İKINCI DÜNYA
MÜHARIBƏSI
İkinci Dünya
Müharibəsi 1939-cu il sentyabrın 1-də almanların Polşaya hücumu ilə başladı.
Növbəti illərdə müharibə daha geniş miqyas alaraq, demək olar ki, bütün ölkə və
kontinentləri əhatə etməyə başladı. 2 sentyabr 1945-ci il tarixində sona yetən
müharibə özü ilə zülm, 10 milyonlarla insanın ölümünə səbəb oldu: döyüş
meydanlarında, əsirlikdə, konslagerlərdə 27 milyon hərbi xidmətçinin həyatı
sona yetmişdi. Bundan başqa müharibə 25 milyona yaxın dinc əhalinin
həyatına qəsd eləmişdi. Bu müharibə dünya siyasətinin dönüm nöqtəsi oldu. Dünya
arenasında qüvvələrin yeni paylaşması meydana çıxdı. Təkcə Almaniya və Yaponiya yox, həmçinin koalisiyanın tərkibinə daxil
olan İngiltərə və Fransa da öz beynəlxalq mahiyyətini itirdi. Müharibədən sonra
avtoritet mövqeyini bərpa edən ABŞ dünyada aparıcı ölkələrin başında dururdu.
Almaniya qarşı müttəfiq olan SSRİ və ABŞ müharibədən sonra 50 ilə qədər davam
edən “Soyuq müharibə”yə
başladılar. İkinci Dünya Müharibəsi milyonlarla Avropa yəhudisi üçün əsl
faciəyə döndü. Belə ki, öz irqi üstünlük nəzəriyyəsini reallaşdıran almanlar 6
milyon yəhudinin həyatına son qoydular. İkinci dünya müharibəsinin xroniki
ardıcıllıqda davam tarixi aşağıdakı kimidir: 1937 –ci il 7
iyul tarixində aqressiv yönələnmiş Yaponiyanın hakim qüvvələri müharibəyə təkan
vermək məqsədilə Çin və Yaponiya arasında atışmalara başladırlar.
1938
- 15 iyul-10 avqust --- Xasan gölü ərazisində Sovet-yapon silahlı
qarşıdurması yarandı.
1939
- 23 avqust ---Moskvada Almaniya və SSRİ arasında hücum etməmə
haqqında saziş imzalandı. Məhz həmin bu saziş Almaniyanın Polşanı işğalını
asanlaşdıran addım oldu.
- 1 sentyabr--- Polşaya hücum olundu İkinci dünya
müharibəsi başlandı.
- 3 sentyabr ---İngiltərə və Fransa Almaniyaya
müharibə elan elədilər.
- 5
sentyabr ---ABŞ öz neytrallığını elan etdi.
- 17
sentyabr ---Sovet qoşunları Polşaya daxil oldular.
- 27
sentyabr ---Varşavanın kapitulyasiya olunması və almanların Polşaya
yürüşünün başa çatması.
- 12
oktyabr ---Almaniyadan Polşaya yəhudilərin köçürülməsi. Təhlükəsizlik
polisinin əmrii ilə 2 həftə sonra yəhudilər fərqləndirmə nişanı kimi sarı
ulduz taxmağa başladılar.
- 8
noyabr--- Münxendə uğursuz sui-qəsd.
- 30
noyabr ---SSRİ Finlandiyaya müharibə elan edir.
1940
- 15
mart ---Sovet-fin müharibəsi sona yetir.
- 9
aprel--- Alman qoşunları elan etmədən Danimarka və Norveçə soxuldular.
- 10
aprel ---Sovet qoşunları tərəfindən pribaltika respublikalarının
tutulması.
- 22
iyun ---Fransanın kapitulyasiyasına dair akt imzalandı.
- 13
avqust ---Alman aviasiyası Böyük Britaniyanı bombardman etməyə başladı.
- 23
sentyabr ---İtaliya Şərqi Afrikaya yürüş etdi.
- 27
sentyabr ---Almaniya, Yaponiya və İtaliya arasında Üçlük hərbi sazişi
bağlanır.
- 2
noyabr ---ABŞ prezidenti Franklin Ruzvelt bütün ölkələrə aqressorlarla
mübarizədə kömək təklif elədi.
- 20
noyabr Macarıstan “Üçlüyə” daxil olur.
