Nariman_Qahramanli | TARİX: ÇƏRŞƏNBƏ AXŞAMI, 2010-08-31, 3:09 PM | Message # 1 |
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860 Azerbaijan
| Maddi nöqtə Müəyyən məqsədlər üçün ölçüləri nəzərə alınmayan cismə deyilir. Məsələn Yer kürəsinin Günəş ətrafında hərəkətini öyrənərkən ona maddi nöqtə kimi baxmaq olar. Çünki Günəşin ölçüləri Yerdən dəfələrlə artıqdır. Bərk cismin irəliləmə hərəkətində onun bütün nöqtələri irəliləmə hərəkəti edir və onun istənilən bir nöqtəsini maddi nöqtə kimi qəbul edib həmin maddi nöqtənin hərəkətini öyrənmək olar. Maddi nöqtə fizikada real cismin ideallaşdırılmış təsviridir. O mexaniki sistemin yazlnız irəli-geri hərəkətə malik modelidir. Burada daxili sərbəstlik dərəcələri nəzərə alınmır. Maddi nöqtə nə fırlana, nə deformasiyaya uğraya bilir. Ona görə də maddi nöqtə ilə yalnız kinetik və potensial enerjini ifadə etmək mümkündür. Bir sözlə maddi nöqtə ən sadə mexaniki sistem olub minimal sərbəstlik dərəcəsinə malikdir. Maddi nöqtə kütlə, yük, sürət, impuls, enerji kimi kəmiyyətlərlə ifadə oluna bilər.
|
|
| |