CÜMƏ AXŞAMI, 2024-03-28, 7:05 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ TEMPERATUR - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » ELM VƏ TƏHSİL » FİZİKA » TEMPERATUR (TEMPERATUR)
TEMPERATUR
Nariman_QahramanliTARİX: ÇƏRŞƏNBƏ AXŞAMI, 2010-08-31, 3:25 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Temperatur

Temperatur (latınca temperatura — normal vəziyyət) — fiziki kəmiyyət olub makroskopik sistemdə hissəciyin kinetik enerjisini bir sərbəstlik dərəcəsində xarakterizə edir.
İnsanın isti və soyuğu hiss etməsi qızmış materialdan axan istiliklə bağlıdır. Əslində insan əli ilə temperaturu yox, istiliyə toxunur. Temperatur isə yuxarıda qeyd edildiyi kimi hissəciklər səviyyəsində yaranır. Kiçik hissəciklərin hərkətləri düzxətli, fırlanma və ya vibrasiya xarakterli ola bilirlər. Tempeartur çox hallarda dərəcə ilə ölçülür. Bu tətbq olunan şkaladan asılı olaraq Çelsius və ya Kelvin vahidi ilə ölçülə bilər. Başlanğıc nöqtə kimi ya kimyəvi cəhətdən saf olan maddənin bir haldan başqa hala keçməsini xarakterizə edən (Kelvin), ya da suyun normal təzyiqdə donma temperaturunu göstərən (Çelsius) başqası götürülə bilər.
Əgər iki müxtəlif temperatura malik cism bir-birinin yaxınlığında yerləşiibsə onda onların arasında termodinamiki proses, yəni istilik mübadiləsi baş verir. Burada üç hal mümkündür:

• İstilikkeçirmə,
• Konveksiya,
• İstilikşüalandırma.
Temperatur termometer və ya temperatur datçiklərinin köməyi ilə ölçülür. Ölçülən obyekt ilə termiki kontaktın yaradılmaısı keçirmə, konveksiya və ya şüalanma yolu ilə kifayət qədər istilik ötürülməsini tələb edir. Ölçmə dəqiqliyi hava, istilik balansı, istilikkeçirmə qabiliyyəti kimi parametrlərdən asılıdır.
Temperaturun ölçülməsi üç üsulla aparıla bilir:
• Mexaniki üsul, burada temperatur fərqi tətbiq olunan materialın istilikdən genişlənmə əmsalından asılı olaraq təyin edilir (civə termometri).
• Elektrik üsulu, burada materialların istilikdən asılı olaraq elektrik müqavimətlərindən istifadə edilir.
• Dolayı yolla, burada materialın temeraturdan asılı olaraq halından istifadə edilir (istilik kameraları).

 
FORUM » ELM VƏ TƏHSİL » FİZİKA » TEMPERATUR (TEMPERATUR)
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...