CÜMƏ, 2024-12-27, 10:26 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ GENERATOR - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
GENERATOR
Nariman_QahramanliTARİX: ÇƏRŞƏNBƏ AXŞAMI, 2010-08-31, 2:58 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Generator

Generator - elektrik maşını olub mexaniki enerjini elektrik enerjisinə çevirir və quruluşca elektrik mühərriki ilə oxşardır. Generatorlar Maykl Faradeyın 1831-ci ildə elektromaqnetik induksiya prinsipini kəşf etdikdən sonra düzəldilməyə başlamışlar.
Geneartorların hamısının işləmə prinsipi eynidir. Mexaniki enerji generatorun valını fırlatmağa sərf olunur.
Çevrilmə Lorens güvvəsinə əsaslanır. Lorens qüvvəsi elektrik yükünün maqnit sahəsində hərəkəti zamanı ona təsir edən qüvvəni izah edir. Əgər keçirici maqnit sahəsində eninə hərəkət edərsə onda lorens qüvvəsi keçiricidə olan yükləri bu keçirici boyunca hərəkətə gətirir. Yükün hərəkəti keçiricinin uclarında gərginlik fərqi yaradır. Gərginliyi artırmaq üçün dolaq şəklində olan keçiricilərdən istifadə edirlər. Generatorda rotor gövdəyə nisbətən fırlanır. Üzərində maqnit olan stator maqnit sahəsində fırlanan zaman lorens qüvvəsi elektrik cərəyanı yaradır.
Əldə edilmiş elektrik gücü mexaniki gücə bərabər olur. Bundan əlbəttə müəyyən itkiləri çıxmaq şərti ilə. Beləki, elektrik generatorun gücü
Pgen = Pmex − Pitki
Pgen yaradılmış elektrik gücü, Pmex tətbiq olunmuş mexaniki güc. Pitki isə itkiyə sərf olunan gücdür.
Geneartorun ixtiraçısı Verner fon Simens sayılır. O 1866-cı ildə dinamoelektrik prinsipini kəşf etmiş və ilk dinamo maşınını düzəltmişdir. Bundan sonra əlavə cərəyan mənbəyinə ehtiyac olmadan bir başa mexaniki enerjidən elektrik enerjisinin alınması mümkün olur.

 
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...