BAZAR, 2019-08-25, 7:28 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ HİKMƏTLİ SÖZLƏR - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » ELM VƏ TƏHSİL » BUNLARI BİLMƏK MARAQLIDIR » HİKMƏTLİ SÖZLƏR
HİKMƏTLİ SÖZLƏR
Nariman_QahramanliTARİX: CÜMƏ AXŞAMI, 2010-10-28, 4:24 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
HEÇ BIR ŞEY ISTƏMƏYƏN, HEÇ BIR ŞEY GÖZLƏMƏYƏN VƏ HEÇ BIR ŞEYDƏN QORXMAYAN SƏNƏTKAR OLA BILMƏZ...

PESSIMIST YALNIZ TUNELI GÖRÜR, OPTIMIST TUNELIN SONUNDAKI IŞIĞI GÖRÜR, REALIST TUNELLƏ BIRLIKDƏ IŞIĞI VƏ GƏLƏN QATARI DA GÖRÜR.

YAŞAYARAQ ƏLDƏ EDILƏRN BILIK, DAŞ ÜZƏRINƏ HƏKK OLUNMUŞ YAZILAR KIMIDIR.

BIR INSAN HANSI LIMANA ÇATMAQ ISTƏDIYINI BILIRSƏ, ONUN ÜÇÜN HƏR KÜLƏK UYĞUNDUR.

VƏZIFƏSINI BILƏN INSAN XOŞBƏXTDIR, BAŞQA NEMƏT AXTARMASIN.

RÖYALARI REALLAŞDIRMAĞIN ƏN YAXŞI YOLU OYANMAQDIR.

BAĞIŞLAMAQ VƏ UNUTMAQ, YAXŞI INSANLARIN INTIQAMIDIR.
EQOIZMDƏN XILAS OLMAĞIN YEGANƏ YOLU BAŞQALARI ÜÇÜN YAŞAYA BILMƏKDIR.
SƏNƏTIN VƏZIFƏSI TƏBIƏTIN SURƏTINI ÇIXARMAQ DEYIL, TƏBIƏTI IFADƏ ETMƏKDIR...

DÜŞÜNMƏDƏN ÖYRƏNMƏK VAXT ITIRMƏKDIR.

İNSANLAR QIRMIZI BIR GÜLƏ DOĞRU QAÇARLARKƏN, ÇOX VAXT AYAQLARININ ALTINDA ƏZILƏN TARLA ÇIÇƏKLƏRINDƏN XƏBƏRSIZDIRLƏR.

ÇALIŞMAYANA ALLAH YARDIM ETMƏZ.

ELM BÖLÜŞÜLDÜKCƏ ARTAN XƏZINƏDIR.

ÇALIŞMAQ HƏYAT, DÜŞÜNMƏK IŞIQDIR.

ELM SƏTVƏTDƏN DAHA QIYMƏTLIDIR. ÇÜNKI SƏRVƏTI SƏM QORUYURSAN, HALBUKI ELM SƏNI QORUYUR...

ŞƏFAMIZ, ÖZ DAXILIMIZƏ BAXA BILMƏKDƏDIR.

TƏNHALIQ PIS DOSTDAN YAXŞIDIR.

KASIBA VERILƏN HƏLƏ ONUN ƏLINƏ KEÇMƏMIŞ ALLAHA ÇATAR...
NƏ XOŞBƏXTDIR O INSAN KI, ÖZ AYIBINI GÖRƏ BILIR.

GÜLÜMSƏMƏNIN PULLU DƏYƏRI YOXDUR. SATIN ALINMAZ, BORC VERILMƏZ, DILƏNILMƏZ, OĞURLANMAZ AMMA VERILMƏDIKCƏ HEÇ ALINMAZ.

ALLAH ILƏ OLDUQDAN SONRA ÖLÜM DƏ ÖMÜR DƏ XOŞDUR...
HƏYAT BEŞIKLƏ MƏZAR ARASINDA SINAQ MÜDDƏTIDIR.

O, HƏR ŞEYI ILƏ GÖZƏLDIR; ONA AID OLAN VƏ ONDAN GƏLƏNLƏR DƏ GÖZƏLDIR. HƏM O QƏDƏR GÖZƏLDIR KI, AYIQ-SAYIQ BIR KÖNÜL, GÖRÜB TAMAŞA ETDIYI HƏR ŞEY ÜZƏRINDƏ ONDAN BIR QISIM IMA VƏ IŞARƏLƏR ALDIQCA DAMARLARINDA QANI ÇƏKILIR KIMI OLAR VƏ ONUNLA BIR ANLIQ VÜSLAT-QOVUŞMA ADINA CANINI FƏDA ETMƏYI BELƏ AZ GÖRƏR...
İNSANLARA ƏN ƏDALƏTLI ŞƏKILDƏ PAYLANAN NEMƏT AĞILDIR. ÇÜNKI HEÇ KIM AĞILINDAN ŞIKAYƏTÇI DEYIL.
KÖNÜL ADAMI, NƏFSININ ISTƏMƏDIYINI BAŞQALARI ÜÇÜN DƏ ISTƏMƏMƏKDƏN BAŞQA; ÖZ XOŞUNA GƏLƏN HƏR ŞEYDƏN, BAŞQALARININ FAYDALANMASI ÜÇÜN ÇIRPINAR; HƏTTA BUNUN UĞRUNDA ÖLÜB-ÖLÜB DIRILƏR.
EYIBSIZ DOST AXTARAN DOSTSUZ QALAR.

AĞILLI ADAM AĞILLI ADAMLA HƏMIŞƏ RAZILAŞAR, AXMAQ ISƏ NƏ AĞILLI , NƏ DƏ AĞILSIZLA RAZILAŞAR. NECƏ KI, BÜTÜN DÜZ XƏTLƏR BIR-BIRINƏ UYĞUN GƏLIR, ƏYRI XƏTLƏR ISƏ NƏ BIR-BIRI ILƏ, NƏ DƏ DÜZ XƏTLƏRLƏ UYĞUNLAŞAR.
BU DÜNYADA ƏN TƏMIZ XƏZINƏ LƏKƏSIZ, QÜSURSUZ NAMUSDUR.
QUŞLAR KIMI UÇMAĞI, BALIQLAR KIMI ÜZMƏYI ÖYRƏNDIK, LAKIN BU VAXT ÇOX SADƏ BIR SƏNƏTI UNUTDUQ. İNSAN KIMI YAŞAMAĞI...
OXUYA BILSƏNIZ HƏR INSAN BIR KITABDIR.
HƏYATDA ƏN DƏHŞƏTLI ŞEY DIRI IKƏN ÖLMƏKDIR.