1941
- 1 mart Almaniya təzyiqi ilə Bolqariya da “Üçlüyə” daxil olur.
- 6 aprel Alman hərbi qüvvələri Yuqoslaviya və Yunanıstana
soxulur.
- 9
aprel Britaniya aviasiyası Berlini bombardman edir.
- 1
iyun İngiltərə ordusu Bağdada soxulur və Livan və Suriyaya hücum edir.
- 16
iyun ---ABŞ hakimiyyəti öz ərazisində yerləşən bütün Almaniya
səfirliklərinin bağlanmasını tələb edir.
- 22
iyun--- Almaniya SSRİ-yə qarşı elan edilməmiş müharibəyə başlayır. Burda
onun müttəfiqləri Rumıniya, Macarıstan, Slovakiya, İtaliya və
Finlandiyadır.
- 12
iyul--- Almaniya qarşı sovet-ingilis birliyinə dair saziş imzalanmışdır.
- 11
sentyabr--- Amerika dəniz hərbi qüvvələri ABŞ su sərhədlərinə daxil
olduqları halda Almaniya gəmilərinə hücum etmək əmrini alır.
- 30
sentyabr ---Faşistlər Moskvaya hücuma başladılar.
- 5
dekabr ---Sovet qoşunları Moskva ətrafındakı faşistlərə əks-hücum edərək,
onları 250 kilometrədəkdək uzaqlaşdırmağa müvəffəq oldular. Böyük
Britaniya Finlandiya, Macarıstan və
Rumıniyaya müharibə elan etdi.
- 7
dekabr--- Yaponlar Amerikanın Havay adalarında yerləşən Prel Harbor hərbi
dəniz limanına hücum edərək, elan edilməmiş müharibəyə başladılar.
- 11
dekabr ---Çin Almaniya və İtaliyaya müharibə elan etdi.
- 20
dekabr ---Hitler vətəndaşlarına müraciət edərək, könüllü olaraq, Şərq
cəbhəsindəki qoşunlar üçün isti geyim təmin etməyi xahiş etdi.
1942
- 1 yanvar Vaşinqtonda 26 ölkə “Üçlüy”ə daxil olan ölkələrlə heç
bir sahədə əməkdaşlıq etməmək haqqında saziş imzalandı.
- 20 yanvar Berlində “Vanzey konfransı”.
Yüksək rütbəli faşist məmurları “yəhudi problemini kökündən həll etməy”ə
dair müzakirələr apardılar.
- 18
aprel ABŞ hava qüvvələri Tokionu havadan bombaladı.
- 24
aprel Alman hava qüvvələri ingilis tarixi və mədəni obyektlərini hətta
həmin obyektlərin hərbi məqsədi olmasa da bombalanması əmrini aldı.
- 13
sentyabr Stalinqrad uğrunda döyüşlər başlandı.
- 2
dekabr Çikaqoda yer üzündə ilk nüvə reaktoru fəaliyyətə başladı. Bu
reaktorun yaradıcılarından biri də İtaliyadan emiqrasiya etmiş fizik
Enriko Fermi idi.
1943
- Kasablankada Ruzvelt və Çerçilin iştirakıyla konfrans açıldı. Amerika
və İngiltərə birgə strateji fəaliyyət haqqında və Şimali Afrikada 2 iri
miqyaslı operasiya haqqında razılığa gəldilər.
- 31
yanvar- 2 fevral --- Stalinqrad döyüşü sona yetir.
- 19
Aprel Varşavada 56 min yəhudi qətlə yetirilirdi
- 13
mart Şimali Afrikada bütün alman-italyan qoşunları ingilislər tərəfindən
hərtərəfli mühasirəyə alınaraq təslim edildi.
- 5
iyul-23 avqust Kurskda vuruşmalar. Bu vuruşmalar sovet-alman qoşunlarının
cəbhədəki vəziyyətini dəyişməsi yolunda həlledici oldu.
- 10
iyun Sovet qoşunları Sisiliyadadır. İtaliya krali Viktor Emmanuel
Mussolinin düşmənləri arasında əlaqə axtarır.
- 24
iyul İngilis aviasiyası Hamburqu fosforlu bombalarla bombardman edir.
Nəticə şəhərin yarısı darmadağın edilmiş, 30 min adamın həyatına son
qoyulmuşdur.
