ABŞ Vətəndaş müharibəsi
ABŞ-da Vətəndaş müharibəsi (1861-1865) – Şimalla (İttifaqla) Cənub quldar
ştatları arasında vətəndaş müharibəsi. Avraam Linkolnun prezident seçilməsinə
cavab olaraq quldarlar cənub ştatlarını İttifaqdan ayırmağı qərara aldılar və
müharibəyə hazırlaşmağa başladılar. 1861-ci ilin fevralında Montqomeri
şəhərində Cənub ştatları Konfederasiya yaradıldı. Konfederasiya ABŞ-ın 34
ştatından 11-ni birləşdirdi. 1861-ci il aprelin
14-də cənublular Fort-Samteri tutdu. Müharibə başlandı. 1861-ci il iyulun 21-də
Şimal ordusu (35 min) Manassas
şəhərində, oktyabrda isə Bols-Blaff yaxınlığındakı döyüşlərdə məğlub edildi.
İkinci dövründə (1863-1865) Şimal ordusuna 190
min zənci əsgər daxil oldu. 250 min zənci arxa cəbhədə hərbi qulluğa cəlb
edildi. 1863-cü ilin iyulunda cənublular Gettisberq və Missisipi çayı
vadisindəki döyüşlərdə məğlub oldular. 1865-ci il aprelin 3-də Konfederasiyanın
paytaxtı Riçmond şəhəri tutuldu. Həmin müharibədə tarixdə ilk dəfə zirehli
gəmilərin döyüşü (1862-ci il martın 9-da) oldu. 1867-ci il martın 2-də Cənubun
Yenidənqurması haqqında birinci qanun verildi.
|