GƏNCLƏR, QOCALARIN AXMAQ OLDUQLARINI DÜŞÜNƏRLƏR, AMMA QOCALAR GƏNCLƏRIN AXMAQ OLDUQLARINI BILƏRLƏR.
 
Nariman_QahramanliTARİX: CÜMƏ AXŞAMI, 2010-10-28, 4:52 PM | Message # 2
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
ŞAHIN SÖZÜ SÖZLƏRIN ŞAHIDIR. (ƏRƏB MƏSƏLI)

O DÖVLƏT YAXŞIDIR KI, ORADA NATIQLƏRDƏN DAHA ÇOX QANUNA QULAQ ASIR. (XILON)

ƏDALƏTI ƏDALƏTSIZLIKLƏ BƏRPA ETMƏK OLMAZ. (H.ƏLIYEV)

AZADLIĞIM, SƏRBƏSTLIYIM MƏNIM XOŞBƏXTLIYIMDIR...(ANONIM)

SIRR SAXLAMAQ ISTƏYƏN QOY SIRRI OLDUĞUNU SIRR SAXLASIN. (İNGILIS AFORIZMI)

İNSAN NƏ QƏDƏR UCA OLSA, ƏTRAFDAKILARIN ÜZƏRINƏ BIR O QƏDƏR BÖYÜK KÖLGƏ SALA BILƏR. (SENEKA)

EY RÜŞVƏT YEYƏN, SƏN FIL BALASINI YEYIRSƏN. BUNA GÖRƏ FIL SƏNƏ DÜŞMƏNDIR. (CƏLALƏDDIN RUMI)

O DÖVLƏT QURULUŞUNDA KI, QADINLARIN HÜQUQU TAPDALANIR, HƏMIN DÖVLƏTIN YARISI QANUNSUZDUR. (ARISTOTEL)

MƏNLIYIM MƏNDƏN ÜSTÜNDÜR. (ANONIM)

KÜTLƏNI HEYRAN ETMƏK ISTƏYIRSƏNSƏ, ONU HƏMIŞƏ MƏSAFƏDƏ SAXLA. (QUSTAV LEBON, FRANSIZ FILOSOFU)

BOĞA BILMIRSƏNSƏ, BAĞRINA BAS. (SIYASƏTÇI)

ƏSL DÜŞMƏN SƏNI HEÇ VAT TƏRK ETMƏYƏCƏK. (YEJI LENTS)

HƏR KƏSIN DƏYƏRI ONUN NƏYƏ CAN ATMAĞINDADIR. (MARK AVRELI)

HƏTTA SƏNƏ TABE OLMAQ ISTƏMƏYƏN EHTIRAS VƏ HISSLƏRINI DƏ CILOVDA SAXLAMAĞA ÖYRƏN. (HORATSI)

HÜRƏNƏ HÜRSƏM..., IT OLARAM...(ANONIM)

 
Nariman_QahramanliTARİX: ŞƏNBƏ, 2010-11-06, 10:31 AM | Message # 3
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
1. Əsl namuslu insan ailəsini özündən, vətəni ailəsindən, bəşəriyyəti vətənindən üstün tutmalıdır.

2. Heç nə bilməyən və bilməyə çalışmayan adam çox bədbəxtdir. Çünki ona iki bədbəxtlik birdən üz vermişdir.

3. Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun, elə kitablar da axtarın ki, mütaliəsi filosoflarla söhbətə dəysin.

4. Kəşf etmək hamının gördüyünü görmək, lakin hələ heç kəsin ağlına gəlmədiyini düşünmək deməkdir.

5. Öyrənin və oxuyun. Ciddi kitablar oxuyun. Qalanı həyatın işidir.

6. O günü, o saatı bədbəxt say ki, yeni bir şey öyrənməmisən.

7. Az bilmək və özünü çox bilən kimi göstərmək xəstəlikdir, yalnız bu xəstəliyi başa düşməklə ondan xilas ola bilirsən.

8. Hamı öz yaddaşından gileylənir, ancaq heç kəs ağıldan şikayətlənmir.

9. Ağıllı adamın axmaq qarşısında susması təəccüblü deyildir, çünki nağara səsi tar səsinə, sarımsaq iyi ənbər qoxusuna
həmişə üstün gələr.

10. Elmdə hər bir mütərəqqi addım dini geri çəkilməyə məcbur edir.

11. Baş ürəyi tərbiyə etməlidir.

12. Üç şey: atılmış ox, deyilmiş söz və keçmiş günlər geri qayıtmır.

13. Sözün yarısı onu deyənə, yarısı da qulaq asana məxsusdur.

14. Qanadın yoxdursa yüksəklərə uçmaq təşəbbüsündə olma.

15. Deyirlər ki, adamlara iki qulaq və bir dil � çox eşidib, az danışmaq üçün verilmişdir.

16. Hər kəs öz dilinin altında gizlənmişdir.

17. Atalar sözləri � şəhadət barmağında daim parlayan qiymətli üzükdür.

18. Demədiyimi hər vaxt deyə bilərəm, lakin dediyimi dana bilmərəm.

19. Kişi səs verər, sirr verməz.

20. Vətən hissi izahedilməzdir, biz onu analıq hissilə bağlayırıq.

21. İdeyasız yaşamaq məqsədsiz yaşamağa bənzəyir və insanı bir şəxsiyyət kimi mənəvi cəhətdən yoxsullaşdırır.

22. İnsanın nəyə qadir olduğu yalnız maneələrlə mübarizədə aydın olur.

23. Mümkün olmayanı yalnız insan mümkün edə bilər. Həm də mümkün edə bilməyi düşünənlər edə bilər.

24.Heç vaxt dayanmaq bilməyən həyatla bərabər daim irəliyə, irəliyə doğru getmək lazımdır.

25. İt sənə dost olar bir sümük atsan,
Namərd, qədir bilməz qurban da olsan.

26. Mənə elə dost lazım deyildir ki, hər şeydə mənimlə razılaşsın, mən başımı əyəndə o da əysin, ona qalsa mənim kölgəm də
dostdur.

27. İş bizi üç bəladan: avaraçılıqdan, qəbahətdən və ehtiyacdan xilas edir.

28.Tər əməyin göz yaşlarıdır.

29.Sevgi yarası öldürməsə də heç bir zaman sağalmır.

