Yerin cazibə qüvvəsi
Yerin cazibə qüvvəsi və ya qravitasiya qüvvəsi fizikanın dörd əsas qüvvələrindən biridir. O, cismlərin bir-birini cəzb etməsini təsvir edir. Yerin cazibə qüvvəsi nəticəsində cismlər yer tərəfindən cəzb edilir. Bu qüvvə həm də yerin və başqa planetlərin trayektoriyasını təyin edir və bununla astronomiyada böyük rol oynayır.
Yaranmasına dair
Qədim hind müəllifləri sərbəst düşməni artıq cismin kütləsi ilə mütənasib olan və yerin mərkəzinə yönəlmiş qüvvə ilə izah etmişlər.Aristotel yeri bütün cismləri özünə cəlb edən cism kimi təsvir etmişdir. Fars astronomu Məhəmməd ibn Musa İX əsrdə fəza cismlərinin hərkətini casibə qüvvəsi ilə izah etmişdir. Əl-Biruni Xİ əsrdə hind dilində olan materialları ərəb dilinə çevirir. Xİİ əsrdə fars alimi Əl Xəzini yerin cazibə qüvvəsini cismlə yer arasında olan məsafədən, kütlələr arasındakı fərqdən asılı olduğunu söyləmişdir. XVİ əsrdə Qalileo Qaliley cismin sərbəst düşməsini bərabərsürətli hərəkət adlandırıb, kütlədən asılı olmadığını təsvir edir. İngilis alimi Robert Huk (Robert Hooke) 1670-ci ildə cazibə qüvvəsini cismin xassələrindən və onlar arasındakı məsafədən asılı olmasını sınaqlarla göstərmişdir.
Ilk dəfə yerin cazibəq üvvəsini riyazi şəkildə təsvir etməyə çalışan İsaak Nyuton olmuşdur. Onun təsvir etdiyi Nyuton qravitasiya nəzəriyyəsi astronomiyada tətbiq oluna biləcək ilk nəzəriyyə idi. XX əsrin əvvəlinə qədər bu sahədə bir çox nəzəriyyələr yaransada onlar sonradan yaranan Eynşteyn nəzəriyyəsi tərəfindən sıxışdırılmışdır.
1916-cı ildə Albert Eynşteyn tərəfindən işlənmiş nisbilik nəzəriyyəsində qravitasiya fəza vaxtının həndəsi xassələrindən asılı olaraq verilir. Bu fəza verilmiş enerjiyə uyğun olaraq əyilir. Nyutonun təklif etdiyi qravitasiya qüvvəsi isə bunun sərhəd halı kimi baxılır.