ÇƏRŞƏNBƏ AXŞAMI, 2020-08-11, 1:26 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ QARA DƏLİK VƏ QÜTB PARILTISI - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » ELM VƏ TƏHSİL » FİZİKA » QARA DƏLİK VƏ QÜTB PARILTISI (QARA DƏLİK VƏ QÜTB PARILTISI)
QARA DƏLİK VƏ QÜTB PARILTISI
Nariman_QahramanliTARİX: ÇƏRŞƏNBƏ AXŞAMI, 2010-08-31, 3:18 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Qara dəlik

Qara çuxur (sözü ilk dəfə 1968 ildə Amerika astronomu Con Uiller tətbiq etmişdir) ümumi nisbilik nəzəriyyəsinə görə hər hansı cisim güclü sıxılarkən yaranan obyekt. Bu zaman cazibə sahəsi o qədər güclü olur ki, işığı, ümumiyyətlə şüalanmanı və ya hissəcikləri buraxmır. Cisim bütün istiqamətlərdə qravitasiya radiusundan kiçik ölçüyədək sıxıldıqda qara çuxur yaranır. Qara çuxurun (hansı cisimdən yaranmasından asılı olmayaraq) xarici qravitasiya sahəsi kütlə, hərəkət miqdarı momenti və elektrik yükü ilə təyin edilir. Qara çuxurun ətrafında - güclü qravitasiya sahəsində fəzanın həndəsəsi qeyri-Evklid həndəsəsidir, zaman isə belə cazibə sahəsi olmayan yerə nisbətən yavaşıyır. Qara çuxur hərəkət miqdarı momentinə malikdirsə, onun yaxınlığındakı bütün cisimlər qara çuxur ətrafına fırlanma hərəkətinə cəlb edilmiş olur. Maddə və şüa qara çuxura ancaq daxil ola bilər, oradan isə çixa bilməz. Kənar müşahidəçi qara çuxura düşən maddədə nə baş verdiyini heç vaxt bilmir.

Qütb parıltısı

Qütb parıltısı-Günəşin fəaliyyəti nəticəsində kosmosa atılan külli miqdarda yüksək enerjili elektron və ionların Yerin maqnit sahəsinə daxil olması hadisəsi. Yerin maqnit sahəsinə daxil olan elektronlar Lorens qüvvəsinin təsiri nəticəsində qütblərə doğru hərəkət edir və qütb oblastlarında toplanır. Qütblərə toplanan belə yüklərin təsirindən hava atomları ionlaşır və "həyacanlanır". Bunun nəticəsində də Qütb parıltısı əmələ gəlir.

 
FORUM » ELM VƏ TƏHSİL » FİZİKA » QARA DƏLİK VƏ QÜTB PARILTISI (QARA DƏLİK VƏ QÜTB PARILTISI)
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2020. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...