ANTARKTIDA
Antarktida yerin ən cənub materiki və qitəsi olub tamamilə cənub yarımkürəsində yerləşir
və Cənub okeanı (əvvəllər bu okeana Hind, Sakit və Atlantik okeanlarının cənub
hissəsi kimi baxırdılar)ilə əhatə olunub. Ərazisi 14,4 milyon kv.metrdir ki, bu
da Antarktidanı yerin ərazisinə görə 5-ci ən böyük materiki edir. Materikin 98%-i orta qalınlığı 1,6 km olan buz layı ilə
örtülüb.
Antarktida bütün materiklərin ən soyuq, ən
quru, ən küləkli və ən yüksək olanıdır və çox az yağıntılar səbəbindən materikin
daxili texniki cəhətdən dünyanın ən böyük səhrasıdır. Antarktidanın daimi
məskunları yoxdur və tarixöncəsi insan məskənlərinin izlərinə də rast gəlinmir.
Yalnız pinqvin və suiti kimi soyuğadavamlı canlılar Antarktidanın daimi
sakinləridir.
Antarktida adı yunanca Αntarktiké (Aνταρκτική) sözünün romanizə
olunmuş versiyasıdır və mənası “Arktikanın əksi” deməkdir. Materikin kəşfindən
hələ xeyli əvvəllər Terra Australis (Cənub torpağı) və Terra Incognito (Naməlum
torpaq) haqqında əfsanə və spekulyasiyalar olsa da Antarktidanı ilk dəfə
1820-ci ildə Lazarev və Bellinshauzenin ekspedisiyası kəşf edib. Lakin çətin iqlim şəraiti və
qitənin qalan dünyadan təcrid olunması sonrakı dövrlərdə onun tədqiq edilməsinə
böyük maneələr törədib.
Bu gün üçün Antarktidanın hüquqi və beynəlxalq
statusunu 1959-cu ildə 12 ölkə tərəfindən imzalanmış və indi 45 iştirakçı
tərəfə malik Antarktika müqaviləsi müəyyən edir. Müqaviləyə əsasən materikdə
hərbi sınaqlar keçirmək və faydalı qazıntıların hasilatı ilə məşğul olmaq
qadağandır və Antarktida üzərində heç bir ölkə suverenliyə malik ola bilməz.
Hal-hazırda müxtəlif ölkələrdən 4 mindən çox tədqiqatçı Antarktida ilə bağlı
tədqiqatlara cəlb olunub.
|