AFRİKA
Afrika - şimal və cənub yarımkürələrində yerləşən qitə (materik). Sahəsi 30.221.532 km2 əhalisi 2005
təxminlərinə görə 922.011.000 nəfərdir. Sahəsinə görə ən böyük ölkəsi Sudan
ən kiçik ölkəsi ada dövləti olan Seyşel adalarıdır. Qitədə ən çox əhali
Nigeriyada yaşayır. Afrika zəngin təbii sərvətlərinə baxmayaraq ən az inkişaf
etmiş qitədir. Qərbdən Atlantik, şərqdən Hind okeanı ilə əhatə olunub.
Afrikanın sahilləri ən az girintili çıxıntılıdır. Qərbdə Qvineya körfəzi
materikin içərisinə daxil olmuş, şərqdə isə Somali yarmadasi buynuz kimi irəli
çıxmışdır. Madaqaskar adasını materikdən Mozambik boğazı ayırır.
|