Nariman_Qahramanli | TARİX: ŞƏNBƏ, 2011-12-24, 1:55 AM | Message # 1 |
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860 Azerbaijan
| Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Paşa Atatürk 1881-ci ildə Selanikdə doğulub, 10 noyabr 1938-ci ildə İstanbulda vəfat edib. Türkiyə Cümhuriyyətinin ilk prezidenti olan Atatürk 1919-cu ildə başlatdığı Milli Qurtuluş Mübarizəsinə öndərlik edib, daha sonra, müasir Türkiyəni meydana gətirən inqilab və islahatları reallaşdırıb. Respublika Xalq Partiyasının qurucusu və ilk ümumi başçısı olan Mustafa Kamal Atatürk, Osmanlı və Türk Ordusunda zabit vəzifəsini yerinə yetirib, 1921-ci ildə “Qazi” adını alıb və marşallığa qədər yüksəlib. Araşdırmaçı-yazar Aytunç Altındalın bildirdiyinə görə, Atatürk ölümündən 50 il sonra bəzi fikirlərinin açıqlanmasını istəmişdi. Amma onun bu vəsiyyəti “Cəmiyyət buna hələ hazır deyil” deyilərək yerinə yetirilmədi. Aytunç Altındal, Atatürkün “siyasi, ictimai, tarixi vəsiyyət”inin qəsdən gizlədildiyini düşünür. Onun sözlərinə görə, Atatürkün qeydlərində, “Əbədi payidar qalacaq” dediyi Türkiyə üçün irəlidə nələr edilməsi mövzusunda fikir, tövsiyyə və tapşırıqları var.
Sirli vəsiyyətin 1988-ci ildə, yəni Atatürkün ölümündən 50 il keçdikdən sonra açıldığını bildirən Altındal deyir: “O zamankı Respublika başçısı Kənan Kainat və o zamankı baş nazir Turqut Özal vəsiyyəti oxudular. Ancaq bu fikirlərə “cəmiyyətin hələ hazır olmadığını” bəhanə edərək vəsiyyətin açıqlanmasına maneə törətdilər”. 1988-ci ildə Atatürkün vəsiyyətinin üstünə 25 illik yeni bir qadağan qoyulduğunu söyləyən Altındal, vəsiyyətdə nələr olacağına dair proqnozların yazıldığını düşünür.
Üstün zəkaya, nadir sərkərdəlik qabiliyyətinə və dövlət idarəetməsinə görə ad qazanmış Atatürk nəinki türk dünyasının, eləcə də bütün dünyanın diqqət mərkəzində idi. Onun öncəgörüşü və dərin düşüncəsinin sayəsində Türkiyə bu qədər güclənə və özünü təsdiqləyə bildi.
|
|
| |