SEN-JERMEN SÜLH MÜQAVILƏSI (1919)
Avstriya-Macarıstanın
hər iki hissəsi ilə aparılan sülh danışıqları onların hər biri ilə
ayrı-ayrılıqda müqavilələrin imzalanması ilə nəticələndi. Avstriya ilə
razılaşma 1919-cu il sentyabr ayının 10-da Paris ətrafındakı Sen-Jermendə
imzalandı. Bu razılaşmaya əsasən Avstriya Cənubi Tirolu və İstriyanı İtaliyaya
verdi. Bundan başqa onun ərazilərinin böyük hissəsi yeni qurulan üç dövlət -
Çexoslovakiya, Polşa və Serb, Xorvat, Sloven Krallığı (sonralar Yuqoslaviya)
arasında bölüşdürüldü. Krallıq həm də Avstriyadan Dalmasiyanı, Qərbi Kraynanın
bir hissəsini, Karantiyanı və Ştiriyanı aldı.
Çexoslovakiyaya
verilən ərazilərdə əsasən avstriyalılar məskunlaşmışdı. Ümumilikdə xüsusilə
Sudet vilayətində yaşayan əhali də daxil olmaqla Çexoslovakiya ərazində 3
milyondan çox alman dilli əhali oldu. Çexoslovakiya eləcə də keçmiş Avstriya
əyalətləri olan Bogemiya və Moraviyaya bütünlüklə, Sileziyaya isə qismən sahib
çıxdı.
Avstriyaya
Almaniyayla birləşmək qadağan olundu. Sen-Jermen müqaviləsinin 88-ci bəndi nə
vaxtsa anşlüsün mümkünlüyünü istisna edirdi.
Avstriya
ordusunun sayı 30 min əsgərlə məhdudlaşdırıldı. Bundan başqa Avstriya
Respublikasına ağır silahlar və aviasiya saxlamaq qadağan olundu, dəniz və
Dunay donanması onun əlindən alınıb müttəfiqlərə verildi.
Avstriya
I Dünya müharibəsinə görə cavabdeh sayılsa da, dəyən ziyanın dəqiq həcmini
ölçmək mümkün olmadığına görə o təzminat ödəməkdən faktiki azad edildi. 1922-ci
ildə isə Avstriyanın təzminat ödəməsi məsələsi birdəfəlik təxirə salındı.
Bu
müqavilədən sonra Avstriya əhalisinin sayı 6 420 000 nəfər, ərazisi əsasən
dağlıq olan kiçik dövlətə çevrildi. Ölkə əhalisinin 1/3-i Avstriya paytaxtı
Venada yaşayırdı.
|