizli və naməlumdur”. Dürkheym qeyd edirdi ki,
biz hər hansı bir hərəkətimizin həqiqi təbiəti haqqında çox çətin və müəmmalı
təsəvvürə malikik.
Onun fikrincə sosialoji praktikanın elmliyini
təmin etmək üçün qeyri tədqiqatlarda peşəkar fikirlər və rəylərə yer
verilməməlidir; peşəkarlıq nüfuzunu yüksək saxlamaq lazımdır; həqiqət
haqqında yalnız peşəkar danışa bilər.
M.Veber də sosioloqun mövqeyini müdafiə edərək
qeyri – peşəkar biliyin dəyərini çox aşağı qiymətləndirirdi. O, rasional
fəaliyyətin xalis tipinin quraşdırılması prosedurasını sosioloqun vəzifəsi
kimi qeyd edirdi.
Bauman sosioloji və fəlsəfi biliyin
formalaşmasında başqa təmayülü – interpretasiya edən ağılın strategiyasından
da yazır. Bu mövqenin nümayəndələri belə bir fikri qəbul edirlər ki, hər
hansı bir obyektin tədqiqi bu obyektin dəyişilməsinə səbəb olsa da, yadda
saxlamaq lazımdır ki, onun ilkin forması heç də köhnəlməyib, yaşamaq hüququnu
itirməyib. Qanunverici yanaşma monoloqa bənzəyirsə, belə yanaşma dialoqa
bənzəyir. Bu cərəyanın strategiyasını işələyib hazırlayanlar – Freyd,
Haydegger, Vitgenşteyn, Qadamer, Rikkert və Derrida olublar, davamçısı isə
Riçard Rortirdir. Burada ən çox gözə çarpan ənənə hermenevtikadır.
Hermenevtika əvvəldən axıradək interpretasiya ilə bağlıdır, lakin sonuncu
onunla bitmir.
|