Çinin Çjumadyan şəhərindəki «Lu Lu» ləqəbli it digərlərindən fərqlənir. O, nəinki arxa ayaqları üzərində gəzə bilir, hətta bu zaman «əl»ində çanta tutmağı da bacarır. İtin sahibi Çjou Quanşanın sözlərinə görə, o, 1 yaşı olan «Lu Lu»nu «adam kimi yeriməyə» hələ 4 aylıq olarkən öyrətməyə başlayıb. İndi isə it buna o qədər vərdiş edib ki, onu daha çox 2 ayaq üstə yeriyən zaman görmək mümkündür.