Yəhudi müharibəsi
Yəhudi müharibəsi
(66-73) - Yəhudi (İudeya) əyalətində Roma əleyhinə üsyan. Ağır vergilər və
məburların özbaşınalığı nəticəsində baş vermişdi. Üsyanın hərəkətverici qüvvəsi
şəhər yoxsulları, şəhər və kəndlərin orta təbəqələri idi. Üsyançılar Yerusəlimi
tutub Roma qarnizonunu və yerli əyanları qırmışdılar. Romalıların cəza
ekspedisiyaları üsyançıların müqavimətini qıra bilməmişdi. Vespasian imperator elan edildikdən sonra (69 il) oğlu
Titi komandan təyin edib üsyançılara qarşı göndərdi. 70 ilin əvvəlində
Yerusəlim mühasirəyə alındı; 5 aylıq mühasirədən sonra şəhər tutuldu və
dağıdıldı, sakinləri isə qula çevrildi. Üsyançıların müqaviməti 73 ilədək davam
etdi.
|