30. Məhəbbət nə qədər təmkinli və sakit olarsa, o qədər də çox davam edir. Adət onu möhkəmlədib bütün həyat boyu saxlayır.

31. Ana olmasa nə şair olar, nə də qəhraman.

32.Ana qəlbi - möcüzələr xəzinəsidir.

33. Dünyada ən yaxşı ləzzət və böyük fərəh - özünün başqasına lazım olduğunu hiss etməkdir.

34. Xoşbəxtlik dörd şeydən ibarətdir: əsli pak, ürəyi pak, əli pak, ürəyi doğru.

35. Sevgi hər şeyə qalib gəlir, gəlin biz də onun hökmranlığına tabe olaq.

 
Nariman_QahramanliTARİX: ŞƏNBƏ, 2010-11-06, 11:33 AM | Message # 4
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
1.Qadın kölgəyə bənzəyir- arxasınca gedirsən qaçır, qaçırsan arxanca gəlir.
2.Məhəbbət qadınların həyatında roman, kişilərin həyatında epizoddur.
3. Bu gün mənim üçün başqasını tərk edən, sabah başqası üçün məni tərk edər.
4. Zahiri gözəlliyinə aldananlar, həmişə daxili çirkinliyin qurbanı olurlar
5. Yaşamağı-bacaranlar özünə inananlardır.
6. Qadının necə nifrət etdiyini bilmək üçün onu necə sevdiyinizi xatırlayın.
7. Hər gurlayan, ildırım, hər parlayan şimşək deyil. Hər yazi alın yazısı, hər əlçatmaz fələk deyil.
8. Əgər hadisələrin gedişatını dəyişə bilmirsənsə, o hadisəyə münasibətini dəyiş.
9. Çıxdıgın təpə nə qədər hündür olarsa atdıgın daş da bir o qədər uzaq gedər.
10. Insan bədbəxtliyinin əsas səbəbi onun xilas ola bilmədiyi ehtiraslardadır...
11. Azadlıq ifrat dərəcəsinə çatdıgda özbaşınalıga çevrilir.
12. Dostum düşmənimdi. Çünki ən zəif nöqtələrdən vurmağı da o bilir.
13. Özünə ucuz həyat axtarandan miskin adam tanımıram.
14. Kim qabağa getmirsə demək geri gedir, çünki həyatda durğun vəziyyət yoxdur.
15. Gözlər bir şey, dil başqa şey deyəndə təcrübəli adam birinciyə daha çox inanar.
16. İnsanın heyvandan iki ən böyük fərqi həm danışa, həm də yalan uydura bilməsidi
17. Heç kəsi bəyənməyən insan heç kəsin bəyənmədiyi insandan qat-qat bədbəxtdir.
18. Şan şöhrətini itirsən də ümidini itirmə. Günəş hər gün batır amma ertəsi gün yenidən doğur
19. Başımızın üstünü qara buludlar alanda, bu buludların arxasında bizi günəşli günlərin gözləyə biləcəyini unutmayaq.
20. Xoşbəxt ola bilmək üçün xüsusi şərtlər lazım deyil, xoşbəxtlik insanın ruhi vəziyyəti ilə bağlıdır.
21. Bəziləri gülün tikanı var diyə gileylənirlər. Amma məncə tikanın gülü var deyib sevinmək lazımdır.
22. Bəzən həyatda qibtə etdiyimiz insan da ruhən sizə ehtiyac duya bilər.
23. Gedənə qal deməzlər. Gedənə qal demək yaziqlara, qalana get demək tərbiyəsizlərə, dönməyənə dön demək acizlərə yaraşır.
24. Sevənə can fəda! Sevməyənə Əlvida !
25. Heç vaxt üzməsin səni qarşılıqsız sevgilər ,qəlbinə daş bas ağrılar bir gün dinər.Gedən getsin aldırma, yanğınlar bir gün sönər.Heç vaxt dönüb baxma ardina, çünki KRALLAr öndə gedər.
26. Insanlara nifrət edərək çox vaxt itiririk.
27. Axmaqcasına çiyinlərini zərbə altına verənləri,həyat əzir
28. Gedənə yol ver ki, gələcəklərə yer olsun
29. Əgər bir qadın yetərincə hirsli, qərarlı və bacarıqlıdırsa, edə bilməyəcəyi heç bir şey yoxdur.
30. Qadınlar bütün dünyada ikinci sinif yaradılış olarak görülürlər, amma dünyanı bir arada tutanlar da onlardır.
31. Allahdan sevmək üçün 2 şey istədim, 1-onu dünyalar qədər sevə biləcək ürək, 2- ondan ayrılarsam buna dayana biləcək güc, Allah əvəzində qarşıma elə qız çıxardıki, onu dünyalar qədər sevməyin az olduğunu, ondan ayrılarsam ölümün belə bəs olmayacağını anladım! Allahdan sevgi yox sevəcək şəxsi istəyin!
 
Nariman_QahramanliTARİX: ŞƏNBƏ, 2010-11-06, 11:33 AM | Message # 5
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Kişilər haqqında

1.Kişi beyni ilə sevir ,qadın ürəyi ilə düşünür. (V . Belinski)
2. Qısqanc kişinin sevgisi daha çox nifrətə oxşayı. (P.Bomarşe)
3.16 yaşında kişi olan 60 yaşında uşaqlaşır. (T.Fulle)
4.Hər hansı bir qadının buraxdığı səhvdə kişi barmağı var (İ.Herder)
5.Kişi əfv edir unudur,qadın yalız əfv edir. (F.Jerfo)
6. Kişi 18 yaşında olanda pərəstiş edir,
20 yaşında sevir,
30 yaşında sahib olmaq istəyir,
40 yaşında fikirləşməyə başlayır! (P.Kok)
7. Bir insanın kişi olub olmamağı sözündən deyil gördüyü işdən bilinir.(J.Labrüer)
8. Kişinin halına acımaq onu təhqir etmək deməkdir. (Napoleon)
9. Qızılı od ilə ,qadın qızıl ilə, kişini isə qadın ilə sınağa çəkirlər. (Seneka)
10. Kişi üçün qadına sədaqət ,pələng üçün qəfəs kimi bir şeydir. (B.Şou)

Qadınlar haqqında.