- 25
iyul Benito Mussolinin yaxalanması və tutulması. İtaliya kralı Viktor
Emmanuel ölkədə yeni hakimiyyətin formalaşması uğrunda əhəmiyyətli
addımlar atır. 28 iyulda İtaliyanın faşist diktaturasından azad olunması
elan olunur.
- 13
oktyabr İtaliya Almaniyaya müharibə elan etdi.
- 28
noyabr İlk dəfə Stalin, Ruzvelt və Çerçilin birgə iştirak etdiyi Tehran konfransı
başlayır.
- 26
dekabr Ruzvelt və Çerçilin iştrak etdiyi Qahirə konfransı. Müttəfiqlərin
Türkiyəni Almaniyaya müharibə elan etməsi barədə uğursuz təklifləri.
1944
- 6 iyun Sovet qoşunları Normandiyaya daxil olur. İkinci frontun
açılması.
- 20 iyul Hitlerə qarşı təşkil olunmuş uğursuz sui-qəsd.
- 1 avqust Varşavada general Tadeuş Borkaevskinin başçılığı
altında faşist Almaniyasına qarşı üsyan başlayır. Hitler
Varşavanın yerlə bir edilməsi haqqında əmr verir. Üsyançıların SSRİ və
Böyük Britaniya tərəfindən dəstək haqqındakı ümidləri boşa çıxdı. Üsyanda
200 min polyak vəfat edir. 2 oktyabrda üsyan yatırıldı.
- 25
avqust ---- Rumıniya Almaniyaya müharibə elan edir.
- 19
sentyabr --- SSRİ və Finlandiya arasında müvəqqəti sülh sazişi imzalandı.
- 21
oktyabr Amerika qoşunları ilk dəfə olaraq, iri alman şəhərlərindən biri
olan Axeni aldılar.
- 31
dekabr --- Macarıstandakı yeni hökumət Almaniyaya müharibə elan etdi.
1945
- 27
yanvar --- Qızıl Ordu Osventsim konslagerini azad edir. Bu zaman orda 7
min əsir vardı. Osventsim fən böyük lagerlərdən biri olub faşist
vəhşiliyinin simvolu idi. Bu lagerdə əsirlikdə olanların sayı bir milyon üç
yüz milyondan çox idi. Onlardan doqquz yüz mini qaz kameralarında boğulmuş
və güllələnmişdir. İki yüz mini isə aclıq və xəstəlikdən, vəhşi
qaydalardan və müxtəlif ağlasığmaz tibbi ekspertlərdən vəfat etmişdir.
- 4
fevral --- Stalin, Çerçil, Ruzveltin iştirakı ilə Yalta konfransının açılışı. Müttəfiqlər
Yaponiyaya qarşı mübarizədə birlikdə olmaq haqqında razılığa gəldilər.
- 13-14
fevral Drezdenə hava hücumları edilir. Həlak olanların dəqiq sayı olmasa
da, 60-245 min arasında olduğu təxmin edilir.
- 2
mart Amerika qoşunları Reynə gəlirlər.
- 10
mart Tokyo
Amerika tərəfindən bombardman edilir. 80 min nəfər həlak olmuşdur.
- 12
aprel Franklin Ruzvelt vəfat edir. Prezidenti Harri Trumen əvəz edir.
- 16
aprel Sovet qoşunları Berlin
üzərinə yürüş edir. 25 aprel tarixində şəhər tamamilə mühasirəyə alınır.
- 25
aprel Amerikan və Sovet qoşunları Torqau şəhərində, Elba
yaxınlığında görüşürlər.
- 28
aprel Benito Mussoliini partizanlar tərəfindən güllələnir.
- 30
aprel --- Adolf Hitler intihar edir.
- 8
may Berlin
yaxınlığında, Karlsxortda imzalanan aktda Alman qoşunlarının
zərərsizləşdirilməsi və fəaliyyətinin dayandırılması şərti etiraza
baxılmadan irəli sürülmüşdür.
- 9
may SSRİ Berlinə daxil olur və II Dünya Müharibəsinin qələbə ilə başa
çatması.Faşizmin süqut etməsi.
- 16
iyul ABŞ-da Nyu- Meksiko səhrasında dünyada ilk dəfə nüvə silahı təcrübə
olunmuşdur.
- 17
iyul--- Stalin, Trumen, Çerçilin iştirakı ilə keçirilən Potsdam konfransında Almaniyanın gələcək
taleyi müzakirə olunur.
