ÇƏRŞƏNBƏ, 2024-10-09, 7:33 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ AĞILLI OLMAĞIN SİRLƏRİ - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
AĞILLI OLMAĞIN SİRLƏRİ
Nariman_QahramanliTARİX: CÜMƏ, 2010-09-03, 4:30 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Ağıl yalanla gerçəyi, doğru ilə səhvi ayıra bilmək, bir mövzuda düşüncə,fikir irəli sürə bilmə və fikir bildirmə qabiliyyətidir. İnsan yetişkinləşdikcə ağılı inkişaf edər. Zəka isə bir hadisəni əvvəl anlama, münasibətləri qavramaq, mühakimə etmə və açıqlayaraq həll etmə bacarığıdır. Ümumiyyətlə 12 yaşına qədər inkişaf edər, 20 yaşına qədər davam edər sonra sabit qalar. Zəka bir insanın hər cür hadisə qarşısında eyni qabiliyyəti göstərə biləcəyi mənasını verməz. Bir bəstəkar musiqi əsərini ağılıyla deyil zəkasıyla yaradar. Lakin ən sadə riyaziyyat problemini həll etməyə bilər. Nəticə olaraq zəka, ruhi hadisələrə, qəbul və yaddaş qabiliyyətinə, ehtiraslara, meyllərə görə fərqlilik göstərər. Ağıl konkret olaraq ölçülə biləməz , zəka IQ deyilən testlə ölçülə bilər.

AĞILLI OLMAĞIN SİRLƏRİ

İspan mütəfəkkiri Baltasar Qrasianın «Kamillik elmi» kitabından yəqin çoxlarınızın xəbəri yoxdur. Mən də təsadüf nəticəsində bu qiymətli kitaba sahib oldum. O qədər qiymətli ki, mənə yaxın olan hər kəsə o kitabı alıb hədiyyə edirəm. Özüm isə hara gedirəmsə üstümdə gəzdirirəm. Boş vaxt tapan kimi təkrar-təkrar oxumaq, yaddaşıma həkk etmək üçün… Kitab başdan-ayağa bir həyat dərsidir. Oradan bəzilərini seçib dəyərli sayt ziyarətçilərinin ixtiyarına vermək istəyirəm. Olduqca mararlıdır!

Həddindən artıq heyrətlənmə!

Ağılsız kimi görünməmək üçün ifratçılıqdan qaç. Həddən artıq tərifləmək və heyranlığını büruzə vermək zövq və dərrakənin məhdudluğunu bildirir. Təriflər maraq oyadır, arzuları coşdurur və adətən, hər şeyin dəyəri gözləniləndən aşağı olur. Bu halda aldadılmış ümidlər yalana görə əvəz çıxır. Həm təriflənənə, həm də tərfiləyənə qarşı nifrət oyadır. Ağıllı adam təmkinlidir, o, israfçı kimi yox, xəsis kimi tanınmağa daha meyllidir. Hədsiz yaxşı şey çox azdır, şövqündə də mötədil ol. Həddindən artıq heyrətlənmək yalana bənzər, camaatın sənin zövqünə və ağlına olan inamı itər. Birinci xoşagəlməz, ikincisi isə çox dözülməz haldır.

Hər şeyə inanma.

Biz çox şeyi başqalarından eşidirik, özümüz isə qat-qat az görürük. Qulaq, həqiqətin arxa, yalananın isə ön qapısıdır. Ehtiras istər məhəbbət, istər nifrət bəslədiyi şeylərin hansına toxunursa, onları özü istədiyi rəngə boyayır. Onun üçün əsas məsələ təsir bağışlamaqdır. Kimi və ya nəyi isə tərifləyəndə, xüsusilə də mühakimə edəndə ayıq ol. Bütün diqqətini cəmləşdir və vsitəinin niyyətini, onu idarə edən qüvvəni başa düşməyə çalış. Qoy düşüncə səni səfehlikdən və alçaqlıqdan qoruyan qalxan olsun.

Heç vaxt özün haqda danışma.

Ya özünü tərifləməli olacaqsan – bu lovğalıqdır, ya da pisləməli olacaqsan – bu da miskinlikdir. Özün haqqında danışmaq kamilliyə ziddir, dinləyənləri isə bezikdirir. Hər yerdə, hətta dostlar arasında belə şeydən qaç. Xüsusən də yüksək yerdə çoxları qarşısında danışarkən belə zəiflik səni gülüş hədəfinə çevirər. Yanında olanlar barəsində danışmaq da ağllı hərəkət deyil, ya yaltaqlıq, ya da təhqir etmək təhlükəsi ilə üzləşə bilərsən.

Mənasız işlər adamın qiymətli vaxtını yeyən güvəyə bənzər!

Əgər boyun qaçırmaq bacarığı həyatın mühüm qaydalarından biridirsə, özü-özünə, bəzi işlərə, xüsusi adamlara «yox» deyə bilmək bacarığı daha vacib məsələdir. Mənasız işlər adamın qiymətli vaxtını yeyən güvəyə bənzər. Boş-boş işlərlə məşğul olmaq heçnə etməməkdən qat-qat pisdir. Ağıllı adam heç kəsin zəhləsini tökməz. Amma elə etmək lazımdır ki, sənin də zəhləni heç kim tökməsin. Hamıya məxsus olan – özünə məxsus ola bilməz. Hətta dostlarının sayını məhdudlaşdırır, onlardan sənə verdiklərindən çox tələb etmə. İsrafçılıq həmişə, xüsusən adamlarla ünsiyyətdə pisdir.