1. Qadını idarə etməyi bacaran dövləti də idarə edə bilər .(O.Balzak)
2. Qadınsız ev məzar kimidir. (O.Balzak)
3. Qadınlar qorxanda daha təhlükəli olurlar. (R.Bernz)
4. Sevən qadının fədakarlığı ölçüyə gəlmir. (A.Dode)
5. Qısqanclıq kişidə zəiflik,qadında güc mənbəyidir. (A.Frans)
6. Qadını Tanrı gözəl yaradı,şeytan isə onu sevdirir (V.Hüqo)
7. Mənim üçün Avropa ölkələrini barışdırmaq bir neçə qadını barışdımaqdan asandır.
(xıv Lüdovik)
8. Qadının hər şeyi ,hətta beyni də ürəkdən ibarətdir. (F.Rixter)
9. Üsyankar ruhlu qadına azadlıq vemək qorxuludur. (Rus atalar sözü)
10. Ağlamaq qadın üçün təsəlli ,kişi üçün rüsvayçılıqdı.(Napoleon)

 
Nariman_QahramanliTARİX: CÜMƏ AXŞAMI, 2010-11-25, 9:22 PM | Message # 6
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Arxalıya arxa durma, deyerler ki, yamaqdır. Arxasıza arxa dur ki, desinler ki, dayaqdır.

Əgər əlində tutduğun yeganə alət çəkicdirsə, hər şey sənə mismar kimi görünəcək.

(Lütfizadə)

Yaşamaq yegane ezabdır ki, insan ondan doymur

Almaz yonulmasa, insan yanılmasa mükəmməlləşməz (Konfusi)

Düz yol istəyirsən ədalətli ol.
Xalqına, elinə sədaqətli ol.
İnsanı yaşadan budur doğrusu,
Yaxşılıq ümidi, pislik qorxusu. (Sədi Şirazi)

 
Nariman_QahramanliTARİX: CÜMƏ AXŞAMI, 2010-11-25, 10:00 PM | Message # 7
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
1. Hər kəs səhv edir, ona görə də qələmlərin çoxuna pozan əlavə olunur.
2.Səhra gəmiləri.Dibdə olmaq üçün mütləq batmağa və ya böğulmağa ehtiyac yoxdur.
3.Torpaqdan ayrılmaq səmaya əlinin çatacağına dəlalət etmir.
4.Cəsarət heç də həmişə qışqırmır.O bəzən günün sonunda sakit bir səslə deyir:mən sabah bir də cəhd edəcəm.
5.Ayrılığın ən gözəli körpülərə aiddir.Yalnız onlar gözəl ayrılır.
6.Stəkana su tök o stəkanın formasını alacaq.Butulkaya su tök o butulkanın formasını alacaq.Su ol amma formanda səhv etmə.
7.Həyat fəlsəfəsi ondan ibarətdir ki biz öncə düşünülməmiş addımlar atırıq,sonra da nəzəriyyəni ona uyğunlaşdırırıq.
8.Fərqli olmaq istəyirsən?Xeyirxah ol.
9.Xarab olmuş bir saat belə gündə 2 dəfə düzgün zamanı göstərir, amma nə vaxt zamanın doğru olduğunu bilmirsən.
10.-Sevgim barədə qışqırım?
-Axmaqlıqdır.
-Bəs susmaq agıllı fikirdir?
11.İnsanlar yaşadıqca yaşlandıqlarını zənn edirlər, halbuki, yaşamadıqca yaşlanırlar.
12.Uğrunda fədakarlıq edə bilməyəcəyin sevgini ürəyində daşıyıb özünə yük eləmə.
13.Xoşbəxtikən SÖZ, pis haldaikən CAVAB, hirsli haldaikən QƏRAR vermə.
14.Güvəndiyin birinə heç vaxt yalan demə, sənə yalan deyənə birinə də heç vaxt güvənmə.
15. -Bilirsənmi niyə güllər tikanlı olur?
-Tikanlar heç nəyə lazım deyil,güllər də yəqin ki qəzəbindən tikan yetişdirir.
-Yox,mən sənə inanmıram.Güllər zərif və zəifdir.Həm də sadəlövhdürlər.Onlar tikanlarla özlərini cəsur göstərmək istəyir.Elə bilirlər ki əgər tikan varsa hər kəs onlardan qorxar...
16.Heç bir şeyin həqiqətdə olduğu halı xəyalda olduğundan gözəl ola bilməz, amma sən mənim xəyalımdakından da gözəlsən.
17. 3 il böyütdük ad qoya bilmədik, amma o bir gün öldü dərhal ad qoyduq- Nifrət!
 