- 6
avqust -- ABŞ Xirosimaya atom bombası atır. 100 mindən çox adam vəfat
edir.
- 8
avqust--- SSRİ Yaponiyaya müharibə elan edir.
- 9
avqust --- ABŞ Naqasakiyə atom bombası atır. 36 mindən çox adamın həyatına
son qoylur.
- 14
avqust Yaponiya imperatoru Xiroxito kapitulyasiyanı qəbul etdiyini elan
edir.
- 2
sentyabr Tokioda Amerika gəmisi “Missuri”nin göyərtəsində Yaponiya
nümayəndələri qoşunlarını şərtsiz geri çəkmək haqqında akt imzaladılar.
- 14
noyabr Başlıca alman hərbi müqəssirlərin mühakimə olunması ilə əlaqədar
Nyunberq prosesinin başlanması.
HƏZI ASLANOV
Həzi Əhəd oğlu Aslanov (1910 - 1945) - Azərbaycanın qəhrəman oğlu, 2 dəfə
Sovet İttifaqı Qəhrəmanı, general-mayor.
Həyatı
Həzi Əhəd
oğlu Aslanov 1910-cu il yanvarın 22- də Lənkəran şəhərində anadan olub. Ibtidai
təhsilini şəhər 1 saylı orta məktabində alıb. 13 yaşında atasını itirən həzi
kərpic zavodunda fəhlə kimi işləməyə başlayıb, Sonra o komsomol putyovkası ilə
Zaqafqaziya hərbi hazırlıq məktabinə göndərilib. 1924-1930 illərdə Bakı və
Leninqrad hərbi məktəblərində oxumuşdur. 1929–cu ildə oranı bitirdikdən sonra
Leningrad suvari məktabinə daxil oldu. Iki illik təhsildən sora o Kotovsk adına
III Bessarabiya süvari diviziyasında bzvod komandiri kimi fəaliyyətə başlayır.
Hərb sənətinə möhkəm bağlanan həzi döyüş texnikası ilə yaxından maraqlanır, həm
öyrəir həm də öyrədirdi.
Ikinci dünya müharibəsi zamanı
Ikinci dünya
müharibəsi başlananda o Ukraynada xidmət edirdi. 1941-ci il
iyunun 23-nə keçən gecə alman zirehli qoşunları ilə qeyri bərabər döyüşdə həzi
özünü bacarıqli sərkərdə kimi göstərdi. O öz döyüşçüləri ilə Donbass ətrafında
düşmənin şiddətli hücümlarünü düz beş ay dəf etdi, onu ağır tələfata uğratdı.
1941-ci ilin dekabrında Moskva ətrafında vuruşmalarda qəhrəmənlığına görə
Qırmızı Ulduz ordeninə layiq görüldü. Xarkov və Stalinqrad ətrafında gedən
döyüşlərdə Həzinin başçılığı ilə 55-ci tank briqadasının tankçıları düşmənə
ağır zərbələr endirdilər. Aslanovun tankçıları vuruşa–vuruşa 40 km-dən artıq
yol gedib Stalinqrad Salsk dəmir yolunu tutub almanları Stalinqrad
qruplaşmasının əsas magistralından məhrum etdilər. Tanklar düşmənin xeyli
qüvvəsini və texnikasını sıradan çıxardılar.
Aslanovun döyüşçüləri Kotelnikovo yaxınlığında gedən
döyüşlərdə böyük şücaət göstərdilər. Düşmənin 30 əks-hücumu dəf etdilər, bir
batalyon piyada qoşunu , 30 tankı 50 avtomobili sıradan çıxartdılar. Bu döyüşdə
göstərdiyi şücaətə görə podpolkovnik H.Aslanov 1942 –ci il 22 dekabrda Sovet
Ittifaqı Qəhrəmanı adına layiq görüldü. O daim öz hərbi biliyini artırmağa səy
göstərirdi. 1943 cü il dekabrın 17-dən 1944-cü il aprelin 6-na kimi o Zirehli
tank qoşunları Akademiyasının birillik təhsil proqramını 3 aya mənimsədi. Sonra
o yenidən doğma 35-ci qvardiya tank briqadasına qayıtdı. 1944cü il 13 martda
ona tank qoşunları general mayoru adı verildi. 1944-cü il iyunun axırlarında
belorusiya və I Pribaltika cəbhəsinin qoşunları hücuma keçdilər. Belorusiyanın
iri şəhər və dəmiryollarını azad etdikdən sonra Aslanovun tankları Vilnüsə
hucumarı davam etdirdilər. Aslanovun briqadası iyunun24-dən iyulun 13-dək
düşmənə ağür zərbələr endirdi. Bu döyüşdəki qələbəyə görə 35-ci qvardiya tank
briqadası Qımızı bayraq ordeninə , general özü isə ikinci dərəcəli suvorov
ordeninə layiq görüldü.