Bəxtini sına ki, fəaliyyət göstərib nəyə isə nail olasan.

Bu, təmkinli olmaqdan da vacibdir. Taleyi idarə etmək böyük məharət tələb edir. Fürsəti əldən verməmək üçün ya səbirli olub onu gözləmək (gözləməyi də bacarmaq lazımdır), ya da yeri gəldikdə qovub çatmaq lazımdır. Amma fələyin şıltaqlığını başa düşmək çətindir. Görəndə ki, sənə qarşı xeyirxahdır, cəsarətlə hərəkət et, fələk qəşəng qızlar kimi qoçaqları və cavanları sevir. Uğursuz adamın cəhd göstərməsi də əbəsdir, ikiqat bədbəxtliyə düçar olmamaq üçün geri çəkilmək daha yaxşıdır. Taleyə hökm etməyi bacaranlar, cəsarətlə irəli!

Yaxşı adamlara kin bəsləməkdən pis rüsvayçılıq yoxdur!

Adamın ləyəqətinə şübhə etmədiyimiz halda belə, ona qarşı ədavət hissinə tez qapılırıq. Doğulduğu gündən insanda olan bu bayağı meyl hərdənbir görkəmli ərləri də ram etməyə cəsarət göstərir. Ağıl bu meyli cilovlamalıdır. Yaxşı adamlara kin bəsləməkdən pis rüsvayçılıq yoxdur. Qəhramanlara olan rəğbət nə qədər tərifəlayiqdirs, nifrət bir o qədər utandırıcıdır.

Heç vaxt hirslənmə!

Özündən çıxmamaq – kamilliyin əsas qaydaarında biridir. Böyük iradə-böyük ürək deməkdir, böyük qəlbi isə yerindən tərpətmək çətindir. Ehtiraslar ruhun qumorlarıdır, onların artıqlığı ağlınasaz edir. Əgər bu nasazlıq dil vasitəsilə üzə çıxsa, təmiz şərəfi ləkələyər. Özünü idarə etməyi bacar ki, nə xoşbəxtlikdə, nə bədbəxtlikdə özünü əla ala bilmədiyinə görə səni mühakimə etsinlər, əksinə ruhunun yüksəkliyinə valeh olsunlar.

Düşmənlərdən xeyir götür.

Bir şeyi tiyəsindən götürsən yaralaya bilər, əksinə, dəstəiyndən tutsan müdafiə oluna bilərsən. Xüsusən rəqabət zamanı hər şeyə bacarıqla yaxınlaşmaq lazımdır. Ağıllıya düşmənlərindən daha çox xeyir gəlir, nəinki səfeh adama dostlarından. Çoxlarına şöhrəti düşmənləri qazandırıblr. Yaltaqlıq niyrətdən daha qorxuludur: birinici qüsurları ört bastdır edir, ikinci ondan yaxa qurtamağa kömək edir. Ağıllı adam insa qəzəbini özünün güzgüsü edir. Bu güzgü dostluq güzgüsündən daha etiblarlıdır. Ya vaxtında ifşa olunmağının qarşısını alar, ya da qüsurları aradan qaldırar.

Öz niyyətlərini gizlət.

Ehtiraslar ruhun pəncərələridir. Müdriklik gizlilik tələb edir: açıq oynayanın uduzmaq ehtimalı böyük olur. Üryində olanı gizli saxlamaq bəsirətli adamın itigözlülüyünə qarşı çıxmaq deməkdir. Bu güclü rəqabətdir, çalış sənin nə istədiiyni bilməsinlər. Əks halda bəziləri müqavimət göstərməklə, digərləri isə yaltaqlıq etməklə mane olacaqlar.

Öz rifahın, xeyirin üçün heç kəsə pislik etmə!

Bütün səcdəgah edən heykəltəraş deyil, ona sitayiş edəndir. Yaxşısı budur səndən xahiş etsinlər, nəinki minnətdarlıq bildirsinlər. Alçaq minnətdarlığa arxalanmaq nəcib ümidləri talan etmək deməkdir. Birinci nə qədər unutqandırsa, ikinci bir o qədər hafizəlidir. Asılı olanlar minnətdar olanlardan daha faydalıdırlar: susuzluğu söndürən bulaqdan üz döndərəcək, sıxılmış portağal qızıl qabdan bataqlığa atılacaq. Ehtiyacın sonu sənə edilən qulluğun sonu deməkdir. Ona görə sənin üçün həyatın birinici qaydası belə olsun: sənə olan ehtiyacı saxlamağa çalış, onu tam ödəmə, hətta rəislərinin də qoy həmişə sənə ehtiyacı olsun. Ancaq fikirlərini gizli saxlamaq naminə yalan danışma, aldatma, öz rifahın, xeyrin üçün heç kəsə pislik etmə.

 
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...