BIRINCI DÜNYA MÜHARIBƏSI
28 iyun
1914-cü ildə Avtriya-Macarıstan imperiyası taxt-tacının vəliəhdi Frans
Ferdinandın Qavrilo Prinsip tərəfindən Sarayevoda qətledilməsi Birinci Dünya Müharibəsinin başlanması
üçün bəhanə oldu.
- Müharibənin əsas səbəbləri :
- 1) Kapitalizmin inkişafı ilə
əlaqədar iri dövlətlər və hərbi-siyasi bloklar arasında ziddiyətlərin
kəskinləşməsi.
- 2) Dünyanı yenidən bölüşdürmək
uğrunda mübarizə.
28
iyun 1914-cü ildə Avtriya-Macarıstan Serbiyaya müharibə elan etdi. Rus
imperiyası Serbiyanı müdafiə etmək üçün səfərbərliyə başladığı müddətdə
avqustun 1-də Alman imperiyası Rusiyaya, avqustun 3-də isə Almaniya Fransaya
müharibə elan etdi. Almaniya Prussiya tərəfindən imzalanmış Belçikanın
bitərəfliyi haqqında müqaviləni "ağ kağız" adlandırdı və avqustun
4-də Belçikaya hücum etdi. Belçikanı müdafiə etmək bəhanəsi ilə İngiltərə
Almaniyaya müharibə elan etdi. 1914-cü il avqustun 23-də Yaponiya Almaniyaya
qarşı müharibə elan etdi. Yaponiya Almanıyanın Uzaq Şərqdəki torpaqlarını
tutmağa və Çini itaət altına almağa çalışırdı. 1914-cü ildə Osmanlı dövləti
"Üçlər İttifaqı" tərəfindən müharibəyə qoşuldu. Buna cavab olaraq
oktyabrın 2-də Rusiya, 5-də İngiltərə, 6-da isə Fransa Osmanlıya qarşı müharibə
elan etdi. 1915-ci ilin aprelində Londonda "Antanta" dövlətləri
İngiltərə, Fransa və Rusiya gizli razılaşma ilə İtaliyaya bir sıra ərazilər vəd
edərək onu öz tərəflərinə çəkdilər. İtaliya "Antanta"ya qoşuldu.
1915-ci ilin sentyabrında Bolqarıstan Avstriya, Almaniya və Osmanlı dövlətləri
ilə ittifaqa girdi. 1916-cı ilin avqustunda Rumıniya "Antanta"
tərəfdən müharibəyə qoşuldu. 1917-ci ilin aprelində ABŞ Almaniyaya müharibə
elan etdi. Ümumiyyətlə 38 dövlətin qoşulduğu dünya müharibəsi hər iki tərəfdən
ədalətsiz, işğalçılıq müharibəsi idi.
1918
ildə müharibə sona çatdı.
Rusiyada
1917-ci ilin fevral ayında baş vermiş burjua-demokratik inqilabı nəticəsində
monarxiya devrildi. Oktyabrda isə bolşeviklər dövlət çevrilişi edərək
hakimiyyəti ələ aldılar. 3 mart 1918-ci ildə Brest-Litovskda Almaniya və İttifaq
Dövlətləri ilə sülh bağladılar. 1918-ci ilin mayında Rumıniya "İttifaq
dövlətləri"lə sülh bağladı. 1918-ci il oktyabrın 30-da Osmanlı, noyabrın
3-də Avstriya-Macarıstan, noyabrın 11-də isə Almaniya təslim oldu. Beləliklə,
müharibə İttifaq dövlətlərinin məğlubiyyəti ilə başa çatdı.
Qafqaz cəbhəsi
1914-cü
il oktyabrın 20-də Rusiya Osmanlıya müharibə elan etdi. Bununla da Qafqazda
hərbi əməliyyatlar başladı. Türk qoşunları Ənvər Paşanın komandanlığı altında
Qars-Batum istiqamətində Cənubi Qafqaza hücüm etdi. Cənubi Qafqaza hücum
etməklə yanaşı Cənubi Azərbaycan ərazisinə də girdilər. Ənvər Paşa və
qərargahının hazırladığı hərbi plana əsasən Qafqazda rus qoşunlarına əsas zərbə
"Sarıqamış" əməliyyatında endirilməli idi. Əməliyyata Ənvər Paşa özü
rəhbərlik edirdi. "Sarıqamış" əməliyyatı 4 dekabr 1914-cü ildə
başladı və 18 yanvar 1915-ci ilədək davam etdi. Çətin döyüşlərdə ağır itki
verən türk qoşunu məğlub oldu. Canlı quvvə və texnikasının çoxluğu rus ordusuna
qələbə qazandırdı. Bu döyüşdən sonra Təbrizi tutan rus qoşunu türk ordusunu
Cənubi Azərbaycandan çıxartdı. Rusiyada yaşayan müsəlman türkləri orduya
çağırmırdılar. Bundan başqa çar hökuməti Azərbaycan türklərinin cəbhələrdə
Osmanlı ordusuna qarşı vuruşmayacağından ehtiyat edərək orduya çağırmırdı. 1916-cı
ilin fevralında ruslar Ərzurumu, yazında isə Trabzonu işğal etdi.
|