Fermopil vuruşması
Fermopila vuruşması (e.ə. 480) -
Yunan-İran müharibələri zamanı Fessaliyanı Orta Yunanıstanla birləşdirən dağ
keçidində yunanlarla iranlılar arasında vuruşma. Sparta padşahı Leonid qoşunun
əsas hissəsini Afinanın müdafiəsinə göndərmiş, özü isə 300 spartalı ilə keçidi
qorumuş, lakin qeyri-bərabər mübarizədə dəstəsi ilə birgə məhv olmuşdur.
Sonralar spartalılar burada Fermopila vuruşması qəhrəmanlarına abidə qoydular.
|