Nariman_QahramanliTARİX: CÜMƏ AXŞAMI, 2010-11-25, 10:13 PM | Message # 8
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
* Bir düşməni bağışlamaq bir dostu bağışlamaqdan daha asandır.
* Bir qadının üzündəki ifadəsi, əyninə geyindiyi paltardan daha önəmlidir.
* Bir davada birinci sən vur və sərt olsun.
* Biri səni qucaqladığında ilk olaraq onun qollarını boşaltmasını gözlə.
* Kiməsə heç vaxt səni sevirəm demə fürsətini heç vaxt qaçırma.
* Heç vaxt özünüzə yaxşı deməyin, inanmazlar, heç vaxt pis deməyin, şişirdərlər.
* Bu gün həll edə bilmədiyiniz bir problemin səbəbi, dünən onu doğru etmək üçün vaxt ayırmamağınızdır.
* Böcək olmağı qəbul edənlər, əziləndə şikayət etməməlidirlər.
* Böyük xoşbəxtliklər, böyük əziyyətlərin başı üstündədir.
* Çarəsiz qaldığınızda bilin ki yenə tək çarə özünüzsünüz !
* Cəsarət ölməklə yox yaşamaqla ölçülür.
* Cəsur ol. Olmasan da elə görün. Heç kəs aradaki fərqi anlamaz.
* Nəhənglər kimi əsər vermək üçün qarışqalar kimi çalışmaq lazımdır.
* Dinləməyi öyrən. Bəzi fürsətlər qapını yavaşca tıkqıldadar.
* Dostu da sevərəm düşməni da. Çünki dost gücüm, düşmən isə tapşırığımdır.
* Düşmənlərin ən böyüyü düşmənliyini gizlədəndir.
* Düşüncəniz nədirsə, həyatınız da odur, həyatınızın gedişini dəyişdirmək istəyirsinizsə düşüncələrinizi dəyişdirin.
* Düşünmədən öyrənmək vaxt itirməkdir.
* Əgər bir yerdə kiçik insanların böyük kölgələri olursa, orada günəş batır deməkdir.
* Ən tez quruyan şey göz yaşıdır.
* Ən önəmli vəzifəmiz qulaqlarımızı, dediklərimizi eşitməyə öyrətməkdir.
* Çatmaq istədikləri bir hədəfi olmayanlar, çalışmaqdan da zövq almazlar.
* Fəlakətin bir xeyri varsa o da həqiqi dostlarımızı tanıtmasıdır !
* Gerçəyi insanların ölçüləri ilə deyil, insanları gerçəyin ölçüsü ilə tanı.
* Gerçək irəliləmə qabaqcıl olmaqdan deyil, irəliləyir olmaqdan meydana gəlir?
* Keçmişə qayıdıb kaşkilərlə yaşamaqdansa, gələcəyə dönüb bəlkələrlə yaşamağı seçərəm.
* Günəşə baxsan köləgələri görməzsən.
* Hal ve hərəkətlərinə özün qərar ver. Başqalarının səni idarə etməsinə izn vermə.
* Hər zaman doğrunu de nə dədiyini xatırlmaq məcburiyyətində qalmazsan.
* Hər kəsin istədiyini edə biləcəyi bir yerdə heç kəs istədiyini edə bilməz.
* Hər kəsin yanında təriflə, tənqidlərini bir kənara çəkərək de.
* Heç kəs eşitmək istəməyənlər qədər kar ola bilməz.
* İrəlilədiyiniz yolda heç bir çətinliklə qarşılaşmırsınızsa, bilin ki, o yol heç vaxt sizi düzgünlüyə çatdırmaz.
* Ən birinci sən salam de.
* İnsan gəncliyində öyrənər, qocalanda başa düşər.
* İnsan hər zaman qəhrəman olmaz ama hər zaman insan ola bilər.
* İnsan olmayan insanın qədrini bilməz.
* İnsanı heyvandan fərqli edən ağıldır. İnsan ağıldan uzaqlaşdığı vaxtda heyvan ortaya çıxar.
* İnsanlar sizdən tənqid istərlər, ama eşitmək istədikləri tərifdir.
* İnsanlar səhv edə bilər, ancaq böyük insanlar səhvlərini başa düşər.
* İnsanlara üçüncü bir şans vermə ikidə qal.
* Yaxşı olmaq istəyirsinizsə pis olduğunuza inanın.
* Yaxşılığı ancaq yaxşılar başa düşər pisliyi hamı.
* Qaranlıqlardan hamımız bir giley etməkdənsə hamımız bir şam yandırsaq, qaranlıqlar aydınlığa dönərdi.
* Qazanacaqlarına inanlar qazanarlar.
* Kəlimələrin gücünü bilmirsənsə, insanların qüvvətini heç vaxt ağlından belə keçirməzsən.
* Özlərinə yardım etməyən insanlara yardım etmək faydasızdır.
* Danışmaq ehtiyac ola bilər, ancaq susmaq bir sənətdir.
* Kiçik şeylərə gərəyindən çox fikir verənlər, əlindən böyük iş gəlməyənlərdir.
* Kiçik insanların böyük qürurları olur.
* Ola bildiyindən də çox mehriban ol !
* Yetkin bir insanla dost olmaq istəyirsənsə tənqid et, adi bir insanla dost olmaq istəyirsənsə tərif et.
* Barmaq ayı göstərdiyi vaxt, barmağa yox aya baxmaq lazımdır.
* Sənə uzadılmış bir əli daim qəbul et.
* Sevgililər, gözəlliyə zamanla öyrəşib onu gözləri ilə deyil duyğuları ilə görməyə başlayarlar.
* Sevgilinə ilk öncə çiçəkləri yolla, sonra səbəbini axtar.
* Sevgini gücünü heç vaxt kiçik görmə.
* Sevmək bir başqasının həyatını yaşamaqdır.
* Silginiz qələminizdən tez qurtarırsa, səhviniz çoxdur deməkdir.
* Tanıdığın ən müsbət və coşğun insan özün ol.
* Mübahisəni bilməyənlər dava edər.
* Təcrübələr ən yaxşı müəllimlərdir. Yalnız xərcləri bir az çoxdur.
* Ümidini itirmiş insanın başqa itirəcək heç bir şeyi yoxdur.
* Unutma ki ağzında bal olan arının quyruğunda da iynəsi vardır.
* Sabah tamam başqa biri olacağam deyirsən. Bəs niyə bugündən başlamırsan?
* Yeni dostların olsun ama köhnələrinin də qədrini bil.
* Sözü yerində deməyi bacaran, üzr istəmək məcburiyyətində qalmaz.
* İldə heç olmazsa bir dəfə günəşin doğuşunu izlə.
* Yüksəlmənin ən alçaq forması, zəifləri minərək yüksəlməkdir.
 
Nariman_QahramanliTARİX: CÜMƏ AXŞAMI, 2010-11-25, 10:22 PM | Message # 9
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Zülm küləyi əsən dənizdən intiqam buxarı qalxar.(Hind aforizmi)

Oğul ki,var Misir karvanıdır, o, 40 ildən bir gələr. (Xalq məsəli)

Ey igid,əgər qılıncı qınına qoyacaqsansa,dəstəyə əl atma!

Həyatda inamsız və etiqadsız yaşayanlar adətən arzudan məhrum olurlar.Ancaq həyatda kimə və nəyə inanmalı?Hindlilər yaxşı deyiblər : “Həqiqətdən gözəl din yoxdur!”

Əsil igid gözünün acısını yəhərdə alır.Nal cingiltisi igidə ana laylası tək əzizdir.

İnsan məğlubiyyət üçün yaranmamışdır.İnsanı məhv etmək olar,ancaq məğlub etmək olmaz.(E.Heminquey)

İgidin əsil məsləhətçisi qılıncdır.(Xalq məsəli)

Kim ki, başqasını əsir etmir,onun özü əsir olacaq.(Ərəb məsəli)

Kim özünün ağasıdırsa,o,dünyadakı tacidarlara həsəd aparmaya bilər
.
Mənə şadlıq və qəmginlik,həzz və iztirab kimi insani hisslər verin,mən bunların köməyi ilə sizə əxlaq aləmi yaradım.(Fransız filosofu Mari Güya)

Kim ki,gözəl qızın məhəbbətini qazanıb,bu dünya ona cənnətdir.(Quseyir)

Ağıllı ölsə,axmaq dirilər.

İnsan yalnız öz qüvvəsinə inandığı vaxt nəyə isə nail olur.(L.Feyerbax)

Əsil igidlik fəlakət anlarında özünü büruzə verir.(Volter)

Şirin mağarasını tutmaq üçün şiri öldürmək lazımdır.

