CÜMƏ, 2024-12-27, 6:39 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ MAQNİT - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
MAQNİT
Nariman_QahramanliTARİX: ÇƏRŞƏNBƏ AXŞAMI, 2010-08-31, 3:11 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Maqnit

Maqnit (yunanca: lithos magnes: „maqnesiya daşı“, Maqnesiya kiçik Asiyada maqnetit tapılmış yer adıdır ) bir cism olub başqalarını maqnetik olaraq cəzb və ya itələmək qabiliyətinə malikdir. Maqnetik cəzbetmə təbii fenomendir. Bu haqqda maqnitizmdə izahat verilir.
Daimi maqnit ferromaqnitdən hazırlanmış məmul olub qalıcı maqnit xassəsini uzun müddət saxlaya bilir. Daimi maqnitlərin səciyyəvi sahəsi — 1 Т-ə qədərdir (10 kQs).
Elektromaqnit elektrik cərəyanı küçdikdə maqnit sahəsi yaradan qurğudur. Adətən bu böyük maqnit keçiriciliyinə malik olan, daxilində dəmir içlik yerləşdirlmiş solenoid dolağından ibarətdir. Səciyyəvi maqnit sahəsi 1,5-2 T arasında olur.

Maqnit sahəsi

Maqnit sahəsi-materyanin elə növüdür ki, onun aşkara çixması bu sahəyə gətirilmiş və müəyyən qaydada istiqamətlənmiş elektrik cərəyanınına təsir edən mexaniki qüvvə ilə xarakterizə olunur. Elektrik və cazibə sahələri kimi maqnit sahəsinin də özunə məxsus xarakterik xüsusiyyəti vardır. Bu xüsusiyyət ondan ibarətdir ki, o, sahəyə nisbətən müəyyən qaydada istiqamətlənmiş elektrik cərəyanına mexaniki qüvvə ilə təsir edir. Bu xassəyə ancaq maqnit sahəsi malikdir, elektrik və cazibə sahələri bu xassəyə malik deyildir. Maqnit sahəsinə gətirilmiş cərəyanlı naqil hərəkət edirsə, deməli bu hərəkətin əmələ gəlməsinə maqnit sahəsi enerjiyə malikdir. Enerji isə materiyasız mövcud deyil. Deməli o, həm də kütləyə malik olmalıdır. Buradan aydın olur ki, maqnit sahəsi də maddidir. Başqa sahələr kimi maqnit sahəsinin də kütləsini təyin etmək hələ də mümkün olmamışdır. Maqnit sahəsini xarakterizə edən kəmiyyət, maqnit sahəsinin intensivliyidir. Maqnit sahəsinin mənbələri yoxdur, yəni təbiətdə elektrik yüklərinə oxşar maqnit yükləri mövcud deyildir.Cərəyanlı naqilə maqnit sahəsində təsir edən qüvvə Amper qüvvəsi adlanır. Maqnit induksiyası naqilə perpendikulyar olduqda təsir qüvvəsi öz maksimum Fm qiymətinə çatır.

Maqnitizm

Maqnitizm fiziki fenomen olub, maqnit, maqnitləşmiş obyektlər və hərkətli elektrik yükləria arasında qüvvə münasibətini əkas etdirir. Bu münasibət bir tərəfdən bu obyektlər tərəfindən yaradılan, digər tərəfdən onların özlərinə təsir edən maqnit sahəsində baş verir. Maqnitizmin yaranma formaları ümumi şəkildə elektrik yüklərinin hərəkətinə və ya elementar hissəciklərin maqnit momentinə gətirilir. Maqnitizm fizikada elektromaqnitizmin tərkib hissəsidir.
Maqnit sahəsi ilə qarşılıqlı münasibətinə görə madddələr bölünürlər:
• Maqnitə aid olmayanlar
o Diamaqnitlər, bunların molekulaları maqnit momentinə malik deyillər.
o Paramaqnitlər, sıfır olmayan lokal maqnit momentlərinə malikdirlər. Onlar sahə boyunca istiqamətlənirlər.
• Uzaq maqnit dərcəsinə malik olan maddələr:
o Ferromqanitlər, maqnit sahəsində mikroskopik kiçik ölçüdə onların atom və molekulaların maqnit momentləri yaranır
o Antiferromaqnitlər, bu materiallarda maqnit sahəsinin təsiri nəticəsində kristalda bir-birinin əksinə yönəlmiş qəfəslər yaranır, nəticədə onlar sıfır maqnitləşmə yaradırlar.
• Yaxın maqnit dərəcəsinə malik olanlar:
o Spin şüşələr
o Hissəciklərin supermaqnit toplusu
• Molekulyar maqnitlər və klasterlər
• Plazma
• Elektyron hissəciklər

 
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...