1944-cü il
avqustun 1-də Aslanovun briqadası başqa ordu hissələri ilə birlikdə Yelqava
şəhərini düşməndən təmizlədilər. O Volqadan başlamış Baltikədək bütün
döyüşlərdə özünü bacarıqlı sərkərdə , fitri istedad sahibi kimi göstərmişdi.
Təkcə 1944-cü ilin hücum döyüşləri dövründə 8dəfə Ali Baş Komandanlıq
tərəfindən təşəkkür almışdır. Iki dəfə Qırmızı Ulduz, 3 dəfə Qırmızı bayraq , Aleksandr
Nevski, Ikinci dərəcəli Suvorov Ordeni, 1 –ci dərəcəli Vətən Müharbəsi ordeni
və saysız medallarla təltif edilmişdir.
Böyük Vətən
müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak edən kapitan Aslanov Moskva
ətrafındakı vuruşmalarda (1941) göstərdiyi igidliyə görə və komandanlığın
tapşırığını ləyaqətlə yerinə yetirdiyinə görə Həzi Aslanov Qırmızı Ulduz ordeni
ilə təltif edilmişdir. Aslanovun 55-ci əlahiddə tank polku feldmarşal
Manşteynin tank ordusunun darmadağın edilməsində xüsusi məharet göstərmişdir.
Həzi Aslanova
Sovet İttifaqı Qəhrəmanı adı vermək haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin
Fərmanında yazılmışdır ki, cəbhə komandanlığının döyüş tapşırığının nümunəvi
surətdə yerinə yetirdiyinə, bu işdə qəhrəmanlıq və şücaət göstərdiyinə, ona tabe
olan hissələrə bacarıqla və mətanətlə komandanlıq etdiyinə görə Həzi Əhəd oğlu
Aslanova Sovet İttifaqı Qəhrəmanı adı verilsin. Aslanovun polkuna isə qvardiya adı
verilmişdir. Aslanovun polku Rostov, Taqanroq şəhərlərinin azad olunmasında və
Kursk vuruşmasında fəal iştirak etmişdir. 1944 ildə Aslanovun 35-ci qvardiya
tank briqadası Belorusiyanı, Pribaltika respublikalarını azad etmək uğrundakı
vuruşmalarda xüsusilə fərqlənmişdi. Stalinqraddan Baltik sahillərinədək döyüş
yolu keçən Həzi Aslanov Mitava şəhəri yaxınlığındakı vuruşmada qəhrəmancasına
həlak olmuşdur.
Vətənə sadiq əsgər
24 yanvar
1945–ci ildə Həzi məlum quvvəlar tərəfindən qətlə yətirilənədək o vətənə sadig
bir əsgər kimi xidmət göstərmişdir. Ölümündən 47 il sonra ikinci Sovet
Ittifaqı Qəhrəmanı adı ona verilmişdir.
Həzi Aslanovun qəbri Bakıda Şəhidlər Xiyabanındadır.
Burada qəhrəmanın abidəsi ucaldılmışdır. 1969 –cu ildə Həzinin vətəni
Lənkəranda onun ev-muzeyi açılmış. 1983–cü il 8 mayda Lənkəran şəhərinin
mərkəzində onun boyük heykəli ucaldılmışdır.
Həzi Aslanov,
Böyük Vətən müharibəsi cəbhələrində göstərdiyi şəxsi igidlik və qoçaqlığına
görə 3 Qırmızı Bayraq ordeni, 2-ci dərəcəli Suvorov ordeni, Aleksandr Nevski
ordeni, 1-ci dərəcəli Vətən müharibəsi ordeni, 2 Qırmızı Ulduz ordeni və
medallarla təltif olunmuşdur.
|