Kim əlində silah öz hovuzunu qoruya bilmirsə,onun hovuzu dağılacaq.(Ərəb məsəli)

Hökmdarın bir damcı mürəkkəbi bir ordudan güclüdür.

Azadlığı sevməyən insan yoxdur,lakin ədalətli adam onu hamı üçün,ədalətsiz adam isə yalnız özü üçün tələb edir.(L.Berne)

Gələcəyin üzünə cəsarətlə baxa bilən adam hamıdan güclüdür.(Ərəb məsəli)

Ölməz o adamdır ki,özündən sonra vətən üçün böyük və ölməz əməlləri qalır.(L.Vovenarq)

Günəşdən güclü işıq yoxdur.

Fırtınadan qabaq dəniz kükrəyər.

Bilikli adamın bir günü nadan adamın bütün ömrünə bərabərdir.(Ərəb məsəli)

Hanı dediyin bəy ərənlər?Dünya mənim deyənlər?
Əcəl aldı,yer gizlədi,fani dünya kimə qaldı?
Gəlimli,gedimli dünya...son ucu ölümlü dünya... (Kitabi-Dədə-Qorqud)

Əgər sən günəşin batmasına yas saxlayıb göz yaşları axıtsan,göydə alışan saysız-hesabsız ulduzları görməzsən.(Hind aforizmi)

Vətəni müdafiə edənin gücü tükənməz.

Kim ki,sakitlikdə xoşbəxtlik axtarır,davada qələbə ondan uzaq olar.(Abu Şükür)

Qartal yuvasından qartal uçar.(El məsəli)

Oğurlanmış qələbə mərdcəsinə məğlub olmaqdan şərəfsizdir.(Makedoniyalı İsgəndər)

Mərd o adamdır ki,ölümü qorxmadan qarşılayır.(Aristotel)

Qəhrəmanlıq qəhrəmanla ölmür,onun ömrü uzun olur.(Evripid)

 
Nariman_QahramanliTARİX: BAZAR, 2010-11-28, 5:58 PM | Message # 10
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Birini işarə edib günahlandırarkən unutma ki, digər üç barmağın səni göstərir.

1.Ya ümidsizsiniz, ya da ümid sizsiniz.
Ya çarəsizsiniz, ya da çarə sizsiniz.
2.Təmiz əlləri olan insanların da kirli düşüncələri olur. S. Lec
3. Ən insani davranış-bir insanın utanılacaq bir duruma düşməsinin qarşısını almaqdır. Nietzsche.
4. Fürsətlər depo oluna bilməz. Yusif Mutlutürk.
5. Əlinə, dilinə, belinə sahib ol. Hz. Əli.
6. Böyük adamların xətaları günəş tutulmasına bənzəyir. Onları hamı görür. Cuconq.
7. Boş zaman yoxdur, boşa keçən zaman var. Taqor.
8. Keçmişimizə daş atmayaq ki,gələcəyimiz bizi topa tutmasın.
9. İnsan, danış, görüm kimsən. Sokrat.
10. Böyük insanlar hadisələri, dahi insanlar isə nəticələri düşünür.
11. Dünyanı dəyişdirmək istəyirsinizsə, özünüzü dəyişdirin.
12. Çox kefli anınızda kimsəyə bir şey vəd etməyin. Çox hirsli anınızda kimsəyə cavab verməyin. Çin atalar sözü.
13. Nə qədər az yüksəkdən uçsan, düşdüyün zaman az inciyərsən. Tibet atalar sözü.
14. Qadınlar gülə bildikləri zaman gülər, istədikləri zaman ağlarlar. Venesuela atalar sözü.
15. Evlənmədən əvvəl gözlərinizi dörd açın. Evləndikdən sonra yarı yarıya bağlayın. Portuqal atalar sözü
16. Allahın gülü yaratdığına heyrət etdiyiniz yerdə, tikanlar arasında gül yaratdığına heyrətlənin. Ərəb atalar sözü.
17.İnsanlar danışanda beyinlərində analiz etməlidirlər, mən nə danışacam və insanlar bunu necə başa düşəcəklər.
18. Hamı səhv edirsə, deməli hamı düzdür. La Çausse
19. Bəzən gözlər sadəcə başqalarının istədiyini görür.
20. İnsanlar gözləri ilə elə kəlmələr deyir ki, dil onları tələffüz edə bilməz.
21. Hər bir güclü kişinin arxasında ağıllı qadın durur.
22. İnsanın soyuq hesab etdiyi qadın sadəcə onda məhəbbət oyadan insana rast gəlməyib.
23. Qızılı odla, qadını qızılla, kişini qadınla yoxlayarlar.
24. İnsanın bədbəxtliyi 3 şeydədir: Yanlış yer, yanlı zaman, yanlış insan.
25. Sevgi üçün ortaq bir vəziyyət yoxdur: o ya xilas edir, ya da məhv edir.
26. Dil sümükdən olmasa da çox sümükləri sındırar.
27. Ağzından bal axan hər bir arının unutma ki, quyruğunda iynəsi vardır.
28. Axmaq qabaqda durur ki, hamı onu görsün, ağıllı arxada durur ki, o hamını görsün.
29.Ömür stansiyasız bir qatardır, nə vaxt dayanacağını heç kəs bilmir.
30. Ən pis atalar kimlərdir,bilirsiniz? Gəncliyində etdiyini unudanlar.
31. Heç vaxt ona verdiyin qiyməti sənə verməyənlə dost olma. Hz. Məhəmməd.
32. Ağılsız o adam deyil ki, bir dəfə yıxılır. Ağılsız o adamdır ki, yıxıldığı yerdə ikinci dəfə yıxılır.
33. Divarı uçurmazdan əvvəl o tayında səni nə gözlədiyini öyrən.
34. Sənin arxanca gülsələr, üzülmə...Təki, arxanca ağlamasınlar..
35.Dünya bir gündür,o gün bu gündür...

 
Nariman_QahramanliTARİX: ŞƏNBƏ, 2010-12-04, 12:55 PM | Message # 11
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Həsən əl-Bəsridən hikmətli sözlər!

İnsanlarda nəfsi hesaba çəkmək və İslam əxlaqı ilə yaşamaq istəyinin azaldığı bu günlərdə bu haqda İslam böyüklərinin həyatına nəzər salmağı düşündüm. Həsən əl-Bəsrinin (Allah ondan razı qalsın!) həyatı haqda oxumağı düşündüm. Onun həyatına diqqət yetirdiyim zaman bir çox mövzuda olduğu kimi, nəfsi hesaba çəkmək və İslam əxlaqı ilə bağlı çox faydalı kəlam və nəsihətlərinə rast gəldim. Əbul Fərəc İbn əl-Cövzi adlı alimin onun haqda yazdığı kitabı oxuyarkən, ordakı gözəl fikirləri və nəsihətləri tərcümə etmək və sizinlə paylaşmaq istədim.

Həsən əl-Bəsrinin xidmətçisi Hümeyd belə nəql edir: “Həsən əl-Bəsri xəstə ikən ona baş çəkdik və Allahdan ona şəfa dilədik. Bizi çox yaxşı qarşıladı. Allahdan bizim üçün xoş aqibət istəyərək evinə dəvət etdi. Biz isə ondan bizə nəsihət etməsini istədik. O, belə buyurdu: “Əgər dürüst, səbirli və təqvalı olsanız, həyatınızı inancınıza bağlamış olarsınız. Əziz qardaşlarım! Əgər xeyirli nəsihətlər istəyirsinizsə, bu nəsihətləri bir qulağınızdan alıb, digərindən buraxmayın. Məhəmməd peyğəmbəri (Allahın salamı və xeyir-duası ona olsun!) görənlər bilirlər ki, o, səhər-axşam təbliğ və dəvət yolunda nə əziyyətlərə qatlaşıb. O, (Allahın salamı və xeyir-duası ona olsun!) heç bir zaman dünyaya meyl göstərməmişdir. Hidayət bayrağını hər yerdə dalğalandırmış və bu yolda mübarizə aparmışdır. Onun kimi yaşayıb, Onun yoluna tabe olanlar həqiqətən xilas olanlardır. Tələsin! Nicat tapmağa tələsin! Nə üçün çox gülür, ancaq sonumuz necə olacağını düşünüb, göz yaşı axıtmırsınız? ””.
Malik ibn Dinar belə buyurub: “Həsən əl-Bəsri dünyadan gedərkən onu yuxumda gördüm. Sevincli və üzü sanki nur saçırdı. Göz yaşlarının axdığı yerlər üzündə parıldayırdı. Ona belə dedim: “Məgər sən ölməmisən?”. O, “Bəli, mən dünyadan getmişəm”,-deyə, cavab verdi. “Öldükdən sonra o dünyadan vəziyyətin necə oldu? Dünyada ikən səni qəmli-kədərli görərdik”,-deyə, ona sual verdim. O isə mənə belə dedi: “Allaha and olsun ki, o hüzün və kədər bizi cənnətliklər məqamına yüksəltdi. O göz yaşlarının hesabına təqvalı insanların sırasına daxil olduq. Sonda ondan bir məsləhət istədim. Cavabı isə belə oldu: “Mən elə zənn edirəm ki, dünyada hüzünlü olanın axirətdə sevinci qat-qat olacaq””.
Həsən əl-Bəsrinin dostu nəql edir: “Bir gün onun yanına getdim və bu şeri oxuduğunu gördüm.
Öldüyü zaman torpağa dəfn edilən şəxs ölü deyildir.
Əsl ölü, diri olduğu halda ölü olandır.
Əsl ölü, dünya üçün qəmə və kədərə boğulmuş olandır,
Əsl ölü qəlbi daş və ümidini itirən insandır ”.
Bir gün bir nəfər ona belə sual verir: “Ey Əba Səid! Təhəccüd namazı qılan insanların üzləri niyə nurani olur. O isə belə cavab verir: “Çünki onlar Rəhmanla baş-başa qalırlar. Rəhman da onları Öz nuru ilə bəzəyər. Bax, onların üzlərini parladan da həmin o nurdur “ ”
Bir gün Həsən əl-Bəsriyə çatdırırlar ki, bir nəfər onun qiybətini edir. O da bu xəbərdən sonra həmin adama bir qab xurma hədiyyə göndərir. Hədiyyəni göndərdiyi adamla bu sözləri də ona çatdırır: “Sən mənim qiybətimi etməklə öz savablarını mənə hədiyyə etdin. Mən də ona qarşılıq səni bu xurma ilə mükafatlandırıram”.
Onun söhbətlərində belə dediyi nəql edilir: “Dünyada qorxu içində olub axirətdə əmin–amanlıq içində olmağın, dünyada əmin-amanlıqda olub axirətdə qorxu ilə üzləşməyindən daha xeyirlidir”.
Ondan gözəl əxlaq haqda soruşdular. O, isə belə cavab verdi: “Gözəl əxlaq yardımlaşmaq üçün hər şeyi ortaya qoymaq, bağışlamaq və çətinliklərə sinə gəlməkdir. Bir müsəlman qardaşımın ehtiyacını qarşılamaq mənim üçün bir ay etikafda qalmaqdan daha sevimlidir. Allaha and olsun ki, mənim dostlarım arasında elələri var idi ki, əynindəki əbanı iki yerə parçalayıb öz müsəlman qardaşına hədiyyə etmişdir. Mən elə insanlar gördüm ki, müsəlman qardaşı dünyadan getdiyi halda, o, həmin insanın ailəsinin ehtiyacını 40 il qarşılamaqdan yorulmamışdır”.
O, belə deyib: “Xeyirxah insanların bəzi əlamətləri var. Onlar yalnız o əlamətlərlə tanınarlar. Doğru danışmaq, əmanətə xəyanət etməmək, vədinə sadiq qalmaq, az öyünmək, qohumluq əlaqələrini möhkəmlətmək, məzlumlara qarşı mərhəmətli olmaq, yaxşılığı yaymaq, gözəl əxlaqlı olmaq, xoş xasiyyətli olmaq, elmi yaymaq və qadınların arasında az olmaq- bu insanların əlamətlərindəndir”.
“Ey insanlar! Siz nəfsinizin bəyəndiklərini tərk etmədikcə, istədiklərinizə nail ola bilməyəcək, çətinliklər qarşısında səbr etmədikcə, arzu etdiklərinizi əldə edə bilməyəcəksiniz ”.
“Səbir cənnət xəzinələrindən bir xəzindəri. Bəzi anlar vardır ki, insan o anlarda az bir səbirlə xeyrə nail ola bilər”.
“Üç şeydən uzaq dur və qoyma ki, şeytan sənə hakim olsun. Qurani-Kərim öyrətmək belə olsa, əsla bir qadınla tək qalma. Yaxşlığı əmr etmək belə olsa, əsla sultanın qapısına getmə. Bidət əhli ilə əsla oturma. Çünki o, qəlbini xəstə və dinini də fəsada uğradar”.
“Ey Adəm övladı! Sən necədə zəif və qafilsən. İnsanları günahları səbəbi ilə məzəmmət edir, özünü yaddan çıxarırsan. Qardaşının gözündə çöpü görür, öz gözündə isə budağı görmürsən.
Sən nə qədər insafsız və intiqam arxasınca qaçırsan!”.
“Alimlərin elminə və dahilərin hikmətinə sahib olub, haqqı müdafiə etməkdə səfehlərin yolunda getməkdən özünü qoru”.
Bir gün Həsən əl-Bəsri çox danışan bir adamla qarşılaşır və ona belə deyir: “Ey oğul! Çox danışmaqdan çəkin. Dil həbs edilməyə ən layiq bir orqandır. Peyğəmbərimiz (Allahın salamı və xeyir-duası ona olsun!) belə buyurub: “İnsanları üzü-qoylu cəhənnəmə sürükləyən dilləri və etdikləri əməllərdir””.
“Arif insanın dili qəlbinin arxasındadır. Danışmaq istədiyi zaman əvvəl düşünər. Əgər danışacağı şey faydalı isə, danışar. Yox əgər faydasız isə, susar. Cahil insanda isə əksinə. Danışmaq istədiyi zaman heç düşünmədən danışar”.
“Ey Adəm övladı! İman bər-bəzəkli xarici görünüş və arzu ilə sahibinə fayda verməz. Əksinə, o, qəlbdə qərarlaşan və əməl ilə təsdiqlənən bir şeydir”.
“Müsəlman bir şəxs dərdini müsəlman qardaşından başqa heç kimə aça bilməz. Müsəlman müsəlmandan başqa heç kimi özünə yaxın görə bilməz. Müsəlman müsəlmanın aynasıdır. Eyiblərini ona göstərir və onu bağışlayar. Sizdən əvvəl yaşayan əməli-saleh insanlar bir-birlərinə belə deyərdilər: “Əziz qardaşım! Mən bütün günahlarımı və səhvlərimi görə bilmirəm. Əgər sən mənim əməllərimdə bəyəndiyin bir şeyi görsən, onu davam etdirməyimi mənə tövsiyə et. Məndə bir səhv görsən, mənə xəbərdarlıq et!. Hz. Ömər belə deyərdi: “Bizim səhvlərimizi bizə hədiyyə edənə (bizi xəbərdarlıq edənə) Allah rəhmət etsin! Onlardan biri qardaşına nəsihət edərkən, qardaşı ona qulaq asar və nəsihətindən faydalanardı””.
Bir gün ona belə dedilər: “Ey Əba Səyid! Bəzi insanlar səndən səhv tapmaq və bu səhvləri insanlar arasında yayıb səni məzəmmətləmək üçün məclisinə gəlirlər. O isə belə cavab verdi: “Siz özünüzü yormayın. Mənim insanların dilindən və məzəmmətindən xilas olmaq kimi bir dərdim yoxdur. Mənim dərdim Allahın qatında peyğəmbərlərlə birgə Cənnətə daxil olmaqdır””.
Ondan soruşdular: “Qiyamət günü kim daha çox ağlayıb fəryad edəcək?. O isə cavabında belə dedi: “O gün daha çox ağlayıb fəryad edəcək kəslər insanları səhv yola aparmaq üçün cığır açıb və yığdıqlarını bu yolda istifadə edən kəslərdir. Allahın verdiyi nemətləri üsyanda istifadə edən kəsləri də bu aqibət gözləyir” .”
“Hər kəs cəmiyyət içində özünü pisləyər, məzəmmət edərsə, həqiqətdə özünü öymüş hesab edilər. Onun etdiyi əməl xoş əməl deyildir”.
“Ey insanlar! Elə insanlar gördüm ki, dünya mallarından bir şey itirdikləri zaman heç bir zaman təəssüflənmədilər. Dünya onlar üçün taptaladıqları torpaq kimi idi”.
Həsən əl-Bəsri bir gün Malik bin Dinarı yeni bir libasda görür və ona belə deyir: “Allah sənə xeyir versin! Nəyə görə daha yühgül libas geyinmirsən? Mərifət təkcə təzə paltar geyinməkdə deyil. Unutma ki, geyindiyin bu libasın yunu əvvəl bir qoyunun üzərində idi”.
Həsən əl-Bəsri buyurub: “Camatla birgə olmaqda fəzilət, tənhalığa çəkilib Allahı düşünməkdə isə salamatlıq vardı”.
Əbu Dərdanın belə dediyi rəvayət edilir: “Ün nəfər vardır ki, məni güldürər, üç şey vardır ki, düşündüyüm zaman məni ağladar. O, kəsə gülürəm ki, ölüm ona yaxınlaşdığı halda hələ də dünyanı əldə etmək üçün çabalayır. Yaradanı ondan qafil olmadığı halda, o, öz Yaradıcısından qafil olar. Rəbbinin ondan razı olub-olmadığını bilmədiyi halda, qəh-qəhə ilə gülər. Qiyamətin dəhşəti, əməlimin kəsilməsi və Cənnətimi yaxud Cəhənnəməmi daxil olacağımı bilmədiyim halda qiyamət günü Rəbbimin qarşısında gözləmək ”.
Hz. Ömərin belə buyurduğunu rəvayət edir: “Ey insanlar! Dünya malını əldə etmək üçün Quran oxuyacaq qövm gəlmədən, siz Qurana sahib çıxıb, onu qoruyun”.
“Qurani-Kərimi oxuyanlar üç qrupdur. Bir qrup onu ruzi qazanmaq üçün vasitə edər. Onu oxuyaraq insanların mallarını qəsb edər. Digər bir qrup onu çox gözəl oxuyar, yalnız onu əməl etməz, onu rəhbərlərə yaxınlaşmaq və insanlara üstdən-aşağı baxmaq üçün vasitə hesab edərlər. Bunların sayı indi daha da artıb. (Allah onların sayını azaltsın!). Digər bir qrup isə Quranı oxuyar, ayələri üzərində düşünər, onun şəfası ilə şafa tapar. Bunlar Allahın dostlarıdır. Unutmayın! Allahın dostları hər zaman qalıb və olacaqlar”.

 
FORUM » ELM VƏ TƏHSİL » BUNLARI BİLMƏK MARAQLIDIR » HİKMƏTLİ SÖZLƏR
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2019. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...